Əli Abbasovun kadrı Rəşad Nəbiyevi nüfuzdan salır? – ŞOK FAKTLAR
4 milyonluq yeyintiyə görə həbs olunan Namazalı Məmmədov dövlətə vurduğu ziyanı nə vaxt ödəyəcək?
Nərimanov rayon İcra və Probasiya Şöbəsinin rəhbər şəxsləri ilə iş adamını hansı tellər bağlayır?
Məlum olduğu kimi, bir neçə gün öncə Prezident İlham Əliyev “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzaladı. Sərəncamda məqsəd dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, dövlət orqanlarının ictimaiyyət qarşısında hesabatlılığının daha da gücləndirilməsi, dövlət qurumları tərəfindən əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi və elektronlaşdırılması, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsidir. Sənədə əsasən, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib.
Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, həmçinin dövlət adından yaradılmış publik hüquqi şəxslər:
– “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda (bundan sonra – Fəaliyyət Planı) nəzərdə tutulan tədbirlərin icrası barədə hər il dekabrın 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına illik hesabat təqdim etməlidirlər;
– Fəaliyyət Planının icrası üzrə illik iş planlarını təsdiq etsinlər və bu barədə məlumatı Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına elektron formada göndərməlidirlər.
– Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Baş Prokurorluğuna, Məhkəmə-Hüquq Şurasına, İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Mərkəzi Bankına və Hesablama Palatasına, habelə bələdiyyələrin milli assosiasiyalarına tövsiyə olunsun ki, Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasını təmin etməlidirlər.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tövsiyə edilsin ki, Fəaliyyət Planının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini mütəmadi təhlil etsinlər və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidirlər.
Nazirlər Kabinetinə tapşırılıb ki, Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Təbii ki, korrupsiyaya qarşı mübarizənin davamlı olması, korrupsiyanın qarşısının alınması ilə bağlı müasir çağırışlara uyğun effektiv mexanizmlərin tətbiq edilməsi xüsusi əhəmiyyət kəsb edir. Buna görə də həm beynəlxalq, həm də milli səviyyədə korrupsiyaya qarşı mübarizədə yeni təşəbbüslərin irəli sürülməsi zəruridir və bu sahədə icra edilən tədbirlər korrupsiyaya şərait yaradan halların və korrupsiya hüquqpozmalarının səbəblərinin, növlərinin və nəticələrinin qarşısının alınmasına yönəldilməlidir.
Heç kimə sirr deyil ki, ölkə prezidenti cənab İlham Əliyev prezident seçildiyi 2003-cü ildən bu günə qədər korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparmaqdadır. Ölkə başçısı əksər çıxışlarında korrupsiya hüquqpozmalarına yol verən səlahiyyətli şəxslərə ciddi xəbərdarlıq da edib. Bu xəbərdarlıqlardan nəticə çıxarmayan vəzifəli şəxslərin aqibəti isə hər kəsə məlumdur. Kimlər ki dövlət büdcəsinin vəsaitlərindən təyinatı üzrə istifadə etmir, yeri birmənalı olaraq dəmir barmaqlıqların arxasıdır. Necə ki bunu bəzi sabiq icra başçıları və nazirlərin timsalında müşahidə etmişik. Dərin təəssüf hissi ilə vurğulamaq istəyirik ki, əli çirkaba bulaşan, adı korrupsiyada hallanan bəzi şəxslər hələ də tutduqları əməllərdən çəkinmirlər. Yadınızdadırsa bir neçə il əvvəl “Rabitə işi” adı verilən həbslər ölkə gündəmində şok effekti yaratmışdı. Belə ki, 2015-ci ildə hüquq-mühafizə orqanlarının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN), onun struktur qurumlarının və tabeçilikdə olan müəssisə və əlaqəli şirkətlərin ayrı-ayrı rəhbər vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və yol verilmiş digər qanun pozuntuları faktlarını üzə çıxarmışdı. Korrupsiya şəbəkəsinə daxil olan vəzifəli şəxslər tərəfindən dövlət büdcəsi vəsaitləri hesabına maliyyələşmiş layihələrin yaxın qohumlarının adına rəsmiləşdirilməklə faktiki özlərinə məxsus şirkətlər tərəfindən həyata keçirilməsinin rəsmiləşdirilməsi barədə saxta sənədlərin tərtib olunması, görülən xidmətlərin dəyərinin dəfələrlə şişirdilməsi, faktiki yerinə yetirilməmiş xidmətlərə görə ödənişlərin həyata keçirilməsi və sair yollarla külli miqdarda dövlət əmlakını mənimsəmə və israf etmələri aşkar edilmişdi.
