“8 milyon dollar Ziyad Səmədzadəyə çatıb” ŞOK

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda “Buzovna əkinçilik, heyvandarlıq və südçülük Savxozu”nun sabiq direktoru İbrahim Zeynalovdan 8 milyon dollar rüşvət alınması epizodu araşdırılıb. Hazırda yataq xəstəsi olan İbrahim Zeynalovu prosesdə oğlu İlqar Zeynalov təmsil edib. O, bildirib ki, atasını MTN-ə aparandan 10-15 gün sonra ona zəng ediblər:
“Özünü MTN-in müstəntiqi kimi təqdim edən şəxs “sabah saat 10-da MTN-də Yasin Məmmədovun yanına gəl” dedi. Növbəti gün ora getdim, məni sorğu-sual edib buraxdılar. 10-15 gün sonra atamın vəkili bir məktub gətirdi. Məktubda “50 min” sözü yazılmışdı. Bunun nə demək olduğunu soruşdum. Vəkil dedi ki, “atan bu məbləğin Yasinə çatdırılmasını istəyir”. Məktubdakı xətt atamın deyildi deyə pulu vermədim. 2 gün sonra vəkil daha bir məktub verdi. Həmin məktubda isə “dediyimə əməl elə” yazılmışdı. Bu dəfə xətt atamın idi. Məktubu alandan sonra Yasindən zəng gəldi, danışan atam idi. "Pulu çatdır", deyib telefonu söndürdü. 50 mini düzəldib verdim”.
İlqar Zeynalov bildirib ki, əmisi bir müddət sonra atası ilə MTN-in İstintaq təcridxanasında görüşüb. Gələndən sonra atasının vəziyyətinin ağırlaşdığını bildirib: “Atam həbsdən buraxılmazdan 2 ay əvvəl Yasin Məmmədovla görüşdüm. MTN-nin arxa qapısında mənə “10 milyon dollar verə bilərsən?” deyə sual verdi. Ona bu qədər pulumuz olmadığını dedim. Yasin 8 milyonda israr edəndə məcbur olub razılaşdım.
Bundan sonra nə mal-dövlətim vardısa, satıb pul yığmağa başladım. “Elit kərpic” şirkətini, “Mercedes Benz S 350”, “Toyota Prado”, “Mazda X9”, “Hyundai”, “Toyota Land Cruiser” maşınlarımı satdım. Rəhmətlik qardaşım İlkin Zeynalov villasını, Nəsimi bazarının arxasındakı evini, “Qurman” restoranını və digər obyektini, rəhmətlik bacım “Tri Karona” binasındakı mənzilini, yeznəm Aslan Əsədov “Toyota Prado”sunu, əmim Məzahim Zeynalov Binəqədidəki villasını satdı. Əmim əlavə 500 min dollar verdi. Atamın dostu Aydın İbrahimovdan 2 milyon manat borc aldım. Həbsdən çıxandan sonra atam villasını Aydına verdi. Digər dostu İlyas Panəliyevdən 450 min dollar borc aldıq. Atamın dayısı oğlu Cəfərağa Tağıyev 500 min dollar borc, eyni zamanda “Lexus” və “Toyota Prado”sunu satıb pullarını bizə verdi. Bütün əmlakları satdıqdan sonra yenə də pul düzəlmədi. Rəhmətlik anam Böyükxanım Zeynalova özünə məxsus bütün qızıl-zinət əşyalarını, gümüş qabları, suvenirləri Mərkəzi Univermaqda satdı. Özüm 200 min, bacım Səbinə 70 min, qayınatam 600 min dollar düzəltdi. Qohumlardan borc yığdıq. İyulun sonuna qədər çatışmayan 1 milyon 284 min dolları da düzəltdik. 8 milyonu hazır edib Yasin Məmmədova zəng vurdum. Yasin dedi ki, pulları televizor qutusuna yığ gətir MTN-in arxa qapısına. Pulu çatdırandan sonra Yasin avqustun 2-də zəng elədi ki, gəl atanı apar”.
İlqar Zeynalovun ifadəsindən sonra Mövlam Şıxəliyev Yasin Məmmədova sual verib:
- Səni and verirəm Allaha, aç, de. O pul kimə çatıb? Mənim pul söhbətindən xəbərim olub?
- O pullar Ziyad Səmədzadəyə çatıb.
Hakim İlqar Zeynalovdan Ziyad Səmədzadənin bu məsələyə nə aidiyyəti olduğunu soruşub. İlqar Zeynalov Ziyad Səmədzadənin atası İbrahim Zeynalov ilə işbirliyi olduğunu deyib: “Atam onun vasitəsilə bankdan 3,5 milyon manat kredit götürmüşdü. Bu pula görə atamla Ziyad Səmədzadənin arası dəymişdi. Bundan sonra da atamı tutdular, başımıza oyun açdılar. Bizi müflis elədilər. Qardaşım, bacım, anam rəhmətə getdi. Atamla mən bu gün rayonda vaqonda yaşayırıq”.
İlqar Zeynalov həbsdən çıxdıqdan sonra atasının Binə qəsəbəsindəki 4 hektar torpaq sahəsini də Mövlam Şıxəliyevə verdiyini, sonradan orada Yasin Məmmədovun özünə ev tikdiyini bildirib.
Məhkəmə martın 15-də davam etdiriləcək.
Məhkəmədə səsləndirilən iddialarla bağlı Ziyad Səmədzadə ilə əlaqə saxlamağa cəhd etdik. Deputatın köməkçisi Z.Səmədzadənin məşğul olduğunu bildirdi. Məsələ barəsində onun köməkçisinə məlumat versək də, münasibət öyrənmək mümkün olmayıb.
Qeyd edək ki, Mövlam Şixəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunur. İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə 32 zərərçəkmiş var.
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 2025 13:43
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 2025 15:47
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 2025 12:07
- SSRİ-də kölgə iqtisadiyyatı yaradan adam - o, kağız üzərində maliyyə imperiyası qurub
10 aprel 2025 16:00
- Bu ölkələr mənə zəng edir, АRXАMI öpür, razılaşma üçün yalvarırlar
9 aprel 2025 17:47
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
9 aprel 2025 14:24
- Ərdoğan Özgür Özeli məhkəməyə verdi
8 aprel 2025 15:28
- Heydər Əliyev deyirdi, CİNАYƏTKАR cəzаsız qаlаndа, dövlət sаrsılır...
8 aprel 2025 14:26
- 7 MİLYONU kənara qoyub 200 NƏFƏRİN pensiyasını müzakirə edirlər
7 aprel 2025 20:59
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35