Azərbaycan və Ermənistan ziyalıları Moskvada görüşdü
Azərbaycan və Ermənistandan bir qrup ziyalı Moskvada Rusiyanın vasitəçiliyi ilə görüşüb. Bu görüşdə Azərbaycanı Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, kinorejissor Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Ermənistanı Yerevan Dövlət Tibb İnstitutunun rektoru Armen Muradyan, Hovhannes Tumanyan adına Dövlət Kukla Teatrının bədii rəhbəri Ruben Babayan, Stanislavski adına teatrın direktoru Marianna Mxitaryan və rejissoru Harutyun Xaçatryan təmsil ediblər.
“Qafqazinfo” xəbər verir ki, BBC News Azərbaycanca Fərhad Bədəlbəyli ilə danışaraq onun bu görüşlə bağlı təəssüratlarını, müzakirə edilən məsələlər və 30 il müharibə şəraitində yaşamış azərbaycanlı-erməni xalqlarının gələcək münasibətləri barədə fikirlərini öyrənib:
- Bildiyim qədər əvvəllər də hər iki xalqın ziyalıları arasında belə təmaslar olub. Hətta siz də iştirak etmisiniz. İndiki ilə əvvəlki görüşlərin arasında bir fərq var idimi?
- Yerlə-göy qədər, əlbəttə. O illərdə biz tamam başqa rolda çıxış edirdik. İndi biz yerlərimizi dəyişdirmişdik. İndi qalib bizik. Buna görə əlbəttə söhbətin tonu tamam başqa idi.
- Söhbətin tonu necə idi?
- Əgər onlar 12 il əvvəl - görüş 2008-ci ildə olmuşdu,- bir az, necə deyim, çox sərbəst idilər, deyirdilər ki, "gəlin dost olaq", "gəlin müharibəni yaddan çıxardaq". İndi isə biz bunu deyirik ki, müharibə qurtardı, gəlin planlaşdıraq ki, gələcəkdə bir-birimizlə normal yaşayaq.
Lap dost olmasaq da - çünki dostluq məsələsi burada qeyri-mümkündür,100 ildən 200 ildən sonra bəlkə mümkün ola bilər, -normal, sivil, qonşu kimi yaşaya bilərik. Əsas məsələ budur.
- Bu fikri səsləndirdinizmi və reaksiyalar necə idi?
- Reaksiya normal idi. Mən gözləyirdim ki, onlar aqressiv olacaqlar, amma elə olmadı. Çox mədəni idilər və yəqin onlar bu obyektiv vəziyyəti başa düşürdülər.
- Fərhad bəy, dediniz ki, gələcəkdə mədəni layihələr həyata keçirməklə bağlı da müzakirə aparmısınız. Yəni söhbət nədən gedir? İki ölkə hansı mədəni layihələri həyata keçirə bilər?
- Vaxtilə, on il bundan qabaq Moskva gözəl bir layihə ilə çıxış etdi, Cənubi Qafqazın simfonik orkestri, gənclik simfonik orkestri... Onda gürcülər, ermənilər və azərbaycanlılar həmin orkestrdə çıxış edirdilər. Konsertlər Yerevanda, Bakıda Tiflisdə və Varşavada oldu.
Yəni belə bir proyektlərə biz həmişə hazırıq. Bu proyekt alındı, amma onu Azərbaycanda birmənalı qarşılamadılar, vəziyyət pis idi. Torpaqların 20 faizi işğal altında idi. Və bəzi adamlar - mən onları başa düşürəm, - öz evlərini itirən insanlar deyirdilər: biz evlərimizi itirdik, torpaqlarımızı itirdik, siz isə gedib bir yerdə konsert verirsiz. İzah edirdik ki, bu layihələr gələcək üçündür, deyirdik ki, istər-istəməz illər keçəcək, müharibələr qurtaracaq.
