Gəlin, qorumağı öyrənək ...

“Yeni qəzet+”in baş redaktoru
Kamran Məhərrəmli 2009-cu il
Gəlin, qorumağı öyrənək
Bizim problemimiz təkcə demokratiya problemi deyil, insan problemidir
Bir neçə ay əvvəl təcrübəli təhsil işçilərindən biri ilə söhbət edirdik. Ömrünün çoxunu Azərbaycan təhsilinə həsr etmiş qocaman müəllim təhsilimizdəki problemlərdən ağızdolusu danışırdı. Cavan və səbrsiz dostlarımdan biri qəfildən “Bəs Misir Mərdanov hara baxır” deyə ondan soruşdu. Bayaqdan təhsildəki problemlərdən yana-yana danışan ağsaçlı müəllim dostumun sualına heç birimizin gözləmədiyi bir cavab verdi: Yaxşı ki, təhsilimizin başında Misir müəllim durur. Onun yerinə başqa biri olsaydı, təhsilin nə vəziyyətdə olacağını təsəvvür edirsiniz?
Düzü hamımız təəccübləndik. Bu boyda problemləri sadalayan da və naziri tərifləyən də eyni şəxsdir. Həm də qarşımızda oturanın təcrübəli müəllim, obyektiv insan və Misir Mərdanovdan heç bir asılılığı olmayan bir ləyaqət sahibi olduğunu bilirdik. Təəccübümüzü hiss edən müəllim bizə bəzi mətləbləri xırdalamağa başladı və sonda “Vallah, mən Misir müəllimi “təmizə çıxarmaq”, ona vəkillik etmək fikrində deyiləm, ancaq acı reallıq belədir. Həm də biz həmişə işin ən yaxşı tərəfini düşündüyümüz kimi ən pis tərəfini də fikirləşməliyik” dedi. Müsbət obrazlı Azərbaycan naziri ilə “ilk tanışlığım” beləcə başladı. Amma yenə məndə müəyyən şübhələr və tərəddüdlər qaldı.
...Və bu yaxınlarda Təhsil Nazirliyində işləyən tanışımla görüşmək üçün nazirliyə getmişdim. Gördüyüm mənzərə düzü məni xeyli təəccübləndirdi və elə o anda bir neçə ay əvvəl qocaman təhsil işçisinin dedikləri yadıma düşdü.
Təhsillə bağlı problemi olan onlarla tələbə, məzun, valideyn nazirliyin qabağına yığışıblar. Polislər isə onları nazirliyin qəbul otağına sarı yönəltmək istəyir. Bu zaman bir xarici maşın nazirliyin qarşısında dayanır və cangüdənsiz-zadsız Misir Mərdanov qoltuğunda papka avtomobildən düşüb bütün şikayətçiləri elə qapının ağzındaca ayaqüstə qəbul edib mehribancasına hər birinin problemi ilə tanış olur və şikayətçilər razılıqla uzaqlaşırlar. Açığı gördüklərim məni xeyli təsirləndirir. Son neçə ildə axır ki, bir normal nazirə, əslində Azərbaycan reallığında “anormal nazir”ə rast gəlirəm. Bu necə nazirdir cangüdəni, mühafizəsi-zadı yoxdur?
Bu necə nazirdir sifətindən zəhrimar yağmır? Bu necə nazirdir ki, şikayətçiləri nazirliyin binasının qarşısındaca qəbul edir, az vaxtda kiminsə problemini həll edə bilir, kiminsə problemini həll edə bilməsə də yollarını göstərir və ən maraqlısı odur ki, hamı razılıqla çıxıb gedir. Və öz-özümə fikirləşirəm ki, ən böyük problem vətəndaşın problemini həll edib-etməmək deyil. Axı heç kim hamının dərdinə çarə tapa bilməz. Amma ən böyük problem insana insan kimi yanaşmaq, onu dinləmək, probleminə şərik olmaqdır. Doğrudan da heç bir nazirin, o cümlədən Misir Mərdanovun sehrli çubuğu-zadı yoxdur ki, bir dəqiqədə hamının problemini həll etsin. Amma nazirin borcu vətəndaşları qəbul etmək, onları dinləmək, qarşısındakını insan kimi qəbul etməkdir. Bu artıq bizim insanların probleminin həllinin yarısı deməkdir. Çünki bizim ölkədə ən böyük defisit insani münasibətdir. Bizim insanlar məmurlarımızdan çox şey ummurlar, sadəcə insani münasibət görmək istəyirlər. Mən belə münasibəti ilk dəfə Təhsil Nazirıiyinin qarşısında hiss etdim. Qəribədir ki, bu nazirliyin qarşısındakı polislər də digər dövlət qurumlarının qarşısında qulluq edən polis qardaşlarımızdan xeyli fərqlənir. Nazirlikdə qəribə bir demokratik ab-hava, aura var. Bəlkə də hansısa Avropa ölkəsində cənab nazirin bu hərəkəti adidən də adi bir şeydir, normadır. Ancaq biz belə adi şeylə qarşılaşanda sanki möcüzə ilə qarşılaşırıq. Ona görə də yazdıqlarım əsla Misir müəllimi tərifləmək deyil.
