Kamran Bağırov Qarabağın Ermənistana birləşməsinə qərar vermiş iclasa necə gəlib?

Azərbaycan Kommunist Partiyasının sabiq birinci katibi Kamran Bağırov 1988-ci ilin fevralında Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları Sovetinin Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar qəbul etdiyi sessiyasında iştirak edib.
Azpost.info bildirir ki, bu barədə Ermənistanın sabiq prezidenti Robert Köçəryan memuarlarını yazdığı “Həyat və azadlıq” kitabında qeyd edib.
Xatırladaq ki, 20 fevral 1988-ci il tarixində DQMV-nin Xalq Deputatları Sovetinin sessiyasında Dağlıq Qarabağın Azərbaycan SSR-dən Ermənistan SSR-nin tərkibinə keçməsi barədə qərar qəbul edilib. Bu qərar çox böyük rezonans doğurub və Qarabağ probleminin kəskinləşməsində öz mənfi rolunu oynayıb.
Koçaryan öz memuarında həmin iclas və onun ətrafında baş verənlər barədə yazıb. Onun yazdığından məlum olur ki, hələ 1987-ci ilin dekabrın 1-də Dağlıq Qarabağdan olan nümayəndə heyəti Moskvaya gedərək DQMV-in Ermənistana birləşdirilməsi üçün minlərlə ermənin imzaladığı müraciəti Sov.İKP Mərkəzi Komitəsinin qəbul otağına təqdim ediblər.
Bir aydan sonra- 1988-ci ilin yanvarında Moskvaya daha bir nümaynədə heyəti yola düşüb: “Mərkəzi Komitədə bzim nümayəndələrə cavab verərək demişdilər ki, baş verənlərə anlayışla yanaşırlar. Ancaq bu məsələyə yalnız sosial-iqtisadi müstəvidə baxılacaq. Bildirmişdilər ki, SSRİ-də buna bənzər iyirimiyə yaxın problem var. Onlardan biri barədə qərar verilsə bu zəncirvari reaksiya doğuracaq” –deyə sabiq prezident qeyd edib.
Onun yazdığından məlum olur ki, Moskvadan gələn məlumat ermənilər arasında ruh yüksəkliyi yaratmayıb. Əksnə gərginliyi daha da artırıb. Qarabağda ermənilərin kütləvi mitinqləri və nümayişləri başlanıb: “Dağlıq Qarabağın bütün dövlət müəsissələrində kollektiv yığıncaqlarında, ilk partiya təşkilatlarında müzakirələr gedirdi. Mövzu bir idi: Dağlıq Qarabağın Ermənistana verilməsi…”
Yığıncaqlar bir-birinin dalınca yekdilliklə qərar qəbul edirlər: “Yuxarı orqanlardan DQMV-in Ermənistana birləşdirilməsi məsələsini həll etməyi xahiş edirik”.
Bundan sonra Azərbaycan rəhbərliyi hərəkətə keçir. Bakı Dağlıq Qarabağa məsul şəxslər göndərmək qərarını qəbul edir.
“Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsindən müxtəlif məsul şəxslər gələrək mitinqləri dayandırmaq üçün bizi dilə tutmağa çalışırdılar. Onlar bir az özlərini itirmiş kimi görünürdülər. Bakıda nə etmək lazım olduğunu bilmirdilər”- deyə Koçaryan yazıb.
1988-ci il fevralın ortalarında sovet ordusunun hissələri Xankəndinə (keçmiş Stepanakertə) yeridilir. Bakı isə şəhərə ətraf rayonlardan əlavə milis qüvvələri göndərir.
Koçaryan qeyd edir ki, Dağlıq Qarabağda bütün şəhər küçəyə çıxdı və mitinqlər müddətsiz keçirilməyə başlandı: “Əsas tələb DQMV Xalq Deputatları Sovetinin deputatlarının sessiyasını çağırmaq və DQMV-in Ermənistana birləşdirilməsi barədə qərar qəbul etmək idi”.
Fevralın 20 -də növbədənkənar sessiyasının çağırılması üçün vilayət sovetinin deputatlarının imzalarının yığılması başlanır. Sessiyanın gündəliyində bir məsələ – DQMV-in Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə keçmək barədə qərar vermək salınmışdı: “Bu imzaları yığmaq çətin olmadı” –deyə Koçaryan vurğulayıb.
Fevralın 19-da Azərbaycan SSR-nin rəsmi agentliyi “Azərinform” məlumat yayır ki, Sov. İKP Mərkəzi Komitəsi heç bir ərazi məsələlərini müzakirə etməyib və belə müzakirələrə də hazırlaşmır.
Buna etiraz olaraq Dağlıq Qarabağda tətil elan olunur. Bu SSRİ-də görünməmiş bir addım idi.
Səhəri gün Azərbaycan Kommunist Partiyasının birinci katibi Kamran Bağırov, Yaşin və digər vəzifəli şəxslər Stepanakertə gəlirlər. Onlar Vilayət Sovetinin sessiyasını keçirilməsinin qarşısını almağa çalışıblar.
