Məşhur prokuroru hamamda ÇILPAQ FOTOLARI ilə...

Məşhur prokuror Tariyel Qurbanovu şantaj etməkdə ittiham olunan şəxslər - Ümman Əliyev, Natiq Nuriyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
"Musavat" istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə Ümman Əliyev ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək deyib ki, prokurora hədə-qorxu gəlməsi və ondan pul tələb etməsi ilə bağlı işdə heç bir sübut yoxdur: “Mən xəstəlik adı ilə Tariyel Qurbanovdan pul almışam. Bu səbəbdən də istintaqa verdiyim ifadəmi təsdiq etmirəm. Həmin ifadəmi təzyiq altında vermişəm. İndi həqiqəti məhkəmədə danışacam. 2001-ci ildə Qubadan işləmək məqsədilə paytaxta gəldim. İlk iş yerim Bakıxanovda yerləşən “Hamam Plaza” olub. Orada ofsiant işləyirdim. Tariyel Qurbanovu da orada tanımışam. Tariyel müəllimlə ilk tanışlığım 2006-cı ildə olub. Tariyel müəllim hamama gəlib, ona bir ilə yaxın orada qulluq etmişəm”.
Ümman Əliyevin sözlərinə görə, qardaşı Vüsalın xəstəliyi ilə əlaqədar onun müalicəsi adı ilə Tariyel müəllimdən ilk dəfə 1800 manat alıb: "Həmin pulu qardaşımın müalicəsinə xərcləmədim. Bunu Tariyel müəllim bilməyib. Həmin pulu Tariyel müəllim mənə poçt vasitəsi ilə göndərdi. Həmin pulu götürərək şəxsi ehtiyaclarıma xərclədim. Həmin dövrdə hamamdan çıxmışdım, işsiz idim. Buna görə də pula ehtiyacım var idi. İkinci dəfə 2021-ci ilin noyabrında qardaşımın xəstəliyi ilə bağlı yenə də Tariyel müəllimdən 1800 manat aldım. Həmin pulu da Tariyel müəllim poçt vasitəsi ilə göndərdi. Qubada həmin pulu poçtdan götürdük. Tariyel Qurbanovdan 2021-ci ilin sentyabrından 2022-ci lin fevralına kimi pul almışam. Müxtəlif vaxtlarda aldığım pulların ümumi məbləği yadımda qalmayıb. Tariyel Qurbanovu hamam fotoları ilə şantaj etməmişəm. İfadəmin həmin hissəsini müstəntiqin təzyiqi altında vermişəm. Tariyel Qurbanovdan pul alan zaman heç kimlə əlbir olmamışam. Pulları tək istəyib almışam".
Ü.Əliyevin İbtidai istintaqa verdiyi ifadə elan olunarkən göstərilib ki, Tariyel Qurbanovla əlaqə saxlayaraq onda çılpaq fotoları olduğunu deyib və pul tələb edib. Lakin təqsirləndirilən şəxs ifadəni məhkəmədə təsdiq etməyib. O bildirib ki, Tariyel Qurbanovun hər hansı bir formada onda fotosu olmayıb.
İstintaqda verdiyi ifadəsinə görə, Ümman Əliyev Tariyel Qurbanovdan 8 min manat bir, 15 min 400 manat bir, 20 min manat bir, 20 min manat isə sonuncu dəfə alıb. Onun sözlərinə görə, qeyd olunan məbləğləri Tariyel Qurbanovdan iş qurmaq adı ilə istəyib.
