Ukraynalı uşaqlar Şamaxıya ekskursiya etdilər - Fotolar

Ukraynadakı vəziyyətlə əlaqədar valideyn himayəsindən məhrum olan 7-17 yaş arasında 28 uşaq onlar üçün hazırlanan mədəni proqram çərçivəsində avqustun 26-da Azərbaycanın qədim tarixə malik dilbər guşələrindən olan Şamaxıya gəlib.
NUH.az "Azərtac"a istinadən xəbər verir ki, psixoloji, eyni zamanda, tibbi reabilitasiya xidmətlərinin göstərilməsi üçün Heydər Əliyev Fondunun və Səhiyyə Nazirliyinin dəstəyi ilə Bakıya gələn uşaqların Şamaxıya səfəri məhz onların gərgin psixoloji vəziyyətdən çıxarılmasına kömək məqsədilə təşkil olunub.
Ukraynalı uşaqların Şamaxı ilə tanışlığı Tarix-Diyarşünaslıq Muzeyindən başlayıb. Burada onlara Şirvanşahlar dövləti, tarixi şəxsiyyətlər, insanların həyat tərzi, maddi-mədəniyyət nümunələri, tarixi abidələri barədə zəngin məlumat verilib.
Nahardan və istirahətdən sonra Şamaxı Safari parkına gəzinti təşkil olunub. Parkla tanışlıq ukraynalı uşaqlar üçün xüsusilə maraqlı keçib. Bildirilib ki, 1040 hektar ərazisi olan Safari parkında 10 növ heyvan var və onların sayı ilbəil artır.
Təəssüratını bölüşən 14 yaşlı Vladislav Sovitski deyib: “Gözəl bir gündür. Uca dağlar, parkdakı heyvan sürüləri məndə xoş əhval-ruhiyyə yaratdı. Doğrusu, Bakıya gələndən bəri hər yerdə hər kəsdən mehribanlıq, xoş münasibət görürəm. Bu, məni darıxmağa qoymur”.
Bakı-Şamaxı-Muğanlı yolunun üstündəki “Abqora” restoranındakı gözəl xidmət, burada 14 yaşı tamam olan Andrey Zaliknyukun ad gününün qeyd olunması uşaqlarda xüsusilə xoş əhval-ruhiyyə yaratdı.
Ukraynalı qonaqlar günün sonunda Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında olublar. Teleskopla ən yaxşı müşahidə dövrlərinin iyul-avqust aylarında olduğu vurğulanıb. Rəsədxananın fəaliyyəti çərçivəsində qalaktikaların, ulduzların, planetar dumanlıqların, Günəşin, planetlərin və kometaların müşahidəsi aparılır.
Günəş sisteminin 2-ci böyük planeti olan Saturnun teleskopla müşahidə edilməsi uşaqlar tərəfindən maraqla qarşılanıb.
Ukraynalı uşaqlar Şamaxı ilə tanışlıqlarının ikinci günündə Dəmirçiyə gəlib, yerli sənətkarların sexlərini gəzib, onların əl işlərinə - müxtəlif geyim, məişət və bəzək əşyalarına heyranlıqla tamaşa ediblər. 1918–ci ildən fəaliyyətə başlayan Dəmirçi Arxeologiya Muzeyindəki III-IV əsrlərə aid maddi-mədəniyyət nümunələri daha çox diqqət çəkib.
Sonra uşaqların Alpaka fermasına səfəri təşkil olunub. Bir saatdan çox heyvanlarla əylənən, onları həvəslə yemləyən uşaqlara Alpaka fermasında hədiyyələr də təqdim olunub.
Uşaqların tarixi Şamaxı Cümə məscidi ilə tanışlığı da maraqlı keçib. Onlara məscidin tarixi, burada aparılan restavrasiya işləri barədə məlumat verilib.
Şamaxı ilə tanışlıq ukraynalı uşaqlarda xoş təəssüratlar yaradıb.













