- Yeni təhsil sistemi - Bakalavr pilləsi ləğv edilir
- Sаlyаndа yaşlı kişi doğranılaraq kanala atıldı - Polis arvadını saxladı
- Prezident Əhməd Əhmədzadə ilə bağlı sərəncam imzaladı
- Azərbaycan təyyarəsinin qara qutusu Braziliyada AÇILDI: hər şey saniyəbəsaniyə ORTAYA ÇIXDI
- Tbilisidə növbəti etiraz aksiyası başlayıb
Salyanda dəniz suyunu duzsuzlaşdırılıb içməyə verən zavod- Fotolar
8 il əvvəl Salyanın Xıdırlı kəndində istismara verilən Dəniz Suyunun Duzsuzlaşdırılması Zavodu artıq ölkə miqyasında töhfə verməyə başlayıb. Hazırda zavodda təmizlənən dəniz suyundan ətraf ərazilərdə salınmış 200 hektar yaşıllıq sahəsinin, eyni zamanda, ölkə ərazisinin böyük hissəsini fidanlarla təmin edən ting təsərrüfatının suvarılmasında istifadə edilir.
“Qafqazinfo” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə bu tinglərin yetişdirildiyi "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-nin 4 saylı Yaşıllaşdırma İdarəsində və Dəniz Suyunun Duzsuzlaşdırılması Zavodunda olub, toxumdan əkinə hazır tinglərin alınması və şor suyun içməli suya çevrilməsi prosesi ilə yerində tanış olub.
Xəzərin suyu boz çölləri belə yaşıllaşdırır
Salyanın boz çöllərində salınmış böyük yaşıllıq ərazi uzaqdan diqqətimizi cəlb edir. Məlum olur ki, bu torpaqlar 2013-cü ildə işə düşən zavodda alınan su ilə yaşıllaşdırılıb. Hazırda təsərrüfatda 700 min ədəddən çox ağac və kol bitkilərinin ting və toxmacarı var.
Bizi "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-nin sədri Ramik Əşrəfov toxumdan tingə qədər olan proseslə tanış edir. Onun sözlərinə görə, aparılmış toxum tədarükündən sonra cücərtmə sahəsində toxumlar istixanada violalara səpilir, bitkilərin boyu 10-15 santimetrə qədər uzandıqda onlar ikinci böyütmə sahəsinə keçirilir. Daha sonra isə boyları 15-20 santimetrə çatmış bitkilər ikinci və üçüncü böyütmə sahələrində əkinə hazır vəziyyətə gətirilir.
Hər il 700 min ting yetişdirilir
R. Əşrəfovun sözlərinə görə, 2014-cü ildən etibarən nazirliyin xidməti ərazilərində salınmış yaşıllıqlarda yalnız qurumun yetişdirdiyi ting və toxmacarlardan istifadə edilir: “Qurumun 4 min 400 hektarlıq ümumi xidməti ərazisində 5 milyon 500 mindən çox müxtəlifcinsli ting və toxmacarlar yetişdirilir. Bu tinglik sahəsinin yaşıllaşdırmanın salınmasında əhəmiyyəti böyükdür. Hər il yetişdirilmiş təxminən 700 min ədəd tingin 200-250 mini yeni yaşıllıqların salınmasına yönəldilir. Burada əsasən kökü bağlı tinglərin yetişdirilməsinin məqsədi əkin mövsümünü uzatmaqdır. Çünki Azərbaycanda yaz fəsli gəldikdən sonra dərhal havalar istiləşməyə başlayır və belə olan halda, kökü açıq olan ağacların yaşıllaşdırmada istifadəsi çətinləşir. Bu sahədə yetişdirilən bitkilərin yaşıllaşdırma tədbirlərində istifadəsi ilin istənilən ayında mümkündür. Ona görə də, ölkəmizdə yaşıllaşdırma işləri təkcə payız və yaz aylarında deyil, həmçinin iyul və avqustda da həyata keçirilir. Bu ərazidə tinglərin yetişdirilməsində cəmi 18 fəhlə çalışır”.
