Türkiyə vətəndaşının pasportunu qaytarın, cənab Mehdiyev və Cabbarov

Rəzalətə son qoyun, cənablar …
Türkiyə vətəndaşının pasportunu qaytarın, cənab Mikayıl Cabbarov və Səfər Mehdiyev
Vətəndaşın barəsində məhkəmə hökmü olmadan pasportunu əlindən almağa sizə kim hüquq verib ?
Azərbaycanın giriş-çıxış qapısı olan Hava Limanında baş verənlərdən dəhşətə gəlməmək olmur.
Unutmaq lazım deyil ki, ölkəmizə gələn və gedən hər bir əcnəbi vətəndaşın təəssüratı, gördükləri, qarşılaşdığı qanunsuzluqlar dövlətimizin imicini ciddi zədələyir.
Bu həm də ölkəmizdə turizm biznesinə, xarici investisiya yatırımına çox mənfi təsir edir.
Axı, qanunların işləmədiyi ölkəyə hansı əcnəbi gələr, özünü, həyatını, üstəlik kapitalını təhlükəyə atar.
Hələ üstəlik bu əcnəbi qardaş Türkiyənin vətəndaşı ola.
Hələ illər öncə Ulu Öndər Heydər Əliyev Türkiyə-Azərbaycan münasibətlərini “Bir millət iki dövlət” deyərək müəyyən edib. Bu strateji müttəfiqlikdən də üstün prinsipdir.
Ulu Öndərin müəyyən etdiyi bu prinsipin davamı olaraq 44 günlük Zəfər savaşında qardaş Tükiyə sözün hər mənasında bizimlə çiyin-çiyinə oldu.
Belə olan halda Türkiyə vətəndaşı olan Abanoz Tarikin başına gələnlər sözün həqiqi mənasında dəhşət, hətta deyərdik ki, xəyanətdir.
Qardaş Türkiyə vətəndaşı Azərbaycanda başına gələnlərlə bağlı NUH.az-a göndərdiyi müraciətində yazır :
“Mən, Türkiyə vətəndaşı olan Abanoz Tarik, 01.11.2021-ci il tarixdə saat 08.40-da Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindən vətənə dönərkən Hava Limanında başima gələnlər barədə müvafiq dövlət qurumlarına və mediaya məlumat vermək istəyirəm.
Belə ki, Hava Limanına daxil olarkən, üstümdə olan Rolex firmasının Bakıda rəsmi distribüteri tərəfindən satın aldığım 4 ədəd saatin “tax free”sini geri almaq üçün müraciət etdim.
Əvvəl mənə dedilər ki, guya system işləmir. Gözləməli oldum, sonra dedilər ki, kassada pul yoxdu.
Nəticədə “tax free”ni geri alandan dərhal sonra gördüm ki, artıq təyyarənin qapısı bağlanıb.
Personaldan dəfələrlə xahiş etməyimə baxmayaraq, məni təyyarəyə buraxmadılar.
Bundan sonra polis məni idarəyə apardı. Polis məndən izahat alanda bildirdim ki, “tax free”ni vaxtında ala bilmədiyim üçün təyyarəyə gecikdim. Yəni gecikməyimin səbəbi özüm deyiləm.
Sonra gömrük işçiləri gələrək məni polis idarəsindən apardılar.
24 saat məni Gömrük idarəsində saxladılar.
Bircə dəfə gömrük işçiləri mənim telefonumla dostuma zəng edərək, mənə yemək gətirməyi təklif etdilər.
24 saat bitdikdən sonra məni sərbəst buraxdılar. Ancaq əşyalarımı və pasportumu saxladılar Gömrük idarəsində.
17 gün tamam olanda məni Gömrük idarəsinə çağıraraq verdiyim izahatlara yenidən imza atmağı tələb etdilər.
Sonra mənə bildirdilər ki, şəxsi əşyalarım, saatlar və pasportum İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərilib.
Dəfələrlə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində ( rəis əvəzi Cavanşir Nuriyev ) olmuşam. İşimi araşdıran Cəmil adlı təhqiqatçıdır. Sonuncu dəfə rəis vəzifəsini icra edən Cavanşir Nuriyevin qəbulunda oldum. Hər dəfə mənə deyirlər ki, araşdırma davam edir. Mən isə pasportumu tələb edirəm. Valideynlərim COVİD-ə yoluxub, özüm ürək xəstəsiyəm, təcili vətənə dönməli, əməliyyat olunmalıyam. Araşdırma neçə ay davam edə bilər ?
Artıq hadisənin baş verdiyi gündən 3 aydan çox, daha dəqiq desəm, 95 gün keçib.
Bu günədək mənə heç bir məlumat verilməyib və əşyalarım, pasportum özümə qaytarılmayıb.
Mən hələ də başa düşə bilmirəm ki, mənim günahım nədir.
Pasportumun və mənə məxsus əşyaların özümə qaytarılmasını dövlət qurumlarından xahiş edirəm”
Redaksiyadan:
Üzümüzü Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə və İqtisadiyyat naziri Mikayıl Cabbarova tutaraq deyirik ki, bu rəzalətə son qoyun, cənablar.
Axı, Türkiyə vətəndaşının təyyarəyə gecikməsinin bir başa səbəbi gömrük əməkdaşları olub. Bu rəzalət 3 aydan çoxdur ki, davam edir. Vətəndaşın pasportunu verin dönsün vətəninə. Niyə, Türkiyə-Azərbaycan münasibətlərinə kölgə yox e, ləkə yaxırsınız, cənab Mehdiyev, cənab Cabbarov.
Vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu ancaq və ancaq qanuni qüvvəyə minmiş məhkəmə qərarından, məhkum olunduqda almaq olar.
Sizə kim hüquq verib ki, Türkiyə vətəndaşının pasportunu əlindən alıb 3 aydır onun vətəninə dönməsinə imkan vermirsiniz ?
Mövzunu gündəmdə saxlayacağıq.
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 2025 12:22
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 2025 12:05
- Tramp İlham Əliyevə məktub göndərdi
10 aprel 2025 20:28
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 2025 14:21
- Ersin Tatar: Prezident Əliyevin sözləri bizi çox sevindirdi
9 aprel 2025 23:17
- Bu ölkələr mənə zəng edir, АRXАMI öpür, razılaşma üçün yalvarırlar
9 aprel 2025 17:47
- Netanyahu: Türkiyə ilə toqquşma istəmirik – Tramp: Ərdoğanla münasibətim əladır, problemi həll edə bilərəm
8 aprel 2025 10:56
- Türkiyə LİMON ixracını dayandırır
7 aprel 2025 13:46
- Bakıda Prezidentin iştirakı ilə iclaslar keçirildi
4 aprel 2025 19:41
- TDT Baş katibi prezident İlham Əliyevi təbrik etdi
3 aprel 2025 16:42
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35