Bizdə ağır düşmənçilik hissi var, mən bunu hiss edirəm. Amma bəlkə gələcəkdə insanlar daha da yumşaq, multikulturalizm məsələsində daha da rahat olacaqlar. Bu, gənclərdən asılıdır. Bizdən o hissiyyat, çətin ki, çıxsın. 30 il ərzində çox çəkmişik.
- Yəni siz hesab edirsiniz ki, iki xalq arasında normal münasibətlərin qurulması çətin olacaq?
- Əlbəttə, bu, çox çətin bir prosesdir.
- Bəs necə hesab edirsiniz, Azərbaycanda erməni əhali var və Azərbaycan onların inteqrasiya olunmasını istəyir...
- Mənim ümidim bizneslə bağlıdır. Bax, siz deyirsiniz ki, mədəniyyət-filan, bu öz yerində, amma nə vaxtsa Xankəndində işləyən erməni başa düşəcək ki iş məsələsində, qazanc məsələsində xeyri Azərbaycandan gəlir, bax, onda bütün problemlər həll olunacaq.
Çünki ideologiya düşmənçilikdən başqa heç nə vermir. Amma biznes konkret nəticə verir. Mənim bütün ümidlərim biznes və iqtisadiyyatla bağlıdır. Hansısa erməni kəndlisi başa düşəcək ki, malını Füzulidə satmaq onu Ermənistana aparmaqdan da sərfəlidir...
Mən iqtisadçı deyiləm, amma əsas məsələ praqmatizmdir. Əgər ermənilərdə bu hissiyyat daha güclü olacaqsa, onlar başa düşəcəklər ki, Azərbaycandan yalnız xeyir gəlir.
- Gələcək görüşlərdə Qarabağ ermənilərinin də iştirakı mümkündürmü? Çünki Azərbaycanda qalıb yaşamaq və yaşamamaq qərarını Ermənistan ziyalısından, vətəndaşından daha çox onlar verməli deyillərmi?
- Çətin məsələdir, mən sizinlə razıyam, əlbəttə. Məncə, onların arasında ekstremizm, revanşizm ruhu çox güclüdür. Onların arasında əgər hansısa sülhə bağlı bir insan, praqmatik bir insan başa düşər ki, müharibə onlara heç bir şey vermədi, əksinə, çox şey itirdilər, o insanlarla danışmaq olar.
- Qarabağın erməni icmasına təsir edəcək o adamları kim axtarıb tapmalıdır: Moskvamı, Azərbaycanmı, yoxsa Ermənistan ictimaiyyətimi?
- Azərbaycan o siyahını gözəl bilir.
- Siz dediniz ki, bu görüşdə Azərbaycanda saxlanılan erməni hərbçiləri və işğaldan azad edilən ərazilərin minalanması ilə bağlı məsələni müzakirə etmişiniz. Bu məsələlərdə sizin töhfəniz nə olmalıdır və görüşdə iştirak edən erməni ziyalılarının töhfəsi nə olmalıdır?
- Biz başa saldıq ki, yavaş-yavaş, 10 nəfər, 5 nəfər - onları buraxırlar. O problem deyil, onların işinə baxırlar. Kimin təqsiri böyükdür, kiminki azdır. Və bu, əlbəttə, vaxt aparacaq. "Gəlin hamını azad edək" deməklə bu, mümkün deyil, çünki neçə ay ərzində vəkillər çıxış edir, prokurorlar çıxış ediblər, bu, zarafat deyil.
Amma minalarla bağlı biz dedik ki, siz bütün xəritəni vermirsiz, verilənlər də çox vaxt düzgün deyil. Onlar [erməni hərbçiləri] gec-tez Ermənistana qayıdacaqlar, amma bizim adamlarımız, yüzdən çox insan [İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə minaya düşərək həlak olanlar nəzərdə tutulur- red.] onları qaytarmaq mümkün deyil. Mən bəlkə bir az sərt dedim. Amma dedim, Gülçöhrə xanım da dedi ki, o insanların həyatını qaytarmaq olmur.
