“Rübabənin sənəti gözəl idi, Zeynəbin özü” - FOTO
Əksəriyyətimiz onun səsiylə böyümüşük. Arif Babayev deyəndə çoxları onun insanı odsuz-alovsuz yandıran “Segah”ını xatırlayır.
Böyük həyəcanla ilk muğam professorunun, “Şöhrət” və “İstiqlal” ordenli Xalq artisti Arif Babayevin görüşünə gedirik.
Həyat yoldaşı Gültəkin xanım bizi qonaqpərvərliklə, yüz illərdir tanıdığı adam kimi mehribanlıqla qarşılayır. Şirin dili, gülər üzü ilə elə qapıda isidir insanın ürəyini. 75 yaşına baxmayaraq çox qıvraq, çox hərəkətlidir.
Arif müəllim “bu evdən heç kim çörək kəsməmiş getməz, xətrimə dəyərsən” deyir, israrla süfrəyə dəvət edir. Söhbətimizə süfrə başında davam edirik. Gültəkin xanım da oturur, zarafatla “mən onun kadr arxası prodüseriyəm deyir”, keçmişdən xatirələrə baş vururuq, Arif müəllimin unutduğu məqamları o yada salır. Ömür yoldaşına hədsiz qayğı göstərdiyi hər halından bəllidir.
Lent.az-ın Xalq artisti Arif Babayevdən aldığı müsahibəni təqdim edirik.
- Arif müəllim, Allah qismətinizə Gültəkin xanımı yazmaqla şanslı edib sizi...
- Sənətkarın ömür yoldaşı olmaq asan deyil. Gültəkin olmasaydı çətin olardı. Həmişə mən demişəm, Gültəkin davam edib, sözümə güc verib. Amma çox tərifləməyim, birdən baxmaz mənə (gülür).
- Bəs özü demiş, onu niyə həmişə kadr arxasında saxlamısız? (Gültəkin xanımın dediyinə görə, Arif müəllim gəncliyində də, indi də qısqanc olub)
- Haqqımda çəkilən filmlərdə bəzən görünüb. Bundan artıq nə edəsidir, mənim yerimə oxuyası deyil ki?! Birdən sual verirlər ki, sevib evlənmisən? Deyirəm “a bala, bu sualı gərək 50-60 il öncə verəydiniz. İndi daha mənim sevgidən danışan yaşım deyil”. Özüm də görmüşəm, böyüklər də məsləhət edib, evlənmişik. Allah heç kimi böyüksüz eləməsin. Cavanlara da məsləhət edirəm ki, nikahınızı bərk tutun. Bu dünyada gərək çox şeyin fikrini çəkməyəsən, amma evlənəndə çox düşünmək lazımdı.
- Arif müəllim, sizin cavan vaxtlarınızda muğam oxuyanların sayı indiki qədər çox deyildi. Toya da sayılıb seçilən oxuyanları aparardılar. İndi əsasən müğənninin görünüşünə baxırlar. Onda çox qazanırdılar, ya indi?
- İndi də yaxşı oxuyanlar var. Məncə yaxşıya yaman demək günahdır. El arasına çıxan adam, xanəndə gərək şəxsiyyətini də qoruya. Mirələm Mirələmovdan ona görə xoşum gəlir. Ona “köhnə kişi” deyirəm. Bizim vaxtımızda toy da çox idi, amma onda indiki kimi pul olmurdu. Çox gedirdik toylara. Yadıma gəlir, bir dəfə Opera Teatrında səhnəyə çıxmışam, Məcnunu oxuyuram, tamaşaçılardan biri zaldan qalxıb qışqırır ki, Arif, ayın 30-da boşsan? Çaşdım qaldım. Dirijor vəziyyətdən çıxardı (gülür). Zalım oğlu sual verməyə vaxt tapıbmış.
- Çoxlu sayda tələbələriniz olub. Gəlib arayıb axtarırlarmı sizi?