Bir idarə rəisinin qəbuluna düşməyin dəhşətli bir problem olduğu, nəinki yüksəkçinli məmurun, hətta bozbaş müğənnilərinin, az qala JEK rəisinin cangüdənlə gəzdiyi, burnunu dik tutub özündən razı yeridiyi bir məmləkətdə nazirin özünü belə sadə aparması doğrudan da məni bu yazını yazmağa vadar etdi.
Bir-birimizdən iyrənə-iyrənə hara gedirik ?
Bir neçə ay əvvəl qəzetlərin birində tanınmış şair, yüzlərlə könül oxşayan lirik mahnının müəllifi Baba Vəziroğlunun müsahibəsini oxudum. Baba müəllim müxbirin “Yerli telekanallardan niyə narazısınız” sualına “Bizim telekanallara baxanda iyrənirəm, ürəyim bulanır” cavabını vermişdi. Baba müəllim dedi- demədi onsuz da telekanallarla bağlı problem hamıya məlumdur. Ancaq şeirləri, mahnıları ilə ürəkləri fəth etmiş bir şairin cavabı məni xeyli düşündürdü. Axı telekanaldan necə iyrənmək olar? Əslində söhbət telekanalda çalışan yüzlərlə insandan gedir. Fikirləşdim ki, biz bir-birimizdən iyrənə-iyrənə, bir-birimizi iyrəndirə-iyrəndirə, bir- birimizin üzünə, çörəyinə, suyuna, şərəfinə, ləyaqətinə tüpürə-tüpürə hara gedirik?
Ölkədə bütün günləri yalandan “Sevgililər günü”, “Sevgi günü” elan etsək də, səhərdən-axşamacan məhəbbət mahnıları dinləsək də xeyri yoxdur. Cəmiyyətdə sevginin, mərhəmətin, qayğının özü olmalıdır, şüarı yox.
Biz nə vaxta qədər Azərbaycan məmurundan, polisindən, müəllimindən, mollasından, hakimindən, müğənnisindən, şairindən, həkimindən, jurnalistindən iyrənə-iyrənə danışasıyıq. Axı kimlərsə də Baba müəllimin də üzv olduğu Yazıçılar Birliyindən iyrənə bilər. Axı “iyrənmək, ürəyi bulanmaq” problemdən çıxış yolu deyil. Ana öz şikəst, xəstə balasından necə iyrənə bilər? Axı bu şikəst, xəstə cəmiyyət də bizim doğma cəmiyyətimizdir. Bir-birimizdən iyrənməklə, bir-birimizin maskasını və şalvarını çıxartmaqla biz hara gedirik?
Daha maskasını yırtmağa, ifşa etməyə, ələ salmağa, dolamağa obyekt də qalmayıb. Hər şey şəffaf şəkildə görünür.
Döyüşdə uduzmuş zabiti, əlindən heç bir iş gəlməyən müxalifəti, adına rüşvət dediyimiz 2-3 manata möhtac xırda məmuru nə qədər ifşa etmək, ələ salmaq olar? Nə qədər “paçka-paçka” fahişə həbs etmək, əxlaqsızlıq yuvası aşkarlamaq olar?
Dostlarımızdan birinin “Mənim silahım nifrətdir” başlıqlı yazısını çox ağrı ilə oxudum. Nifrətin səbəbi mənə aydındır. Ancaq nifrət etməklə nəyisə dəyişmək mümkündürmü? Ona görə də bizə nifrət, qəzəb, ələ salma, ifşaçılıq deyil, real vəziyyətdən çıxış yolu lazımdır. Ancaq mənim dediklərim “uşaqlar, gəlin dost olaq” kimi başa düşülməməlidir. Mən başa düşürəm ki, ifşa etmək, yaxud məddahlıq eləmək cəmiyyət üçün külüng çalmaqla müqayisədə çox asandır.
Bu gün cəmiyyətimizdə kifayət qədər iqtisadi, maddi problemlər, sıxıntılar var. Mən hələ demokratiya ilə bağlı problemi demirəm. Çünki demokratiya bu gün bütün dünyada ciddi böhran keçirir. Mafioz Berluskoninin, arvadbaz Sarkozinin və digər Avropa liderlərinin simasında. Hələ özümüzün ərəb şeyxlərimizi demirəm. Yəni Azərbaycan cəmiyyətinin problemi təkcə iqtisadi və demokratiya problemi deyil. Başlıca problem insan problemidir. Guya uzun illər yaşadığımız sovet dövlətində demokratiya qıcqırmışdı? Yox. Amma insana əşya kimi, əmtəə, alqı-satqı obyekti kimi baxmaq yox idi.
Bir gül ilə bahar olmaz, amma...
“Hamısı zəmanədəndir” deyib hər şeyi keçid dövrünün, rejimin üzərinə də atmaq olmaz.
Məmurun özünün xarakteri də onun fəaliyyətində ciddi rol oynayır.
