Atasının qızıl küplərini bolşeviklərə verən inqilabçı... – onu da güllələyiblər

Oktyabr inqilabından sonra əksinqilabçılara qarşı daha mütəşəkkil mübarizə aparmaq üçün Lenin xüsusi dekret imzalayıb. Sənədə əsasən Ümumrusiya Fövqəladə Komissiyası (ÇK) yaradılıb. Sonralar bu qurum Baş Siyasi İdarəyə (QPU), daha sonra isə Xalq Daxili İşlər Komissarlığına (NKVD) çevrilib.
“ÇK”-nın xüsusi şöbəsinə Mixail Kedrov rəhbərlik edib. Qurumun digər əməkdaşlarından o, daha sərt və amansız olması ilə fərqlənib. Hələ 1920-ci ilin əvvəllərinədə Kedrov Azərbaycanda fəaliyyətə göstərən Lavrenti Beriyanın şübhəli əməlləri haqqında qurumun rəhbərliyinə iki dəfə yazılı məlumat verib. Məsələyə ciddi reaksiya verilmədiyindən Kedrovun yazılı məlumatları unudulub. Amma Beriya Kedrovu unutmayıb...
Mixail Kedrov 1878-ci ildə Moskvada zəngin zadəgan ailəsində anadan olub. Ailənin maddi zənginliyinə, daha rahat gələcək qurmaq imkanlarına baxmayaraq, Kedrov çox gənc yaşlarından siyasi proseslərə qoşulub. İnqilabi fəaliyyətinə görə onu 1899-cu ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsindən qovublar. Bu hadisədən sonra Kedrov siyasi fəaliyyətini daha genişləndirib və 1901-ci ildə bolşeviklər partiyasına daxil olub. Həmin il o, atasından ona qalmış 100 min rublluq qızılı partiyanın xəzinəsinə ianə edib.
Kedrov siyasi fəaliyyətinin ilk illərində Nijeqorod, Yaroslavl, Simferopol partiya təşkilatlarında işləyib. Daha sonra o, fəaliyyətini Mərkəzi Komitənin şimal bürosunda davam etdirib. Bir necə dəfə həbs olunduqdan sonra ona siyasi fəaliyyətini davam etidərəcəyi təqdirdə sürgünə göndəriləcəyi haqqında xəbərdarlıq edilib.
1912-ci ildə həbs təhlükəsi ilə üzləşəndə Kedrov İsveçrəyə mühacirət edib. Məhz bu ərəfədə onun Leninlə sıx əlaqələri yaranıb. O, İsveçrədə LeninİN tapşırıqlarını icra edib.
Məktəb illərində Kedrov eyni zamanda müsiqi məktəbində də təhsil alıb və piano kursları keçib. İsveçrədə olarkən o, öz konsertlərini təşkil edib və əldə olunan vəsaiti mühacirətdə olan bolşeviklərin dolanışığı üçün sərf edib.
Kedrov İsveçrədə mühacirətdə olanda siyasi fəaliyyəti ilə yanaşı, Bern Universitetinin tibb fakültəsində təhsil alaraq həkim diplomu da alıb.
1916-cı ildə Rusiyaya qayıdan Kedrov bir müddət Qafqazda həkim kimi işləyib. 1917-ci ilin mart ayından isə Petroqradda partiyanın hərbi təşkilatnın üzvü olub. Oktybar inqilabından sonra isə o, əvvəlcə Rusiya Hərbi İşlər Komissarlığının kollegiya üzvü, daha sonra isə “ÇK”-da xüsusi şöbəyə rəhbərlik edib.
1936-cı ilə qədər Kedrov hərbi və məhkəmə strukturlarında yüksək vəzifələrdə xidmət edib. Həmin ildən isə o, Moskvada Neyrocərrahiyə İnstitutunda baş elmi elmi işçi kimi fəaliyyətini davam etdirib.
1930-cu illərdə başlanan “böyük təmizlik” və repressiya Kedrovu ciddi narahat edib. Köhnə bolşevik bu siyasətin acınacaqlı sonluğuna şübhə etməyib. Xüsusilə Nikolay Yejovun “NKVD”-yə rəhbər təyin edilməsi Kedrov üçün ağılasığmaz hadisə sayılıb. O, bu təyinatdan əvvəl Yejovu yaxından tanıyıb və onun çox da normal olmayan düşüncə və fəaliyyətinə yaxşı bələd olub. Amma əsl ağılasığmaz hadisə qarşıda onu gözləyib.
1938-ci ildə Lavrenti Beriya “NKVD”-nin birinci müavini təyin olunanada vaxtilə “ÇK” və “QPU”-da işləyənlərin fəaliyyəti araşdırılıb. Bu araşdırmada növbə Kedrova da çatıb. O, 4 aprel 1939-cu ildə Beriyanın göstərişi ilə antisovet fəaliyyətdə ittiham olunaraq həbs edilib.
Kedrov “Lefertovo” həbsxanasında saxlanılıb. Onun istintaqı iki il davam edib. Davamlı işgəncələrə baxmayaraq Kedrov antisovet fəaliyyəti ilə bağlı heç bir etiraf etməyib. O, cümlədən istintaqı aparan müstəntiqlər də heç bir dəlil və sübut ortaya çıxara bilməyiblər.
