Kremli işıqsız qoydu- Beriyanın güllələmək istədiyi nazir ...
18 dekabr 1948-ci ildə axşamdan xeyli keçmiş Moskvanı elektrik enerjisi ilə təmin edən stansiyada qəzanın baş verməsi şəhər sakinləri ilə yanaşı, Kreml məmurlarını da təşvişə salıb. Müharibədən sonrakı dövrdə, hələ insanların içində müharibə xofunun qaldığı bir vaxtda, diversiya ehtimallarının çox olduğu bir zamanda bu təşviş anlaşılan olub. Qəza nəticəsində bütün evlər, idarə və müəssisələr, vağzallar, hərbi hissələr və digər yerlərlə yanaşı Kreml də işıqsız qalıb...
Qəza baş verdikdən sonra SSRİ elektrostansiya naziri ( bu nazirliyin adı sonralar bir neçə dəfə dəyişdirilib) Dmitri Jumerin özünü dərhal Moskva Elektrik Təchizatı İdarəsinə (“Mosenerqo”) çatdırıb. İdarənin rəisi Ufayev neft lampası işığı altında qəzanın səbəblərini nazirə anladan zaman dispetçer otağına bir neçə hərbi formada olan silahlı adam daxil olub. Onların arxasınca isə Lavrenti Beriya içəri keçib. Çox əsəbi və qəzəbli görünən Beriya qəzanın səbəbləri ilə maraqlanmadan səsinin tonunu qaldıraraq Jimerinə üz tutub:
- Niyə bu günə qədər Kremlin fasiləsiz enerji ilə təmin edilməsi üçün ehtiyat generator quraşdırılmayıb? Ümumiyyətlə, mənə anladın görüm siz nə işlə məşğul olursunuz?
Jimerin təmkinini pozmadan cavab verib:
- Lavrenti Pavloviç, ehtiyat generatorun quraşdırılması üçün bizim nə vəsaitimiz var, nə də lazım olan avadanlıqlarımız.
- Müharibədə bizim də vəsaitimiz yox idi, amma biz heç vaxt geri çəkilmədik.
- Yoldaş Beriya, bunlar fərqli məsələlərdir.
- Hə, düz deyirsiniz, fərqli məsələlərdir, elə sizin cəzanız da fərqli olacaq.
Beriya bu hədə-qorxu dolu ifadələrdən sonra “təcili Kremli enerji ilə təmin edin” əmrini verərək otağı tərk edib.
Mütəxəssislərin 4-5 saat gərgin çalışmalarından sonra şəhərə elektrik enerjisinin verilməsi bərpa olub.
Səhəri gün saat 11 radələrində Jimerin və “Mosenerqo”nun direktoru Ufayevi Beriyanın kabinetinə çağrılıblar.
Beriya Ufayevi sorğu-suala tutub. Bir neçə dəqiqəlik gərgin mübahisədən sonra Beriya iş masasının siyitməsindən tapançasını çıxarıb direktorun üstünə tutub. Bu məqamda Jimerin özünü Ufayevin qarşısına verib:
- Lavrenti Pavloviç, onun bu işdə heç bir günahı yoxdur. Kimisə güllələmək “zərurət”i yaranıbsa, məni vurun...
Jimerin öz xatirələrində həmin hadisəni təfsilatı ilə qələmə alıb:
“Beriya həmişə olduğundan da qəzəbli idi. Ufayevi sorğu-suala tutanda yerində otura bilmirdi. Tez-tez ayağa qalxırdı, yenidən əyləşirdi. Hiss edirdim ki, arada az qala Ufayevin üstünə cummaq istəyir. Amma dşündüyümdən də dəhşətli bir səhnə yarandı. Beriya qəfildən iş masasının siyirtməsindən tapança çıxartdı və onu Ufayevə tuşladı. Mən bir mütəxəssis kimi yaxşı bilirdim ki, Ufayevin heç bir günahı yoxdur. O, mənim tabeliyimdə işləyən ən yaxşı işçilərdən biri idi və onu müdafiə etməyi özümə borc sayırdım. Belə bir məqamda isə müdafiə variantları çox deyildi. Mən Ufayevin qarşısına keçdim və Beriyaya dedim ki, məni vurun. Bu gərgin dəqiqələrdə Beriyanın kabinetində üstündə gerb işarəsi olan hökumət telefonu zəng çaldı. Zəng vuran Stalinin köməkçisi Poskrebışev idi. Onun səsi kabinetdə aydın eşidilirdi. Poskrebışev bizim “NKVD”-də olduğumuzu soruşdu. Beriya bildirdi ki, hər ikimiz onun kabinetindəyik. Poskrebışev Stalinin əmrini Beriyaya çatdırırdı:
- Təcili hər ikisini Kremlə göndərin. Bu, Stalinin əmridir.