- Aybəniz Haşımova, Aygün Bayramova, Nəzakət Teymurova, Mənsum İbrahimov tez-tez gəlirlər. Allah hamısından razı olsun. Kiminsə adını unutmuş ola bilərəm. Çoxdular, yaxşı tələbələrim var mənim. Əksəriyyəti xalq artistidir.
- Bəs qəzəllərinizdə oxuduğunuz kimi, əğyar, nankor çıxan olub?
- Eləsi də olub. Eləsinin adını çəkməyə dəyməz, yaxşı insan deyilmiş demək. Allah eləsini yaradıb ki, yaxşıların qədri bilinsin.
- Siz çoxlu sayda istedadlı gənci kəşf edib üzə çıxarmısınız. Bəs sizi kim kəşf etdi, böyük səhnəyə gətirdi?
- Ağlım kəsəndən toy oxuyurdum. Əsgərlikdən gələndən sonra bir gün tar çalan dostum Oqtay Quliyev dedi ki, bəstəkar Süleyman Ələsgərov gəlib, Şuşadadır, istirahət edir. Gedək bir özünü sına. Getdik. Allah o kişiyə rəhmət eləsin, yaxşılıq üçün yaranmışdı. Cabirlə Tahirin babasını deyirəm. Getdik, çıxdım onun qabağına. Meşə ola, dağ ola, cavan oğlan ola. Onda belə indiki kimi əyri-üyrü deyildim, boyum-buxunum, yaraşığım, səsim bulaq kimi qaynayırdı. Qoy bir az da özümü tərifləyim də (gülür). Süleyman Ələsgərov dinlədi. Dedi “sən hardaydın bu vaxtacan?”. Mənə dedi səni 5 gün sonra Bakıda, “Muzkomediyanın” qabağında gözləyəcəm. Kişi adam imiş, dediyi kimi də elədi. Hazırlaşıb gəldim Bakıya. Gördüm sözünü tutub. Dediyi yerdə sarı maşında məni gözləyir. Apardı səsyazma studiyasına, oxudum. Dinlədilər, çox bəyəndilər. Amma mən yenə aylarla məşq elədim. İndikilər bir dəfə oxuyan kimi deyir mən dahiyəm, sənətkaram. Utanmaq yox, qorxmaq yox. Sən dahisənsə, Üzeyir bəy kimdir?
- O zamanlar incəsənət xadimləri rayonlara, kənd camaatı arasına çox çıxardılar...
- Hə, biz çətin günlərdən keçmişik. İnan rayona qastrola gedirdik, aranda, Muğanda istidə milçək ağız-burnumuza dolurdu. Bir dəfə bir zəif oxuyan var idi, Narınc. Onunla Bərdədə kolxozçular qarşısında “Leyli-Məcnun”dan oxuyuruq. Narınc başını sinəmə qoyub, öz partiyasını oxuyur. Gördüm ki, bizdən bir-iki addım uzaqda bir şahmar ilan başını dikəldib, bizə baxır. Dedim Narınc qəflətən görsə, qışqıracaq. Qulağına pıçıldadım ki, qorxma amma yanımızda bir ilan var. O qədər pis oxudun ki, ilan gəlib səni aparmağa (gülür). Muğam başqa dünyadır, nə olar heyvan olanda, yəqin o da musiqi dinləməyə gəlibmiş.
- Leylidən söz düşmüşkən hansı “Leyliniz” Məcnun eşqinə daha çox layiq idi?
- Səhnədə əsas Zeynəblə, Rübabəylə oxumuşam. Rübabənin sənəti gözəl idi, Zeynəbin özü. Zeynəb də şirin oxuyurdu. Uzun illər oxuduq. Sonra gördüm səhnəyə çıxanda səhnə cırıldayır. Kilo almışdım. Səhrada ac-susuz gəzən Məcnunun göbəyi olmaz. Dedim artıq getmək zamanıdır. Adam gərək özü getmək zamanını bilsin. Leyli də çirkin olanda Məcnun deyir “get, get sən o Leyli deyilsən” (gülür). Operadan sonra getdim filarmoniyaya. Milli konservatoriya açılanda ora dəvət olundum. Konservatoriyada muğam kafedrası yarandı, orada çalışmağa başladım.
