Universitetlərimiz və reytinqlər
Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycandakı ali təhsil müəssisələrinin reytinqlərdə geri qalmasının səbəblərini belə açıqlayıb:
“Ali təhsil müəssisələrimizin reytinqlərdə geri olmasının bir neçə səbəbi var. Bir səbəbi də məhz bundan ibarətdir ki, ali təhsil müəssisələrində müəyyən elmi-tədqiqat işləri var, amma Azərbaycan elə də böyük ölkə deyil, biz elmi tədqiqat potensialımızı müxtəlif qurumlara parçalayıb fəaliyyət göstəririk. Bu baxımdan qarşılıqlı əməkdaşlıq olduqca vacibdir. Mən əminəm ki, ali təhsil müəssisələri elmi tədqiqat institutlarından, elmi təşkilatlardan çox şey öyrənə bilər, çünki Azərbaycanın, həqiqətən də, fundamental elmlər sahəsindəki tədqiqat təcrübəsi məhz bu institutlardadır. Ona görə də uzun illər ərzində bu sahədən bir çox alimlərimiz Azərbaycanda və ölkədən kənarda fəaliyyət göstərirlər. Bu bizim ali təhsil müəssisələrimizə çox ciddi töhfə vermiş olacaq. Yəni həmin insanların auditoriyalarda olması, həmin ali təhsil müəssisələrindəki imkanlardan faydalanması və s.”
Nazirin fikrində həqiqət payı var. Gəlin reytinq məsələsini araşdıraq. Qloballaşan dünyada Ali təhsilin paradiqmaları sürətlə dəyişir. Sosial- iqtisadi dəyişikliklərin ritmi universitet islahatlarını daha da sürətləndirir. Əvvəlki nəsillərin universitetlərin sürətlə dəyiməsinə gümanları yox idi, Ali təhsil ictimai fayda kimi qəbul olunurdu. Dövlət subsidiyası omadığı təqdirdə ali məktəblərin yaşaması məsələsi sual altında qalırdı. Milli akkreditasiyadan (buna yoxlama da deyirdik) kənara çıxmaq mümkün deyildi. Əvvəlki nəsillərə verilən təhsil, ənənəvi pedaqogika və texnologiyanın məhdud tətbiqi ilə kifayətlənirdi. Çağımızda artıq ali təhsil şəxsi fayda gətirən dəyərə çevrilib. Beynəlxalq akkreditasiya və keyfiyyətin beynəlxalq auditi yarandı. Dəyişən pedaqogika ilə yanaşı, təhsilə texnologiyaların tətbiqi genişləndi. Qeyd etdiyim bu trayektoriya bütün dünya universitetləri üçün cızılıb. Nəzərdə tutulan belə universitet keyfiyyətli təhsil verməli, tədqiqat universitetinə çevrilməyi qarşıya məqsəd qoymalı, professor - müəllim heyəti və yüksək nəticə göstərən tələbələri ilə seçilməli, pul qazanmalı, sanballı kitabxana fonduna malik olmalıdır və s. Dövlət subsidiyası azaldı, Universitetlərin qarşısına qoyulan tələblər dəyişdi. Azərbaycanda hələ də universitetlərə idarəetmə, akademik, maliyə və təşkilati muxtariyyat verilməyib. Universitetlərimizin tanınmış reytinqlərdə nəzərəçarpan yer tutması müşkül işə çevrilib. Səbəblər nədən ibarətdir? Bunu təhlil etməyə çalışacam.
Əlbəttə ki, burada sadaladığım məhdudiyyətlərin rolu danılmazdır. Hal-hazırda dünya universitetlərinin 3 əsas reytinqi mövcuddur. Şanxay Universiteti Times Webometrics Şanxay reytinqi (Shanghai University IHE, ARWU) 2003-cü ildə tərtib olunub və dünyanın ən yaxşı 500 universiteti əhatə olunur. Bu reytinqin əsas xarakteristikası ali məktəblərin tədqiqat fəailiyyətinə güclü istiqamətlənməsidir. - Nobel və Filds mükafatı laureatları məzun və əməkdaşların sayı; - Təbiət elmləri sahəsində Nature və Science jurnallarında dərc olunmuş məqalələrin sayı; -elmi ədəbiyyatlarda müəllimlərin işlərinə edilən iqtibasların sayı; -Ali məktəbin masştabı. Bu reytinqdə Amerika universitetləri üstünlüyü əldən vermirlər. TOP-100-ə bu ölkənin 68 universiteti düşür. Azərbaycan Universitetlərinin Şanxay reytinqinə düşməməsinin səbəbləri:
Tədqiqat fəaliyyətinin səviyyəsinin aşağı olması və bu fəaliyyətin zəif populyarlaşdırılması. Bütün dünya elmi ünsiyyəti ingilis dilində qurur və bizim alimlər bu dildə az çap olunurlar; nəticədə dünyanın aparıcı jurnallarında iqtibasların sayı az olur. Azərbaycan universitetlərində hələ də təhsilin köhnə təşkilati modelləri saxlanılır. Bu da, müəllimlərin aşağı səviyyədə akademik mobilliyində özünü göstərir. Qərb alimləri ilə ünsiyyətdə ciddi problemlər var. Kitabxanalar yenilənmir, distant elmi mübadilələr zəif həyata keçirilir. Times (The Times Higher Education Suppllement, THES) reytinqi - 2004-cü ildən İngiltərənin məşhur “Times” qəzeti Ali təhsil haqqında özünün əlavəsində dünyanın 200 universitetinin reytinqini çap edir. Xarakteristika belədir: Reytinq ekspert qiymətləndirmələrinə əsaslanır: bura kolleqalar, əməkdaşlar, müəllimlər, tələbələr, xarici müəllimlər, xarici tələbələr, həmçinin müəllim heyətinin işlərinə edilən iqtibasların səviyyəsi daxildir. Əsas güc tədqiqat və tədris işlərinin keyfiyyətinin, həmçinin ali məktəbin beynəlxalq nüfuzunun üzərinə düşür.
