Yenilməz İNSAN - Cəbrayıl Şıxəliyev
Asif Bağırovun “Əməkdar müəllim” Cəbrayıl Şıxəliyev haqqında “Zəngilanın işğalını qəbul etmək istəməyən yenilməz insan” məqaləsini və Həsən Orucoğlunun maraqlı fikirlərini dərc edirik.
O, 1951-ci ilin oktyabr ayının 24-də Zəngilan rayonunun Bartaz kəndində anadan olub. 1958-ci ildə kənddəki məktəbin I sinfinə gedib. Məktəb VIII illiyə çevrildiyindən orta təhsilini 1968-ci ildə Zəngilan şəhərindəki 1 saylı orta məktəbdə başa vurub. 1974-cü ildə indiki Azərbaycan Dillər Universitetinin İngilis-Azərbaycan dili fakültəsini bitirib. Göndərişlə Zəngilanın Bartaz dayanacağı və Dəlləkli kənd məktəblərində ixtisası üzrə müəllim işləyib. Peşəsinə məsuliyyətlə yanaşan Cəbrayıl müəllim 1989-cu ildə Bartaz dayanacağı kənd orta məktəbinə direktor təyin edilib. Məlum hadisələrdən sonra 1993-cü ilin oktyabr ayında ailə və uşaqları ilə birlikdə Bakı şəhərinə pənah gətirib.
O zaman Zəngilan Rayon Təhsil Şöbəsinin müdiri Tofiq Heydərovun və bir neçə məktəb direktorunun gərgin əməyi sayəsində 1994-cü ilin fevral ayında ilk Zəngilan məktəbləri açıldı. Məktəb üçün bina, sinif otaqları tapmaq, şagird və müəllim personalını bir yerə yığmaq kimi çətin bir işin ağırlığı, əsasən, yenicə təşkil edilən məktəblərin direktorlarının üzərinə düşürdü. İşin başlıca çətinliyi isə Zəngilan axırıncı işğal rayonu olduğundan Bakıda, Sumqayıtda və digər bölgələrdə nəinki məktəb, hətta məcburi köçkünlərin özlərinin yaşaması üçün boş yer tapmaq müşkül məsələ idi.
Belə vəziyyətdə Cəbrayıl Şıxəliyev müvəqqəti məskunlaşdığı Binəqədi rayonunda minimal tələbləri ödəyə bilən Zəngilan rayonu 4 saylı orta məktəbini yarada bildi. O dövrdə pedoqoji kadrları və texniki işçiləri işə qəbul etmək səlahiyyəti direktorlara həvalə edilmişdi. İlk mərhələdə nümunəvi kollektiv yarada bilən C.Şıxəliyev getdikcə məktəbin şəbəkəsini genişləndirməyə, müəllim və şagird kontingenti arasında möhkəm nizam-intizam bərpa etməyə nail oldu. Az müddətdən sonra 4 saylı orta məktəb nəinki Zəngilanda, habelə məcburi köçkün rayonları arasında təlim-tərbiyə sahəsində öndə gedən məktəblərdən birinə çevrildi. Cəbrayıl müəllim Təhsil Şöbəsində Şura üzvü seçildi.
O dövrə qədər Cəbrayıl müəllimin adını eşitsəm də onunla heç vaxt təmasda olmamışdım. O, Şura iclaslarında problemli məsələlər barədə söz açar, onun həlli yollarını birgə axtarmağa çalışardı. Hamıdan seçilərdi, buna səbəb yaşına uyğun olmayan, vaxtından əvvəl ağarmış uzun saqqalı idi. Zəngilanın işğal günlərində 42 yaşı yenicə tamam olmuşdu. Onun nəyə görə saqqal saxladığını biləndə boy-buxunca yığcam olan Cəbrayıl müəllim mənim gözümdə əzəmətli uca bir dağa döndü. O, Zəngilanın işğalını qəbul edə bilmirdi. İndi gənclərimizin əksəriyyəti saqqal saxlayır, bəzisinə yaraşır, bəzisinə yox. Cəbrayıl müəllimin saxladığı isə itirilmiş torpaqların xiffəti, dərd, möhnət, qeyrət, şəhidlərimizin adını uca tutmaq, başımıza gələn müsibətlərlə barışmazlıq əlamətləri idi. O, bir ildən artıq belə görkəmdə yaşadı. Böyük qardaşı Həmdulla müəllimin oğlu, hazırda polis sistemində polkovnik-leytenant rütbəsində xidməti vəzifəsini şərəflə yerinə yetirən Bərxudar Şıxəliyevin yalvar-yaxarı, dəfələrlə təkidli xahişi ilə saqqalı ilə "vidalaşdı". Həmin vaxtlarda mən onun simasında heç vaxt təbəssüm görmədim.
