“3 ildir evimi söküb nə mənzil veriblər, nə də kompensasiya...” -Rəsmi

“Sabunçu rayonu Rəsulzadə küçəsi 2 ünvanında köhnə ikimərtəbəli binanın ikinci mərtəbəsində evimiz var idi. Üç il əvvəl binamız “Premium Yaşam” şirkəti tərəfindən söküldü, iki ildən sonra yerində yeni bina tikib təhvil verdilər. Amma bizə nə binadan ev verildi, nə də kompensasiya verildi ki, gedib özümüzə ev alaq”.
Bu şikayətlə “Qafqazinfo”ya həmin binanın 52 saylı mənzilində yaşayan Xalidə Allahverdiyeva müraciət edib.
Onun sözlərinə görə, sözügedən mənzili bacısı ilə birlikdə alıb və hər ikisinin ümumilikdə 8 nəfərlik ailə üzvü orada yaşayıb. O, həmçinin indiyə qədər evinin sökülməsi haqqında müqaviləyə imza atmadığını, mənzilinin öz razılığı olmadan söküldüyünü iddia edir: “İndiyə kimi 1 manat da olsun kirayə pulu almamışam, illərdir qohumlarımın evində yaşayıram. 110 kv metrlik mənzilim var idi. Sabunçu Rayon İcra Hakimiyyətindən gəldilər, komissiya təşkil elədilər, 110 kv evimi 88 kv metr hesabladılar. Dedim yaxşı, 88 kv metrdirsə, onda ona düşən əraziyə uyğun ev verin. Lakin onu da vermədilər. Dedilər ki, sizə 43 kv metr düşür. Mənim şikayətlərimdən sonra mənə 75 kv metrlə razılaşmağı təklif etdilər. Bildirdim ki, yerdə qalan əraziyə görə də pul ödənişi olunsun. Necə olur ki, bizdən aşağıdakı mərtəbədəki qonşuya 110 kv metr hesablanır, ona iki mənzil verilir, amma mənə 43 kv metr verilir? Evimin sökülməsindən üç il keçir, hələ də haqqım olanı ala bilməmişəm”.
X. Allahverdiyeva İcra Hakimiyyətindən dövlət qurumlarına şikayət eydiyinə görə onunla prinsip aparıldığını deyir.
Problemlə bağlı “Premium Yaşam” MTK ilə əlaqə saxladıq. Şirkətdən vətəndaş X. Allahverdiyevanı tanımadıqlarını, mənzili sökülən bütün sakinlərin evlə təmin olunduğunu bildirdilər: “Sakinlər əvvəlcə Sabunçu Rayon İcra Hakimiyyəti ilə müqavilə bağlayırdılar. Sonra ev ayrılırdı, bundan sonra onlar bizə yönləndirilirdilər. Kim ki İcra Hakimiyyəti ilə müqavilə bağlayıb, onların hamısı evlə təmin olunub. Xalidə Allahverdiyevanı isə biz tanımırıq”.
Şikayətçinin razılığı olmadan evinin sökülməsi məsələsinə gəlincə isə, inşaat şirkətindən bildirilib ki, söküntü sakinlərin razılığı ilə aparılıb: “Orada nə qədər sakin var idi, hamısı evlə təmin olunub. Sakinlər söküntü ilə bağlı icra hakimiyyətinə müraciət ediblər. Sonra bizə müraciət olunub və biz də bina inşa edib onlara təhvil vermişik. Ümumilikdə 61 sakin mənzillə təmin olunub”.
