“Ermənilər Xankəndidə azərbaycanlıları şərləyib həbs etdirdilər”

Ermənilər zaman-zaman azərbaycanlılara qarşı soyqırım və qətl hadisələri törədiblər. Eyni zamanda, dəfələrlə azərbaycanlılar ermənilər tərəfindən hücumlara məruz qalıb və faciəvi şəkildə qətlə yetiriliblər, sağ qalanlar isə öz dədə-baba yurdlarından qovulub. Buna Birinci Qarabağ müharibəsi zamanı onların törətdikləri vəhşiliklər barədə çoxsaylı misal gətirmək olar. Onların otuz il əvvəl azərbaycanlıları qətlə yetirməsi ilə bağlı faktlar bu gün artıq dəlilli-sübutlu üzə çıxır. Son günlər Edillidə aşkarlan kütləvi məzarlıq bunun bariz nümunəsidir. Yəni, mənfur qonşumuzun bizə qarşı məkrli, hiyləgər və düşməncəsinə davranışları ta əzəldən bəri dəyişməz olaraq qalıb. 1967-ci ilin iyul ayının 3-də ermənilərin azərbaycanlılara qarşı törətdiyi hadisə də dəhşətlidir.
Belə ki, erməni daşnakları 1966-cı il oktyabr ayının 22-də Martuni rayonunun Qarakənd kəndindəki S.M.Kirov adına kolxozun aqronomu Benik Movsesyan adlı bir erməninin 8 yaşlı oğlu Nelsonu xüsusi amansızlıqla qətlə yetiriblər. Sonra onun cəsədini aparıb əsasən azərbaycanlılar yaşayan və Ərşad Məmmədovun direktoru olduğu Kuropatkino kəndi ərazisinə atıblar. Beləliklə, onlar hadisənin azərbaycanlılar tərəfindən törədildiyi barədə yalan məlumat yayıblar. Saxta cinayət işi əsasında azərbaycanlılar - Ərşad Məmmədov, Ələmşad Məmmədov və Söhrab Məmmədov həbs edilib. Həbsxanada isə onlara ağır işgəncələr verilib və zorla cinayəti boyunların götürməyə nail olublar. Beləliklə, saxta qurulmuş məhkəmənin qərarı ilə Ələmşad Məmmədov güllələnməyə məhkum edilib, Ərşad Məmmədov 15 il həbs cəzası, Söhrab Məmmədov isə bəraət alıb. Hətta bu saxta qərarın da kifayət qədər sərt olmasına baxmayaraq ermənilər məhkəmə zalına hücum edib, Ələmşad və Ərşadı öldürüb, Söhrabın olduğu dustaq maşınına isə od vurublar. Sonra onlar hər üç azərbaycanlının meyitinə od vurub yandırıblar.
“Qafqazinfo” xəbər verir ki, ermənilər tərəfindən üç azərbaycanlının yandırılmasına şahidlik edən Xankəndi rayonu, Nizami Gəncəvi adına 4 saylı orta məktəbin riyaziyyat müəllim Nadir Rəşidov “Report”a açıqlamasında hadisə ilə bağlı öz acı təəssüratlarını bölüşüb.
Hadisə vaxtı 12 yaşında olmuş Nadir Rəşidovun sözlərinə görə, məhkəmə prosesi bitdikdən sonra ermənilər məhkumların aparıldığı avtomobili aşırıb və onları yerindəcə güllələyib, cəsədlərin üzərinə isə benzin tökərək amansızcasına yandırıblar:
“Üç nəfər azərbaycanlının ermənilər tərəfindən yandırılaraq vəhşicəsinə qətlə yetirildiyini eşitdim. Qətlə yetirilənlərdən biri Qaradağlı kənd məktəbinin direktoru Ərşad Məmmədov idi. Hansı ki, həmin Qaradağlı kəndindən bir erməni uşağı itkin düşmüşdü. İki-üç gün sonra kəndin kənarında itən uşağın cəsədi tapılıb. Elə azərbaycanlılara qarşı törədiləcək vəhşilik aktının biri də bu zaman baş verib. Ermənilər qətl hadisəsində Məmmədov Ərşad Daşdəmir oğlu, Məmmədov Zöhrab Səhrəman oğlu və Məmmədov Ələmşah Xanlar oğlunu şərləyərək həbs etdilər. Xankəndində məhkəmə keçirildi və onlara hökm oxundu”.
O zaman ermənilərin azərbaycanlılara qarşı aqressiyasını hələ tam başa düşmədiklərini bildirən N.Rəşidov qeyd edib ki, ermənilər Qarabağla bağlı iddialarını bu cür süni çaxnaşmalar salaraq dilə gətirməyə çalışırdılar:
“Onlar elə görüntü yaratmağa çalışırdılar ki, sanki burada azərbaycanlılar ermənilərə qarşı etnik zəmində hansısa təhlükə törədə bilərlər. Halbuki əksinə, Xankəndində yaşayan azərbaycanlılar vahimə, qorxu içində idilər. Bu hadisədən sonra bir sıra azərbaycanlı ailələr bir neçə ay Xankəndindən ətraf kəndlərə köçdülər. Hətta evlərini satıb buranı tamamilə tərk edənlər də var idi. Öldürülən uşaq da elə ermənilərin özləri tərəfindən öldürülmüşdü. Çünki Qarabağda baş verən bu cür hadisələr ermənilərin məkrli planlarına xidmət edirdi. Azərbaycanlıları bu ərazilərdən köçə məcbur etmək, didərgin salmaq üçün səbəblər lazım idi, həmin səbəblər isə ermənilər tərəfindən süni şəkildə yaradılırdı”.
“O zaman Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Heydər Əliyev Qarabağda sakitliyi bərpa etdi. Heydər Əliyev Xankəndinə səfər etdi. Şuşada müşavirə keçirildi və azərbaycanlılara qarşı törədilən vəhşilik hadisəsinin iştirakçısı olmuş bütün cinayətkarlar bir gecədə həbs edildi. Bundan sonra şəhərdə elə bir sakitlik yarandı ki, sanki belə hadisə baş verməmişdi”, - N.Rəşidov vurğulayıb.
Qeyd edək ki, ermənilər tərəfindən vəhşiliklə qətlə yetirilən üç nəfər azərbaycanlı aşağıdakılardır:
1. Məmmədov Ələmşah xanlar oğlu Xocavənd rayonu Kuropatkino kənd sovxozunun bağ gözətçisi işləyib, orada yaşayıb.
2. Məmmədov Zöhrab Səhrəman oğlu Xocavənd rayonu Kuropatkino kənd sovxozunda sürücü işləyib, orada yaşayıb.
3. Məmmədov Ərşad Daşdəmir oğlu əslən Qaradağlı kəndindən olub, Xocavənd rayonunun Kuropatkino kənd sovxozunda məktəb direktoru işləyib və orada yaşayıb.
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 2025 01:31
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 2025 00:30
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 2025 23:02
- İmamoğluya görə 2,2 MİLYONLUQ mitinq - Fotolar
29 mart 2025 21:52
- 106 yaşlı DTX: Kimlər rəhbər olub? – ARAYIŞ
28 mart 2025 12:58
- Goranboyda həkimin başına oyun açdılar: Dələduzların qurduqları hiyləgər plan
27 mart 2025 23:40
- Biləsuvarda film kimi cinayət - İki qadın, iki quzu...
27 mart 2025 22:50
- Mirvari Qəhrəmanlı prokurorluğa çağırıldı
27 mart 2025 21:44
- Azərbaycanlı məşhur müğənni Rusiyada saxlanıldı
26 mart 2025 16:31
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45