Müslümovun məhkəməsində:"putyovka" "otkat"ları üçün 1milyon vermişəm..."

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Ehtiram Əhmədov ifadə verib.
Ehtiram Əhmədov bildirib ki, "Sehirli Naftalan" sanatoriyasının əməkdaşı olub. Şahidin sözlərinə görə, müxtəlif vaxtlarda sanatoriyaya "putyovka"lar olub. Onu sözlərinə görə, hər "putyovka"dan isə müəyyən məbləğ "otkat" kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərovaya verib: "Sanatoriyanın rəhbəri Dilsuz Əzizov idi. Pulu mənə verirdi, mən də həmim pulu Şəlalə Cəfərovaya çatdırırdım. "Putyovka" lardan ümumilikdə 1 milyon manat "otkat" çatdırmışam".
Digər şahid qismində ifadə verən Qoca Əmiraslanov isə deyib ki, "Möcüzəli Naftalan"nın rəhbəri Elşən Əmiraslanovun oğludur. Şahidin sözlərinə görə, atasının vəzifələrini faktiki olaraq o icra edib.
İttihama görə, istintaqın araşdırma apardığı dövrdə "putyovka" xərcləri üçün sanatoriyaya 3 milyon manat pul köçürülüb. Həmin vəsaitin 1 milyon manata yaxın hissəsi isə "otkat" kimi qaytarılıb.
"Sanatoriyaya göndərişlər olurdu. Bir "putyovka" üçün təxminən 600-700 manatlıq idi. Hər "putyovka" üçün isə 150 manat "otkat" verilib. Həmin pulları isə nazirliyin iqtisadiyyat şöbəsinin sektor müdiri Dəyanət Fərəcovun vasitəsi ilə maliyyə və icmal büdcə şöbəsinin müdiri Şəlalə Cəfərovaya vermişik. Sonuncu dəfə isə 29 min 509 manat "otkat" verməli idik, sonradan eşitdik ki, Səlim Müslümov işdən çıxıb. Həmin pul bizdə qalıb" - deyə şahid ifadəsində göstərib.
Qoca Səmədov istintaq ifadəsində göstərib ki, 499 min manatdan 125 min manatı 480 min manatdan 120 min manat, 970 min manatdan 240 min manat, 1 milyon 300 min manatdan isə 319 min 500 manat Şəlalə Cəfərovaya çatdırıb.
Onun ifadəsinə görə, 2018-ci ildə isə 500 min manatdan 200 min manat, 355 min manatdan isə 75 min manat çatdırıb.
Kürdəmir rayonunda yerləşən sanatoriyada işləmiş Elçin Ağayev isə nazirliyin iqtisadiyyat şöbəsinin sektor müdiri Dəyanət Fərəcova 4 ildə 204 min "otkat" verdiyini deyib. Həmin pullar da "putyovka" lar üçün köçürülən vəsaitdən nağdlaşdırılıb.
Şahid qismində ifadə verən Arif Məmmədov deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 18 saylı Regional Ərazi Şöbəsinin Qaz, Zaqatala və Balakən üzrə müfəttişi olub. Onun bildirdiyinə görə, ərazi üzrə müəissələrdə yoxlama aparıblar. Bildirib ki, yoxlamalar zamanı nöqsanlar olan zaman akt tərtib ediblər. O məhkəmədə heç kimə rüşvət vermədiyini deyib.
Amma istintaqa verdiyi ifadəsində isə göstərib ki, ərazi üzrə onlara nəzarət edən rəis müavini Anar Quliyevə 3 min 500 manat rüşvət veriblər.
Arif Məmmədov isə bunu rüşvət qismində vermədiyini açıqlayıb: "Müəyyən tapşırıqları olub. Biz də həmin tapşırıqları icra etmişik. Anar Quliyev rayona gəlib, biz ona qonaqlıq vermişik. Bu da il ərzində 3-4 dəfə olub. Ona rüşvət verməmişəm. Bu müəyyən xərclərimiz olub".
Növbəti proses noyabrın 28-də davam edəcək.
Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Amma o, sonradan səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb.
İttihama görə, Səlim Müslümov rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.
- Kamal Sunalın həyat yoldaşı Gül Sunal - MÜSAHİBƏ
6 dekabr 2023 13:36
- Əli İnsanov iqtidardan 8 min avro alacaq...
6 dekabr 2023 10:04
- İki bacıya 13 İL HƏBS...