Kamran Bağırov güc strukturlarına deputatların iclasa gəlməsinin qarşısını almağa göstəriş verir.
Koçaryan yazır ki, biz dolanbac yollarla deputatları gətirərək sessiyanın baş tutmasını təmin etdik: “Axşam kvorumu təmin edə bildik. Saat 21.00-da sessiya başladı. Vilayət Sovetinin meydanı adamla dolu idi. Qəfildən heç kimin gözləmədiyi halda sessiyaya Kamran Bağırov, Yaşin, DQMV-in rəhbəri Boris Kevorkov və Vilayət Sovetinin digər məsul şəxsləri gəldi. İlk olaraq Kamran Bağırov çıxış etdi. O xalqlar dostluğu, qardaşlığından danışdı. Dedi ki, biz 70 ildir bir yerdə Azərbaycanın tərkibində yaşayırıq. Daha sonra Bağırov sərt şəkildə dedi ki, bir qrup məsuliyyətsiz millətçi xalqı ağılsız addım atmağa təhrik edir. O vəd etdi ki, yaxın zamanlarda Vilayətlə bağlı buraxılmış səhvləri düzəldəcəklər. Qeyd etdi ki, sessiyanın ərazi məsələlərini həll etmək hüququ yoxdur və Qarabağ Azərbaycanın tərkibində qalacaq”.
Bu çıxışdan sonra erməni deputatlar danışmağa başlayıb.
Onlar sessiyanın bütün məsələlər üzrə qərar qəbul etməyə səlahiyyəti olduğunu iddia ediblər: “Kamran Bağırov çıxış edənlərin sözünü tez-tez kəsir, problemlərin həll olunacağını deyirdi. Amma sessiyanın yönünü dəyişdirə bilmədilər”.
Bundan sonra Kamran Bağırov və digərləri sessiyanı tərk edirlər. Azərbaycanın siyasi rəhbərliyi iclas zalından çıxdıqdan sonra sessiya isə Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana birlşdirilməsi barədə qərarı qəbul edir.
Fevralın 21-də isə Sov.İKP-nin Siyasi Bürosunun “Dağlıq Qarabağdakı hadisələrə dair” qətnaməsi çıxır. Sənəddə DQMV Vilayət Sovetinin qəbul etdiyi qərarın “ekstremistlərin və millətçilərin fəaliyyəti nəticəsində qəbul edildiyi” vurğulanırdı.
Bu qərardan sonra Dağlıq Qarabağda vəziyyət gərginləşir.
2 gün sonra Əsgəran rayonu ərazisində Ağdam və Əsgəran rayonunun azərbyacanlı sakinlərinin dinc nümayiş başlanır. Burada ermənilər atəş açaraq 2 azərbaycanlı gənci qətlə yetirirlər.
Bununla da Qarabağ münaqişəsində ilk qan tökülür.
Azərbaycan hakimiyyəti ilk vaxtlar münaqişənin xalqdan gizli saxlamağa çalışıb. 1987-ci ilin sonları və 1988-ci ilin fevralına qədər olan müddət ərzində çox dar çərçivədə Ermənistanda və Qarabağda açıq erməni iddialarının başlanması barədə məlumat olub.
Azərbaycan Ali Sovetinin sabiq deputatı Maksim Musayev 1998-ci ildə mərhum Kamran Bağırovla bağlı görüşü barədə KİV-ə müsahibəsində danışarkən deyib ki, sabiq birinci katib 1988-ci ildə Xankəndində etdiyi səfərini xatırladıb və problemin həlli üçün lazımi qətiyyət göstərmədiklərini etiraf edib: “Gərək biz o vaxt Moskvanın göstərişlərinə baxmayıb erməni separatçılığına qarşı qəti mövqe tutaydıq, onları yerində oturdaydıq. Gərək mən 1988-ci ilin fevralında Xankəndində elə çıxış edəydim, elə qəti mövqe tutaydım ki, ermənilər lap məni güllələydilər. Bəlkə də onda məsələ bu dərəcədə böyüməz, torpaqlar işğal olunmazdı”.
Kamran Bağırov 1982-88-ci illərdə Azərbaycana rəhbərlik edib. Qarabağ probelminin dalğası onu hakimiyyətdən salıb. 1988-ci ilin mayında onu xələfi, diplomat Əbdürrəhman Vəzirov əvəz edib.
Azpost.info
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
2 aprel 2025 13:00
- 1 aprel -Gülüş günü- dür
1 aprel 2025 11:12
- Almaniya Azərbaycandan üzr istədi
1 aprel 2025 09:22
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 2025 12:28
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 2025 01:41
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 2025 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 2025 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 2025 23:02
- Qəzza razılaşmasının növbəti mərhələsinin müzakirəsinə hazırıq – Netanyahu
30 mart 2025 22:22
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45