- Fərhad bəy, bu müzakirələr zamanı səslərin tonu heç ucaldımı?
- Xeyr, çox mədəni şəkildə... Bilirsiniz, özünü saxlamaq, normal danışmaq çətin idi, tonu qaldırmamaq hərdənbir çox çətin olurdu. Biz emosional millətik, onlar da həmçinin. Deyim ki, onlarda da bunu görmədik, ona görə biz də özümüzü sakit apardıq.
- Sizin təəssüratınız nədir? Gələcəkdə normal münasibətə bir ümid oyatdımı?
- Bəlkə deyəcəklər ki, bu görüşlər kimə lazımdır... Məncə, lazımdır. Əvvəla, biz Ermənistanda olan abi-havanı hiss elədik, orda da bəzi qüvvələr var, revanşistlər, daşnaklar var. Orda ayrı-ayrı təbəqələr var və onların vəziyyətini öyrənmək bizim üçün vacibdir.
Belə görüşlər gələcəkdə olacaq və əlbəttə, biz istəməzdik ki, müharibə yenə başlasın. Biz istərdik, bizim əsas problem budur ki, o cəmiyyət Qarabağ məsələsinin bitdiyini artıq başa düşsün. Artıq inteqrasiya məsələsi olmalıdır. Əsas məsələ budur.
Oturub fikirləşməlidirlər ki, bu insanları [Qarabağ ermənilərini] bəlaya salıblar, 1988-ci ilə qədər gül kimi yaşayırdılar də. Universitet erməni dilində, teatr erməni dilində, musiqi kollec erməni dilində, dükanların adlarının hamısı erməni dilində idi. Onlar çox yaxşı yaşayırdılar. Bu millətçilər onları yoldan çıxardılar, belə vəziyyətə saldılar. Bunu artıq başa düşməlidirlər.
- Növbəti görüş nə vaxt olacaq? Müəyyənləşdirdizmi?
- Kim bilir... Deyə bilmərəm. Konkret bir şey eləmədik, belə fikirləşdik ki, 2022-ci ildə bəlkə yeni adamlar gəlsinlər, yavaş-yavaş bu təmasları bərpa edək.
Açıq deyək, Azərbaycanda da bunu birmənalı qarşılamayacaqlar. Bunu bilirəm, nəzərə almaq lazımdır, biz çox şəhid vermişik. Şəhid anaları, qazilər... bu belədir ki, birdən-birə deyək ki, biz indi dost olacağıq, bu, qeyri-mümkündür. Amma gələcəkdə normal tərəfdaş ola bilərik. Ona görə də düşünürəm ki, gələcəkdə belə görüşlər olacaq.
- Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu
24 noyabr 2024 21:29
- Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
24 noyabr 2024 15:18
- Bakıda tarixi qərar verildi
24 noyabr 2024 00:42
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 2024 19:28
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 2024 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 2024 15:51
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 2024 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 2024 13:46
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 2024 12:04
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 2024 11:24
- Bir rəssamın dramı: Van Qoq qulağını niyə kəsdi?
24 noyabr 21:40
- Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu
24 noyabr 21:29
- Bakıda aptek müdürü işçisini DÖYDÜ - ŞOK VİDEO
24 noyabr 19:25
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 16:46
- Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
24 noyabr 15:18
- Rumıniyada seçki - 14 şəxs prezident olmaq istəyir
24 noyabr 13:16
- ABŞ kəşfiyyatı Kremlin xaricdə qətl etdiyi məşhurların adlarını açıqladı - ÖLÜM SİYAHISI
24 noyabr 11:17
- Bakıda tarixi qərar verildi
24 noyabr 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 16:30
- Qırğızıstan DTK parlamentin keçmiş spikerini saxladı
22 noyabr 16:07