- Bəs “Məcnunlar” barədə nə deyə bilərsiniz?
- Vallah, hansını deyim? Hərəsinin öz yaxşı tərəfi var. Bir dəfə Mənsumun (Xalq artisti Mənsum İbrahimov) Məcnun rolunu məşq eləməsinə baxırdım. Son səhnədə Məcnun Leylinin dərdindən divanə olub, yerə yıxıldı, süründü, üstü-başı tozun içində. Dedim, ay Mənsum, sənin Məcnunundan sonra teatra xadimə lazım deyil, yeri-yurdu Məcnun özü təmizləyir (yenə gülür).
- Hə sizinlə bağlı baməzə söhbətlər çox olur…
- Yeri gəlir yaranır. Bir dəfə Konservatoriyada bir tələbəm “Qaragilə” oxuyur. Elə başlayandan qayıtdı ki, gəlmişəm yatağına oyadam səni... Deyirəm a bala, əvvəl bir otağa gəl, sonra yatağa keçərsən də. Bir neçə il əvvəl konservatoriyanın qabağında dərsdən çıxıram. Bir dəstə qaraçı qız düşüb üstümə, pul istəyirlər, az qala ətəyimdən asılıblar əl çəkmirlər. Tanınmış bir “bazburutlu” kişi var, yaxından keçirdi, dedi “ay Arif, nə məsələdir?” Dedim “əşi, heç zad, klip çəkdiririk” (gülür). Belə olur yayılır.
- Arif müəllim xanım sevənləriniz çox idi?
- Bu yerdə Gültəkin xanım dillənir: “Üstündə dava düşürdü”. Arif müəllim də gülür.
- Olub, çox olub. Ta nə deyim. Xana (Xan Şuşinski) sevgi məktublar veriləndə deyirmiş ki, bu işlərlə qardaşım məşğul olur. Onun da yaman baməzə işləri var idi. Bir gün toyda oxuyurmuş. Xana aşiq olmuş Qəmər adlı bir xanım da ortalıqda süzür. O məşhur “Qəmərim” mahnısı həmin Qəmərə yazılıb. Qəmər oynadığı yerdə ayağı ilişib yıxılır. İllər sonra Xana zəng vurur, Xan da xəstə yatırmış. Qəmər deyir, ay Xan, tanıdınmı, o yıxılan Qəmərdir danışan. Bu da deyir, vallah, indi də mən yıxılmışam, ay Qəmər. Onun sözü olmasın, indi mən də qocalmışam, o xanımlar da.
- Şuşaya, Qarabağa getdiniz. Yenidən ata yurdunda olmaq necə hisslər yaratdı sizdə?
- Yaman kövrəltdi məni. Anamın atamın qəbrini tapam bilmıdim. Viran eləmişdilər. Bu ağlatdı məni. İnsan neçə yaşında olursa olsun, valideynləri üçün yanır. Bir ovuc torpaq götürüb gəlmişəm ata evimdən (kisədə saxladığı torpağı açıb göstərir). Mənim anam bəy qızı idi, atam isə sakit bir adam. 4 qardaşım var, Şahin yaxşı oxuyurdu, indi insult olub. Bu da Allahın qismətidir. Şikayət eləmək istəmirəm, Allaha ağır gedər. Həyatdır da, ölüm hamı üçün var. Hərdən küsürəm jurnalistlərdən. Yalandan ölüm, xəstəlik xəbərləri çıxarırlar haqqımda.
- Ölümdən qorxursunuz?