Həmən vaxt həbs olunan şəxslərdən biri də “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov idi. O, Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilmişdi. Məlumat üçün bildirək ki, Namazalı Məmmədov dövlət büdcəsinə 4 milyon manat ziyan vurduğu üçün həbsə atılmışdı. Amma o cəmi 3 il həbs həyatı yaşadıqdan sonra kimlərinsə himayəsi altında şərti olaraq azadlığa buraxıldı. Aparılan araşdırmalar göstərir ki, Namazalı Məmmədov dövlətə vurduğu 4 milyon manatlıq ziyanı bu günə qədər hələ də ödəməyib. Etibarlı mənbələrin məlumatında deyilir ki, həbsdən şərti olaraq azadlığa buraxılan Məmmədov bundan az müddət sonra yaxın qohumu Məmmədov Rəşad Yaqub oğlunun adına “Optik Tikinti və Montaj” MMC-ni təsis edib. Daha doğrusu, “Optik Tikinti və Montaj” MMC (VÖEN-1802297051) 21.02.2014-cü ildə dövlət qeydiyyatından keçib. Hüquqi ünvanı “Sabunçu rayonu, Sabunçu ŞTQ, Anaşkin, ev 55A”-da yerləşən MMC-nin nizamnamə kapitalı 10 manata bərabərdir. MMC-nin qanuni təmsilçisi Məmmədov Rəşad Yaqub oğludur. Hazırda “Optik Tikinti və Montaj” MMC-yə məxsus veb-saytda da şirkətin ünvanı olaraq göstərilən “Nərimanov rayonu Dərnəgül şossesi küç. 507, məhəllə 2113” eyni zamanda “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin hüquqi ünvanıdır. Mənbəmizin bildirdiyinə görə, Namazalı Məmmədov Rəqəmsəl İnkişaf və Nəqliyyat Nazirliyindəki himayədarlarının hesabına bu gün də tenderlərdə qalib gəlməkdədir. Biz cənab nazir Rəşad Nəbiyevə sual edirik. Hörmətli nazir, məgər sizin Namazalı Məmmədovun hansı faktlara görə həbs olunmasından xəbəriniz yoxdur? Axı, sabiq nazir Əli Abbasovun dönəmində korrupsiyaya bulaşaraq həbs olunan bir insana bu gün növbəti dəfə şans yaradan kimlərdir? Məgər bu boyda ölkədə başqa iş adamları yoxdur ki, onlar nazirliyin tenderlərində qalib gəlsin? Və ya bu adam dövlətə vurduğu 4 milyonluq ziyanı ödəyibmi? Suallar çoxdur cənab nazir. Təki siz cavab verin. Biz sizə çox inanırıq. İstəmirik ki, sabiq nazir Əli Abbasovun adamı kimi özünü tanıdan Namazalı Məmmədovun qanunsuz əməlləri sizin nüfuzunuza xələl gətirsin.
Aparılan araşdırmalarla həmçinin o da müəyyən olunub ki, bir vaxtlar Namazalı Məmmədovun rəhbəri olduğu şirkətdə mühasib işləmiş Sərhab Hümbətov istintaqa maraqlı ifadə verib.
O, istintaq ifadəsində bütün göstərişləri Namazəli Məmmədovdan aldığını deyib. Bildirib ki, sənədləşmə və pul köçürülmə işini görüb, amma malların qəbulunda iştirak etməyib. O, əlavə edib ki, malların qiymətləndirilməsi təxmini hesablanma ilə aparıb.
Səhrab Hümbətov qeyd edib ki, cəmiyyətin kassasında olan pullar Namazəli Məmmədovun öhdəsində olub. Mühasib istintaqa verdiyi ifadədə malların qiymətləndirilməsinin təxmini hesablanma ilə aparıldığını bildirib. Hörmətli Rəşad müəllim, təxmini hesablanma nədir? Burda söhbət dövlət büdcəsindən ayrılan milyonlardan gedir. Təxmini hesablama ilə iş görən bir adamın şirkətinə tenderləri qazandıran kimdir? Biz sizdən bu sualları cavablandırmağınızı xahiş edirik cənab nazir. İnanırıq ki, siz Namazalı Məmmədova məxsus şirkətin fəaliyyətini dərhal yoxlatdırıb, onunla əməkdaşlığa son qoyacaqsınız. Deyilənə görə, Namazalı Məmmədovun Nərimanov rayon İcra və Probasiya Şöbəsinin rəhbər şəxsləri ilə çox yaxın əlaqələri var. Bu və digər maraqlı faktlarla, o cümlədən Namazalı Məmmədovun 60 illik yubileyi ilə əlaqədar hazırlatdığı video sujetdə hansı pullarla “xeyriyyəçi” olması ilə bağlı araşdırma yazımız olacaq. Bizi izləməkdə qalın.
