Heykəllər, abidələr millətin tarixi yaddaşıdır….

Heydər Əliyev Fonduna müraciət…
Dahilərimizin heykəllərini güllələyən erməni ilə abidələrimizə laqeyd olan məmurun nə fərqi..?
Heykəllər təkcə incəsənət əsərləri deyil, həm də millətin keçmişidir, tarixi yaddaşıdır.
Biz hələ ötən əsrin 90-cı illərində yazmışdıq ki, tarixi buldozerə vermək olmaz, tarixə ehtiramla, hörmətlə yanaşmaq lazımdır.
Bir daha qeyd etmək istəyirik ki, hər bir şəhərin tarixi yaddaşı var və heykəllər də tarixi yaddaşın bir hissəsidir.
Ümumiyyətlə, heykəltəraşlıq qədim dövrlərdən üzü bəri cəmiyyətin maraq göstərdiyi bir sahədir.
Hər bir şəhərin özünəməxsus, yaraşıqlı heykəlləri olur.
Paytaxtımız Bakı şəhərində də dahi Nizaminin, Nəsiminin, Xətainin, Füzulinin, Sabirin, Səməd Vurğunun, Cəfər Cabbarlının, Nəriman Nərimanovun, Xan qızı Natavanın əzəmətli heykəlləri, Mikayıl Müşfiqin, Ayna Sultanovanın gözəl büstləri var.
Bir daha qeyd etmək istəyirik ki, bunlar bizim tariximizdir.
Bu heykəllərin çoxu sovet dövründə ucaldılıb.
Bizim son 30 illik müstəqillik tariximizdə də maraqlı heykəllər ucaldılıb.
Bunun ən əzəmətli, ən maraqlısı Ulu Öndər Heydər Əliyevin heykəlləri və büstləridir.
Heydər Əliyev həm sovet tariximizin, həm də müstəqillik tariximizin ən parlaq səhifəsidir. Ona təkcə Bakı şəhərində deyil, uzaq Belqradın Taşmaydan parklnda, Meksikada, Ulyanovski şəhərində, Tbilisidə, Daşkənddə, Rumıniyanın paytaxtı Buxarestdə, İstanbul şəhərində və s şəhərlərdə əzəmətli heykəllər ucaldılıb.
Bütün bunlar bizim milli liderə dünya xalqlarının verdiyi yüksək qiymətdir.
Və onu da qeyd edək ki, dünyanın bir çox şəhərlərində gördüklərimiz əsasında deyə bilərik ki, Heydər Əliyevin adı ilə bağlı olan parklara, abidələrə xüsusi qayğı göstərilir, təmizlik də öz yerində.
Amma çox təəssüf ki, bizim bəzi yüksəkçinli məmurlar, icraedici orqanın nümayəndələri, bəzi dövlət qurumlarının təmsilçiləri hələ də Ulu Öndərin adı ilə bağlı olan parkları ticarət, ictimai-iaşə obyektlərinə çevirir, hər şeyə biznes kimi yanaşırlar. Və nəticədə heykəlin ətrafında, yaxud Ulu Öndərin adı ilə bağlı parklarda bir nizamsızlıq, hətta səliqəsizlik yaranır.
Bu məqamda adamın yadına böyük şairimiz Məmməd Arazın misraları düşür:
Bir AĞILIN budağından sallanıb,
Neçə-neçə ağlıdayaz yaşayır.
Bəzi məmurlar unudur ki, onlar Heydər Əliyevi sayəsində vəzifələrə çatıblar, loru dildə desək, Ulu Öndərin çörəyini yeyirlər.
Sözün qısası, bəzi qurumlarda Ulu Öndərin heykəlinə, büstünə olan laqeyd münasibət bizdə acı təəssüf hissi doğurur.
Belə məmurlar başa düşmür ki, Azərbaycanı ayağa qaldıran Ulu Öndər olub.
Söhbət təkcə Ulu Öndərdən getmir, ümumiyyətlə, Azərbaycanın atributlarına, bayrağına etinasız, bəzən hörmətsiz münasibət yolverilməzdir. Məsələn, bəzi xarici şirkətlər bizim milli atributlara laqeyd , hətta xor baxırlar.
Yeri gəlmişkən, analar anası, Zərifə Əliyevanın adına olan parkdakı kafelər, restoranlar da məmur münasibətinin acı nümunəsidir.
Biz hələ Mingəçevirdə Kürün sahilində, Heydər Əliyev parkındakı vəziyyətdən danışmırıq.
Əlbəttə, parklar həm də istirahət yeridir, amma belə də yox…
Ümid edirik ki, bəzi məmurlar bizim bu iradımızdan nəticə çıxaracaqlar. Hətta bizə daxil oaln məlumata görə, bəzi məmurlar bu məsələdə əl-ayağa düşüblər.
Müqayisə qüsurlu olsa da, hesab edirik ki, Şuşada dahilərimizin heykəllərini güllələyən erməni ilə burada dahilərimizin heykəllərinə laqeyd münasibət göstərən məmurun heç bir fərqi yoxdur.
Mövzu ilə bağlı növbəti yazıda konkret qurumlarla bağlı yazını dərc edəcəyik.
Redaksiyadan: Heydər Əliyev Fonduna müraciət edirik ki, bu məsələni nəzarətdə saxlasınlar.
Səlcuq Zəngilanlı
- 1 aprel -Gülüş günü- dür
1 aprel 2025 11:12
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 2025 12:46
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 2025 00:30
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 2025 23:35
- Boykot tarixi: 19-cu əsrdən bu günə qədər gələn müqavimət hekayəsi
28 mart 2025 14:57
- Moldovada saxlanılan qaqauz başkan Qutsul Putinə dəstək üçün müraciət etdi
27 mart 2025 21:25
- Bu ailələr hər ay 315 azn VERİLƏCƏK
27 mart 2025 21:12
- Lukaşenko and içdi və işə başladı
25 mart 2025 13:53
- Ermənistanda 13 gizli ABŞ biolaboratoriyası var - Türkiyə mediasından ŞOK ARAŞDIRMA
24 mart 2025 19:22
- Daha ağır addım atılmamalıdır – Davutoğludan İmamoğlunun həbsinə etiraz
24 mart 2025 16:11
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45