Prezidentin MİDA layihəsinə “NİDA” qoyan cinayətkar kvartet” – Sadıq Sadıqov, Fərhad Təhməzov, Xəyyam Abdinov və Elçin Ələkbərov

Prezidentin nəcib MİDA layihəsinə “NİDA” qoyan cinayətkar “kvartet” – Sadıq Sadıqov, Fərhad Təhməzov, Xəyyam Abdinov və Elçin Ələkbərov
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 858 nömrəli Fərmanı ilə ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, sosial müdafiəsini gücləndimək, mənzil-məişət şəraitini yaxşılaşdırmaq, onların GÜZƏŞTLİ şərtlərlə mənzil əldə etmələrinə şərait yaratmaq məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyi ( MİDA ) yaradıldı.
Prezidentin bu layihəsi sözün həqiqi mənasında böyük miqyaslı, dövlət əhəmiyyətli və millətin gələcəyinə hesablanmış layihə idi. Ölkə başçısının bu xoş məramlı, nəcib və eyni zamanda bu MİQYASDA təşəbbüsünü MİDA rəhbərliyi necə yarıtmaz həyata keçirib ?
Əslində Prezidentin bu nəcib təşəbbüsü bir dəstə cinayətkarın əlində qazanc mənbəyinə, milyonların mənimsənilməsinə, vətəndaşlara GÜZƏŞT, RAHATLIQ deyil, CƏHƏNNƏM ƏZABI yaşatmaqla nəticələnib. Hər şey NƏTİCƏ ilə ölçülür..
Ölkə başçısının tapşırığına əsasən, 2016-cı ildə Bakı şəhərinin Yasamal rayonunda güzəştli mənzillərin tikintisinə torpaq sahəsi ayrılıb.
2018-ci ilin dekabrın 26-da isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva agentliyin ilk layihəsi -Yasamal Yaşayış Kompleksinin açılışında iştirak edərək, həmçinin 15,4 hektar torpaq sahəsində reallaşdırılacaq YENİ yaşayış kompleksinin təməlini qoyublar.
Vətəndaşlara güzəştli şərtlərlə təklif edilən bütün mənzillər TAM TƏMİRLİ olur, həmçinin mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilməli idi. Mənzillər illik 4 %-i, minimal ilkin ödəniş məbləği mənzilin satış qiymətinin 10 faizi və müddəti 30 ilədək olan güzəştli ipoteka krediti ilə təklif edilir.
Amma Yasamal Yaşayış kompleksində yerləşən 28 və 29 saylı binalardan mənzil alan sakinlər HƏLƏ DƏ EVLƏRİNƏ KÖÇƏ BİLMƏYİBLƏR, 2018-Cİ İLDƏN BƏRİ ÖLKƏ RƏHBƏRLİYİNDƏN KÖMƏK İSTƏYİRLƏR.
Sözügedən binalardan müxtəlif vaxtlarda ev alan sakinlər yazır: “Bizimlə bu ərazidə inşaat işi aparan “KAT Holdinq” MMC şirkəti arasında bağlanmış müqaviləyə əsasən, biz 2018-Cİ İLİN SONUNDA artıq mənzillərimizdə yaşamalı idik.Təsəvvür edin HƏTTA BİZƏ yaşamadığımız, HAZİR OLMAYAN mənzilləri MƏCBURİ sığorta da
etdiriblər. Hazırda “KAT Holdinq”in işinə Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsində baxılmaqdadır. Lakin 15 aydır ki, bizə heç bir köməklik edilmir”.
Tikintilərə investisiya qoyuluşunun ümumi həcmi 10 milyon manat nəzərdə tutulmuşdu.
Sual olunur, bu pul kimdə var idi ki ? BƏLKƏ ”KAT”Holding MMC-NİN BANK HESABİNDA? VƏ YA “KAT Holdinq”in təsisiçisi ELÇİN ƏLƏKBƏROVUN ÖZ ŞƏXSİ HESABINDA?
Bu məsələyə birazdan toxunacağıq.
Bağlanmış müqavilələrdə sözügedən 3 binanın tikintisinin 2018-ci ilin dekabrında başa çatdırılması planlaşdırılmışdı.
Şirkətin direktoru Mail İbadov mənzillərin tam təmirli, yaşayışa yararlı halda 2019-cu ilin mart ayında veriləcəyini bildirib və bu vədləri də yalan çıxıb.
Sakinlər yazırlar ki, həmin tarixdə müraciət etdikdə, əvvəlcə tikintinin İYUN ayında, daha sonra SENTYABRDA bitəcəyi barədə 3-CÜ DƏFƏ TƏKRAR yalan vədlər verilib. Sentyabr ayında hələ də tikintinin aparılmadığını görən, ev sahibləri “KAT Holdinq”-ə gedərək onun sahibi Elçin Ələkbərov və şirkətin işçiləri ilə görüşüblər. Görüşdə verilən vədlər yenə də YERİNƏ YETİRİLMƏYİB.
