Həbsdəki sabiq icra başçılarına - 46 il CƏZA

Hüquqşünas: “Korrupsiyaya görə həbsə alınan heç bir başçı, məmur əfv və amnistiyaya düşməməlidir”
İyulun 26-da İmişli Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Vilyam Hacıyevə hökm oxunub və o, 12 il müddətinə azadlıqdan məhrum edilib. Prokuror V.Hacıyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Bundan başqa, məhkəmədə İmişli Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Vilyam Hacıyevin üzərinə həbs qoyulan əmlaklarının müsadirə edilməsi barədə hökm çıxarılıb.
Hökmdə qeyd edilib ki, V.Hacıyevin 6 milyon 300 min manatlıq əmlak və pulunun dövlət nəfinə müsadirə olunsun. Yada salaq ki, Biləsuvarın həbsdə olan sabiq icra başçısı Mahir Quliyev 11 il azadlıqdan məhrum olunub. Məhkəmə Mahir Quliyevin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 450 min manatlıq evinin, Nərimanov rayonundakı 504 min manatlıq mənzilinin və 62 min manatlıq “Audi” markalı avtomobilinin müsadirə edilməsi barədə hökm çıxarıb. Bundan başqa, Biləsuvar Rayon İcra Hakimiyyətinə dəymiş 3 milyon 206 min manat və DOST mərkəzinə dəymiş 125 min manatlıq mülki iddia təmin olunub. Neftçala rayonunun sabiq icra başçısı İsmayıl Vəliyev 10 il azadlıqdan məhrum edilib. İsmayıl Vəliyev külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. vəzifə cinayətlərində suçlu sayılıb. Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı Qoca Səmədov 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Cəlilabad Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısına hökm oxunub və o, 12 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Xatırladaq ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçı Namiq Zeynalov isə 12 il müddətinə azadlıqdan məhrum edilib. N.Zeynalov 2020-ci ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin Cəlilabad Rayon İcra Hakimiyyətində keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb. O, 5 milyon manatdan artıq vəsaiti mənimsəmədə və rüşvət alma yolu ilə ələ keçirməkdə ittiham olunur. Bir müddət əvvəl isə həbsdə vəfat edən Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyevə isə 9 il həbs cəzası verilmişdi.
Hüquqşünas, “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, icra başçılarında belə fikir formalaşıb ki, onlar toxunulmazdır: “Bu adamlar sanki qəzet oxumur, telekanalara baxmır, radio dinləmirlər. Ölkə başçısı az qala hər çıxışında icra başçılarının fəaliyyətinə toxunur, deyir ki, qanunsuzluq etməyin, xalqa qulluq edin. Bu adamlar isə öz işlərindədirlər. Bu qədər həbslərdən sonra da iş prinsipləri tutulanlardan heç nə ilə fərqlənməyən icra başçıları var. Oturublar vəzifədə, hər ötən gün daha çox büdcə pulu oğurlayırlar. Araşdırmalar göstərir ki, tutulan icra başçıları Cinayət Məcəlləsinin təxminən eyni maddələri ilə - rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə ittiham olunublar. Vurduqları ziyan və aldıqları rüşvət isə üst-üstə gəlsək, milyardlarla manat edir. Xalqın, dövlətin pulu hesabına yağ-bal içərisində yaşayan bu cür məmurların bir yeri var, o da həbsdir. Onlar həbslərinə qədər düşünürdülər ki, dövlətə vurduqları zərəri və ya qanunsuz yolla əldə etdikləri əmlakların bir hissəsini geri almaqla çox da ağır olmayan cəza alacaqlar. 2-3 ilə azadlığa çıxa biləcəklər. Amma belə olmadı. Korrupsiyaya bulaşan başçılar, rüşvət alan başçılar real cəzaya məhkum olundular. Onların tez bir zamanda azadlığa çıxması da çətin mümkün olar. Hakimiyyət onların qanunsuz yolla əldə etdikləri əmlakları dövlət nəfinə müsadirə edir, özlərinin cəzalarını yüngülləşdirmək niyyətində deyil”.