THES monitorinqin keçirilməsində əsas üstünlüyü milli mənbələrdə dərc olunan materiallara və müxtəlif ölkələrin qəzet və jurnallarına verir. Ayrıca parametr kimi xarici ölkələrin tələbələrinin və əməkdaşlarının sayının yerli müəllim və tələbələrin sayına nisbəti də nəzərə alınır. Bu reytinqin dinamikası belədir: Yuxarı pillələri yenə də Amerika universitetləri tutur. Son illər isə Asiya ölkələrinin 32 universiti də yuxarı pillələrdə yer alıb. Times-də yer tutmamağımızın səbəbləri: -xarici tələbələrin cəlb olunma faizinin aşağı olması. Bunu ingilis dilində dərs deyən müəllimlərin sayının az olması ilə və universitetlərin xaricdə yaxşı tanınmamsı ilə əlaqələndirmək olar. İqtibasların aşağı reytinqi - bunu tədqiqatlarda resurs təminatının aşağı səviyyədə olması ilə əlaqəlindərmək olar. Webometrics reytinqi -İspaniya Elmi Tədqiqatlar Şurasının nəzdində fəaliyyət göstərən laboratoriyada tərtib olunub. Bu reytinqin əsas xarakteristikası: Ali təhsil müəssisəsinin veb-ölçüsü (ali məktəbin saytının səhifəsinin kəmiyyəti, maraqlananlar üçün aşkar olunan materiallar) müəyyən olunur; Ali məktəbin internet– görüntüləri (sayta edilən xarici iqtibasların kəmiyyəti) hesablanır; Ali məktəblərin saytına yüklənmiş faylların kəmiyyəti (pdf, doc, ppt və ps) nəzərə alınır; İnternet - versiya (Google Scholar qiymətləndirməsi) da daxil olmaqla publikasiyaların və iqtibas indekslərinin kəmiyyəti nəzərə alınır.
Webometrics reytinqdə yer tutmamağımızın səbəbləri: Universitetlərin əksəriyyətində yalnız Azərbaycan dilində saytlar fəalaiyyət göstərir. Saytlar çox miskin görsənir. Saytlarda elmi materialların kəmiyyəti çox aşağıdır. Bu baxımdan xarici iqtibasların sayı yox dərəcəsindədir. Saytlarda bir planlı informasiyalar təqdim olunur. Bu isə çox vaxt müəllim və tələbələr üçün də maraqlı olmur. Tələbələr üçün də resurslar çox məhduddur. Tətil dövrlərində isə saytlara daxil olanların sayı kəskin şəkildə aşağı düşür. -Ali məktəb rəhbərləri internet-reytinqə demək olar ki, diqqət yetirmirlər. Saytlar Universitetin tədbirlərini və rektorların fəaliyyətini təbliğ edirlər. Bu baxımdan internet-mövqelərdə geriləmələr baş verir.
Yekunda söyləmək olar ki, Azərbaycan Universitetlərinin tanınmış reytinqlərdə layiqli mövqe tutmamaları acınacaqlı hal alıb. Başqa tərəfdən, təcrübə göstərir ki, reytinqlərdə qabaqcıl yer tutan universitetlərin həm də güclü təbliğatı aparılır. İş burasındadır ki, yaxşı elmi işlərin, təhsil mühitinin, tədrisin və müəllim heyətinin maraqlı elmi çıxışları təbliğ olunur. Bütün bunlar Universitetin reytinqində cəmlənir. Bunlar olmasa nə təbliğ oluna bilər? Mütəxəssilərin fikrincə, brend universitetin formalaşdırılması üçün ictimai şüurda bu nailiyyətlər yer tutmalıdır: unikal professor-müəllim heyəti, unikal öyrətmə sistemi, unikal tədqiqat sistemi və universitetin unikal emosional obrazı. Təəsüflər olsun ki, biz hələ də bu göstəricilərdə zəif irəliləyirik. Yolumuz açıq olsun!