Şikayətçilər 2020-ci il YANVAR ayında MİDA-ya üz tutublar. Agentliyin direktoru Fərhad Təhməzov və şirkətin təsisçisi Elçin Ələkbərovun iştirakı ilə baş tutan görüşdə mənzillərdə təmir işlərinin 2020-ci ilin NOVRUZ bayramınadək təhvil veriləcəyi vəd olunub. Hətta işin MİDA-nin CİDDİ NƏZARƏTİ altında bitiriləcəyini bildirilsə də, işlər başlanılmayıb.
“Ötən ilin MART ayının 18-i yenidən MİDA-da görüşə toplaşdıq. Bu dəfə görüşdə “KAT Holdinq”-ə ZAMİN DURAN şəxs kimi Müasir İncəsənət Müzeyinin rəhbəri XƏYYAM ABDİNOV da iştirak edirdi.
Xəyyam Abdinov MART ayının 29-dan maliyyənin ayrılacağını və MAYIN sonlarında binanın təhvil veriləcəyini əminliklə bizə vəd etdi. Amma təəssüf ki, bu da yalan vədlərdən biri oldu. Binalarda təmir-tikinti işləri tam olaraq dayanıb.
Ötən ilin İYUN ayının 9-u yenidən bir qrup şikayətçi ev sahibləri ilə MİDA-ya toplaşdıq.
Orada bizi MİDA MMC-nin direktoru Fərhad Təhməzov və Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə heyətinin sədri Sadiq Sadıqov qəbul edərək, TİKİNTİYƏ HEÇ BİR MƏSULİYYƏT DAŞIMADIQLARINI bildirdilər,” – deyə sakinlərin müraciətində qeyd olunur.
SUAL OLUNUR, Əgər məsuliyyət daşımırdınızsa, niyə bunu əvvəl demirdiniz, cənab Sadıqov, cənab Təhməzov ?
SUAL OLUNUR, NİYƏ, nə MƏQSƏDLƏ bu prosesi 2 il uzadırdınız ?
SUAL OLUNUR, Niyə siz cənab Sadıqov, cənab Təhməzov biz şikayətçiləri kabinetinizə dəvət EDİRDİNİZ, qarşımızda ÇIXIŞLAR EDİRDİNİZ, bizi toplayıb VƏDLƏR verirdiniz, niyə bizə 2 il yalanlar danışırdınız ?
Bəs indi necə oldu ki, MƏSULİYYƏT DAŞIMIRSINIZ ?
Cinayətdən yayınmaq üçün YAXANIZI QIRAĞA ÇƏKİRSİNİZ ?
Evlərin dəyərini ödəyən yüzlərlə sakinlər 3 İLƏ YAXINDIR Kİ, MƏNZİLLƏRİNƏ KÖÇƏ BİLMİRLƏR.
Buna səbəb isə yuxarıda qeyd olunan səlahiyyətli şəxslərin cinayət əməlləridir. Əksəriyyətimiz hal-hazırda kirayədə qalırıq”.
Sakinlər cənab Prezident İlham Əliyevdən “KAT Holdinq” MMC-nin cinayyət əməllərinə son qoyulmasını, MİDA rəhbərliyinin yaxasını qırağa çəkməsinin, məsuliyyəti boynundan atmasının qarışısının alınmasını, sahib olduqları mənzillərin müqavilədə göstərildiyi kimi onlara verilməsi barədə göstəriş verilməsini xahiş edirlər.
ƏCƏBA, görək, PƏRDƏARXASINDA hansı cinayətlər baş verib ki, Prezidentin nəcib təşəbbüsü belə nəticələnib?
ƏCƏBA, həbsi DTX tərəfindən aparılmış Xəyyam Abdinov ( muzey müdiri ) nə üçün bu məsələyə burnunu soxmuşdu ?
ƏCƏBA, MİDA rəhbərliyi hansı məntiqlə, heç bir araşdırma aparmadan, borc içində boğulan, “KAT Holdinq” MMC-nin təsisçisi Elçin Ələkbərova dövlət səviyyəli bir tikintini “hədiyyə” edib ?
Bu və digər daha vacib suallara növbəti yazıda aydınlıq gətirəcəyik.
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 2025 13:01
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 2025 12:05
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 2025 15:27
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 2025 22:42
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 2025 14:11
- Prezidentin Türkiyəyə işgüzar səfəri BAŞA ÇATDI
12 aprel 2025 21:02
- Prezidentin nəvələri ilə idman zalından maraqlı FOTOLARI
12 aprel 2025 19:40
- Prezident İlham Əliyev Antalyada Avropa Şurasının Baş katibi ilə görüşüb
12 aprel 2025 13:24
- Prezidentin nəvələri Ərdoğanla - Foto
12 aprel 2025 12:02
- İlham Əliyevin Ərdoğanla görüşü keçirilir (YENİLƏNİB)
11 aprel 2025 13:26
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 14:11
- Ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır
13 aprel 12:03
- Pensiyanı SƏHV hesablayıblar - Yoxlayın
13 aprel 11:35
- Prezidentin Türkiyəyə işgüzar səfəri BAŞA ÇATDI
12 aprel 21:02