R.Əşrəfov həmçinin bildirir ki, həmin tinglərin yetişdirilməsində suvarılma üçün Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksində istehsal olunmuş sudan istifadə edilir. Öyrənirik ki, 2013-cü ildə istismara verilən zavodun gücü 2016-cı ildə ikiqat artırılıb. Burada sutka ərzində Xəzər dənizindən 4 min kubmetrdən çox su 12.5 kilometr məsafədən qəbul edilir və nəticədə, içməyə və suvarmaya tam yararlı olan 2 min kubmetr su istehsal olunur. Həmin sudan 700 hektarlıq yaşıllıqların, eyni zamanda, 700 min ədəd ting və toxmacarların suvarılmasında istifadə edilir. Tinglərin boyu və qablaşdırılması isə tələbata uyğun olaraq müəyyənləşdirilir.
Xəzərin suyundan içmək də olar
Ting sahəsi ilə tanışlıqdan sonra ərazini su ilə təmin edən zavoda üz tuturuq. Tinglikdəki sakitliyi zavoddakı qurğuların uğultusu əvəzləyir. Məlum olur ki, dənizdən 12 kilometr uzaqlıqda yerləşən zavoda su boru vasitəsilə ötürülür. İlkin çökməyə məruz qalan su anbara, oradan isə qidalandırıcı nasoslar vasitəsilə götürülərək filtrlərə vurulur. Həmin filtrlərdə su qum və bazalt qatından keçərək fiziki təmizləməyə məruz qalır. Qum və bazalt qatından keçmiş su yenidən mikron filtrlərindən keçir. Burada ölçüsü 5 mikrondan böyük nə varsa, hamısı çökür.
Növbəti mərhələdə isə şəffaf duzlu su yüksək təzyiq nasosu vasitəsilə membranlara vurulur. Membranlarda duz sudan ayrılır. Membrana vurulan suyun 45 faizə qədəri şirin su şəklində, qalan 55 faizi isə iki dəfə duzlu şəkildə dənizə axıdılır. İstehsal olunan suyun 10 faizi mineralizasiyadan keçir və içmək, məişətdə istifadə üçün nəzərdə tutulur. Qalan 90 faizi isə birbaşa ağacların sulanmasında istifadə olunur.
Prosesin sonuncu mərhələsi ilə əyani şəkildə tanış oluruq. Hətta zavoddan çıxan suyun dadına baxmaq imkanımız da olur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin su ehtiyatlarının idarə edilməsi şöbəsinin sektor müdiri Faiq Mütəllimovun sözlərinə görə, 2013-cü ildə Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksinin istismara verilməsi Prezident İlham Əliyevin tapşırığı ilə baş tutub. Məqsəd hələ o dövrdə də ehtimal edilən su qıtlığının effektiv həll yollarının müəyyən edilməsi, yeni yanaşma və texnologiyaların ölkədə tətbiqidir.
Sektor müdirinin sözlərinə görə, İsrail texnologiyası ilə işləyən zavod gün ərzində təxminən 2 min kubmetr içməli su istehsal edə bilir. Bu, ildə təxminən 500 min kubmetr suyun təmizlənərək istifadə olunması deməkdir:
“Ötən il Prezident İlham Əliyevin təsdiqlədiyi müvafiq tədbirlər planında da alternativ mənbələrdən, o cümlədən Xəzər dənizinin suyundan istifadə qarşıya qoyulan əsas məqsədlərdən idi. Bununla bağlı aidiyyəti qurumlar Abşeron rayonunda da belə bir duzsuzlaşdırma zavodunun qurulması istiqamətində araşdırmalar aparır, qabaqcıl bir sıra şirkətlərlə, o cümlədən bu sahədə təcrübəyə malik İsrail şirkətləri ilə danışıqlar aparılır. Nəzərə almaq lazımdır ki, Abşeronda içməli su təchizatının daha çox uzaq məsafələrdən, şimalda Kür çayından, Oğuz-Qəbələ istiqamətindən təmin edilməsi həm baha başa gəlir, həm də çoxlu itkilərə səbəb olur. Nəticədə, həmin mənbələrin yerləşdiyi ətraf ərazilərdə su çatışmazlığı ortaya çıxır. Abşeronda belə zavodun açılması perspektiv kimi dəyərləndirilə bilər. Eyni zamanda, Şirvan qurğusundan da suyun duzsuzlaşdırılaraq yaşıllıq ərazilərin suvarılmasında istifadə edilir. Bu qurğu isə gündəlik 5 min kubmetr suyu təmizləyə bilir”.