Şikayətlə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə də müraciət ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, X.Allahverdiyevaya məxsus 52 saylı mənzilin sahəsi onun israrlı təkidi ilə Bakı Şəhər İcra Hakimiyyətinin və Sabunçu RİH əməkdaşları tərəfindən bir neçə mütəxəssisin iştirakı ilə dəfələrlə ölçülüb və həmin mənzilin ümumi sahəsinin 29 kv.m olduğu müəyyən edilib: “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş RX seriyalı, 16.05.20213-cü il tarixli çıxarışda da həmin mənzilin sahəsi 29 kv metr olduğundan onun əvəzinə müvafiq olaraq 30 min manat məbləğində kompensasiya təklif olunub. Lakin Xalidə Allahverdiyeva həm birdəfəlik maddi yardımdan, həm də ki, öz yaşadığı mənzil sahəsindən 50% artıq təklif olunan - sahəsi 43kv.m, ikiotaqlı, tam təmirli mənzili götürməkdən imtina edib. Vətəndaş sakinlərin ümumi istifadəsində olan dəhliz sahəsinin və pilləkən qəfəsəsinin ona məxsus olduğunu iddia edərək o sahəyə görə də kompensasiya tələb edir. Daha böyük sahə üçün kompensasiya tələb edən vətəndaş qeyd olunan ünvanda yaşadığı gündən köçənə kimi mənzilin yerləşdiyi binanın saxlanması üçün xidmət haqqını 29 kv.m sahəyə görə ödəyib. Hətta onun əlavə kompensasiya tələb etmək üçün əsas gətirəcəyi qeyri-qanuni əlavə tikilisi belə olmayıb”.
İcra Hakimiyyətindən, həmçinin bildirilib ki, baş verə biləcək hər hansı bədbəxt hadisənin qarşısının alınması məqsədilə qeyd olunan qəzalı binanın sakinləri oradan köçürüləndən sonra bina sökülüb: “Vətəndaş Xalidə Allahverdiyeva isə ailə üzvləri ilə birlikdə mənzilini sökərək avadanlıqlarını və tikinti materiallarını özləri ilə aparıb. Əlavə olaraq, onun A.Əsədədullayev küçəsi döngə 1, ev 26 ünvanında sahəsi 70 kv.m olan fərdi yaşayış evi də var və bütün ailə üzvləri ilə birlikdə orada yaşayır. Ona təklif olunan sahəsi 43 kv.m olan mənzil digər bir vətəndaşa verildiyindən ona MTK tərəfindən daha böyük ölçüdə sahəsi 46 kv.m (öz yaşadığı mənzil sahəsindən 58% artıq) olan mənzil təklif olunsa da o, bu təklifdən də imtina edib. Buna görə də MTK tərəfindən saxlanılan həmin mənzil satılıb. X.Allahverdiyeva Rayon İcra Hakimiyyətində dəfələrlə qəbul olunub, ona hər bir vətəndaşa mənzilin qanuni sahəsinə uyğun Maliyyə Nazirliyi tərəfindən vəsait ayrıldığı ətaflı formada izah edilib və müvafiq məlumatlar verilib”.
Qeyd edək ki, Prezidentin tapşırığına əsasən, Rəsulzadə küçəsindəki sözügedən bina da daxil olmaqla Sabunçu rayonu ərazisində yerləşən 7 qəzalı bina sökülüb. Sakinlərin təhlükəsiziliyinin təmin edilməsi, təhlükəsiz əraziyə köçürülməsi üçün maliyyə vəsaiti ayrılıb.
Gülnar Əliyeva



- Gələn il fevralın 7-si qeyri-iş günü olacaq
7 dekabr 2023 13:10
- Kamal Sunalın həyat yoldaşı Gül Sunal - MÜSAHİBƏ
6 dekabr 2023 13:36
- Nəsibə Zeynalovanın oğlu SİRLƏRİ açdı: Anar Kərimovla 3 saat söhbət etdik...
5 dekabr 2023 11:27
- Günəşli yatağında baş verən faciədən 8 il keçir
4 dekabr 2023 13:08
- Əsabil Qasımovun qardaşı oğlu Nəsimi sakinlərinin hüquqlarını pozur
3 dekabr 2023 20:21
- Ermənilər Kərim Vəliyevin bu səfərindən qorxuya düşdü: Azərbaycanın PLANI
3 dekabr 2023 14:21
- Qərb Paşinyandan bu NAZİRİ işdən çıxarmağı tələb edir - ŞOK SƏBƏB
2 dekabr 2023 21:48
- Neftqazelmitədqiqatlayihə İnsititutunun Baş mühəndisi Fazil Həsənovun AİLƏ PODRATI
2 dekabr 2023 20:58
- ABŞ Naxçıvanın Ermənistana verilməsi üçün....
