ŞEYX “vurulur” ?
İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyin edilməsi səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsindən alına bilər. Bununla bağlı məsələ “Dini etiqad azadlığı haqqında” Qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinat səlahiyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verilir. Müvafiq qurum təyinatla bağlı sadəcə Qafqaz Müsəlmanları İdarəsinə məlumat verəcək.
Bu qanunun 8-ci maddəsinin hazırkı variantı isə belədir: “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunur və hər beş ildən bir attestasiyadan keçir”. Başqa sözlə, məscidlərə imam təyinatı artıq QMİ-dən alınaraq dövlət komitəsinə veriləcək.
Qanuna dəyişikliklərin Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclasında müzakirə edilməsi nəzərdə tutulur. Əgər dəyişikliklər reallaşarsa, bu, faktiki olaraq QMİ-nin məscidlər üzərində təsirini sıfıra endirəcək və onun dini sferada yeganə fəaliyyəti dini təqvimlərin, Məhərrəm, Ramazan və Qurban bayramlarının daxil olması ilə bağlı fətva verməkdən o tərəfə keçməyəcək. Çünki hüquqi baxımdan QMİ qeyri-hökumət təşkilatıdır. Hələlik Şeyxülislam bu məsələyə reaksiya verməyib. Ancaq iddialara görə, o, dövlətin müvafiq qurumlarının rəhbərliyinə bu düzəlişə narazılığını bildirib. Görünür, tamamilə portfelsiz bir şəxsə çevrilməsi istiqamətində iş gedir. Hətta bir müddət əvvəl müzakirələr gedirdi ki, QMİ ləğv edilə bilər, onu əvəzləyəcək hansısa QHT-nin təsis edilməsi mümkündür. Amma bu proqnozlar özünü doğrultmur.
Azər Badamov
“Qafqazinfo” xəbər verir ki, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Azər Badamov “Yeni Müsavat”a bildirib ki, bu dəyişikliklər qanunun təkmilləşdirilməsi üçün nəzərdə tutulub. Deputat hesab edir ki, təkcə 8-ci maddə deyil, 9 və 18-ci maddələrdə də dəyişikliklər təklif olunur: “Din xadimləri hər 5 ildən bir attestasiya ediləcək. Sadəcə, bundan sonra imam, axundlar icra hakimiyyəti tərəfindən təyin olunacaq, bu haqda Qafqaz Müsəlmanları İdarəsi isə məlumatlandırılacaq. Ümumilikdə din sahəsində fəaliyyət təkmilləşdirilir, hər hansısa səlahiyyət azaldılmır. Qafqaz Müsəlmanları İdarəsi İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara təyin olunan din xadimlərinin attestasiyasında iştirak edəcək. Həmçinin Azərbaycanda dini icma yaradılmamış dini ibadət yerlərinə və ziyarətgahlara din xadimləri təyin edilməyəcək.
Bundan başqa, Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edə biləcəklər. Bu da “Dini etiqad azadlığı haqqında”” Qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Dəyişikliklə dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edə biləcəklər".
Kənan Rövşənoğlu
Dini mövzular üzrə ixtisaslaşmış jurnalist, ekspert Kənan Rövşənoğlunun bildirdiyinə görə, “Dini etiqad azadlığı haqqında” Qanunun 8-ci maddəsinə təklif olunan dəyişiklikdən sonra Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məscidlərə nəzarəti tam itirəcək. Onun sözlərinə görə, əslində bu proses bir neçə ildir başlayıb: “Artıq bir neçə ildir ki, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilir. Azərbaycanda konstitusiyaya görə, din dövlətdən ayrıdır və ötən dövrdə formal da olsa bu qayda gözlənilirdi. Dövlət müxtəlif qurumlar vasitəsilə dini fəaliyyətlərə nəzarət etsə də, dini ayinlərin icrası, təbliğat və maarifləndirmə kimi sırf dini fəaliyyətləri formal da olsa qeyri-hökumət təşkilatı olan Qafqaz Müsəlmanları İdarəsinə vermişdi. Ancaq ”ərəb baharı" və Yaxın Şərq müharibələrindən sonra bu balans, belə demək olarsa, pozuldu".
Mütəxəssis hesab edir ki, tədricən dövlət dini fəaliyyətləri həyata keçirməyə başladı: “Əvvəlcə, komitə dini maarifçilik, zorakılıq və tolerantlıq kimi ümumi mövzularda maarifləndirmə işlərinə start verdi. Sonra İsam həmrəyliyi tədbirləri keçirildi. Daha sonra dini təhsil Qafqaz Müsəlmanları İdarəsindən alındı və komitənin nəzdində İlahiyyat İnstitutu yaradıldı. Qafqaz Müsəlmanları İdarəsinin təsis etdiyi İslam Universiteti bağlandı. İndi isə artıq axund və imam təyinatı QMİ-dən alınır. Buna qədər formal da olsa qayda belə idi. Tarixi abidə olmayan (tarixi abidə olan məscid və ziyarətgahlar Mədəniyyət Nazirliyinin tabeliyindədir) məscidlərin torpağı və tikilisi bələdiyyələrin nəzarətində idi. Məsciddə icma komitə tərəfindən qeydiyyata alınırdı. Məscidin axund və imamı isə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən tərəfindən təyin edilirdi. Ancaq sonra qayda dəyişdi, Qafqaz Müsəlmanları İdarəsi axund təyinatında dövlət komitəsi ilə razılaşdırırdı. İndi isə daha razılaşdırmayacaq. Birbaşa özü təyin edəcək. Bununla da idarə məscidlərə nəzarəti tam itirəcək”.