Bu səbəbdən qəlbimdə onun qeyrəti qarşısında baş əyib, ünsiyyət yaratmağı qərarlaşdırdım. Bu arzum tezliklə reallaşdı, səlahiyyət dairəmə 4 saylı məktəb də daxil edildi. Burasını bildirirəm ki, vəzifəm inspektor adlandırılsa da mən özümü məsləhətçi kimi aparırdım. Sonralar inspektor adı məsləhətçi adlandırıldı. Bu, mənim xarakterimə, davranışıma daha uyğun idi. Zəngilan 4 saylı orta məktəbi ilə, onun direktoru Cəbrayıl müəllimlə daha yaxından tanış oldum. Doğrusu, bu məktəb səlahiyyət dairəmdəki məktəblərin əksəriyyətindən bütün istiqamətlər üzrə üstünlük təşkil edirdi. Məktəbdə əmək intizamı möhkəm, şagirdlərin dərsə davamiyyəti və hazırlığı qənaətbəxş idi. Bunun nəticəsində tədris proqramı uğurla həyata keçirilirdi. Bir qayda olaraq ölkənin ali və orta ixtisas məktəblərinə qəbulda bu məktəbin xüsusi çəkisi vardı. Məktəb getdikcə böyüyür, paralel siniflər açılırdı, burada işini sevən, mükəmməl biliyə sahib müəllimlər çoxluq təşkil edirdi. Cahan Cabbarova (dil-ədəbiyyat), Oktyabr İsgəndərov (kimya) və s. belələrindən idi. Onların çəkdikləri zəhmət həmişə hiss olunurdu.
Artıq 4 saylı orta məktəb rayonda bir növ metodiki mərkəzə çevrilmişdi. Fənn olimpiadalarında, test imtahanlarında komissiya üzvlərinin çoxu da bu məktəbdən olardı. Məktəbdən kənar, sinifdən xaric tədbir və yığıncaqların, görüşlərin, ədəbi-bədii kompazisiyaların demək olar ki, hamısı bu məktəbdə keçirilirdi. İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin, Ağsaqqallar Şurasının bir sıra tədbirlərinə 4 saylı orta məktəb ev sahibliyi edərdi.
Zəngilan rayonunun ilk məktəblərindən sayılan Bartaz kənd məktəbinin 90 illiyi Cəbrayıl müəllimin bir başa təşkilatçılığı ilə 2002-ci ilin aprel ayının 17-də Alov Qüllələrinin yerindəki Moskva mehmanxanasında keçirildi və Azərbaycan TV-də nümayiş etdirildi. Bartaz kənd məktəbinin yağlı boya ilə kətan üzərində işlənmiş iri həcmli şəkili də.
Cəbrayıl müəllimin dostu və həmkarı Həsən Orucoglunun onun haqqında dedikləri:
Asif Bağırovun "Zəngilanın işğalını heç cür qəbul etməyən yenilməz adam" oçerkini maraqla oxudum.
Yazının əsas personajı Cəbrayıl müəllimi yaxından və dərindən tanıdığımdan deyə bilərəm ki, belə nadir və unikal şəxsiyyətləri zaman-dünya az-az yetişdirir.Temperamentinə görə Cəbrayıl müəllim sanqvinik xarakterlidir.Yəni, öz mənfəətini, maddi-marağını Vətənin çiçəklənməsinə fəda verməyi bacaran, özünü oda-közə atıb, başqasını alovdan xilas etməyi bacaran adamdır. Alturizm təbiətlidir, eqoizmdən uzaq, dostunu, yoldaşını özündən üstün tutandır.Həyat kredosu-əqidəsi safdır,şəffafdır.
Paxıllığı, xofluğu,nisgili yoxdur.
Dostun-tanışın,elin-obanın uğuruna sevinəndir.
İçindəki həyat eşqi güclüdür.
Qurub-yaratmaqdan,Yurdun gözəlliyindən və özəlliyindən zövq alandır.Dövlətə, dövlətçiliyə sadiq və ona bağlı əsl pedaqoqdur!..
Cəbrayıl müəllim haqqında belə səpkili sətirlərin sayını sıralamaqla qurtaran deyil.
Sadəcə, Asif müəllimin onun haqqında belə bir könül açan yazı yazması mənim də könlümü açdı və məni duyğulandırdı ki, Cəbrayıl müəllim haqqında bu,bir-iki kəlməni yaza bildim.
...Yenilməz və sarsılmaz adam! Kredolu dost...
Həm də quruluşca xolesterik...Maye krustallar kimi həlim və yumşaq...
Cəmiyyətə açıq və şəffaf adam...
Yenə də öz qamətini,boy-buxununu,başını dik tut...Və başını dik tut ki, bilirəm...yarımçıq qalmış arzularını doğma Zəngilanda yenidən cücərdib, sevə-sevə becərəsən!..
