İSTEHLAKÇIların qanunla nəzərdə tutulmuş hansı hüquqları var ?
İstehlakçıların qanunla nəzərdə tutulmuş hansı hüquqları var? Məhsul və ya xidmət əldə edərkən nələri bilməliyik?
İstehlakçı hüquqlarının qorunması, bu sahədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin həyata keçirdiyi işlər barədə “Qafqazinfo”nun suallarını Dövlət Xidmətinin İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Roman Qaraşov cavablandırıb.
- İstehlakçı məhsul və ya xidmət alarkən ona hansı məlumatlar verilməlidir?
- İstehlakçıların əsas hüquqlarından biri də əldə etdikləri mal, iş və ya xidmət haqqında məlumat almaqdır. İstehlakçının məlumat almaq hüququnun təmin olunması onun seçim etmək hüququnu gerçəkləşdirməsinə şərait yaradır. İstehlakçıya əldə etdiyi malın, işin və ya xidmətin qiyməti, istehlak xassələri, mala, işə və ya xidmətə dair təminat öhdəlikləri, iddiaların irəli sürülməsi qaydası, malların saxlanılma və təhlükəsiz istifadə qaydaları, ərzaq məhsulları barəsində, həmçinin həmin məhsulların tərkibi, enerji dəyəri, sağlamlıq üçün zərərli olan maddələrin qida təhlükəsizliyi sahəsində mövcud olan texniki normativ hüquqi aktların tələbləri ilə müqayisəli miqdarı barədə zəruri və düzgün məlumat verilməlidir. İstehlakçıların məlumat almaq hüququnun təmin edilə bilməsi üçün Azərbaycan Respublikası ərazisinə idxal edilən malların istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilində olmalıdır.
- İstehlakçılar daha çox hansı hallarda narazı qalırlar? Müraciətlər daha çox nə ilə bağlıdır?
- İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan müraciətlərin təhlili göstərir ki, istehlakçıların qiymət fərqi ilə əlaqədar şikayətləri daha çoxdur. Belə ki, bir çox hallarda ticarət obyektlərində malların üzərində qiymətlər göstərilmir və ya malın üzərində göstərilən qiymətlə nəzarət kassa aparatının fiskal yaddaşındakı qiymət arasında uyğunsuzluqlar olur. Bu da nəticədə istehlakçıların hesabda aldadılmasına gətirib çıxarır. Bəzən qiymətlər manatla deyil, xarici valyuta ilə qeyd olunur ki, nəticədə, istehlakçıların mal haqqında məlumat almaq hüququ pozulmuş olur. Qanunvericiliyin tələblərinə görə, satışda olan bütün malların üzərində malın adı, növü və qiyməti göstərilməlidir. Malın adı, çəkisi və növü qutusunda göstərilərsə, qiymət yarlığında ancaq mal vahidinin dəyəri (ədədin qiyməti) göstərilməlidir. İstehlakçıların şikayətlərinin digər böyük qismi də aldıqları mal və ya xidmətin keyfiyyəti ilə bağlıdır. İstehlakçı gözlədiyi keyfiyyətdə mal və ya xidmət əldə etmədikdə aidiyyəti dövlət orqanlarına müraciət edir.
- Qiymət intizamının pozulması və istehlakçıya mallar (işlər, xidmətlər) barədə zəruri məlumatların verilməməsinə görə hər hansı cərimə varmı? Mal və ya xidmət barədə yalan və ya təhrif edilən məlumat verənlər hansı məsuliyyəti daşıyırlar?
- İnzibati Xətalar Məcəlləsinə əsasən, qiymət intizamının pozulması, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə təqsirli şəxslər (sahibkar) səkkiz yüz manatdan min manatadək məbləğdə, ölkə ərazisində satılan malların (işlərin, xidmətlərin) qiymətlərinin manatla göstərilməməsinə görə isə min yüz manatdan min altı yüz əlli manatadək cərimə edilir. İstehlakçıya qanunvericilikdə qeyd edilən məlumatların verilməməsinə görə də İnzibati Xətalar Məcəlləsində iki yüz manat məbləğində cərimə nəzərdə tutulmuşdur.
- Cari ildə istehlakçıların məlumat almaq hüququnun pozulması ilə bağlı Dövlət Xidmətinə nə qədər müraciət daxil olub?
- Cari ildə Dövlət Xidmətinə məlumat almaq hüququnun pozulması ilə bağlı ümumilikdə 152 müraciət daxil olub. Onlardan 87-si ticarət obyektlərində qiymət intizamının pozulması və istehlakçıların hesabda aldadılması ilə bağlı olub. Müraciətlərin araşdırılması zamanı hesabda aldatma halları ilə bağlı təqdim olunmuş sübutlara əsasən Dövlət Xidməti tərəfindən 3 fiziki və 5 hüquqi şəxs barəsində, qiymətin manatla göstərilməməsinə görə isə 1 hüquqi şəxs barəsində qanunamüvafiq tədbirlər görülüb.
