Narkotik satan: “15 mini müstəntiqə DSX binasının həyətində vermişik”
Narkotik alveri ittihamı ilə 13 il müddətə azadlıqdan məhrum edilən Beyləqan sakini Faiq Məmmədovun anası Məhsəti Məmmədova onlardan rüşvət alındığını iddia edir.
“Qafqazinfo”ya müraciət edən qadının sözlərinə görə, oğlunun cinayət işi üzrə istintaqı aparan Dövlət Sərhəd Xidmətinin müstəntiqi Nicat Acalov onlardan 25 min manat alıb, əvəzində isə F.Məmmədovu həbsdən buraxdıracağına dair vəd verib: “Faiq saxlanılandan bir neçə gün sonra Nicat Acalov onu həbsdən buraxmaq üçün vəkil vasitəsilə bizdən 25 min manat istədi. Kiçik oğlum qardaşı ilə görüşüb pul məsələsini deyib. Nicatın cavabı belə olub ki, “yuxarıdan məndən cavab gözləyirlər”. Bundan sonra 15 min manatı DSX binasının həyətində müstəntiq Nicat Acalova vermişik. Bir neçə gün sonra özüm Opera və Balet Teatrının yanında Nicatla görüşərək ona 5 min manat verdim. Növbəti dəfə Nicat öz maaş kartını bizə göndərdi ki, ödənişi bura edin. 1600 manat da onun kartına göndərdik, bunun qəbzi də var. Qalan 2 min dolları da Faiqin xalası oğlu Vüqar Nicata verib.
Nicat 25 min manat rüşvət almasını dəfələrlə etiraf edib, bunun səsyazıları da var. O, 2 il bizi müxtəlif vədlərlə aldatdı. İş məhkəməyə veriləndə yalandan deyirdi ki, iş hələ məndədir, Faiqi buraxacağam. Sonra biz pulu tələb edəndə dedi ki, “pulun hamısını Baş Prokurorluğa vermişəm, indi də ala bilmirəm”, bunlar hamısı səs yazılarında da var. Nicat deyir ki, “mən prokurorluğun “şusturyak”ıyam, onlar nə deyirsə, onu da edirəm”.
Məhsəti Məmmədova Nicat Acalov barəsində dəfələrlə prokurorluğa müraciət etməsinə baxmayaraq, müstəntiqin əməllərinin araşdırılmadığını deyir: “Hər dəfə ərizəmiz DSX-yə yönləndirilir, orada da ərizə “qara dəliy”ə düşür və 3 aydır bizə heç bir cavab verilmir. Nicat Acalovun səsyazıları və karta ödənilən qəbzin şəklini yaymağımızın cinayət olduğunu bildiyimiz üçün ictimailəşdirmirik. İşlə bağlı ədalətli araşdırma aparılıb tədbir görülməzsə, həmin səs yazıları və digər sübutları sosial şəbəkələr vasitəsilə ictimailəşdirməyə məcbur olacağıq.
Oğlumla birlikdə tutulan İbrahim Qorçuyev cinayəti etiraf etdikdən və bu barədə DSX tərəfindən mediaya rəsmi açıqlama verildikdən sonra azadlığa buraxıldı. İbrahim və narkotikin üzdə olmayan sahibləri digər tutulan Elşən Süleymanova 50 min manatlıq ev alıb verdilər ki, cinayəti öz üstünə götürsün və Faiqin əleyhinə ifadə verərək işi onunla birgə gördüyünü desin. Rayonda hamı bilir, bizə deyiblər ki, İbrahim bu işdə ittiham olunmaması üçün 200 min manat verib. “Roma” ləqəbli narkobaron da işin bir ucu ona çıxdığına görə 150 min manat verərək azadlıqda qalıb. Elşən isə onsuz da narkotik istifadəçisi idi, tutulduğu gün də məhkumluğu var idi, elektron qolbaq gəzdirirdi. Elşən məhkəmənin əvvəlində Faiqin əleyhinə ifadə versə də, son sözündə və apellyasiyada hər şeyi etiraf etdi. Faiqin narkotikdən xəbəri olmadığını dedi. Amma məhkəmə heç bu ifadəyə əhəmiyyət vermədi, hökm qüvvədə saxlanıldı”.