Pöhrələr tez boy artar!..
- SON DƏQİQƏ: Azərbaycanda matəm ELAN OLUNDU
25 dekabr 2024 16:01
- 2024 bizim üçün böyük dəyişikliklər ili kimi yadda qaldı - Bakcell-in baş icraçı direktoru
25 dekabr 2024 13:56
- 14 milyonluq dələduzluq işi – Tahir Qədəşov 2025-ci ildə hakim qarşısında dayanacaq
24 dekabr 2024 16:25
- Şahin Bağırovun rəis etdiyi qadın kimdir? - DETALLAR
24 dekabr 2024 16:03
- Azərbaycanda doyunca yemək yeyə bilməyənlər daha çox bu bölgələrdə yaşayırlar – DƏHŞƏT
23 dekabr 2024 22:05
- Dünyanın 77 il susduğu cinayət – Ermənistanın cavabsız qalan əməlləri
23 dekabr 2024 18:34
- Alim Qasımovdan ŞOK ETİRAF - ...oğurlayırdım
22 dekabr 2024 20:16
- Rusiya Müsəlmanları İdarəsinin QƏRAR-ı: 4-ə QƏDƏR ARVAD ALMAQ OLAR
22 dekabr 2024 16:59
- Gürcü qızları MİTİNQ KEÇİRİR - Fotolar
22 dekabr 2024 16:42
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 2024 17:44
- Üzünü tam örtən qadınlar 20 MİN cərimələnəcək
26 dekabr 18:06
- 13 yaşlı məktəbli də qəzada həlak olub - Foto
26 dekabr 16:00
- DGK Xəlil Göyüşovun qalmaqallı şirkətini nədə ittiham edir?
26 dekabr 15:11
- Ter-Petrosyandan Köçəryana güllə kimi cavab
26 dekabr 14:21
- Qəzada həlak olan Hökümənin anası DANIŞDI: Həmişə deyirdi ki, mənimlə fəxr edin
26 dekabr 13:36
- MİLLİ MATƏM - Sumqayıtda 105 000 abonent qazsız qalıb
26 dekabr 12:59
- Nazirlik 19 milyonluq təlim xidməti alır - Qalib şirkətin sahibi kimdir?
25 dekabr 21:54
- Özünü təqsirli bilməsə də, 400 min manat ödəyib
25 dekabr 20:46
- Təyyarə qəzasında xəsarət alanların siyahısı açıqlanıb
25 dekabr 18:38
- Eks-Deputat öldü
25 dekabr 18:17
- SON DƏQİQƏ: Azərbaycanda matəm ELAN OLUNDU
25 dekabr 16:01
- Ot öz kökü üstündə bitməyəndə... -Puşkin və Tolstoyun nəvələri Hitlərin əsgəri olublar
25 dekabr 15:32
- İlham Əliyevin təyyarəsi Bakıya eniş etdi
25 dekabr 14:40
- Mehriban Əliyeva başsağlığı verdi
25 dekabr 14:05
- 2024 bizim üçün böyük dəyişikliklər ili kimi yadda qaldı - Bakcell-in baş icraçı direktoru
25 dekabr 13:56
- Qazaxıstan: Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub (YENİLƏNİB/VİDEO)
25 dekabr 12:12
- Türk Dövlətləri Təşkilatında Turan xəritəsi qərarı
25 dekabr 11:26
- Pişiyə görə ərini məhkəməyə verdi
24 dekabr 23:55
- Prezidentin ad günündə ailə FOTOSU
24 dekabr 21:51
- Əmək haqqı, pensiya, müavinət artımı haqqında - Millət vəkili Əli Məsimli
24 dekabr 20:42
- Oğlan sosial şəbəkədə tanış olduğu qızdan tələb etdi: o, evdən qaçdı, ailəsi... – ŞOK
24 dekabr 20:13
- Ərdoğan İlham Əliyevə ZƏNG ETDİ
24 dekabr 18:37
- Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat cərrahiyyə stolunda qaldım
24 dekabr 18:04
- 14 milyonluq dələduzluq işi – Tahir Qədəşov 2025-ci ildə hakim qarşısında dayanacaq
24 dekabr 16:25
- Şahin Bağırovun rəis etdiyi qadın kimdir? - DETALLAR
24 dekabr 16:03
- Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır?
24 dekabr 15:32
- Nəvəsi Prezidenti bu FOTO ilə təbrik etdi
24 dekabr 14:27
- Putin İlham Əliyevə ZƏNG ETDİ
24 dekabr 13:04
- Azərbaycanda onların saxlanılması -bayram oldu - Polisə təşəkkür etdilər
24 dekabr 12:29
- Putin - Tramp görüşü Bakıda keçirilə bilər - SON DƏQİQƏ!
24 dekabr 11:41