- Ərdoğan PKK lideri ilə görüşən heyəti qəbul etdi – Fotolar
11 aprel 2025 00:37
- Vilayət Eyvazov rəislərə tapşırıq verdi - FOTOLAR/VİDEO
8 aprel 2025 19:28
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
7 aprel 2025 15:59
- Əmiraslanovdan -bu milli xəyanətdir- iddiası- ŞOK AÇIQLAMA
7 aprel 2025 11:43
- Paşinyan kiminlə evlənir?- TOY OLACAQ...
6 aprel 2025 21:46
- Milli rəqsə ilk monumental əsər Şamaxıda! - Fotolar
6 aprel 2025 17:25
- Ata balasına kömək üçün yalvarır - FOTOLAR
4 aprel 2025 22:11
- Qonaqpərvərliyə görə təşəkkür etdi - Fotolar
3 aprel 2025 13:24
- 1 aprel -Gülüş günü- dür
1 aprel 2025 11:12
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 2025 12:46
- Qubad İbadoğlunun qardaşı istintaqa cəlb edildi - Video
11 aprel 01:55
- -Park- nəşriyyatının təqdimatı olacaq
11 aprel 00:54
- Ərdoğan PKK lideri ilə görüşən heyəti qəbul etdi – Fotolar
11 aprel 00:37
- Partiyalar işçilərinə nə qədər əməkhaqqı verib? – YAP 1498, AMİP 219 manat…
11 aprel 00:30
- ABŞ-nin Ukraynadakı səfiri istefa verib
10 aprel 23:53
- 55 nömrəli -Bakcell- avtomobili nüfuzlu sürət yarışında - Video
10 aprel 21:37
- Tramp İlham Əliyevə məktub göndərdi
10 aprel 20:28
- Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA
10 aprel 19:50
- SSRİ-də kölgə iqtisadiyyatı yaradan adam - o, kağız üzərində maliyyə imperiyası qurub
10 aprel 16:00
- Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdədir
10 aprel 15:09
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 14:21
- Pаrtiyа sədri, İdeal-ist Nazim Quliyev bu dəfə 8 il iş aldı
10 aprel 14:06
- Danışıqlar 30 dəqiqə sonra başlayır...
10 aprel 10:45
- Mövqelərimiz Tovuzqala istiqamətində atəşə tutuldu
10 aprel 10:36
- Prezidentdən Rafael Qvaladze ilə bağlı SƏRƏNCAM
10 aprel 10:31
- - QHT işi - üzrə daha 2 nəfər həbs olundu
10 aprel 00:06
- Sumqayıtda bağçadan çıxan uşaqlara itlər hücum etdi: Çox sayda yaralı var
09 aprel 23:31
- Ersin Tatar: Prezident Əliyevin sözləri bizi çox sevindirdi
09 aprel 23:17
- Qırğızıstanda dövlət çevrilişinə cəhd etmək istəyənlər saxlanılıb
09 aprel 22:58
- Ərdoğan sabah Öcalanla görüşən DEM Partiyası heyətini qəbul edəcək
09 aprel 21:48
- Ölkədən çıxışa STOP qoyula bilər - Belə yoxlayın
09 aprel 20:27
- Qutsul ev dustaqlığına buraxıldı
09 aprel 20:16
- Ermənistan və İran birgə hərbi təlimlər keçirəcək
09 aprel 19:57
- Bu ölkələr mənə zəng edir, АRXАMI öpür, razılaşma üçün yalvarırlar
09 aprel 17:47
- Bakıda məktəbin həyətində yaşayış binası tikiblər - FOTO
09 aprel 17:39
- Prezident onu rektor təyin etdi - Sərəncam
09 aprel 16:24
- Erməni deputat: Ermənistanda Qarabağ ermənilərinə faşist münasibət var
09 aprel 15:28
- Xanlar Vəliyevin yeni vəzifəsi bəlli oldu
09 aprel 15:08
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
09 aprel 14:24
- Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb
09 aprel 13:46