Nazirlik rəsmisi əlavə edib ki, Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması zavodu və Şirvan duzsuzlaşdırma qurğusunun suyundan "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyətinin 4 saylı Yaşıllaşdırma İdarəsinin ümumilikdə 560 hektar ərazisində yerləşən yaşıllıqların suvarılması üçün istifadə edilir. Bu, su çatışmazlığının yaşandığı dövrdə böyük nailiyyət hesab oluna bilər.
Bu tinglər Qarabağadək gedib çıxıb
Səfər zamanı öyrənirik ki, “Yaşıl Marafon” kampaniyası çərçivəsində yaz ağacəkmə mövsümündə ölkə ərazisində əkilən tinglər bu təsərrüfatda yetişdirilib.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun sözlərinə görə, payız mövsümü ərzində 800 min ağacın əkilməsi nəzərdə tutulub. Əsasən Abşeron yarımadasında, Xocasən gölünün ətrafında, Müşfiqabad qəsəbəsində, Bakı-Sumqayıt yolunun kənarında, paytaxtın şimal, şimal-qərb istiqamətindəki, Bakı-Qazax, Bakı-Lənkəran-Astara yollarının kənarında boş sahələrdə ağacəkmə işləri aparılacaq.
Nazir müavini bildirib ki, ümumilikdə ölkəmizdə payız ağacəkmə mövsümü oktyabrın 20-də başlayıb və bütün respublikada, Aran hissə istisna olmaqla əkin işləri aparılır: “Noyabrın 1-də Aran meşə ərazilərində əkin işlərinə başlanılacaq. Ümumi planımız 800 min ağacın əkilməsidir. Bütün tinglər nazirliyin ting təsərrüfatlarında yetişdirilib. Əkin zamanı meşələrin cins tərkibinə uyğun növlər seçilir. Abşeron yarımadasında əsasən həmişəyaşıl ağaclar və feyxoa, zeytun kimi meyvə ağaclarına üstünlük verilir. Abşeronda daha böyük əkinlər əsasən Xocasən gölünün ətrafındadır. Bu ilin yazından orada əkinlər başlanılıb və ümumi 100 hektara yaxın ərazi əkin üçün hazırlanıb ilin sonunadək əkilərək tamamlanması nəzərdə tutulub. Gələn həftədən nazirliyin, ictimaiyyət, yerli icra hakimiyyətləri, KİV nümayəndələrinin IDEA İctimai Birliyinin ekoloji fəallarının və digər dost və həmkar qurumların iştirakı ilə kütləvi ağacəkmə aksiyaları keçiriləcək”.
Ting sahəsi ilə tanış olan mətbuat nümayəndələri həm də ağacəkmə kampaniyasına qoşulublar. Yaşıllaşdırma İdarəsinin həyətində bəzək kolları və iynəyarpaqlı ağaclar əkilib.
Gülnar Əliyeva
- Sаlyаndа yaşlı kişi doğranılaraq kanala atıldı - Polis arvadını saxladı
7 yanvar 2025 14:01
- Azərbaycan təyyarəsinin qara qutusu Braziliyada AÇILDI: hər şey saniyəbəsaniyə ORTAYA ÇIXDI
7 yanvar 2025 11:46
- Sabiq maliyyə nazirinə hökm oxundu - O, məhkəmədə Seymur Talıbova verdiyi pulun məbləğini açıqladı
6 yanvar 2025 13:23
- Petrosyanı ifşa edən VİDEO : Sabiq prezident Ağdamdakı çıxışında işğalı etiraf etdi
5 yanvar 2025 19:57
- AZAL sərnişinlərini xilas edənlər mükafatlandırıldı - Fotolar
5 yanvar 2025 19:24
- Adı yaşıl, özü ağ, buzlu adaya iddialar - Qrenlandiya niyə qiymətli olub?