Bir neçə il öncə prezident İlham Əliyev Azərbaycan Dövlət Pedoqoji Universiteti kimi nüfuzlu bir təhsil ocağını biabırçı vəziyyətə salmış rektoru vəzifəsindən azad edib Yusif Məmmədovu ADPU-ya rektor təyin etdi. Bir ayın içərisində hər şey büsbütün dəyişdi. Bir ilin, beş ilin içərisində yox, Yusif müəllim universitetin binasına daxil olan ilk gündən hər şey dəyişdi.
Keçmiş və yeni rektor eyni keçid dövrünün, eyni hakimiyyətin, eyni rejimin, eyni prezidentin kadrlarıdır. Bütün problemləri keçid dövrünün, zəmanənin üstünə atmaq səhvdir.
Mən nə Misir Mərdanovu, nə də Yusif müəllimin gördüyü işləri tərifləyəcək dərəcədə sadəlövh deyiləm. Amma ortada az da olsa nümunələr var. Mən başa düşürəm ki, bir gülnən bahar olmaz.
Amma...qaranlıq otaqla barmaq boyda bir şamın yandığı otaq fərqli məkanlardır. Birində göz gözü görmür, adam özünü kor kimi aparır, o birində isə heç olmasa sağ, sol, ön, arxa məlumdur. Sözsüz günün günorta çağı barmaq boyda şamın işığına ehtiyac yoxdur. Amma nə etməli ki, bizdə günorta deyil və cəmiyyətdə nümunə ola biləcək barmaq boyda şamları söndürməklə biz nəyə nail olacağıq? Ona görə də heç olmasa bu az sayda nümunələri gözümçıxdıya salmamalıyıq. Onsuz da belə nümunələrin nə yolla olur olsun vurulub sıradan çıxarılmasında çoxları maraqlıdır. Çünki qurdlar yerini qaranlıq istəyir.
Həm də nümunələr olmayanda hamı düşünür ki, elə belə də olmalıdır və cəmiyyət anormallıqlara alışır və bu normaya çevrilir.
Bütün orientirlərin itdiyi, mizan-tərəzinin pozulduğu cəmiyyətdə hətta bir-iki nümunənin olması mənzərəni dəyişir və bir çoxlarını narahat edir.
Yeri gəlmişkən, bu yazının “qəhrəman”larından biri Yusif müəllim televiziya çıxışında prezidentin ona “ get oranı düzəlt” dediyini söylədi. Aydındır ki, heç bir ölkənin rəhbəri, o cümlədən cənab İlham Əliyev vəzifəyə təyin etdiyi şəxsə “get oranı dağıt” demir. Heç bir prezident rəhbərlik etdiyi ölkənin pis vəziyyətdə olmasını istəməz. Birincisi, heç bir general məğlub ordunun komandanı olmaq istəməz. İkincisi, ölkədə yaxşı və pis nə varsa ictimai rəydə və tarix qarşısında ölkə başçısının adına yazılır. Amma kadrların hər biri öz xarakterinə uyğun olaraq prezidentin “düzəlt” tapşırığını öz başa düşdüyü kimi icra edir.
Yazının sonunda heç kimə dərs keçmədən, moizə oxumadan üzümü həmvətənlərimə tutub bir az şablon səslənsə də deyirəm ki, gəlin, bir-birimizi qorumağı öyrənək. Onsuz da son 20 ildə o qədər şeyləri dağıtdıq ki, onların bir çoxunu heç vaxt bərpa edə bilməyəcəyik.
- Saz bayramı, caz bayramı, qoz bayramı - Novruz şeirləri
25 mart 2025 00:16
- Türkiyədəki son hadisələrin əsl səbəbi: -Dəvəni- toya odun daşımağa çağırırlar? - FAKTLAR
23 mart 2025 20:02
- Bu kənddəki ermənilər Azərbaycan türkcəsini ana dili hesab edir...- AĞLASIĞMAZ- FOTOLAR+VİDEO
23 mart 2025 15:55
- Fuad Nağıyevə sərt ittihamlar - Tahir Əmiraslanovu Şuşadan qovdu
9 mart 2025 01:55
- Artur Rasizadədən SENSASİON AÇIQLAMALAR
26 fevral 2025 16:13
- Ramiz Mehdiyevin adı Şabran dağlarındakı adam oğurluqlarına qarışıb - SENSASİON ARAŞDIRMA +FOTOLAR, VİDEO
20 fevral 2025 18:36
- Rəsulzadənin oğluna Stalinin şəklini çəkdirib nəvəsinə -metirka- vermişdilər
11 fevral 2025 11:12
- Heydər Əliyev mənə dedi ki, get, Əbülfəz Elçibəyə kömək elə...
8 fevral 2025 23:07
- Hipertoniya həkimlərin nağılıdır , hansına ki, pul və sağlamlığınızla ödəyirsiz!
8 fevral 2025 14:21
- Yaxşı, biz NATO üzvü deyilik - bizə torpaqlarımızı geri verin
5 fevral 2025 00:20
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35