Millət vəkili Etibar Əliyev
- Universitetlərdə təhsil müddəti 4 İLDƏN 3 İLƏ ENDİRİLİR
9 oktyabr 2024 16:28
- Xaricdə oxuyan nə qədər məzunumuz geri qayıdıb? - açıqlama
18 may 2024 10:00
- Day-dayım olsaydı, qısa zamanda … - Aysel Əlizadə
21 mart 2024 22:16
- Azərbaycanda niyə MİLYONÇU yoxdur..?
3 yanvar 2024 20:54
- “Həmin zaman məktəb və universitetləri aça biləcəyimizi bilmirik”
17 iyun 2020 10:54
- “Məktəblər və universitetlər birmənalı olaraq açılmayacaq” - Prezident
15 may 2020 22:58
- Prezident xalqı təbrik etdi - Yenilənib
1 yanvar 2018 12:05
- Qərb Universitetində ağılagəlməz QAYDALAR
9 fevral 2016 16:48
- Milli Məclisin deputatları tətilə çıxır
27 dekabr 21:42
- Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni direktoru - Səkinə Sadıxova
27 dekabr 19:31
- Hökümə xanımla axıra kimi danışdıq...Göümü açdım AKTAU - Video
27 dekabr 18:27
- Məhərrəm Ömrümovun şirkətində bədbəxt hadisə: Usta yıxıldı, vəzifəli şəxs ittiham edildi
27 dekabr 15:28
- Kadırovun təklifindən Bakı imtina etdi - TƏCİLİ
27 dekabr 14:00
- Hərbi xidmətə çağırış yaşı 30-a endirildi
27 dekabr 12:05
- Hökümənin SON MESAJI üzə çıxdı: Yazdığını TEZ SİLİB, bir bundan başqa - VİDEO
27 dekabr 11:43
- Üzünü tam örtən qadınlar 20 MİN cərimələnəcək
26 dekabr 18:06
- 13 yaşlı məktəbli də qəzada həlak olub - Foto
26 dekabr 16:00
- DGK Xəlil Göyüşovun qalmaqallı şirkətini nədə ittiham edir?
26 dekabr 15:11
- Ter-Petrosyandan Köçəryana güllə kimi cavab
26 dekabr 14:21
- Qəzada həlak olan Hökümənin anası DANIŞDI: Həmişə deyirdi ki, mənimlə fəxr edin
26 dekabr 13:36
- MİLLİ MATƏM - Sumqayıtda 105 000 abonent qazsız qalıb
26 dekabr 12:59
- Nazirlik 19 milyonluq təlim xidməti alır - Qalib şirkətin sahibi kimdir?
25 dekabr 21:54
- Özünü təqsirli bilməsə də, 400 min manat ödəyib
25 dekabr 20:46
- Təyyarə qəzasında xəsarət alanların siyahısı açıqlanıb
25 dekabr 18:38
- Eks-Deputat öldü
25 dekabr 18:17
- SON DƏQİQƏ: Azərbaycanda matəm ELAN OLUNDU
25 dekabr 16:01
- Ot öz kökü üstündə bitməyəndə... -Puşkin və Tolstoyun nəvələri Hitlərin əsgəri olublar
25 dekabr 15:32
- İlham Əliyevin təyyarəsi Bakıya eniş etdi
25 dekabr 14:40
- Mehriban Əliyeva başsağlığı verdi
25 dekabr 14:05
- 2024 bizim üçün böyük dəyişikliklər ili kimi yadda qaldı - Bakcell-in baş icraçı direktoru
25 dekabr 13:56
- Qazaxıstan: Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub (YENİLƏNİB/VİDEO)
25 dekabr 12:12
- Türk Dövlətləri Təşkilatında Turan xəritəsi qərarı
25 dekabr 11:26
- Pişiyə görə ərini məhkəməyə verdi
24 dekabr 23:55
- Prezidentin ad günündə ailə FOTOSU
24 dekabr 21:51
- Əmək haqqı, pensiya, müavinət artımı haqqında - Millət vəkili Əli Məsimli
24 dekabr 20:42
- Oğlan sosial şəbəkədə tanış olduğu qızdan tələb etdi: o, evdən qaçdı, ailəsi... – ŞOK
24 dekabr 20:13
- Ərdoğan İlham Əliyevə ZƏNG ETDİ
24 dekabr 18:37
- Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat cərrahiyyə stolunda qaldım
24 dekabr 18:04