“Kremennayadakı partlayışlar nəticəsində rus işğalçıları 400-ə qədər şəxsi heyəti və 100-ə yaxın ağır texnikasını itirib".
Bu barədə Luqansk Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Qaydai məlumat verib.
“Kremennaya partlayış bir neçə yerdə - komanda məntəqələrində, kazarmalarda, texnikanın təmiri və texniki xidməti bazalarında və başqa istiqamətlərə ötürülən texnikanın toplandığı yerlərdə baş verib”, - o, qeyd edib.
Qaydai əlavə edib ki, bu partlayışlar nəticəsində rus işğalçılarının itkiləri 400 şəxsi heyət və 100-ə yaxın ağır texnika təşkil edir.
Qaydai qeyd edib ki, yeni “pambıq yığımı” gözləmək lazımdır.
Xatırladaq ki, rus ordusu aprelin 18-də Kremennayanı tutub. (Teleqraf.com)