- Yox, qorxmuram, adama ölümün də şərəflisi qismət ola. Yaxşı ömür yaşamışam, xalq sevib. Məhəlləyə düşürəm hərdən, heç bir Allah bəndəsi salam vermədən keçmir. Hörmət qoyurlar, sağ olsunlar, gərək hörməti qazanasan, həm də qoruyasan. Çox oxuyan olub, bir az əlinə pul dəyən kimi başlayıb içməyə. O vaxt bir tanınmış xanəndə var idi, adını çəkməyəcəm. Elə içməkdən xəstə düşdü, öldü. İndi də varisləri miras davası edirlər. Mənə dedi iç, kişi içər. Dedim “sən iç, eybi yox, qoy mən kişi olmayım”. Yalan deyə bilmərəm ki, dilimə dəyməyib, hərdən bir az konyak içərdim, cavan vaxtlarımda. Gərək adam ləyaqətini qorusun. Allah mənə gedib Şuşanı, Ağdamı görməyi nəsib elədi. Daha nə istəyim mən bu ömürdən? Allah şəhidlərimizə rəhmət eləsin.
- Arif müəllim, heç övladlarınızdan danışmadıq...
- Hə, ayın axırı pensiyamı alanda nəvələrin hamısı güllə kimi gəlir üstümə. Prezident mükafatı alıram, fonddan alıram, min bərəkət. Hər ayın sonu hamısının payını verirəm. 6 nəvəm, 2 nəticəm var. O balaca hamısından istəklidir, gəl ki şuluqdur, qucaqda saxlamaq olmur. Bir oğlum, iki qızım var. Hamısını yerbəyer eləmişəm, oxutmuşam, evləri, eşikləri ayrıdır. Balacamın 50 yaşı var amma yenə narahatam. Deyirəm, görəsən başıma bir iş gəlsə, necə dolanacaqlar? Ölümlü-itmili dünyadır, mən öləndən sonra aralarında söz-söhbət olmasın deyə, nəyim var bəri başdan aralarında bölmüşəm. Bu evi mənə Prezidentimiz verib, sağ olsun. İndi burada Gültəkinlə ikimiz yaşayırıq, onu Londonda oxuyan nəvəm Arifə vermişəm. O gün deyirəm ki, ölürəm, deyir, ay baba, sən bu sözü keçən il də deyirdin. “Kopoludur” (gülür). Çox istəyirəm hamısını, onlar olmasa, mən yaşaya bilmərəm. Tək dərdim odur ki, müharibə olmasın uşaqlarımız gülləbaran səsi eşitməsinlər. Dövlət başçımız sağ olsun, ordumuz sağ olsun. Bir də Mehriban xanıma xüsusi təşəkkür eləmək istəyirəm. Allah ondan razı olsun, o mənim qayğıma çox qalır. Onların sayəsində əməliyyat olundum, sağaldım, mənə də qayğı göstərir, muğama da. Siz də sağ olun yad edirsiniz məni. Həmişə deyirəm qələm adamlarının başı işləyir, xanəndələrin boğazı. Gərək bir birimizə hörmət qoyaq. oxu.az
- 13 yaşlı məktəbli də qəzada həlak olub - Foto
26 dekabr 2024 16:00
- Oğlan sosial şəbəkədə tanış olduğu qızdan tələb etdi: o, evdən qaçdı, ailəsi... – ŞOK
24 dekabr 2024 20:13
- Nəvəsi Prezidenti bu FOTO ilə təbrik etdi
24 dekabr 2024 14:27
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 2024 20:27
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 2024 19:38
- TƏCİLİ! DTX-dən ƏMƏLİYYAT - Ekstremist qruplaşma İFŞA EDİLDİ FOTO
16 dekabr 2024 12:33
- Gürcüstanın futbolçu prezidenti ilk dəfə müsahibə verdi: keçmiş prezidenti polislə hədələdi - FOTO
