İş adamının oğlu klinikanın mühafizəçisini qadına görə öldürüb

İş adamı Məmmədrəhim Rəhimliyə məxsus “Aristokrat” klinikasında onun oğlu Həsən Rəhimli tərəfindən törədilən cinayətlə bağlı detallar məlum olub.
“Qafqazinfo”nun məlumatına görə, klinika sahibinin oğlu tibb mərkəzinin gözətçisi Muraz Nəbiyevi gecə iş yerinə qadın gətirdiyi üçün döyərək öldürüb.
İki ilə yaxındır davam edən məhkəmə çəkişməsi bir müddət öncə yekunlaşıb və Ali Məhkəmə qətllə bağlı yekun qərar çıxarıb.
Hadisə 2020-ci il yanvarın 1-də baş verib. “Aristokrat” tibb mərkəzində müdir müavini işləyən H.Rəhimli gözətçinin yerində olmasını yoxlamaq məqsədilə tibb mərkəzinə gələrək qapını döyüb. İçəridən cavab gəlmədiyini görərək mərkəzin telefonuna zəng edib. Heç kim cavab vermədiyindən pəncərəni sındıraraq içəri daxil olub. Bundan sonra gözətçilərin istirahət otağına baxıb. Lakin orada da heç kim olmayıb. Daha sonra stomatoloq otağında klinikanın mühafizəçisini yox, başqa bir şəxslə qadın görüb.
Məlum olub ki, klinikanın mühafizəçisi bayram olduğu üçün yerinə tanışı Muraz Nəbiyevi qoyaraq 1 günlük onu əvəz etməsini istəyib. M.Nəbiyev isə gecə klinikada heç kimin olmamasından istifadə edərək qadın tanışını klinikaya dəvət edib.
Həsən Rəhimli məhkəmədə bildirib ki, içəri girən zaman qadın və gözətçi yarıçılpaq vəziyyətdə olublar. Rəhimli onların cinsi əlaqədə olmalarından şübhələnib. Bu səbəbdən Muraz Nəbiyevə mərkəzdə əxlaqsızlıq etməsinə dair iradlarını bildirib. Aralarında yaranmış mübahisə zamanı müdir müavini gözətçini döyüb. Muraz Nəbiyev aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
H.Rəhimli gözətçinin infarktdan ölməsi barədə “102”yə məlumat verib. Hüquq-mühafizə orqanları onun infarktdan deyil, H.Rəhimli tərəfindən döyülməsi və aldığı xəsarətlərdən ölməsini müəyyən edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həsən Rəhimli 10 il müddətə azadlıqdan məhrum edilib. Daha sonra isə Bakı Apellyasiya Məhkəməsi tərəfindən cəza 9 ilə endirilib.
Təqsirləndirilən şəxsin vəkili Apellyasiya Məhkəməsinin hökmündən narazı qaldığı üçün kassasiya şikayəti verib. Lakin bir müddət sonra təqsirləndirilən şəxsin özü şikayətini geri götürüb. Ali Məhkəmə ərizəyə baxaraq şikayətin geri götürülməsinə etiraz etməyib və H.Rəhimlinin cəza müddəti 9 il olaraq saxlanılıb.
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
2 aprel 2025 15:29
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
2 aprel 2025 13:00
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 2025 11:22
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 2025 23:02
- Tramp Putini HƏDƏLƏDİ: Davranışına görə qəzəblənmişəm
30 mart 2025 18:36
- Şeyxə görə məni niyə narahat edirsiz? - Paşazadədən sərt açıqlama
30 mart 2025 16:32
- Tаnınmış аlimin Аli Məhkəmənin sədrinə, Bаş prokurorа MÜRАCİƏTİ
30 mart 2025 14:44
- İmamoğluya görə 2,2 MİLYONLUQ mitinq - Fotolar
29 mart 2025 21:52
- 106 yaşlı DTX: Kimlər rəhbər olub? – ARAYIŞ
28 mart 2025 12:58
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45