Daha sonra ifadə verən digər təqsirləndirilən Pərvin Yusifov da özünü təqsirli bilməyib. O deyib ki, bir gün Ümman ilə çayxanada olan zaman ondan pul göndərmək üçün kart istəyib: "Mən də anamın kartı olduğunu bildirdim. Ondan pulun problemli olub-olmadığını soruşdum. Dedi ki, heç bir problem yoxdur. Anama məxsus məndə olan kartın şəkilini çəkdim və Ümmana göndərdim. Ümman da həmin kartı kimisə yolladı. İki dəfəyə həmin karta pul göndərildi. İlk dəfə 900 manat, sonra isə 1200 manat göndərilmişdi. Mən də həmin pulları kartdan çıxararaq Ümmana verdim. Buna görə də Ümman mənə xərcləmək üçün pul verdi. Növbəti dəfə “Azərsu”yun qarşısında Ümmanın göstərişi ilə Tariyel Qurbanovdan 1150-1200 manat aldım. Ümman Tariyel Qurbanovun nömrəsini mənə vermişdi. Zəng etməkdə məqsədim deyilən yerə çatdığımı bildirmək olub. Ümmanla Tariyel Qurbanovun münasibətlərindən də xəbərim olmayıb. Həmin vaxt ora Tariyel Qurbanovun özü gəlmişdi. Tariyel Qurbanova Ümmanın xəstə olması barədə heç nə demədim.
Növbəti dəfə “Avesta Konserni”nin binasının yaxınlığında yenə də pul götürmək üçün Tariyel Qurbanovla görüşdüm. Tariyel Qurbanovun məndən Ümmanın səhhətini soruşdu. Mən də dedim ki, inşallah, yaxşı olar. Tariyel Qurbanov mənə 3 min manat verdi. Həmin pulu da Ümmana çatdırdım. Bu zaman Ümman mənə 500 manat verdi ki, xərcləyim. Mən də ondan həmin pulu götürdüm və şəxsi ehtiyaclarıma xərclədim”.
Təqsirləndirilən şəxs deyib ki, Ümman Əliyevlə birlikdə Tariyel Qurbanova hədə-qorxu gəlməyib, ona çılpaq fotolarını göstərməyib və pul tələb etməyib. Onun sözlərinə görə, Ümmanın belə hərəkət etməsindən isə xəbəri olmayıb.
Proses oktyabrın 28-də davam edəcək.
Qeyd edək ki, istintaq tərəfindən Natiq Nuriyev, Ümman Əliyev, Pərvin Yusifov, Ələkbər Nuriyev, İlqar Əliyev, Elnur Eldarov və Sahilə Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib. İttihama görə, dəstə üzvləri Tariyel Qurbanovun hamamda çəkilmiş fotolarını ona göndəriblər və pul verməsini tələb ediblər. Əks halda həmin fotoları sosial şəbəkələrdə yaymaqla hədələyiblər.
Tariyel Qurbanov Qaradağ və Hacıqabul rayonlarında prokuror olub. Daha sonra Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub. Bu ilin mart ayında vəzifəsindən azad olunan Tariyel Qurbanov sonradan Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunub. Tariyel Qurbanov həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 2025 15:27
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 2025 13:43
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 2025 22:42
- Prezidentin nəvələri ilə idman zalından maraqlı FOTOLARI
12 aprel 2025 19:40
- SSRİ-də kölgə iqtisadiyyatı yaradan adam - o, kağız üzərində maliyyə imperiyası qurub
10 aprel 2025 16:00
- Xanlar Vəliyev təqaüdə göndərildi
8 aprel 2025 20:29
- SSRİ və ABŞ arasında ağlasığmaz rəqabət - Xruşov Ayda atom bombası partlatmaq istəyib
8 aprel 2025 13:39
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
7 aprel 2025 15:59
- Vahid Əhmədovun oğluna yeni vəzifə verilir
7 aprel 2025 13:19
- Qonaqpərvərliyə görə təşəkkür etdi - Fotolar
3 aprel 2025 13:24
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35
- Prezidentin Türkiyəyə işgüzar səfəri BAŞA ÇATDI
12 aprel 21:02
- Mehriban Əliyeva qızı ilə Antalyada panel iclasında - Fotolar
12 aprel 20:23
- Prezidentin nəvələri ilə idman zalından maraqlı FOTOLARI
12 aprel 19:40
- Mən sənin əllərinə toxunduğum günü xatıralyıram - Rаsət Pirisoyu
12 aprel 17:36