Mən narkotacir Eskobar deyiləm, baş həkiməm, gecə 2-də məni HƏBS..

Rüşvət ittihamı ilə həbs edilən “Yeni Klinika”nın direktoru Pərviz Abbasovun məhkəmə prosesi davam etdirilib.
“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda P.Abbasov ifadə verib. O, koronavirus xəstələrinin pul qarşılığında klinikaya yerləşdirilməsi ittihamlarını rədd edib: "Mənim barəmdə gecə saat ikinin yarısında həbs qərarı seçiblər. Mən Eskobar idim?! Saat 6-da əməliyyatçılar iş otağıma daxil oldu. Çantamda olan qeyd dəftərimi götürdülər. Əməliyyat zamanı maaş kartım, evimin açarları olan pulqabım açılıb, çəkiliş edilib. Mən aylıq 7500 manat əmək haqqı alıram. Çəkilişdə göstərilən pul 6650 manatdır. Həmin pul da əmək haqqımdır. 4 ay sonra bilmişəm ki, o video televiziyalara ötürülüb. Bununla da ictimai rəyi çaşdırıblar, məni nüfuzdan salıblar.
Ömrümü səhiyyəyə həsr etmişəm. 40 yaşımda elmlər doktoru olmuşam. İndi 40 yaşımın tamamında 4 divar arasındayam. 20 ilin cərrahıyam, amma bircə dənə ipotekada olan evim var, bir də maşınım. İndi özünüz qərar verin. Avropa və ABŞ həkimlər konqresinin üzvüyəm. Oradan zəng ediblər, mənə dəstək olmaq istədiklərini deyiblər. Vətən Müharibəsi dövründə 200 yaralı qazi qəbul etmişəm. Onlardan 60 nəfərini şəxsən özüm əməliyyat etmişəm. 20 ilin cərrahı istəsəydi, Azərbaycanda nələr qazanmazdı?! Ölkədə səhiyyə sistemində rüşvətin necə alındığını hamı bilir. Koronavirus xəstələri üçün ayrılan dərmanlar var idi ki, mən o dərmanların az bir hissəsini belə satsaydım, nələr qazanardım, heç kimin xəbəri olmazdı.
Həmçinin oxuyun: Həbs edilən Pərviz Abbasovla İmran Ağayev kimdir?
Mənim üzümə duran adamlar var. Guya ki, mən kimdənsə telefonda dilimlə pul istəmişəm. Bu necə mümkündür axı? İndi kim kimdən telefonda pul istəyər?! Təəssüf ki, bir qadın gəlib üzümə durdu. Təsəvvür edin ki, minlərlə insanın müalicə aldığı, minlərlə insanın gəlib-getdiyi klinikada bircə nəfər o qadın "tapıldı". Baş cərrah oldum, universitetdə dərs dedim, dosent oldum və bu günə qədər bir adamdan bir qəpik də almadım. Amma yoldan keçən bir adamdan pul aldım?!”
Pərviz Abbasov qeyd edib ki, “Yeni Klinika”ya xəstələrin qəbulu Operativ Qərargahın təlimatı əsasında aparılıb: "Öz ayağı ilə gələn hər xəstəni qəbul etmirdim. Çünki icazə yox idi. Operativ Qərargahdan hər gün təlimat verilirdi ki, bu gün sərbəst qəbul et. Bəzən də deyilirdi ki, bu gün kim müraciət etsə də, qəbul etmə. İdarə rəisləri, polis rəisləri, onlarla millət vəkilləri, nazirliklərdən zəng edilirdi. Mən səmimi olaraq deyirəm ki, tanışım Samirin xahişləri ilə də adam qəbul etmişəm.
Həmçinin oxuyun: “Xəstələrdən aldığım puldan Pərviz Abbasovun xəbəri olmayıb”
İşlə bağlı gün ərzində bəzən 60-70 nəfərlə telefonla danışırdım. Klinikaya xəstə yerləşdirmək üçün xeyli sayda vəzifəli şəxslərin müraciətləri olurdu. Qonşular, qohumlar hamı zəng edirdi, xahiş edirdi. Xəstəxananın qarşısında "üstümə benzin töküb özümü yandıracam" deyənlər olurdu. Hansı vətəndaş müraciət edibsə, qəbul etmişəm, maraqlanmışam, kömək etmişəm. Amma bircə nəfərdən belə olsun, pul almamışam. Saat 6-da evdən çıxıb gecə saat 12-də qayıdırdım.
Özüm dəfələrlə rəhbərliyimə demişəm, məruzə etmişəm ki, klinika ilə bağlı rüşvət iddiaları gəzir, bundan narahat idim. Rayon DTX və polis rəisləri ilə də danışığım olub. İşçilərin 60-70 faizi başqa xəstəxanalardan ezam olunmuşdu. Ona görə də belə halların ola biləcəyindən ehtiyat edirdim.
Mənim qeyd dəftərimdəki adlar başqa klinikalarda əməliyyat etdiyim xəstələrin siyahısıdır. Həmin xəstələrin adına baxın, araşdırın. Heç biri "Yeni Klinika"nın sistemində yoxdur. Amma həmin şəxslərdən pul alındığı, klinikaya yerləşdirildiyi deyilir.
Hörmətli məhkəmə, maneələr olacaq, təzyiqlər olacaq, amma xahiş edirəm ki, bu işi ədalətli araşdırın. Haqq-ədalətin bərqərar olacağına inanıram”.
Proses noyabrın 25-də davam etdiriləcək.
Rəsmi ittihamda yazılır ki, həbs edilən şəxslər COVID-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından pul alıblar.
P.Abbasovla birlikdə həbs edilən şəxslərdən Qalib Nəcəfov "Buta" klinikasında həkim radioloq vəzifəsində işləyib, Vüsalə Əliyeva “Avrasiya” klinikasında və "Viola" MMC-də menecer işləyib, Əvəz Hüseynov Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi vəzifəsində çalışıb. Samir Mirzəyev isə işsiz olub. Adıçəkilən şəxslərdən yalnız Vüsalə Əliyeva ev dustaqlığındadır.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı P.Abbasovun 10 il, digər həbsdə olan təqsirləndirilən şəxslərin hər birinin 9 il, Vüsalə Əliyevanın 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
2 aprel 2025 13:00
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 2025 12:28
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 2025 01:31
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 2025 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 2025 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 2025 23:02
- Gecə yatmazdan əvvəl qatıq YEYİN - FAYDALARI
30 mart 2025 21:47
- Şəxsi işimdir, hər şeyi açıqlamalıyam? - Xəstə olduğu deyilən Şeyx danışdı
30 mart 2025 17:27
- Məkkədə 4 MİLYONdan çox müsəlman bayram namazı qıldı
30 mart 2025 17:06
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45