Fotoda: Faiq Məmmədov
M.Məmmədovanın bildirdiyinə əsasən, işdə sübut kimi göstərilən yeganə hal budur ki, guya Faiq narkotiki satanlara səsli mesaj göndərib ki, “buradayıq, malı gətirin”. Amma məhkəmədə belə bir sübut olmadığı məlum olub: “Nicat Acalov da dedi ki, özü həmin səsə qulaq asıb, amma sonra telefon kilidə düşüb. Həmin səs yazısının guya surəti, şəkli, videosu heç bir görüntüsü çəkilməyib. Yəni, ortada səs yazısı yoxdur. Baxış protokollarında ancaq müstəntiq Nicat Acalovun imzası var, qalan heç kimin, nə vəkilin, nə də Faiqin imzası var. Yazılıb ki, filankəsin iştirakı ilə baxış keçirildi, amma həmin adamın imzası yoxdur, müstəntiq özündən yazıb, protokollar da saxtalaşdırılıb. Sentyabrın 25-də saat 9-da Elşən Süleymanov İranla sərhəddə dağda saxlanılıb və həmin yerə baxış keçiriləndə iki hal şahidi iştirak edərək protokola imza atıb. Bundan 9 saat sonra Beyləqan rayonunun mərkəzində Faiq tutulanda da yenə həmin iki nəfər hal şahidi kimi olub. Bu işdə cəmi iki hal şahidi hər şeyi təsdiq edirlər. Belə çıxır ki, bu adamlar elə sərhədçilərin yanında gəzirlər? Bundan başqa, Faiqin üstündən telefon götürüləndə bir protokolda yazılıb ki, telefon maşındaydı, digər protokolda yazılıb ki, Faiqin şalvarının cibindəydi. Bir telefon eyni vaxtda həm maşında, həm şalvarın cibində necə ola bilər? Bu faktlar özü işin qurama olduğunu göstərir.
Mən bir ana kimi, 45 il müəllimlik stajı olan şəxs kimi ədalətli qərar çıxarılmasını və rüşvət alıb bizi aldadan müstəntiq Nicat Acalov barəsində ölçü götürülməsi üçün tapşırıq verilməsini xahiş edirəm”.
Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətində sorğu ünvanladıq. Cavab olaraq bildirildi ki, vətəndaşın müraciəti üzrə xüsusatlar təsdiqini tapmayıb: "Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli hökmü ilə Məmmədov Faiq Fərman oğlu Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Vətəndaşın müraciətində qeyd etdiyi digər xüsusatlar isə öz təsdiqini tapmayıb".
Dövlət Sərhəd Xidmətindən isə "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən fikirlər həqiqəti əks etdirmir: "Məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğunda araşdırma aparılır".
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 2024 14:02
- ABŞ-də həbsdə olan azərbaycanlı QANUNİ OĞRU-nun qardaşı Şirvanda dəhşətli...
16 dekabr 2024 01:15
- 1500 il əvvəl Roma İmperiyasının süqutu: Strateji səhvlər, iqtisadi tənəzzül...
11 dekabr 2024 15:10
- Dövlət qurumları aciz qalıb - Yolu, şagirdi olmayan, təhlükəli məktəbi kim qoruyur? - VİDEO
11 dekabr 2024 12:29
- Tiflisdə hoteli olan, qadın məclislərində oxuyan xanəndəmiz - Cəlil Məmmədquluzadə ondan nə kömək istəmişdi?
10 dekabr 2024 13:31
- Qardaşı arvadı Əsədi SATQIN adlandırdı, müxalifətə dəstək verdi - FOTO
10 dekabr 2024 10:05
- Bakıda DƏHŞƏT: ailəsi kişinin asılmış meyitini tapdı
9 dekabr 2024 21:51
- Gördüm ki, gözlərində yaş parıldayır... - Şairin yubileyinin keçirilməsinə kim mane olur?
7 dekabr 2024 18:43
- 106 İL ÖNCƏ BU GÜN ...
7 dekabr 2024 16:03
- İrandan Rusiyaya ALMA daşıyan yükmaşınından 36 KİLO NAKOTİK çıxdı -Astarada
6 dekabr 2024 12:52
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 14:29
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 12:37
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 12:23
- Milli Məclisin növbəti plenar iclası başladı
20 dekabr 11:54