1941-ci ildə müharibə başlananda Kedrov siyasi məhbus kimi Kuybışev şəhərinə təxliyyə edilib. İstintaq bir neçə ay bu şəhərdə də davam edib. Nəhayət, heç bir antisovet fəaliyyəti sübuta yetməyəndə məhkəmə Kedrov haqqında azadlığa buraxılması ilə bağlı hökm çıxarıb. Ancaq Beriyanın göstərişi ilə məhkəmənin qərarı icra edilməyib.
Beriyanın 18 oktybar 1941-ci il tarixli 2756/B nömrəli əmri ilə “NKVD”-nin Kuybışevdəki xüsusi qrupunun baş leytenantı Semenixinə Mixail Kedrovun güllələnməsi haqqında rəsmi göstəriş verilib. 27 oktyabr 1941-ci ildə Kedrov Kuybışevdəki istintaq təcridxanasından Saratova köçürülüb və əmrin icrası həmin gün icra edilib. Beləliklə də Beriya 1920-ci illərdəki qisasını Kedrovdan 1941-ci ildə alıb.
Kedrovun harada dəfn olunması bu günə qədər də məlum deyil.
Stalinin vəfatından sonra Kedrova tam bəraət verilib və onun (ölümündən sonra) Kommunist Partiyasına üzvlüyü, dövlət təltifləri bərpa edilib. /Musavat.com/
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
7 aprel 2025 15:59
- Azərbaycanda atların sayı niyə AZALIR?
6 aprel 2025 21:31
- Ağdamda ata, azyaşlı qızı və oğlu minaya düşüb - Yenilənib
6 aprel 2025 17:10
- NАR müəllimlər üçün mobil rabitə təlimi keçib
5 aprel 2025 12:31
- Bakıda Prezidentin iştirakı ilə iclaslar keçirildi
4 aprel 2025 19:41
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
2 aprel 2025 12:28
- 1 aprel -Gülüş günü- dür
1 aprel 2025 11:12
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 2025 14:44
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 2025 01:41
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Azərbaycan Banklar Assosiasiyasının yaranmasının 35 ili münasibətilə TƏBRİK
08 aprel 23:37
- Loğman Klinikası-nın KÜLLİ MİQDАRDА borcu vаr
08 aprel 21:51
- Xanlar Vəliyev təqaüdə göndərildi
08 aprel 20:29
- Vilayət Eyvazov rəislərə tapşırıq verdi - FOTOLAR/VİDEO
08 aprel 19:28
- DTX terroru maliyyələşdirən 3 nəfəri həbs edib- Məhkəmə başladı
08 aprel 19:12
- Ərdoğan Özgür Özeli məhkəməyə verdi
08 aprel 15:28
- Heydər Əliyev deyirdi, CİNАYƏTKАR cəzаsız qаlаndа, dövlət sаrsılır...
08 aprel 14:22
- SSRİ və ABŞ arasında ağlasığmaz rəqabət - Xruşov Ayda atom bombası partlatmaq istəyib
08 aprel 13:39
- 12 il Elm və Təhsil Nazirliyində işləyən TERRORÇU
08 aprel 12:19
- Netanyahu: Türkiyə ilə toqquşma istəmirik – Tramp: Ərdoğanla münasibətim əladır, problemi həll edə bilərəm
08 aprel 10:56
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar BU TARİXDƏ ödəniləcək
08 aprel 10:34
- Ağdaban faciəsindən 33 il ötür
08 aprel 00:39
- Xaçmazda MOLLА аrvаdını niyə ÖLDÜRDÜ - Qonşulаr dаnışdı - VİDEO
07 aprel 23:35
- Prezident onların vəzifədə olma yaş həddini artırdı....
07 aprel 23:17
- Keçmiş -kurort naziri- vəzifəsindən AZAD EDİLDİ
07 aprel 21:58
- 7 MİLYONU kənara qoyub 200 NƏFƏRİN pensiyasını müzakirə edirlər
07 aprel 20:59
- Prezident İlham Əliyev fərman imzaladı
07 aprel 20:14
- Ədalət Verdiyevə bəraət verildi
07 aprel 19:38
- Robot itlərə baxıcı axtarılır - İŞ RƏSMİDİR
07 aprel 18:06
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
07 aprel 15:59
- Almaniyada saxta -Türk viaqrası- qadağan edildi və İSTİNTАQ ...
07 aprel 15:35
- Sabah 31 dərəcə isti olacaq
07 aprel 15:17
- Bəxtiyar Vahabzadəni şantaj etdim - Flora Kərimova
07 aprel 14:45
- Türkiyə LİMON ixracını dayandırır
07 aprel 13:46
- Vahid Əhmədovun oğluna yeni vəzifə verilir
07 aprel 13:19
- Xaçmazda MOLLА аrvаdını boğaraq ÖLDÜRDÜ
07 aprel 12:43
- -Biz riskin tam ortasındayıq - Əkrəm İmamoğlu həbsxanadan daha bir MƏKTUB YAZDI
07 aprel 12:06
- Əmiraslanovdan -bu milli xəyanətdir- iddiası- ŞOK AÇIQLAMA
07 aprel 11:43
- Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 aprel 11:26
- Suriya Prezidenti Türkiyəyə səfər edəcək
07 aprel 11:16