Kiyevdən qaçan səfirin oğlu Türkiyədə kef edir

Həbib Axundov Suluadadakı lüks istirahətini əks etdirən fotolarını sosial şəbəkə üzərindən paylaşıb, sanki Ukraynadan qaçqın düşən soydaşlarımıza gözdağı verir...
Rusiyanın Ukraynaya qarşı müharibəyə başlaması səfirliklərimiz üçün çətin sınağa çevrildi. Rus əsgərinin ayağı Ukrayna torpağına dəyər-dəyməz Moskva doğumlu Kiyevdəki səfirimiz oradan qaçdı. Yarım milyon vətəndaşımızı Ukraynada taleyin ümidinə buraxıb aradan çıxan Elmira Axundovanın səsi bir neçə gün sonra Bakıdakı lüks mənzilindən gəldi. Gah xəstəliyini qabartdı, gah da qadınlığını önə çəkib fərariliyinə haqq qazandırmağa çalışdı. O gündən sosial şəbəkələrdə adı önünə “fərari səfir” epiteti əlavə olundu.
“Mən arzumu ortaya qoydum, səfir göndərdilər”, “diplomatik işdən bixəbərəm”, “diplomatlar sabunlanmış kadrlardır” kimi fikirlərin müəllifi olan Elmira Axundovanın hər çıxışı komediya filmləri üçün “qanadlı” frazalarla zəngin olur.
Hər kəs bilir ki, Elmira Axundovanın Ukraynadan “diplomatik” qaçışından sonra onun işini bu ölkədəki diasporumuzun cəsur üzvləri və Moldovadakı səfirimiz Qüdsi Osmanov öz üzərinə götürərək şərəflə həyata keçirməkdədir. Qüdsi Osmanovun Türkiyəyə göndərdiyi Ukraynadakı vətəndaşlarımızın ardınca, bu ölkəyə gəlməsi, hava limanından Ukrayna qaçqınları olan soydaşlarımızı vətənə yola salması da diqqətlərdən yayınmayıb.
Ukraynadan qaçqın düşən soydaşlarımız üçün bu çətin günlərdə Qüdsi Osmanov vəzifə borcuna sadiqlik, Vətənə, vətəndaşa xidmətin nümunəsini ortaya qoydu. Elmira Axundova isə Bakıda oturub Türkiyədə istirahət planları qurur. Qüdsi Osmanov Ukraynadan qaçqın düşən azərbaycanlıları Türkiyə üzərindən Bakıya yola salanda Elmira Axundova hava limanından Türkiyəyə oğlu Həbib Axundovu yola salıb.
Diplomatiyadan bixəbərliyini gizlətməyən Elmira Axundovanın oğlu birbaşa Türkiyənin Maldiv adaları hesab olunan Suluadaya yollanıb. Onu istirahətə yola salan anasını Həbib Axundov çox da intizarda qoymayıb. Suluadadakı lüks istirahətini əks etdirən fotolarını sosial şəbəkə üzərindən paylaşıb, sanki Ukraynadan qaçqın düşən soydaşlarımıza gözdağı verir. Həbib Axundovun yaxta sevgisi də profilindəki fotolardan boylanır. Onun bu bahalı hobbisi model Günel Mirzəyevanın həyatı bahasına başa gəlməsi də yaddaşlardan silinməyib. 2017-ci il iyunun 24-də Günel Mirzəyeva Həbib Axundovun yaxtasında dənizə aparmışdı və dənizin ortasında sulara qərq olmuşdu. Dalğıclar modelin meyitini aşkarlamaq üçün 3 gün intensiv axtarış apardılar. Nəhayət, Günel Mirzəyevanın cansız cəsədini Bilgəhdə, ləpədöyəndən dənizin içinə doğru 300 metrlikdə aşkar edib, sudan çıxardılar...
Ölümündən xeyli əvvəl ərindən boşanmış, hamilə olması ilə bağlı məlumatlar olan Günel Mirzəyevanın suya özünün təsadüfən yıxılması da bu gün inandırıcı görünmür. Çünki bu sirli ölümdən sonra o zaman deputat olan Elmira Axundova çıxıb dedi ki, bəs oğlum Həbib üzgüçüdür, orada olsaydı, gənc qızın batmasına imkan verməzdi. Oğlunun yaxtasının varlığını da cidd-cəhdlə təkzib etməyə çalışdı. Sonradan FHN-dən modelin suya atıldığı və ya yıxıldığı yaxtanın Həbib Axundova məxsusluğunu təsdiqləyən məlumatlar ortaya çıxdı.
Məlum oldu ki, anasının üzgüçü oğlu Həbib Axundov da Günel Mirzəyeva suda çabalayıb kömək istəyərkən orada olub. Onun yaxtasında dənizə çıxıb dərin sularda dəniz sularına qərq olarkən imdad diləyən qıza Həbib Axundov nədənsə yardım əlini uzatmayıb. Ən qəribəsi isə bu iş üzrə Sabunçu Rayon Prokurorluğunda başlanmış cinayət işinin tez-bazar bağlanması oldu. Sabunçu prokuroru cinayət işinin bağlanmasını “əsaslandıran” qərarında yazırdı ki, Günel Mirzəyeva dənizdə çimərkən boğulub. Sanki prokuror Günel Mirzəyevanın Həbib Axundovun yaxtasında dənizin dərinliklərinə aparılmasından bixəbər idi. Bir də ki, dənizin dərinliklərində çimmirlər. Hamam vannası deyil axı. Dənizin dərinliklərində üzürlər. Diplomatiyadan bixəbər diplomat varsa, istintaq işindən xəbərsiz prokuror niyə olmasın ki?
Həbib Axundovun 8 milyonluq dələduzluq işi də bir başqa mövzudur. Hansında ki, anası Elmira Axundova da onunla bərabər əsas rollarda olublar. Elə bu dələduzluq işindən sonra Həbib Axundovun bir-birindən bahalı maşınları, anasının bir-birindən bahalı villaları, 5 mərtəbə biznes mərkəzi, şəhərin mərkəzində bir-birindən bahalı, dəyəri milyona çatan evləri peyda olmağa başladı.
O günlərdə Elmira Axundova deputat idi və sözünün əvvəlində də, axırında da Ramiz Mehdiyevin adını çəkib. Oğlunun qurduğu, özünün məsləhətçi rolunda olduğu 8 milyonluq işdə zərərçəkənlərə təzyiq göstərilməsinə xidmət edən məktubları da məhz Ramiz Mehdiyevin adına yazır, surətini də hüquq-mühafizə orqanlarına göndərirdi.
Sonradan 1 milyon qarşılığında səfir göndərilməsi iddiası ortaya çıxanda da Ramiz Mehdiyevin bu alverin başında dayandığı haqda xəbərlər vardı...
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
2 aprel 2025 15:29
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
2 aprel 2025 13:00
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
2 aprel 2025 12:15
- 1 aprel -Gülüş günü- dür
1 aprel 2025 11:12
- Almaniya Azərbaycandan üzr istədi
1 aprel 2025 09:22
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 2025 12:46
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 2025 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 2025 01:31
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 2025 00:58
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 2025 00:10
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45