Qarşı tərəfin mövqeyini işıqlandırmaq hüququnu tanıyırıq.
KivNews.com
- Sumqаyıt bələdiyyəsi üzrə NАMİZƏDLƏR - 53 nəfər - SİYАHI
12 yanvar 2025 20:05
- Erməni bloger 31 illik sirri açdı: heç yerdə getməyən mühüm VİDEO
9 yanvar 2025 22:15
- Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi 1 MİLYONU ƏMİB..))
8 yanvar 2025 17:47
- Deputatlar Məkkə ziyarətində
8 yanvar 2025 15:05
- Həbs edilən ÇАQQАL ləqəbli diplomatdan nə xəbər? -Vəkil Аdəm Məmmədov niyə susur ?
8 yanvar 2025 14:47
- Məcnun Məmmədovun yaxın kadrı həbs edildi: YARIM MİLYON YEYİNTİ
3 yanvar 2025 23:27
- Niyə suyu iki dəfə qaynatmaq olmaz? – XƏBƏRDARLIQ
30 dekabr 2024 20:16
- Mətbuat Şurasının İdarə Heyətinin 2024-cü ildəki son iclası keçirildi - FOTOLAR
28 dekabr 2024 21:11
- Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
23 dekabr 2024 12:59
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 2024 19:38
- Cavid Qurbanova vəzifə verildi
14 yanvar 23:39
- Müştərilər ən çox Mehdiyevlərin bankından şikayət edib – Rəsmi
14 yanvar 23:21
- Milli Məclis Aparatı nümayəndə heyəti Ankarada görüşlərə başladı - foto
14 yanvar 22:10
- Qara qutu- ları açdıq, orada maraqlı məlumatlar var
14 yanvar 21:53
- 5-ci kolon hələ də fəaliyyətdədir - Feyziyev
14 yanvar 20:52
- Vüqar Qurbanov bu mərkəzə direktor təyin etdi
14 yanvar 20:34
- Əsədin daha bir DƏHŞƏTLİ ƏMƏLİ - Görün nə edib
14 yanvar 20:02
- Veysəloğlu Şirkətlər Qrupunun 30 illik inkişaf yolunu əks etdirən imic VİDEO-su
14 yanvar 15:48
- İlham Əliyev və atası ilə həmişə mehriban münasibətlərim olub
14 yanvar 14:41
- Mikrobu kim kəşf edib ? - Rəsul Mirhəşimli
14 yanvar 14:31
- -Qreçka-nın bizə faydası
14 yanvar 14:22
- Şəmsəddin Xanbabayev dünyasını dəyişdi
14 yanvar 13:40
- Metalı belə əridən mədə turşusu mədəmizə niyə zərər vermir?
14 yanvar 13:01
- Azərbaycanda dini icma üzvünə qarşı TERROR aktı hazırlayanlar həbs olundu
14 yanvar 12:32
- Prezident Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində
14 yanvar 12:24
- Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu niyə həbsdən buraxıldı?
14 yanvar 11:59
- Türkiyənin yeni səfiri: -Bir millət, iki dövlət- anlayışını daha da gücləndirəcəyik
13 yanvar 23:30
- Qırğızıstan parlamentinin spikeri soyadını dəyişdi
13 yanvar 18:05
- MÜTLƏQ OXUYUN - Bu YАĞIN ölkəyə gətirilməsi QАDАĞАN EDİLMƏLİDİR
13 yanvar 16:32
- Abşeronda fəhlələrin üzərinə hasar aşdı - Biri öldü
13 yanvar 15:24
- 400 nəfərin yerinə işləyə bilməzdim axı… - Abasquliyeva
13 yanvar 15:04
- Azərbaycanda Milli Gəlirlər Nazirliyi yaradılır
13 yanvar 13:42
- Naxçıvanda 1 MİLYАRD 500 MİLYON RÜŞVƏT - ŞOK
13 yanvar 13:27
- Bakıda piyadanı maşınla vurub öldürən Nail Abdullayev yüksək vəzifəli məmur imiş
13 yanvar 13:02
- İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə getdi
13 yanvar 12:26
- Nəzrinin ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı
13 yanvar 11:24
- Cəbrayıla növbəti köç - Fotolar
13 yanvar 11:07
- İlyas İsmayılovun xəstəxanadan fotoları yayıldı: Lax yumurtalara inanma
13 yanvar 10:42
- Zelenski Şimali Koreyalı əsir əsgərləri danışdırdı: Müharibədən xəbərimiz yox idi, bizi… - ŞOK VİDEO
13 yanvar 10:25
- İsrail Azərbaycana yeni səfir təyin etdi
12 yanvar 23:58