K.Rövşənoğlunun fikrincə, məscidin imamı icma tərəfindən təklif olunmalı, müvafiq qurumlar isə bunu təsdiq etməlidir: “Amma indi inzibati amirlik formasında təyinat birbaşa dövlət tərəfindən həyata keçiriləcək. Başqa sözlə, dövlət qurumları din sahəsində nəzarəti daha da gücləndirmiş olacaq. Qafqaz Müsəlmanları İdarəsi isə bundan sonra sadəcə dini fətva və əlamətdar təqvimləri elan edən ictimai təşkilat olacaq”.
Qeyd edək ki, 1823-cü ildə Qafqaz (Zaqafqaziya) şiələrinə (dini) başçılıq etmək üçün Tiflis şəhərində şeyxülislam vəzifəsi təsis edilib. Bundan 9 il sonra - 1832-ci ildə Tiflis şəhərində Qafqaz sünnilərinin başçısı olan müfti vəzifəsi də təsis edilir. QMİ hələ SSRİ dövründə İslamı təmsil edən 4 regional dini qurumdan biri idi. Mərkəzi Asiya və Qazaxıstan (qərargahı Daşkənddə), Rusiyanın Avropa hissəsi və Sibir (qərargahı Ufada), Şimali Qafqaz (qərargahı Mahaçqalada) və Zaqafqaziya (qərargahı Bakıda) müsəlmanları ruhani idarələri də SSRİ ilə birlikdə süqut etdi. Lakin məhz Azərbaycan dövlətinin dəstəyi və Şeyxülislam Allahşükür Paşazadənin şəxsi nüfuzu sayəsində 1992-ci ildə Şimali Qafqaz və Zaqafqaziya dini idarələri vahid qurumda - Qafqaz Müsəlmanları İdarəsində birləşdilər. Elə həmin il Şeyxülislam Allahşükür Paşazadə Qroznı şəhərində Azərbaycan, Gürcüstan, Dağıstan, Kabarda-Balkar, Çeçenistan, İnquşetiya, Qaraçay-Çərkəz və Adıgeyin din xadimləri tərəfindən yekdilliklə Qafqaz Xalqları Ali Dini Şurasının sədri vəzifəsinə seçilib.
- Bakıda tarixi qərar verildi
24 noyabr 2024 00:42
- Rusiya vətəndaşı Samur bələdiyyəsinin sədri Elnarə Ayıbova ilə bağlı YENİDƏN Baş Prokurora, Ədliyyə nazirinə şikayət etdi...
1 noyabr 2024 15:21
- İqlim dəyişikliyi və COP29: Elm və əməkdaşlıq dünyanı xilas edəcək!
31 oktyabr 2024 14:15
- Samur bələdiyyəsinin sədri Elnarə Ayıbova ilə bağlı Prezidentə və Baş Prokurora ŞİKAYƏT
29 oktyabr 2024 21:01
- Samur bələdiyyəsinin sədri Elnarə Ayıbova ilə bağlı Prezidentə və Baş Prokurora ŞİKAYƏT
29 oktyabr 2024 10:14
- Ələkrəmə Kremlin pulunu bu deputat gətirmişdi – Polis rəisi
26 oktyabr 2024 13:03
- Millət vəkili Qüdrət Həsənquliyev Şeyxülislam haqqında nəlır dedi - VİDEO
21 oktyabr 2024 18:55
- Azərbaycan tarixinə 44 gün+23 saat=Xankəndində ucalan üçrəngli bayraq formulu həkk olunub
16 oktyabr 2024 11:27
- Şeyx İbrahim Əmir Teymura - 40-cı qul mənəm - deyibmi?
12 oktyabr 2024 17:47
- Bu gün görkəmli şair Əhməd Cavadın anım günüdür
12 oktyabr 2024 12:03
- Bir rəssamın dramı: Van Qoq qulağını niyə kəsdi?
24 noyabr 21:40
- Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu
24 noyabr 21:29
- Bakıda aptek müdürü işçisini DÖYDÜ - ŞOK VİDEO
24 noyabr 19:25
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 16:46
- Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
24 noyabr 15:18
- Rumıniyada seçki - 14 şəxs prezident olmaq istəyir
24 noyabr 13:16
- ABŞ kəşfiyyatı Kremlin xaricdə qətl etdiyi məşhurların adlarını açıqladı - ÖLÜM SİYAHISI
24 noyabr 11:17
- Bakıda tarixi qərar verildi
24 noyabr 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 16:30
- Qırğızıstan DTK parlamentin keçmiş spikerini saxladı
22 noyabr 16:07