“Ziyad Səmədzadənin cibinə həmişə pul qoyurdum...indi..”

Vaxtilə böyük sərvətə malik olan, həbs edildikdən sonra sərvətini itirib vaqonda yaşayan biznesmen İbrahim Zeynalov tutulmasında deputat Ziyad Səmədzadənin əli olduğunu iddia edir.
NUH.az musavat.com-a istinadən xəbər verir ki, MTN tərəfindən həbs olunduqdan sonra bütün sərvətini itirən keçmiş biznesmen hazırda Neftçalanın Kürkənd kəndində vaqonda məskunlaşıb, yeriyə bilmir. Oğlu ilə birlikdə yaşayan Zeynalov 2000-ci illərin əvvəllərində zavod, fabrik, sexlər, bahalı avtomobillər və bir çox varidatın sahibi olsa da, MTN tərəfindən həbs olunduqdan sonra bütün əmlaklarını, iki övladını və həyat yoldaşını itirib.
İbrahim Zeynalov MTN tərəfindən həbs olunmasında deputat Ziyad Səmədzadənin əli olduğunu bildirir: “Ziyad mənim evimin daimi qonaqlarından olub, çörək kəsmişik. Həmişə cibinə pul qoyurdum. Tədbirlərə gedəndə, kiməsə hədiyyə vermək lazım olanda köməklik edirdim. Qızıl saat verirdim, xaricə səfərləri zamanı gediş-gəlişinin pulunu ödəyib, xərclik verirdim. Bir gün də Ziyad Səmədzadə gəldi ki, bəs bir akademik var, Əhməd Mahmudov (Eldar Mahmudovun atası), onun kitabını çıxarmaq lazımdır. Kitabın çapı üçün 25 min dollar pul istədi, verdim. Münasibətlərimiz çox yaxşıydı deyə, işlərim haqda da məlumatı vardı. Hətta qızının villasını da təmir elətdirmişdim. Mən fabrikim üçün bankdan kredit götürmək istəyirdim. Ziyad Səmədzadə dedi ki, Sahibkarlığa Kömək Milli Fondundan güzəştli şərtlərlə 3 milyon manat kredit xətti açdıra bilər. Bundan əvvəl özüm cəhd etsəm də, mənə kredit verməmişdilər. Ziyad deyəndən sonra həmin pulu ayırdılar. Krediti götürüb 10 faizini (350 mini) də Ziyada verdim. Fabrik işə düşəndən sonra gəldi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım. Dedi ki, sənin başına oyun açacağam. Ağlıma gəlməzdi ki, o, mənə qarşı belə bir naxələflik edər. Məni tutdurar, sifariş edər!”.
İ.Zeynalov daha sonra rüşvət ittihamı ilə şərlənərək həbs edildiyini deyib: “7 ay 17 gün məni şər ittihamla həbsdə saxladılar. MTN generalı Mövlam Şıxəliyev 10 milyon dollar istəyirdi. Dedilər ki, pulu verməsən səni “kars”a salacağıq. Heç o zaman “kars”ın nə olduğunu bilmirdim. Mövlam Şıxəliyev bilirdi ki, Eldar Mahmudovun atasının kitabının çapı üçün Ziyad Səmədzadəyə 25 min dollar vermişəm.
Mən həbsdə olanda ailəmə də təzyiqlər göstəriblər, övladlarımı hədələyiblər. Uşaqlarım zavodu, xalça fabrikimi, sexləri, evləri, maşınları, qızıl-zinət əşyalarını, bağlarını, bir sözlə, nə var idisə, hamısını satıb Eldar Mahmudovun quldur dəstəsinə 8 milyon dollar veriblər.
Məni azad etdilər, amma yenə əl çəkmədilər. Aeroportun arxasında 4 hektar torpağım qalmışdı, onu da Mövlam Şıxəliyevlə Yasin Məmmədov əlimdən aldılar. Mövlam Şıxəliyevin oğlu Elgün torpağa özü gəlmişdi. Məni gördü, dedi ki, bağda qonşu olmuşuq, biz sənin maşınlarına həmişə həsrətlə baxmışıq. Mənim bağ evim olanda Mövlam Şıxəliyevin yaxınlıqda balaca bir daxması vardı. Qızım da, oğlum da hədələrdən keçirdikləri streslərə görə vaxtsız dünyalarını dəyişdilər. Həyat yoldaşım da uşaqlarımızın ölümünə dözmədi, dünyasını dəyişdi”.
Həbsdən çıxandan sonra bir evim qalmışdı. Onu da dostuma verdim. Çünki həbsdə olduğum zaman uşaqlarıma gətirib 2 milyon dollar pul vermişdi. Ondan sonra da evsiz qaldım. Belə qərara gəldim ki, Neftçalaya köçüb burada yaşayım. Bu vaqon bibim oğlunundur, mənə yaşamağa verib. 280 manat pensiya alıram.
Allahın bu gününə şükür eləyirəm. Mövlam Şıxəliyevin, Yasin Məmmədovun mənə qarşı etdiklərinə görə cavab verdikləri günü mənə nəsib etdi. Ayaqlarım ağrıyır, amma onların məhkəməsinə mütləq gələcəyəm. Üzlərinə, gözlərinin içinə baxmaq istəyirəm...".
İbrahim Zeynalovdan Ziyad Səmədzadə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etməməsinin səbəbini belə izah edib: “74 yaşa çatmışam, həyatın hər üzünü görmüşəm. Bu günə qədər kəsdiyim çörəyə naxələf çıxmadım, yalan danışmadım. Bundan sonra da dəyişən deyiləm...”.
Qeyd edək ki, Mövlam Şıxəliyev və digərlərinin iş adamları və bir sıra vəzifəli şəxsləri qanunsuz həbs etdirib külli miqdarda pul tələb etməsinə görə cinayət işi başlanılıb. Hazırda işə Bakı Hərbi Məhkəməsində baxılır.
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
2 aprel 2025 15:29
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 2025 13:09
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 2025 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 2025 23:02
- Şəxsi işimdir, hər şeyi açıqlamalıyam? - Xəstə olduğu deyilən Şeyx danışdı
30 mart 2025 17:27
- Başladığımız işləri davam etdiririk – Ərdoğan
30 mart 2025 14:04
- Prezident Şəfiqə Məmmədovanı -İstiqlal- ordeni ilə təltif etdi - FOTOLAR
29 mart 2025 13:50
- 24 yaşlı oğlan həmin 13 yaşlı ilə bir evdə yaşayır – Kəmalə Ağazadə
26 mart 2025 14:39
- Onunla evlənməyən oğlanı öldürdü - Bakıda qadının ŞOK CİNAYƏTİ
26 mart 2025 02:08
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45