5 dekabr 2023 13:00
- Cəbrayıl Fərzəliyev yarım milyonu necə mənimsədi ?
4 dekabr 2023 22:31
- Paşinyan 49 min qaçqın erməni üçün İrəvan ətrafında göydələnlər tikdirir
4 dekabr 2023 11:19
- Heydər Əliyevin iştirak etdiyi ziyafətlərdən menyunu götürüb gətirirdim - Video
3 dekabr 2023 18:53
- Alman generallarının DƏHŞƏTLİ ETİRAFI - Müharibədə hansı insanlıqdan söhbət gedə bilər?
3 dekabr 2023 17:05
- Arif Alışanova qarşı SUİ- QƏSD cəhdi...
2 dekabr 2023 19:37
- ABŞ Naxçıvanın Ermənistana verilməsi üçün....
2 dekabr 2023 11:39
- Keçmiş direktor müavini TƏBİB-i məhkəməyə verdi
1 dekabr 2023 23:16
- Moskvada Putinlə Rəisi arasında görüş keçirilir
08 dekabr 00:35
- Azərbaycan müəllimlərinin XVI qurultayı keçiriləcək
08 dekabr 00:18
- Şuşada mina partlayıb - xəsarət alan var
07 dekabr 13:32
- Gələn il fevralın 7-si qeyri-iş günü olacaq
07 dekabr 13:10
- Azərbaycanda növbədənkənar PREZİDENT SEÇKİSİ keçiriləcək
07 dekabr 12:54
- Şagird sinif yoldaşını öldürüb sonra intihar etdi - Daha 5 yaralı var
07 dekabr 12:42
- Bakıda sərnişin avtobusu evin üstünə düşdü (VİDEO)
07 dekabr 09:42
- Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib
06 dekabr 17:33
- Nazarbayevin bacısı 10 min dollara satır ....
06 dekabr 17:19
- Azərbaycanda 60 yaşlı qadın ilk dəfə ana oldu
06 dekabr 15:58
- ANAMA sədri: Azərbaycana 8 MİNAAXTARAN SİÇOVUL gətirilib...
06 dekabr 14:12
- Ermənistanda əsir saxlanılan Hüseyn ömürlük azadlıqdan məhrum edildi
06 dekabr 14:02
- Kamal Sunalın həyat yoldaşı Gül Sunal - MÜSAHİBƏ
06 dekabr 13:36
- İcra başçısı ÖLDÜ
06 dekabr 13:24
- Şəhidin həyat yoldaşı- Səbuhi şəhid olduqdan 7 gün sonra əkiz qızlarımız dünyaya gəldi
06 dekabr 10:25
- Əli İnsanov iqtidardan 8 min avro alacaq...
06 dekabr 10:04
- BMT 2024-cü ili DƏVƏ İLİ elan etdi
06 dekabr 09:48
- AzTV-nin əməkdaşı MƏDƏKİÇİLTMƏ əməliyyatı zamanı ÖLDÜ....
06 dekabr 00:21
- Axar.az yazır - Qurban Məmmədovun babası erməni olub...Şok arxiv sənədi
05 dekabr 23:19
- Qod Nisanova ağır itki
05 dekabr 22:52
- Qanuni oğru Azərbaycanlı avtoriteti VƏHŞİCƏSİNƏ DÖYDÜ, faciəvi şəkildə öldü - FOTO
05 dekabr 22:24
- Deputat həmkarına etiraz etdi: Buna ehtiyac yoxdur"
05 dekabr 18:28
- NAR-dan “Dinlət” xidməti ilə tərzini paylaş
05 dekabr 18:18
- Paşinyanın deputatı: Dağlıq Qarabağ məsələsi 2018-ci ilə qədər həll olunub
05 dekabr 17:58
- Rus hərbçilər təslim olan ukraynalı əsgərləri güllələdi - ŞOK VİDEO
05 dekabr 17:02
- Aqşin Vəliyev işdən çıxarıldı
05 dekabr 15:16
- Ali Məhkəmə Şəki Apellyasiya Məhkəməsinin BƏRAƏT qərarını qüvvədə saxladı
05 dekabr 15:12
- Telman Qasımov İrəvana MƏXFİ SƏFƏR edib...
05 dekabr 14:42
- Türkiyədən 5 MANATA alınan köynəyi Bakıda 50 MANATA satırlar..
05 dekabr 14:11
- Deputat təklif verdi - Milli Məclisin ADI DƏYİŞSİN....
05 dekabr 13:39