Oğulluğu narkoman oldu, həyat yoldaşını pula görə boğub öldürdü...

Bu gün böyük dirijor Niyazinin anım günüdür.
NUH.az kulis.az-a istinadla maestro haqqında maraqlı faktları təqdim edir.
Niyazi Zülfüqar oğlu Tağızadә 1912-ci il avqustun 20-də Tiflisdə ziyalı ailəsində doğulub. Anası Böyükxanım ixtisasca həkim olub. Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun qardaşı idi.
***
Əmisi Üzeyir bəy körpəni ilk dəfə Zülfüqar bəyin qucağında görəndə, onun baxışlarından çox xoşlanır və deyir:
“Bu uşaq lap knyaza bənzəyir”. Bir müddət uşağı zarafatla “Knyaz” deyə çağırırlar, amma yaş kağızında Niyazi adını yazdırırlar. Di gəl, Üzeyir bəyin verdiyi “Knyaz” adı həyatı boyunca maestro Niyazi ilə birgə eşidildi. Yaxın dostları onu həmişə “Knyaz” deyə çağırdılar.
1926-cı ildə Üzeyir Hacıbəyovun məsləhəti ilə Niyazi Moskvaya gedir və orada Qnesinlər adına musiqi pedaqoji texnikumuna gedir, görkəmli musiqiçi və tələbkar müəllim Mixail Fabianoviç Qnesinin sinfinə daxil olur.
***
Niyazinin dayısı Heydərəli Tağızadə inqilabçı idi. Onun faciəli qətlindən sonra o, bu soyadı daşımağı özünə borc bilir. Soyadı yaşatmaq üçün Tağızadə-Hacıbəyov soyadını öz seçimi ilə götürür.
Bir gün Maestro Niyazi Bakıya qayıdandan sonra Dağıstan Maarif Komissarlığına şöbə müdiri göndərilir. İrandan olan əslən Cənubi Azərbaycanlı tələbə olan Həcər xanımla da elə Mahaçqalada tanış olur. Həcər xanımın qardaşı Əli İsgəndər Mahaçqaladakı İran konsulluğunda çalışırmış. Əli İsgəndərin təşəbbüsü ilə bir gün Niyazinin ailəsini qonaq çağırırlar və yaxın münasibətləri yaranır. Niyazi bəy Həcər xanımı burada görür və bir-birlərinə aşiq olurlar. Sonradan bu ailənin İrana geri dönmək fikri olduğundan, Həcərin Niyazi ilə yaxınlaşmasını əngəlləmək istəyirlər.
1932-ci ilin sonları Həcərgilin ailəsi İrana köçməli olur. Həcərin ailəsi bu izdivaca heç cür razı olmur. Gənclər 1933-cü ildə qaçıb gizlicə evlənmək qərarına gəlirlər. Elə belə də edirlər. Bir müddət Ağdaşda qohumlarıgildə qalırlar. Evliliklərinin ilk illəri əziyyətli keçir. Çünki həmin dövrdə Hacıbəyovlar ailəsinin maddi vəziyyəti yaxşı deyildi. Həcər xanımın sovet pasportu olmadığından molla kəbini kəsdirirlər. Onların nigahı 1940-ci ildə rəsmiləşdirilir. Düz 51 il birgə ömür sürürlər.
Həcər xanım xatirələrində qeyd edir ki, gənclik illərində olduqca kasıb yaşayıblar. Hətta Niyazinin ayaqqabıları az su buraxsın deyə onların içərisinə qat-qat qəzet qoyurmuş. Niyazi soyuqlayır, səhhəti pisləşir və vərəm xəstəliyinə tutulur. Bəstərkarlar İttifaqının köməyi ilə onu Ukraynaya yollayırlar. Xəstə olan dövrlərdə o, Həcər xanımın ondan iyrənib iyrənmədiyini yoxlamaq üçün yemək yediyi qaşığı ona da uzadırmış. Həcər xanım isə bundan heç zaman boyun qaçırmır.
1935-ci ildə Niyazi ilk dəfə xalq musiqisinin klassik nümunələrindən olan “Rast” Və “Şur”u nota köçürür.
***
Yazdığı “Çitra” baletinə görə Hindistanda Beynəlxalq “Nehru” mükafatına layiq görülür.
***
Təftiş komissiyasının isə 13 fevral 1937-ci il tarixli iclasında "Niyazinin şəxsiyyəti barədə" məsələ, hətta xüsusi müzakirə obyektinə çevriliк. 6 bənddən ibarət olan ittihamnamədə Niyazinin "xalq düşmənləri"- Əli Kərimov və Ruhulla Axundovla şəxsi dostluğu, Əli Kərimovun hazırladığı və İttifaqın "ziyanına" yönəldilmiş tədbirlərə Niyazinin dəstək verməsi, bu insanlarla dostluğun şəxsi mənafe naminə istifadə olunması və s. bu kimi cəfəng fikirlər söylənib. Lakin Niyazi 1937-ci ildə repressiya olunanlar siyahısına düşmür. Niyazi məsələsində isə Bəstəkarlar İttifaqının, onun sədri Ü.Hacıbəyovun rolu az olmur.
