Əli Həsənovun baldızı 685 MİN MANATI....

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Qafqazinfo” xəbər verir ki, prosesdə təqsirləndirilən şəxslərdən Nadir Məmmədov dövlət ittihamçısının suallarını cavablandırıb.
Jurnalistlər binasının tikintisində podratçı şirkət “Portos” MMC-nin icraçı direktoru olan N.Məmmədov ona elan edilmiş ittihamlarla razılaşmayıb: “Tikinti vaxtı bizim layihədən kənara çıxmaq səlahiyyətimiz olmayıb. Çünki layihə Fövqəladə Hallar Nazirliyinin Qiymətləndirmə İdarəsi tərəfindən təsdiq olunub bizə gəlirdi. Biz də icra edirdik. Tikinti ərazisi sürüşmə zonasıdır. Ora görə də binanın dayaqları üçün 3 qat artıq torpaq tökmüşdük. Bu da layihədə nəzərdə tutulmamışdı. Odur ki, tikintiyə ayrılan puldan əlavə 3 faiz nəzərə alınmayan xərclər çıxıb.
Binaların tikinti normaları ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin göstərişi var. Biz də buna əməl etmişik. Hər kub betona görə 44 manat ziyan etmişik. İkinci binada ziyana getməyimizə baxmayaraq, ən bahalı materiallardan, liftlərdən, oboylardan istifadə etmişik. Bu gün də gedib o evlərə baxa bilərsiz”.
N. Məmmədov bildirib ki, tikinti zamanı bir haldan başqa bütün ödənişlər köçürmə yolu ilə olub: “Həm mal-materialların alınması, həm fəhlələrə maaşlarının verilməsi köçürmə yolu ilə olub. Yalnız bir dəfə ikinci binanın tikintisi zamanı təsisçi 685 min manat pulu nağdlaşdırdı. Mən onda dedim ki, belə etməyək. Çünki pulu nəğdləşdirəndə puldan 30 faiz tutulurdu. “Portos” MMC ikinci binanın tikintisində 3,2 milyon ziyana düşüb. Mən orada maaşa işləmirdim. Oğlumu xaricə işləməyə aparacaqdılar. Bu sözə görə işləmişəm”.
N.Məmmədova ünvanlanan “təsisçi kim idi?” sualına “Əli Həsənovun baldızı Gülər Vəliyeva” deyə cavab verib.
Təqsirləndirilən şəxs “Sizin Vüqar Səfərli ilə qazanc məqsədi ilə əvvəlcədən hər hansı razılaşmanız olubmu? sualına isə “Finans məsələlərinə Şamxal Həsənli baxırdı. Bu sualı ona verin. Mənim Vüqar Səfərli ilə hər hansı qazanc məqsədli əvvəlcədən razılaşmam olmayıb. Kimin kimlə əlaqəsi var, hər şeyi Şamxal Həsənli bilir. Biz bilirsiz orda nə olmuşuq? Hambal!” - deyə cavab verib.
Proses noyabrın 18-də davam etdiriləcək.
Qeyd edək ki, V.Səfərli və digər təqsirləndirilən şəxslərin 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDİA) zərərçəkmiş qismində tanınıb.
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 2025 23:02
- Məhkum bankirin Britaniyadakı 5 milyonluq hesabına həbs qoyuldu
6 mart 2025 10:47
- Xocalı soyqırımından 33 il ötür
26 fevral 2025 00:08
- Bələdiyyə sədri : Arvadı mühasib, qardaşı oğlu müavin
23 fevral 2025 17:36
- Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı- 10 min alıb...
23 fevral 2025 15:00
- PEYK zavodunun 2 milyona yaxın vergi borcu var
10 fevral 2025 20:47
- Eldar Həsənovun övladlarından İlham Əliyevə müraciət
10 fevral 2025 00:18
- Azərbaycanda kredit faizləri niyə artır? – Ekspert 3 əsas səbəbi açıqladı
3 fevral 2025 14:01
- Qorbaçovun Nobel Sülh Mükafatından məhrum edilməsini xahiş edirik
18 yanvar 2025 11:54
- Özünü heyvanlara həsr edən qadın - İçərişəhərdə 100-ə yaxın pişik saxlanılan evdən REPORTAJ - FOTO/VİDEO
11 yanvar 2025 16:30
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45