2 dekabr 2023 11:39
- “Bakcell”in sponsorluğu ilə “İnnovasiya Sammit”i keçirilir - Fotolar
30 noyabr 2023 17:40
- Moskvada Putinlə Rəisi arasında görüş keçirilir
08 dekabr 00:35
- Azərbaycan müəllimlərinin XVI qurultayı keçiriləcək
08 dekabr 00:18
- Şuşada mina partlayıb - xəsarət alan var
07 dekabr 13:32
- Gələn il fevralın 7-si qeyri-iş günü olacaq
07 dekabr 13:10
- Azərbaycanda növbədənkənar PREZİDENT SEÇKİSİ keçiriləcək
07 dekabr 12:54
- Şagird sinif yoldaşını öldürüb sonra intihar etdi - Daha 5 yaralı var
07 dekabr 12:42
- Bakıda sərnişin avtobusu evin üstünə düşdü (VİDEO)
07 dekabr 09:42
- Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib
06 dekabr 17:33
- Nazarbayevin bacısı 10 min dollara satır ....
06 dekabr 17:19
- Azərbaycanda 60 yaşlı qadın ilk dəfə ana oldu
06 dekabr 15:58
- ANAMA sədri: Azərbaycana 8 MİNAAXTARAN SİÇOVUL gətirilib...
06 dekabr 14:12
- Ermənistanda əsir saxlanılan Hüseyn ömürlük azadlıqdan məhrum edildi
06 dekabr 14:02
- Kamal Sunalın həyat yoldaşı Gül Sunal - MÜSAHİBƏ
06 dekabr 13:36
- İcra başçısı ÖLDÜ
06 dekabr 13:24
- Şəhidin həyat yoldaşı- Səbuhi şəhid olduqdan 7 gün sonra əkiz qızlarımız dünyaya gəldi
06 dekabr 10:25
- Əli İnsanov iqtidardan 8 min avro alacaq...
06 dekabr 10:04
- BMT 2024-cü ili DƏVƏ İLİ elan etdi
06 dekabr 09:48
- AzTV-nin əməkdaşı MƏDƏKİÇİLTMƏ əməliyyatı zamanı ÖLDÜ....
06 dekabr 00:21
- Axar.az yazır - Qurban Məmmədovun babası erməni olub...Şok arxiv sənədi
05 dekabr 23:19
- Qod Nisanova ağır itki
05 dekabr 22:52
- Qanuni oğru Azərbaycanlı avtoriteti VƏHŞİCƏSİNƏ DÖYDÜ, faciəvi şəkildə öldü - FOTO
05 dekabr 22:24
- Deputat həmkarına etiraz etdi: Buna ehtiyac yoxdur"
05 dekabr 18:28
- NAR-dan “Dinlət” xidməti ilə tərzini paylaş
05 dekabr 18:18
- Paşinyanın deputatı: Dağlıq Qarabağ məsələsi 2018-ci ilə qədər həll olunub
05 dekabr 17:58
- Rus hərbçilər təslim olan ukraynalı əsgərləri güllələdi - ŞOK VİDEO
05 dekabr 17:02
- Aqşin Vəliyev işdən çıxarıldı
05 dekabr 15:16
- Ali Məhkəmə Şəki Apellyasiya Məhkəməsinin BƏRAƏT qərarını qüvvədə saxladı
05 dekabr 15:12
- Telman Qasımov İrəvana MƏXFİ SƏFƏR edib...
05 dekabr 14:42
- Türkiyədən 5 MANATA alınan köynəyi Bakıda 50 MANATA satırlar..
05 dekabr 14:11
- Deputat təklif verdi - Milli Məclisin ADI DƏYİŞSİN....
05 dekabr 13:39