Biz “NKVD”dən çıxıb birbaşa Kremlə yollandıq...”
Jimerin və Ufayevin Stalinlə söhbəti iki saatdan artıq davam edib. Stalin qəzanın səbəbləri ilə maraqlanıb. Qəzanın qəsdən törədilməsi variantını dəfələrlə ortaya atıb. Mütəxəssislər onu tam əmin edə biliblər ki, qəza sırf texniki məsələ ilə bağlıdır. Stalin daha sonra Kreml, Moskva Hərbi Dairəsi, aeroport, dəmiryolu vağzalı və Moskvanın mərkəzi poçtu üçün ehtiyat generatorların quraşdırılmasının mümkünlüyünü və buna nə qədər vəsait lazım olduğu ilə maraqlanıb. Jimerin elə görüş əsnasında təxmini smeta çıxarıb.
Bu görüşdən bir ay sonra “Mosenerqo”da ilk olaraq Kremlin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün ehtiyat generator quraşdırılıb. Generator tam işlək vəziyyətə gətirildikdən sonra Beriya növbəti dəfə “Mosenerqo”ya təşrif buyurub. Həmin vaxt elektrostansiya naziri Jimerin də orada olub.
Beriya dispetçer otağına keçib, üstünə tapança çəkdiyi Ufayevdən yeni generatorun necə işləməsi ilə maraqlanıb. Ufayev pultdakı qırmızı düyməni ona göstərərək izahat verib:
- Stansiyalarda qəza baş verdiyi halda və qəza nəticəsində elektrik enerjisi kəsildiyi təqdirdə bu qırmızı düyməni basmaqla Kreml enerji ilə təmin olunacaq.
- Bəs niyə bu düymənin altında “dövlət əhəmiyyətli düymə” yazmamısınız.
Bu küt sualı eşidən Jimerin qərara gəlib ki, Beriyanın cavabını özü versin:
- Lavrenti Pavloviç, energetika sahəsi haqqında anlayışsız olduğunuzu bilirdim. Keçən dəfə qəza baş verəndə bunun bir daha şahidi oldum. Amma rəngləri seçə bilməməyinizin indi şahidi oluram. Düymənin qırmızı rəngdə olması sizin dediyiniz cümləni əvəz edir.
Bu görüşdə əhvalı yüksək olan Beriya elektrostansiya nazirinə özünəməxsus cavab verib:
- Dmitri Georgiyeviç, mən də sizin güllələnməli adam olduğunuzu keçən dəfə baş verən qəza zamanı yaxşı bilirdim. Bu cavabdan sonra isə sizi güllələmək arzusunda olmağımda yanılmadığımın bir daha şahidi oldum.
Bu görüşdən sonra SSRİ-nin baş energetiki ilə “NKVD” şefinin arasında münasibətlər yenidən normallaşıb.
Qeyd edək ki, 1906-cı ildə Tulada anadan olan Dmitri Jimerin 1942-1953-cü illərdə SSRİ elektrostansiya naziri vəzifəsində işləyib. O, sonralar uzun illər Krijanovski adına Dövlət Energetika İnstitutunun direktoru vəzifəsini daşıyıb, SSRİ Elmlər Akademiyasının müxbir üzvü seçilib.
Dmitri Jimerin 1995-ci ildə, 88 yaşında vəfat edib. O, Moskvada Novodeviçye qəbiristanlığında dəfn olunub.
İlham Cəmiloğlu, Musavat.com
- Ter-Petrosyandan Köçəryana güllə kimi cavab
26 dekabr 2024 14:21
- Nazirlik 19 milyonluq təlim xidməti alır - Qalib şirkətin sahibi kimdir?