Ü. Hacıbəyov nəinki 37-ci illərdə, habelə sonrakı dövrlərdə də Niyazini qoruyub saxlayır.
Niyazi müsahibələrinin birində etiraf edib deyir: “Mən təsadüfdən dirijor olmuşam. Xüsusi dirijorluq təhsilim də yoxdu. Bir əsər yazmışdım, dirijorluq edən olmadı, dedim, özüm olaram. Hər dəfə məşqə gedəndə, səliqə ilə geyinirəm. Bu uzun illərdir ki, belə davam edir. Əgər yolda məni görən olsa, elə başa düşər ki, ya toya, ya da məclisə gedirəm. Allaha inanan qatı dindar kilsəyə hansı inamla gedirsə, mən də pultun arxasına o cür inamla gedirəm. Əgər hiss eləsəm ki, bu inam getdikcə azalır və görsəm ki, artıq dirijorluq məni yormağa başlayır, onda hər şeyə əlvida deyərəm.”
***
Niyazi bəylə Həcər xanımın övladı olmayıb. Onların övladları olmadığından qohumlarından Ceyhun adlı oğlanı övladlığa götürüblər. Ceyhun böyüdükdən sonra narkotik aludəçisinə çevrilir. Və evdəki əşyaların hamısını satır. Maestronun həmişə barmağında gəzdirdiyi brilyant qaşlı üzüyü və Almaniyada ona hədiyyə olunan qızıl drijor çubuğunu da oğurlayıb satır.
Niyazinin drijor kimi səhnədə ən çalmaq istədiyi əsər “Koroğlu” operasının uvertürası olub.
***
Niyazi türk musiqiçiləri ilə yaxından əməkdaşlıq qurmuşdu. 60-cı illərin sonundan 70-ci illərin sonunadək Niyaziyə Türkiyədən 53 məktub gəlmişdi. 1973-cü ildə Niyazi, Polad Bülbüloğlu və Fərəc Qarayev Türkiyədə səfərdə oldular; 1977-ci ildə Niyazi türk bəstəkarı A. Sayqının "Koroğlu" operasını tamaşaya qoymaq üçün Türkiyəyə səfər etdi. Onun haqqında Türkiyədə deyilmiş məşhur bir deyim də var: “İstanbulu iki adam fəth eləyib. Bir Sultan Fateh, bir də Maestro Niyazi”.
Maestro ordakı günlərini belə xatırlayır: “Bir gün İstanbulda orkestrlə məşq edirdim. Bu əsnada solistlər içəri girdi ki, bəs maestro, bizlə nə vaxt məşq edəcəksiniz? Dedim: sizdən axırda məşq edəcəyəm. Gördüm, onlar tutuldular. Soruşdular maestro, qüsurumuz nədir ki, belə qəzəbləndiniz? Dedim, qəzəblənmək niyə? Siznən axırda məşq edəcəyəm. Haçandan-haçana məlum oldu ki, türklərdə “axır” sözü yoxdu. Onlar “son” deyirlər. “Axır” sözü isə “axur” kimi başa düşülür. Xeyli gülüşdük. Belə hadisə heç jurnalistlərin gözündən yayınar? Elə səhəri türk qəzetləri yazdı ki, Maestro Niyazi bizim solistləri axura göndərib”.
Niyazi 1984-cü ildə ürək çatışmazlığından avqustun 2-də 71 yaşında vəfat edir.
***
Niyazi dünyasını dəyişəndən beş il sonra Ceyhun Niyazinin evinə gələrək Həcər xanımdan pul istəyir, ancaq istədiyini əldə edə bilmədiyi üçün Həcər xanımı boğaraq qətlə yetirib qaçır. Bundan sonra o həbs olunur və deyilənlərə görə elə həbsdə də dünyasını dəyişir.
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
2 aprel 2025 13:00
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 2025 21:05
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 2025 11:22
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 2025 23:02
- Zelenski seçkiyə hazırlaşır - Tarix MƏLUM OLDU
30 mart 2025 21:03
- Tramp Putini HƏDƏLƏDİ: Davranışına görə qəzəblənmişəm
30 mart 2025 18:36
- Şəxsi işimdir, hər şeyi açıqlamalıyam? - Xəstə olduğu deyilən Şeyx danışdı
30 mart 2025 17:27
- Şeyxə görə məni niyə narahat edirsiz? - Paşazadədən sərt açıqlama
30 mart 2025 16:32
- Tаnınmış аlimin Аli Məhkəmənin sədrinə, Bаş prokurorа MÜRАCİƏTİ
30 mart 2025 14:44
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45