Polisin rüşvət aldığını kameraya çəkən şəxs döyülüb - İDDİA + FOTO

Ağdaş rayon sakini rüşvət alanda polisi kameraya çəkdiyi üçün döyüldüyünü iddia edib.
Bu barədə Oxu.Az-ın redaksiyasına vətəndaş Mahmud Cahangir Əziz oğlu müraciət ünvanlayıb.
O iddia edib ki, Ağdaş Rayon Polis Şöbəsinin inzibati ərazi üzrə sahə rəisi polis leytenantı Afiq Abuşov və polis serjantı Elçin Cəfərov rayon daxilində yerləşən kənd təsərrüfatı məhsullarının satıldığı bazarda rayon sakinlərindən qanunsuz olaraq rüşvət yığıblar:
“Mən onların bu əməlini ifşa etdiyim üçün məni evimdə hədələdilər ki, videonu silim. Daha sonra da şöbəyə aparıb ayağıma ardıcıl zərbələr endirdilər”.
Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Ağdaş rayon sakini Mahmud Cahangirə qarşı rayon polis şöbəsində fiziki güc tətbiq edilməsi iddiaları ilə bağlı adları qeyd olunan polis əməkdaşları barəsində xidməti araşdırma aparılıb:
“Lakin qeyd olunanlar öz təsdiqini tapmayıb. Eyni zamanda, M.Cahangir özü də bu barədə rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib. Prokurorluqda müraciət əsasında araşdırma aparılıb, xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırmanın nəticəsinə əsasən, vətəndaşa dərəcəsi təyin edilməyən xəsarətin polis əməkdaşları tərəfindən yetirilməsi faktı təsdiqini tapmayıb”.
“Mahmud Cahangirin kim tərəfindən döyüldüyünü müəyyən etmək, həmin şəxs və yaxud şəxslərin barəsində qanuni tədbir görülməsi məqsədilə rayon prokurorluğunda toplanmış materiallar araşdırılması üçün polis şöbəsinə göndərilib. Hazırda da iş üzrə araşdırmalar davam etdirilir”, - deyə əlavə edilib.
DİN polisin rüşvət alması badədə iddiaya cavab verib:
“Meyvə-tərəvəz satışı ilə məşğul olan şəxslərə qarşı qanunsuz tələblər irəli sürülməsi barədə iddialar isə əsassızdır, sadəcə olaraq rayon ərazisində qanunsuz küçə ticarətinə qarşı mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər keçirilib, xəbərdarlıqlara məhəl qoymayanlar barəsində inzibati tənbeh tədbiri görülür”.
- Şuşada mina partlayıb - xəsarət alan var
7 dekabr 2023 13:32
- Ermənistanda əsir saxlanılan Hüseyn ömürlük azadlıqdan məhrum edildi
6 dekabr 2023 14:02
- Kamal Sunalın həyat yoldaşı Gül Sunal - MÜSAHİBƏ
6 dekabr 2023 13:36
- Qanuni oğru Azərbaycanlı avtoriteti VƏHŞİCƏSİNƏ DÖYDÜ, faciəvi şəkildə öldü - FOTO
5 dekabr 2023 22:24
- Ağalıda ilk kitab təqdimatı - Foto
4 dekabr 2023 21:31
- Yeni nazir Aparat rəhbərini işdən çıxardı (FOTO)
4 dekabr 2023 15:40
- Nazir bu agentliyə yeni sədr təyin etdi (FOTO)
4 dekabr 2023 11:09
- Əsabil Qasımovun qardaşı oğlu Nəsimi sakinlərinin hüquqlarını pozur
3 dekabr 2023 20:21
- Ermənilər Kərim Vəliyevin bu səfərindən qorxuya düşdü: Azərbaycanın PLANI
3 dekabr 2023 14:21
- Türkiyədə həbs edilən Şamil Əmirov milliyyətcə kimdir?
3 dekabr 2023 13:16
- Moskvada Putinlə Rəisi arasında görüş keçirilir
08 dekabr 00:35
- Azərbaycan müəllimlərinin XVI qurultayı keçiriləcək
08 dekabr 00:18
- Şuşada mina partlayıb - xəsarət alan var
07 dekabr 13:32
- Gələn il fevralın 7-si qeyri-iş günü olacaq
07 dekabr 13:10
- Azərbaycanda növbədənkənar PREZİDENT SEÇKİSİ keçiriləcək
07 dekabr 12:54
- Şagird sinif yoldaşını öldürüb sonra intihar etdi - Daha 5 yaralı var
07 dekabr 12:42
- Bakıda sərnişin avtobusu evin üstünə düşdü (VİDEO)
07 dekabr 09:42
- Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib
06 dekabr 17:33
- Nazarbayevin bacısı 10 min dollara satır ....
06 dekabr 17:19
- Azərbaycanda 60 yaşlı qadın ilk dəfə ana oldu
06 dekabr 15:58
- ANAMA sədri: Azərbaycana 8 MİNAAXTARAN SİÇOVUL gətirilib...
06 dekabr 14:12
- Ermənistanda əsir saxlanılan Hüseyn ömürlük azadlıqdan məhrum edildi
06 dekabr 14:02
- Kamal Sunalın həyat yoldaşı Gül Sunal - MÜSAHİBƏ
06 dekabr 13:36
- İcra başçısı ÖLDÜ
06 dekabr 13:24
- Şəhidin həyat yoldaşı- Səbuhi şəhid olduqdan 7 gün sonra əkiz qızlarımız dünyaya gəldi
06 dekabr 10:25
- Əli İnsanov iqtidardan 8 min avro alacaq...
06 dekabr 10:04
- BMT 2024-cü ili DƏVƏ İLİ elan etdi
06 dekabr 09:48
- AzTV-nin əməkdaşı MƏDƏKİÇİLTMƏ əməliyyatı zamanı ÖLDÜ....
06 dekabr 00:21
- Axar.az yazır - Qurban Məmmədovun babası erməni olub...Şok arxiv sənədi
05 dekabr 23:19
- Qod Nisanova ağır itki
05 dekabr 22:52
- Qanuni oğru Azərbaycanlı avtoriteti VƏHŞİCƏSİNƏ DÖYDÜ, faciəvi şəkildə öldü - FOTO
05 dekabr 22:24
- Deputat həmkarına etiraz etdi: Buna ehtiyac yoxdur"
05 dekabr 18:28
- NAR-dan “Dinlət” xidməti ilə tərzini paylaş
05 dekabr 18:18
- Paşinyanın deputatı: Dağlıq Qarabağ məsələsi 2018-ci ilə qədər həll olunub
05 dekabr 17:58
- Rus hərbçilər təslim olan ukraynalı əsgərləri güllələdi - ŞOK VİDEO
05 dekabr 17:02
- Aqşin Vəliyev işdən çıxarıldı
05 dekabr 15:16
- Ali Məhkəmə Şəki Apellyasiya Məhkəməsinin BƏRAƏT qərarını qüvvədə saxladı
05 dekabr 15:12
- Telman Qasımov İrəvana MƏXFİ SƏFƏR edib...
05 dekabr 14:42
- Türkiyədən 5 MANATA alınan köynəyi Bakıda 50 MANATA satırlar..
05 dekabr 14:11
- Deputat təklif verdi - Milli Məclisin ADI DƏYİŞSİN....
05 dekabr 13:39