4 yanvar 2025 22:33
- Levon Ter-Petrosyanın gerçək üzü: 1993-cü ildə etdiyi çıxış yayıldı və hər şey ortaya çıxdı - VİDEO
4 yanvar 2025 11:43
- Bakının bu rayonlarında 13 SААT SU olmayacaq
3 yanvar 2025 17:06
- Həmrəylik milli varlığımızın əsas şərtidir - Millət vəkili Cavanşir Feyziyev
31 dekabr 2024 15:25
- ŞOK - Köpəkbalığı Avropa Komissiyasının rəsmisini öldürdü
30 dekabr 2024 18:12
- Prezident maaş və pensiya artımından DANIŞDI
07 yanvar 22:24
- Yeni təhsil sistemi - Bakalavr pilləsi ləğv edilir
07 yanvar 15:23
- Onlar İlham Əliyevə başsağlığı verdi
07 yanvar 14:27
- Sаlyаndа yaşlı kişi doğranılaraq kanala atıldı - Polis arvadını saxladı
07 yanvar 13:50
- Prezident Əhməd Əhmədzadə ilə bağlı sərəncam imzaladı
07 yanvar 13:08
- Azərbaycan təyyarəsinin qara qutusu Braziliyada AÇILDI: hər şey saniyəbəsaniyə ORTAYA ÇIXDI
07 yanvar 11:46
- Tbilisidə növbəti etiraz aksiyası başlayıb
07 yanvar 00:42
- Nərimanov rayon prokurorunun müavini Zeynal Usubovа 1 MİLYON DOLLАR АTIBLАR..)))
06 yanvar 20:35
- Fərhad Əliyevin qohumu Rusiyada öldürüldü
06 yanvar 19:45
- Bakıda döşəyin içindən nələr çıxdı ŞOK + VİDEO
06 yanvar 19:32
- Soğanı belə yemək 1001 dərdə dəva imiş
06 yanvar 18:43
- Moskva susur: Putin qəzada ölənlərə kompensasiya ödəmək istəmir
06 yanvar 16:44
- Veysəloğlu-nun təşkil etdiyi -Miratorqla dadlı fürsətlər- lotereyasının qalibləri bəlli oldu
06 yanvar 14:28
- Gürcüstandа hərbi xidmət 6 АY OLDU - İş yerində maaşı saxlayacaqlar
06 yanvar 14:14
- Azərbaycanda nə qədər BİCBАLА DOĞULUR - Tanınmış vəkil
06 yanvar 13:37
- Sabiq maliyyə nazirinə hökm oxundu - O, məhkəmədə Seymur Talıbova verdiyi pulun məbləğini açıqladı
06 yanvar 13:23
- Seçkiqabağı təşviqat başlayır
06 yanvar 11:57
- 2025-də SSRİ yenidən doğulacaq – Vasserman
06 yanvar 11:35
- Prezident həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşdü
06 yanvar 11:18
- Rusiyanın dağılması Çeçenistanla başlaya bilər
05 yanvar 22:54
- Kəmaləddin Heydərov onları TƏLTİF ETDİ
05 yanvar 22:24
- Azərbaycan dilçiliyi göz yaşlarına inanmır - Professor İdris Abbasov yazır...
05 yanvar 20:51
- Bibərin inanılmaz faydaları - Saymaqla bitmir...
05 yanvar 20:40
- Petrosyanı ifşa edən VİDEO : Sabiq prezident Ağdamdakı çıxışında işğalı etiraf etdi
05 yanvar 19:57
- Fuad Poladovun adı bu küçəyə verildi - FOTO
05 yanvar 19:39
- AZAL sərnişinlərini xilas edənlər mükafatlandırıldı - Fotolar
05 yanvar 19:24
- 10 ukraynalı əsgəri öldürən QƏSSАB özbəyə cəza....
05 yanvar 18:49
- Abxaziyada ailə faciəsi - 5 uşaq öldü
05 yanvar 15:36
- Zeynəb Xanlarova 43 il əvvəl - FOTO
05 yanvar 14:14
- Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
05 yanvar 13:23