16 dekabr 2024 01:01
- Rusiyanın müdafiə naziri Şoyqunun qızı Kseniya TURANA SALAM...BOZQURD...Rus millətçiləri qəzəbləndi
15 dekabr 2024 18:06
- Dünyanın ən varlı illüziyaçısı 13 nəfərin necə yoxa çıxdığını etiraf etdi
15 dekabr 2024 02:35
- Moskvada MDB Hökumət Başçıları Şurasının iclası keçirilir
12 dekabr 2024 13:42
- Milli Məclisin deputatları tətilə çıxır
27 dekabr 21:42
- Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni direktoru - Səkinə Sadıxova
27 dekabr 19:31
- Hökümə xanımla axıra kimi danışdıq...Göümü açdım AKTAU - Video
27 dekabr 18:27
- Məhərrəm Ömrümovun şirkətində bədbəxt hadisə: Usta yıxıldı, vəzifəli şəxs ittiham edildi
27 dekabr 15:28
- Kadırovun təklifindən Bakı imtina etdi - TƏCİLİ
27 dekabr 14:00
- Hərbi xidmətə çağırış yaşı 30-a endirildi
27 dekabr 12:05
- Hökümənin SON MESAJI üzə çıxdı: Yazdığını TEZ SİLİB, bir bundan başqa - VİDEO
27 dekabr 11:43
- Üzünü tam örtən qadınlar 20 MİN cərimələnəcək
26 dekabr 18:06
- 13 yaşlı məktəbli də qəzada həlak olub - Foto
26 dekabr 16:00
- DGK Xəlil Göyüşovun qalmaqallı şirkətini nədə ittiham edir?
26 dekabr 15:11
- Ter-Petrosyandan Köçəryana güllə kimi cavab
26 dekabr 14:21
- Qəzada həlak olan Hökümənin anası DANIŞDI: Həmişə deyirdi ki, mənimlə fəxr edin
26 dekabr 13:36
- MİLLİ MATƏM - Sumqayıtda 105 000 abonent qazsız qalıb
26 dekabr 12:59
- Nazirlik 19 milyonluq təlim xidməti alır - Qalib şirkətin sahibi kimdir?
25 dekabr 21:54
- Özünü təqsirli bilməsə də, 400 min manat ödəyib
25 dekabr 20:46
- Təyyarə qəzasında xəsarət alanların siyahısı açıqlanıb
25 dekabr 18:38
- Eks-Deputat öldü
25 dekabr 18:17
- SON DƏQİQƏ: Azərbaycanda matəm ELAN OLUNDU
25 dekabr 16:01
- Ot öz kökü üstündə bitməyəndə... -Puşkin və Tolstoyun nəvələri Hitlərin əsgəri olublar
25 dekabr 15:32
- İlham Əliyevin təyyarəsi Bakıya eniş etdi
25 dekabr 14:40
- Mehriban Əliyeva başsağlığı verdi
25 dekabr 14:05
- 2024 bizim üçün böyük dəyişikliklər ili kimi yadda qaldı - Bakcell-in baş icraçı direktoru
25 dekabr 13:56
- Qazaxıstan: Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub (YENİLƏNİB/VİDEO)
25 dekabr 12:12
- Türk Dövlətləri Təşkilatında Turan xəritəsi qərarı
25 dekabr 11:26
- Pişiyə görə ərini məhkəməyə verdi
24 dekabr 23:55
- Prezidentin ad günündə ailə FOTOSU
24 dekabr 21:51
- Əmək haqqı, pensiya, müavinət artımı haqqında - Millət vəkili Əli Məsimli
24 dekabr 20:42
- Oğlan sosial şəbəkədə tanış olduğu qızdan tələb etdi: o, evdən qaçdı, ailəsi... – ŞOK
24 dekabr 20:13
- Ərdoğan İlham Əliyevə ZƏNG ETDİ
24 dekabr 18:37
- Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat cərrahiyyə stolunda qaldım
24 dekabr 18:04