25 dekabr 2024 21:54
- Türk Dövlətləri Təşkilatında Turan xəritəsi qərarı
25 dekabr 2024 11:26
- Prezidentin doğum günüdür
24 dekabr 2024 00:08
- Almaniya: kansler yenidən xanım ola bilər - LGBT üzvü, nasist babanın nasist nəvəsi
23 dekabr 2024 12:47
- Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?
22 dekabr 2024 15:18
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 2024 14:02
- Türkiyənin qərarı qətidir: Suriyada PKK məhv ediləcək
15 dekabr 2024 23:28
- Özü nazir müavini getdi, köməkçisini baş həkim, 22 yaşlı qohumunu isə... - Müdir direktora qarşı
12 dekabr 2024 12:20
- Heydər Əliyevin vəfatından 21 il ötür
12 dekabr 2024 10:00
- Milli Məclisin deputatları tətilə çıxır
27 dekabr 21:42
- Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni direktoru - Səkinə Sadıxova
27 dekabr 19:31
- Hökümə xanımla axıra kimi danışdıq...Göümü açdım AKTAU - Video
27 dekabr 18:27
- Məhərrəm Ömrümovun şirkətində bədbəxt hadisə: Usta yıxıldı, vəzifəli şəxs ittiham edildi
27 dekabr 15:28
- Kadırovun təklifindən Bakı imtina etdi - TƏCİLİ
27 dekabr 14:00
- Hərbi xidmətə çağırış yaşı 30-a endirildi
27 dekabr 12:05
- Hökümənin SON MESAJI üzə çıxdı: Yazdığını TEZ SİLİB, bir bundan başqa - VİDEO
27 dekabr 11:43
- Üzünü tam örtən qadınlar 20 MİN cərimələnəcək
26 dekabr 18:06
- 13 yaşlı məktəbli də qəzada həlak olub - Foto
26 dekabr 16:00
- DGK Xəlil Göyüşovun qalmaqallı şirkətini nədə ittiham edir?
26 dekabr 15:11
- Ter-Petrosyandan Köçəryana güllə kimi cavab
26 dekabr 14:21
- Qəzada həlak olan Hökümənin anası DANIŞDI: Həmişə deyirdi ki, mənimlə fəxr edin
26 dekabr 13:36
- MİLLİ MATƏM - Sumqayıtda 105 000 abonent qazsız qalıb
26 dekabr 12:59
- Nazirlik 19 milyonluq təlim xidməti alır - Qalib şirkətin sahibi kimdir?
25 dekabr 21:54
- Özünü təqsirli bilməsə də, 400 min manat ödəyib
25 dekabr 20:46
- Təyyarə qəzasında xəsarət alanların siyahısı açıqlanıb
25 dekabr 18:38
- Eks-Deputat öldü
25 dekabr 18:17
- SON DƏQİQƏ: Azərbaycanda matəm ELAN OLUNDU
25 dekabr 16:01
- Ot öz kökü üstündə bitməyəndə... -Puşkin və Tolstoyun nəvələri Hitlərin əsgəri olublar
25 dekabr 15:32
- İlham Əliyevin təyyarəsi Bakıya eniş etdi
25 dekabr 14:40
- Mehriban Əliyeva başsağlığı verdi
25 dekabr 14:05
- 2024 bizim üçün böyük dəyişikliklər ili kimi yadda qaldı - Bakcell-in baş icraçı direktoru
25 dekabr 13:56
- Qazaxıstan: Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub (YENİLƏNİB/VİDEO)
25 dekabr 12:12
- Türk Dövlətləri Təşkilatında Turan xəritəsi qərarı
25 dekabr 11:26
- Pişiyə görə ərini məhkəməyə verdi
24 dekabr 23:55
- Prezidentin ad günündə ailə FOTOSU
24 dekabr 21:51
- Əmək haqqı, pensiya, müavinət artımı haqqında - Millət vəkili Əli Məsimli
24 dekabr 20:42
- Oğlan sosial şəbəkədə tanış olduğu qızdan tələb etdi: o, evdən qaçdı, ailəsi... – ŞOK
24 dekabr 20:13
- Ərdoğan İlham Əliyevə ZƏNG ETDİ
24 dekabr 18:37
- Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat cərrahiyyə stolunda qaldım
24 dekabr 18:04