Bununla belə hüquqşünas deyir ki, həbs olunan icra başçıları heç də dövlətdən mənimsədikləri əmlakın və vəsaitlərin hamısını geri qaytarmırlar: “Məhkəmələr icra başçısı və müavininin, digər əsabələrinin əmlaklarını müsadirə edir. Ancaq söhbət onun adında olan əmlakdan gedir. Biz isə bilirik ki, Azərbaycanda heç bir məmur, hətta heç bir iri sahibkar belə əmlaklarını, obyektlərini öz adlarına sənədləşdirmir. Məmurlar qorxduğu kimi iri sahibkarlar da qorxur ki, sabah hər hansı bir problem yarana bilər. Mən məmurları tanıyıram və deyə bilərəm ki, onların Azərbaycandakı əmlaklarının xeyli hissəsi öz adlarına deyil. Nəinki yüksək rütbəli məmurlar, icra başçıları, aşağı səviyyəli xırda məmurlar belə bunu edirlər. Qohum, tanış, dost və digərlərinin adına rəsmiləşdirirdilər. Xaricdə isə bir qayda olaraq ofşor şirkətlər yaradırlar və onları da müəyyən etmək çox çətindir. Hətta xaricdə də əmlaklarını başqa şəxslərin adına yerləşdirirlər. Bu məsələnin ən çətin tərəfi ilə ondan ibarətdir ki, müsadirə olunan əmlak həmin məmurun mənimsədiklərinin heç də hamısı deyil, məmurların adına bu gün oğurladıqlarının çox az bir hissəsi belə yoxdur!”
Hüquqşünas bildirib ki, həbs olunan məmurlara xoşluqla başqalarının adına rəsmiləşdirdikləri bütün əmlakların qaytarılması təklif olunmalıdır: “Bu təklif kimlərəsə qəribə gələ bilər, amma həbsdəki məmura, icra başçısına şərait yaradılmaldır ki, oğurladıqlarının 90 faizini geri qaytarsın. Əlbəttə ki, kimsə bunu öz xoşu ilə etməyəcək. Sərt və qanuni cəzalarla buna nail olmaq mümkündür. Komforta öyrəşmiş başçılara ”içəri"də qara dustaqdan fərqli olmayan bir yaşam təmin edilməlidir. İstər-istəməz komfortlu həyata öyrəşən biri kimi həbsdə də özünə həmin şəraitə yaxın yaşamı təmin etməyə çalışacaq. Bu halda adamlara konkret şərt irəli sürülməlidir: oğurladığını ver, komfortunu təmin elə. Yoxsa ki, icra başçıları, nazirlər həbsə düşəndə özlərinə orada yaxşı şərait yaradırlar. Adi insanın həbsxanadakı həyatı ilə məmurun, oliqarxın həyatı eyni olmur. Onlar orada heç cür pis yaşamırlar, xalqdan oğurladıqları pulların cüzi bir hissəsini xərcləməyin qarşılığında özləri üçün çox gözəl şərait qururlar. Əlbəttə, azadlıqdan gözəl nemət yoxdur. Ancaq həbsdə bütün hüquqları məhdudlaşdırılsa da, öz həyatlarını sürürlər. İstənilən şəxs yanlarına gedə bilir, telefonları da olur, danışa bilirlər. Bu baxımdan Azərbaycanda son illərin təyinatları, gənc kadrlar istisna olmaqla, əvvəlki məmurların, xüsusən də icra hakimiyyəti başçılarının əksəriyyəti bunu gözə alıb. Korrupsiyaya görə sərt cəza verilməli və korrupsionerlərin həbsdə özlərinə şərait qurmalarının qarşısı alınmalıdır".
Hüquqşünas deyib ki, korrupsiyaya görə həbsə alınan heç bir icra başçısı, məmur əfv və amnistiyaya düşməməlidir: “Azərbaycanda sərt qanunlar qəbul olunmalıdır. Amma belə bir şərt də qoyula bilər ki, öz adına və başqalarının adına olan bütün əmlakı gətir qaytar və ondan sonra daha yüngül cəzaya ümid elə”.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 2025 12:22
- Məmməd Musayev yola salındı
15 aprel 2025 23:05
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 2025 12:29
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 2025 20:31
- Hamımız türk ola-ola, niyə başqa dillərdə – ingilis və rus dillərində danışırıq?
12 aprel 2025 14:12
- Mikayıl İsmayılovun oğlu atalıq testindən keçməkdən növbəti dəfə yayındı – ALİMENTİ DƏ ÖDƏMİR
11 aprel 2025 13:47
- Qubad İbadoğlunun qardaşı istintaqa cəlb edildi - Video
11 aprel 2025 01:55
- Ərdoğan PKK lideri ilə görüşən heyəti qəbul etdi – Fotolar
11 aprel 2025 00:37
- SSRİ-də kölgə iqtisadiyyatı yaradan adam - o, kağız üzərində maliyyə imperiyası qurub
10 aprel 2025 16:00
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 2025 14:21
- Дрессировщик обезьян - помощнице: Дай по башке ему !
21 aprel 16:54
- 5 nəfər Ədalət Partiyasının sədri olmaq istəyir
21 aprel 16:21
- Onun vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq - Prezident
21 aprel 16:12
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24