“Kamal Qılıcov camaatı yığıb dedi ki, Nərmini öldürən İlkindir”

Tovuzun Dondar Quşçu kəndində azyaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Qafqazinfo” xəbər verir ki, ötən gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda Nərminin əmisi Arif Quliyev dindirilib.
Məlum olub ki, Nərmin sonuncu dəfə 2019-cu il noyabrın 21-də əmisigilin həyətində olub, orada təxminən 1 dəqiqə dayanıb və gedib: “Yanvarın 6-da axşam Nərminin meyitinin kənddə yandırılmış vəziyyətdə tapıldığını eşitdik. Hadisə yerinə gedəndə çoxlu polislər var idi. Meyitə yaxından baxmadıq, təxminən 5 metr məsafədən baxdıq. Elçin adlı prokuror dedi ki, sizin uşaqdır. Camaat danışırdı ki, meyiti İlkin söndürüb”.
A.Quliyev vəkillərin suallarına cavab verərkən, İlkin Süleymanovun yanvarın 6-da saxlanıldığını bildirib: “Nərminin itkin olduğu 47 gün ərzində İlkini bir neçə dəfə kənddə görmüşəm. İlkin hadisə günü saxlanıldı. Onun saxlanıldığını Nərminin cəsədi tapılan gündən bilirdik.
Həmin gün polis şöbəsinə aparmışdılar. Uşağın üç mərasimində mağarda Kamal Qılıcov (hazırda Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin rəisi-red.) camaatı yığıb dedi ki, uşağı öldürən İlkindir”.
Qeyd edək ki, rəsmi açıqlamaya görə, İlkin Süleymanov 2020-ci il yanvarın 10-da saxlanılıb. Onun yaxınları isə Süleymanovun yanvarın 6-da saxlanıldıqdan sonrakı dörd gün ərzində polis bölməsində işgəncəyə məruz qaldığını və işgəncələrə dözməyərək yanvarın 10-da uşağı oğurlayıb öldürməsi barədə ifadəyə imza attdığını iddia edirlər.
Nərmin Quliyevanın itkin olduğu müddətdə ailəsi kənddə evlərdə axtarışlar aparsa da, İlkingilin evinə baxmayıblar.
Arif Quliyev məhkəmədə bildirib ki, İlkinin əmisi oğlu polis olduğu üçün axtarışa ehtiyac duymayıblar. A.Quliyev istintaqa ifadəsində isə İlkinin əmisioğlunun polis əməkdaşı olduğu üçün onlara məxsus evlərə baxış keçirməkdən yayındırdığını bildirib.
Məhkəmədən sonra İlkin Süleymanovun vəkili Əlibaba Rzayev KİV-ə bildirib ki, məhkəmə araşdırması hüquqlarını müdafiə etdiyi şəxsin yanvarın 10-da deyil, 6-da saxlandığını ortaya qoyur: “İstintaq orqanı İlkin Süleymanovun dörd gün ərzində Tovuz rayon Polis Şöbəsində qanunsuz saxlanması faktını ört-basdır eləməyə çalışır. Bunun əksini isə təkcə İlkin Süleymanov, müdafiə tərəfi demir, zərərçəkən tərəf də ifadələrində bildirir ki, ayın 6-dan saxlanmışdı. Biz Kamal Qılıcovun hansı statusla bu prosesdə iştirak etməsi, Süleymanova rəsmi ittiham elan olunmadan onun haqqında açıqlama verməsi məsələsilə bağlı da araşdırma aparacağıq”.
Məhkəmə araşdırmaları noyabrın 3-də davam edəcək.
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
2 aprel 2025 12:28
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 2025 23:02
- Prezident Şəfiqə Məmmədovanı -İstiqlal- ordeni ilə təltif etdi - FOTOLAR
29 mart 2025 13:50
- Goranboyda həkimin başına oyun açdılar: Dələduzların qurduqları hiyləgər plan
27 mart 2025 23:40
- Paşinyan üç eks-prezidentə dedi: - Əsəblərimlə oynamağı dayandırın... Sizi tapdalayacağam
26 mart 2025 21:08
- Onunla evlənməyən oğlanı öldürdü - Bakıda qadının ŞOK CİNAYƏTİ
26 mart 2025 02:08
- 80 ildən çox ərinin qayıtmasını gözləyirdi - ÖLDÜ
25 mart 2025 01:35
- Saz bayramı, caz bayramı, qoz bayramı - Novruz şeirləri
25 mart 2025 00:16
- Ərdoğanı həbsə aparan o səbəb - 1999-cu il, mart...
22 mart 2025 22:39
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45