- Məhərrəm Ömrümovun şirkətində bədbəxt hadisə: Usta yıxıldı, vəzifəli şəxs ittiham edildi
27 dekabr 2024 15:28
- DGK Xəlil Göyüşovun qalmaqallı şirkətini nədə ittiham edir?
26 dekabr 2024 15:11
- Ot öz kökü üstündə bitməyəndə... -Puşkin və Tolstoyun nəvələri Hitlərin əsgəri olublar
25 dekabr 2024 15:32
- 2024 bizim üçün böyük dəyişikliklər ili kimi yadda qaldı - Bakcell-in baş icraçı direktoru
25 dekabr 2024 13:56
- Əmək haqqı, pensiya, müavinət artımı haqqında - Millət vəkili Əli Məsimli
24 dekabr 2024 20:42
- 14 milyonluq dələduzluq işi – Tahir Qədəşov 2025-ci ildə hakim qarşısında dayanacaq
24 dekabr 2024 16:25
- Dünyanın 77 il susduğu cinayət – Ermənistanın cavabsız qalan əməlləri
23 dekabr 2024 18:34
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 2024 13:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 2024 17:44
- Korrupsionerləri Çində edam edirlər, bizdə məhkəmələr cəzalarını azaldır - səbəb...
19 dekabr 2024 11:11
- Milli Məclisin deputatları tətilə çıxır
27 dekabr 21:42
- Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni direktoru - Səkinə Sadıxova
27 dekabr 19:31
- Hökümə xanımla axıra kimi danışdıq...Göümü açdım AKTAU - Video
27 dekabr 18:27
- Məhərrəm Ömrümovun şirkətində bədbəxt hadisə: Usta yıxıldı, vəzifəli şəxs ittiham edildi
27 dekabr 15:28
- Kadırovun təklifindən Bakı imtina etdi - TƏCİLİ
27 dekabr 14:00
- Hərbi xidmətə çağırış yaşı 30-a endirildi
27 dekabr 12:05
- Hökümənin SON MESAJI üzə çıxdı: Yazdığını TEZ SİLİB, bir bundan başqa - VİDEO
27 dekabr 11:43
- Üzünü tam örtən qadınlar 20 MİN cərimələnəcək
26 dekabr 18:06
- 13 yaşlı məktəbli də qəzada həlak olub - Foto
26 dekabr 16:00
- DGK Xəlil Göyüşovun qalmaqallı şirkətini nədə ittiham edir?
26 dekabr 15:11
- Ter-Petrosyandan Köçəryana güllə kimi cavab
26 dekabr 14:21
- Qəzada həlak olan Hökümənin anası DANIŞDI: Həmişə deyirdi ki, mənimlə fəxr edin
26 dekabr 13:36
- MİLLİ MATƏM - Sumqayıtda 105 000 abonent qazsız qalıb
26 dekabr 12:59
- Nazirlik 19 milyonluq təlim xidməti alır - Qalib şirkətin sahibi kimdir?
25 dekabr 21:54
- Özünü təqsirli bilməsə də, 400 min manat ödəyib
25 dekabr 20:46
- Təyyarə qəzasında xəsarət alanların siyahısı açıqlanıb
25 dekabr 18:38
- Eks-Deputat öldü
25 dekabr 18:17
- SON DƏQİQƏ: Azərbaycanda matəm ELAN OLUNDU
25 dekabr 16:01
- Ot öz kökü üstündə bitməyəndə... -Puşkin və Tolstoyun nəvələri Hitlərin əsgəri olublar
25 dekabr 15:32
- İlham Əliyevin təyyarəsi Bakıya eniş etdi
25 dekabr 14:40
- Mehriban Əliyeva başsağlığı verdi
25 dekabr 14:05
- 2024 bizim üçün böyük dəyişikliklər ili kimi yadda qaldı - Bakcell-in baş icraçı direktoru
25 dekabr 13:56
- Qazaxıstan: Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub (YENİLƏNİB/VİDEO)
25 dekabr 12:12
- Türk Dövlətləri Təşkilatında Turan xəritəsi qərarı
25 dekabr 11:26
- Pişiyə görə ərini məhkəməyə verdi
24 dekabr 23:55
- Prezidentin ad günündə ailə FOTOSU
24 dekabr 21:51
- Əmək haqqı, pensiya, müavinət artımı haqqında - Millət vəkili Əli Məsimli
24 dekabr 20:42
- Oğlan sosial şəbəkədə tanış olduğu qızdan tələb etdi: o, evdən qaçdı, ailəsi... – ŞOK
24 dekabr 20:13
- Ərdoğan İlham Əliyevə ZƏNG ETDİ
24 dekabr 18:37
- Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat cərrahiyyə stolunda qaldım
24 dekabr 18:04