Tariyel Qurbanovu hamamda LÜT şəkilləri ilə şantaj edənlər danışdı....

Tanınmış prokuror Tariyel Qurbanovu şantaj edərək pul almaqda ittiham olunan hamam işçisi və digər şəxslərin məhkəməsi davam etdirilir.
"Qafqazinfo" xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə kisəçinin qardaşı, şantaj yolu ilə prokurordan pulların alınmasında iştirak edən İlqar Əliyev ifadə verib. O bildirib ki, Tariyel Qurbanovu tanısa da, onu heç vaxt şantaj etməyib: “Mən, ümumiyyətlə, rayonda yaşamışam. Bakıya arada bir gəlib-gedirdim. Qardaşım deyirdi, Tariyel müəllim zəng edib sənə pul verəcək, get onu götür, mən də mesaj yazıb dəqiqləşmə aparıb pulu götürürdüm. Bir neçə dəfə isə kartıma pul köçürülüb. İttihamda deyildiyi kimi mən Tariyel müəllimdən 5 min manat filan almamışam, o pulu mənə qardaşım maşın almaq üçün verib. Mən bilmirəm qardaşım pulu hardan əldə edib. Amma deyirdi ki, Tariyel müəllim ona köməklik edir.
Bir neçə dəfə isə mən polisə düşəndə Tariyel Qurbanov zəng edib məni bölmədən çıxartdırıb. Qardaşımın hansı hamamda nə işlədiyindən xəbərim yox idi. Sonuncu dəfə Tariyel Qurbanov mənə dedi ki, qardaşıma deyim ki, onu narahat etməsin. Mən də bunu qardaşıma çatdırdım.
Daha sonra digər təqsirləndirilən Natiq Nuriyev ifadə verib. İttihama görə, N.Nuriyev Tariyel Qurbanovdan üç dəfəyə 29 min manat pul alıb. O, cinayət əməlini qismən etiraf edib: “Ümman Əliyev dostum olub. Bir dəfə ehtiyacım olanda Ümman mənə 2 min manat verdi. Dedi ki, şəxsi biznesim var, oradan qazanıram. Ümmanın Tariyel Qurbanovla tanışlığından məlumatım var idi. Bir dəfə gördüm ki, Ümman zəng edib Tariyel Qurbanovdan pul tələb edir. Mən də onun telefonundan Tariyel müəllimin nömrəsini götürdüm. Başladım şantaj eləməyə. Dedim ki, Ümmanın telefonu məndədir. Sənə aid şəkillər var, pul istədim. Bəli, mən Tariyel müəllimə hədə-qorxu gələrək pul istəmişəm. Lakin əlimdə ona aid heç bir rüsvayedici foto-görüntü olmayıb. Bir dəfə mənə 1800 manat, sonra 8 min göndərib. Amma o pul mənə çatmayıb. Guya o pulu 4 nəfər arasında böləcəkdik. Yenə 4 min istəyəndə, dedi ki, sizi tutduracam. İstintaqdakı ifadələrimi isə təsdiq etmirəm. Onu təzyiq altında vermişəm”.
Proses noyabrın 11-də davam etdiriləcək.
İstintaq tərəfindən Ümman Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, İlqar Əliyev, Ələkbər Nuriyev, Elnur Eldarov və Sahilə Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib. Belə ki, dəstə üzvləri Tariyel Qurbanovun hamamda çəkilmiş fotolarını ona göndəriblər və pul verməsini tələb ediblər. Əks halda həmin fotoları sosial şəbəkələrdə yaymaqla hədələyiblər.
Məşhur prokuroru əsas şantaj edən şəxsin Ümman Əliyev olduğu bildirilir. İddialara görə, o, hamamda kisəçi-ofisiant işləyib. Tariyel Qurbanov isə həmin hamamın daimi müştərisi kimi Ümmanla orada tanış olub. Ü.Əliyevin ibtidai istintaqa verdiyi ifadə elan olunarkən göstərilib ki, Tariyel Qurbanovla əlaqə saxlayaraq onda fotoları olduğunu deyib və pul tələb edib. İstintaqda verdiyi ifadəsinə görə, Ümman Əliyev Tariyel Qurbanovdan 63 min manatdan çox pul alıb.
Qeyd edək ki, T.Qurbanov hazırda Abşeron rayon prokurorunun böyük köməkçisidir. O, sözügedən hadisə baş verərkən Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub.
Xatırladaq ki, Tariyel Qurbanov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.
- Prezident Pezeşkianla danışdı
31 mart 2025 15:23
- Şəxsi işimdir, hər şeyi açıqlamalıyam? - Xəstə olduğu deyilən Şeyx danışdı
30 mart 2025 17:27
- Ərdoğan Pezeşkianla DANIŞDI - Mühüm məsələlər MÜZAKİRƏ OLUNDU
29 mart 2025 19:50
- 106 yaşlı DTX: Kimlər rəhbər olub? – ARAYIŞ
28 mart 2025 12:58
- Bakıda məhkəməsi keçirilən Bakonun qonşusu danışdı: Qumarbaz, nəşəxor idi
25 mart 2025 17:14
- stanbul bu dəqiqələrdə... - Video
25 mart 2025 02:33
- Ərdoğan aksiyalardan danışdı
24 mart 2025 20:18
- Ofeliya Sənani danışdı: Çölə çıxmıram, evdə tuta-tuta gəzirəm
24 mart 2025 14:20
- Putinin həyatını bir film dəyişibmiş... - Özü danışdı
24 mart 2025 00:04
- SON DƏQİQƏ! Qar uçqununa düşən hərbi qulluqçularımızın nəşi tapıldı
21 mart 2025 18:17
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45