“Borclular, imkanınız yoxdursa, heç kəsə heç nə ödəməyin...”
Cəmiyyət14 mart 2022 11:59

"Dəfələrlə demişəm: hər hansı borc ödənilməlidir. Lakin qanun və imkan daxilində. Borclunun imkanı yoxdursa, borc da ödənilmir, vəssalam”.
Qaynarinfo xəbər verir ki, bunu vəkil Əkrəm Həsənov icra məmurlarının borclulara fərqli yanaşma meyarlarını açıqlayarkən deyib. Vəkil bildirib ki, icra məmurları öz mənfəətlərini güdür:
"İcra məmurlarının borcluların başına açdığı oyun hamıya məlumdur. Fərqi yoxdur – banka borc, sələmçiyə borc, aliment borcu və s. və i.a. İcra məmurları, bir qayda olaraq, burada öz şəxsi mənfəətlərini güdürlər. Razıyam ki, maaşları çox azdır, amma bu, onlara haqq qazandırmır. Ya tələbkardan xeyir güdərək borcluya qan uddururlar, ya da ki, borclunu "sağaraq” işi illərlə uzadırlar. Bəzi fərasətli icra məmurları isə hətta ikibaşlı oyun oynayır: hər iki tərəfdən qazanc əldə edir. İcra məmurları borclulara qarşı adətən artan sərtliklə məhkəmə vasitəsilə aşağıdakı tədbirləri tətbiq edir:
1. Ölkədən çıxışa qadağa;
2. Cərimə;
3. 30 günədək inzibati həbs;
4. Cinayət işinin açılması (bunu ancaq fərdi sələmçilərin sifarişi ilə edirlər).
Əslində, bunları tətbiq etmək üçün icra məmuru sübut etməlidir ki, borclu borcu qəsdən (üzrsüz, qərəzli) ödəmir. Yəni imkanı var, amma ödəmir. Amma reallıqda icra məmurları bunu sübut etməyə heç cəhd də etmirlər. Xəbər verdiyim kimi, ötən ilin 22 iyul tarixində Avropa İnsan Haqları Məhkəməsi mənim şikayətimlə imkansız borcluların həbsini qanunsuz saydı və onlara 3600 Avro kompensasiya da kəsdi. Ondan sonra həbslərin sayı kəskin azalıb, amma tam aradan qalxmayıb”.
Vəkil hər bir icra məmurunun icraatında yüzlərlə borc işi olduğunu vurğulayıb:
"Amma sərt tədbirləri yalnız onların bir hissəsi üzrə tətbiq edir. Şəxsi marağı olanda təbii. Bunu yoxlamaq da çox asandır. İcra məmurlarının mütləq əksəriyyətinin fəaliyyəti yoxlanılsa, məlum olacaq ki, eyni tipli işlərə fərqli yanaşırlar. Hansısa borclunu dəfələrlə həbs etdirir, cərimələndirir, hətta barəsində cinayət işinin açılması haqda təqdimat da verirlər. Amma əksər borclular üzrə sərt tədbir görmürlər: vaxtaşırı ödəniş etmələrinə şərait yaradırlar. Bəzilərinin işini isə ümumiyyətlə, tam qırağa qoyurlar. Təbii, meyarın nə olduğunu hamımız çox yaxşı başa düşürük”.
Əkrəm Həsənovun sözlərinə görə, əksər borcluların rəsmi gəliri olmasa belə, əllərinə pul düşən kimi ödəniş etmək istəyirlər ki, icra məmurları onlara əziyyət verməsin:
"Lakin icra məmuruna "hörmət” etməyəndə, onlar belə ödənişlərin edilməsinə imkan vermirlər. Necə? Çox sadə: ödəniş etmək üçün bank hesabının rekvizitlərini vermirlər. Bunu belə izah edirlər ki, borc tam ödənilməlidir, guya onun hissə-hissə ödənilməsi haqda məhkəmə qərarı olmalıdır. Əslində isə qanuna görə borclu yalnız o halda borcun hissə-hissə ödənilməsi üçün məhkəməyə müraciət etməlidir ki, onu tam ödəməyə imkanı var, lakin hansısa üzrlü səbəbdən (məsələn, ailə üzvü xəstədir və ona pul ayırmaq lazımdır) bunu etmək istəmir. Borclunun borcu tam ödəmək imkanı yoxdursa, hansı hissə-hissə ödənişdən söhbət gedə bilər ki? Bu halda icra məmuru borcludan nəyi tuta bilirsə, onu da tutmalıdır. Məsələn, borclunun əmək haqqının maksimum yarısını tuta bilər. Yaxud hər hansı əmlakına tutma yönəldə bilər. Təcrübədə əksər hallarda məhz belə də baş verir və icra məmurlarını borcun qismən ödənilməsi qətiyyən narahat etmir.
Lakin borcluya əziyyət vermək (tələbkarın, adətən sələmçilərin "hörmət”li xahişi əsasında) və ya onu "sağmaq” lazımdırsa, icra məmurları borcludan qismən ödənişi qəbul etmirlər, ona bunun üçün bank hesabı rekvizitlərini vermirlər. Niyə? Sonra demək üçün ki, borclu ödəniş etməkdən yayınır! Özü də bunu çox həyasızcasına edirlər”.
Vəkil sonda icra məmurları ilə toqquşan hər kəsə məsləhətlərini verib:
"Əvvəla, ürəkli olun! Siz çəkindikcə üstünüzə gələcəklər! Haqqınızı bilin və tələb edin. İzahat yazarkən icra məmurunun deyil, öz sözünüzü yazın! Ödəniş etmək istəyirsinizsə, amma sizə bank hesabınızı vermirsə, ədliyyə nazirinə şikayət edin. Deyin ki, əməkdaşınız məhkəmə qərarını icra etməyimə imkan vermir. Ən əsası isə bilin: imkanınız yoxdursa, heç kəsə heç nə ödəməli deyilsiz. Sizə qarşı haqsızlıq olarsa, artıq sizə ödəniş ediləcək. Dövlətimiz tərəfindən 3600 Avro”.
Oxşar xəbərlər
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 2025 12:46
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 2025 11:00
- Qorxu və qisas
20 mart 2025 23:45
- Prezident -Euronews- a müsahibə verib - Tam mətn
14 mart 2025 22:11
- Sabiq deputat naziri -TOPA TUTDU- : Problemlərə yumor kimi yanaşır
28 fevral 2025 16:45
- İrəvanın Sumqayıt hadisələri ilə bağlı iddialarına - Rəsmi Bakıdan cavab
27 fevral 2025 22:31
- Artur Rasizadədən SENSASİON AÇIQLAMALAR
26 fevral 2025 16:13
- Azərbaycanla çox ağır itkilərin yaşanacağı müharibə olacaq - AÇIQLAMA
22 fevral 2025 23:48
- Bir yas məclisini buraxmıram, hamısına gedirəm - Əhəd Abıyev
22 fevral 2025 15:15
- AĞILLILAR VƏ AĞILSIZLAR - Nadir Qocabəyli
21 fevral 2025 14:33
Xəbər lenti
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35
Video & Fotoqalereya
Video
Fotoqalereya