Xanlar Vəliyev ilk dəfə “Tərtər işi”ndən danışdı

Hərbi Prokuror Xanlar Vəliyev "Tərtər işi" ilə bağlı açıqlama verib.
"Qafqazinfo" xəbər verir ki, Xanlar Vəliyev “Türkdilli dövlətlərin prokurorlarının cinayətkarlığa qarşı mübarizədə rolu: Real imkanlar və müasir çağırışlar” mövzusundakı beynəlxalq konfransda jurnalistlərə açıqlamasında bildirib ki, onlara daxil olan məlumat əsasında 2017-ci ilin may ayında cinayət işi başlanıb: "İstintaq zamanı bir neçə adamın dövlətə xəyanət etdiyi sübut olundu və onlara ittiham verildi, məhkəmə məsuliyyətinə cəlb olunmaları üçün haqlarında ittiham aktları ilə birlikdə cinayət işləri məhkəmələrə göndərildi. Məhkəmələr tərəfindən təqsirləndirilən şəxslərə hökm çıxarıldı. Sonra həmin hökmlərdən apellyasiya və kassasiya şikayətləri verildi. Göstərilən şəxslərin həmin cinayətləri törətməsi barədə verilmiş hökmlərin əsaslı qanuni olduğu müəyyən olunduğundan hökmlər qüvvədə saxlanıldı.
Bununla yanaşı, Hərbi Prokurorluq tərəfindən aparılan istintaq zamanı müəyyən olundu ki, istintaqdan öncəki bir neçə gün dövlətə xəyanətdə şübhəli bilinən ayrı-ayrı şəxslərə qarşı qanundankənar çox ciddi fiziki zorakılıq tədbirləri həyata keçirilib. Nəticədə biz cinayət işi başlayanadək bir nəfər şəxs vəfat etmişdi. Mən şəxsən özüm, eləcə də baş prokurorun birinci müavini Rüstəm Usubov, Hərbi Prokurorun müavini Şəfahət İmranov, idarə rəisi, baş prokurorun köməkçisi ilə birlikdə həmin hərbi hissəyə getdik.
Biz müəyyən etdik ki, həmin hərbi hissədə kütləvi şəkildə hərbçilərə qarşı qeyri-qanuni formada işgəncə tədbirləri həyata keçirilir. Mənim tələbimlə Müdafiə Nazirliyinin Tibb xidmətindən gələn böyük bir briqada həkimləri oradakı şəxsləri müayinə etdi. Çox ciddi fiziki zorakılıq tədbirlərinə məruz qalanlar Mərkəzi Hospitala yerləşdirildilər. Həmin adamların böyük bir qisminin həyatı xilas edildi. İşgəncə faktı ilə bağlı cinayət işi başlandı və 16 nəfər müxtəlif vəzifəli şəxslər məsuliyyətə cəlb edildi. Sonra barələrində müxtəlif uzunmüddətli azadlıqdan məhrumetmə ilə bağlı hökmlər verildi. Onların hökmdə verdikləri şikayətləri apellyasiya və kassasiya instansiyaları təmin etmədi".
Həmçinin oxuyun: “Həmin hadisələr zamanı 102 ya da 103 nəfərə işgəncə verilmişdi” - Hərbi prokuror
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
2 aprel 2025 12:28
- 1 aprel -Gülüş günü- dür
1 aprel 2025 11:12
- Prezident Pezeşkianla danışdı
31 mart 2025 15:23
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 2025 01:31
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 2025 00:58
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 2025 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 2025 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Şəxsi işimdir, hər şeyi açıqlamalıyam? - Xəstə olduğu deyilən Şeyx danışdı
30 mart 2025 17:27
- Ermənistandan növbəti TƏXRİBAT
30 mart 2025 16:53
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45