Zəngəzurla bağlı tarixi faktlar: SSRİ niyə bu qərarı verdi?
Reportaj25 oktyabr 2021 14:51
Qədim Azərbaycan torpağı olan Zəngəzur 7 min kv.km ərazini əhatə edir. Ərazi dağ silsiləsi və Qarabağ yaylasından ibarətdir. Bura tarixən türk tayflarının yaşadığı ərazidir. Zəngəzur sözündəki "Zəngi” sözü qədim türk tayfasının adıdır. Eyni zamanda Mahmud Kaşğari, Rəşidəddin, Bakıxanovun əsərlərində Zəngi tayfalarının adı çəkilir. "Zur” sözü "sur” sözünün fonetik dəyişikliyə uğramış formasıdır. Bu söz dağlıq, daşlıq, qayalıq, yer, hasar, qala, bürc deməkdir. Bu mənada Zəngəzur Zəngilərin yaşadığı dağlıq yer mənasında da işlədilir.
Zəngəzurun tarixi ilə bağlı məlumatı təqdim edirik:
Xürrəmilərin mərkəzi Zəngəzur
Zəngəzur Xürrəmilər hərakatının ərəblərə qarşı savaşlarının əsas mərkəzi olub. Səlcuq hökmranlığı dövründə ərazidə türk-islam nüfuzu daha da genişlənib. Zəngəzur həmçinin monqol-tatarların, Əmir Teymurun işğalına məruz qalıb. Bura eyni zamanda Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilərin ərazisi olub.
XVIII əsrdə Zəngəzur Qarabağ, İrəvan və Naxçıvan xanlığının tərkibində olub. 1868-ci ildə Zəngəzur, Şuşa qəzasından ayrılır və müstəqil qəzaya çevrilir. 5 il sonra isə Yelizavetpol quberniyasına daxil edilir. Zənəgəzur əhalisi əsasən azərbaycanlılardan ibarət olub. Burada 326 kənddən 154-də azərbaycanlılar yaşayıb. 91-də kürdlər, 81-də isə bu əraziyə köçürülən ermənilər yaşayıb. XX əsrin əvvələrində Zəngəzur mahalında 240 azərbaycanlı kəndi var idi. Hətta 1828-ci il Türkmənçay müqaviləsindən sonra İran və Türkiyə ərazisindən buraya çox sayda erməni köçürülsə də, Zəngəzurun erməni kəndləri müsəlman kəndlərindən 5 dəfə az idi.
Tarixi zəngəzur mahalı Qafan, Gorus, Qarakislə, Mehri, Zəngilan, Qubadlı, Laçın rayonlarını əhatə edirdi. 1908-ci il siyahıyaalma sənədlərində Zəngəzurda 197 min müsəlman olduğu qeydə alınır.
Ermənilər bu torpaqlara ilk dəfə nə zaman gəlib?
1828-ci ildə Rusiya və İran arasında imzalanmış Türkmənçay 1 il sonra isə Rusiya və Osmanlı arasında imzalanan "Ədirnə” müqavilələrindən sonra Qafqaza 150 min erməni köçürülür. Bu tarixlərə qədər Zəngəzurda erməni adına rast gəlinməyib. Ermənilərin köçü Krım və rus-osmanlı müharibələrindən, eyni zamanda osmanlıda qaldırdıqları qiyamlardan sonra davam edib. 1905-1907-ci və 1914-1920 illərdə erməni quldur dəstələri Zəngəzur mahalında böyük qətliamlar törədir. 115 müsəlman kəndi yer üzündən silinir. Minlərlə qadın və uşaq vəhşicəsinə qətlə yetirilir. 1918-ci ilin may-avqust aylarında müsəlman əhaliyə qarşı qırğınlar daha da artır. Onlar arasında Andranikin qəddarllığı xüsusi ilə seçilib. Türkiyə arxiv sənədlərində Andranikin qoşunlarının Zəngəzurda 12 kəndi xarabaya çevirdiyi əhalini məhv etdiyi, o cümlədən Qubadlının 9 km-də yerləşən Qurban kəndində ermənilərin 200-dən artıq müsəlman əhalini qırması qeyd edilib.
AXC dövründə Zəngəzur
AXC hökuməti bu qırğınların qarşısını almaq üçün 1919-cu il yanvarın 13-də Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzasından ibarət Qarabağ General-Qubernatorluğunu yaradır. Ancaq bu da qırğınların qarşısı almaq üçün yetərli olmur. Zəngəzurdan qaçqın düşmüş 502 min türk-müsəlman əhali Cəbrayıl, Şuşa, Cavanşır qəzalarında sığınacaq tapir. Bu qırğınlarda 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürüldüyü qeyd olunur. Amma ermənilər tərəfindən öldürülənlərin daha çox olduğu bildirilir. Çünki 1917-ci ildə Zəngəzurda 123 min 85 nəfər müsəlman əhali var idi. 1926-cı ildəki siyahıyaalmada bu rəqəm heç 5 min nəfər olmayıb.
Tomsonun cızdığı xəritə
Həmin ərəfədə Azərbaycandan qoparılaraq Ermənistana veriləcək torpaqların sərhəddini ingilislər təyin edirdi. İlk olaraq Qarsdan Gəncəyədək olan ərazilər, sonra isə dənizdən dənizə "böyük Ermənistan” yaradılması kimi miflər yaradılmışdı. Böyük Britaniya qoşunlarının komandanı Uilyam Tomson 1919-cu ilin martında İrəvanda Ermənistan hökumətinin iclasında bildirir ki, Zəngəzur erməni milli şurası tərəfindən idarə ediləcək. Dağlıq Qarabağın idarə edilməsi üçün Ermənistan təcili olaraq öz nümayəndlərini verməlidir. Erməni qoşunları Qars, Naxçıvan, Şərur-Dərələyəz-Sürməlini tuta bilər. Bununla əlaqədar Tomson Ermənistan hökumətinə 5 milyon ədəd patron və pul yardımı edir. Ancaq ingilislərin bölgədəki hakimliyi 1920-ci ilin aprelinə yəni, bolşeviklər hakimiyyətə gələnə kimi davam edir.
Tarixi faciə
Amma onların hakimiyyəti də tarixi Zəngəzur üçün böyük faciə ilə nəticələnir. 1920-ci ilin 30 aprelində Azərbaycan hökuməti müvəqqəti olaraq inqilab komitəsinin notasında Ermənistandan Zəngəzur və Qarabağdan qoşunlarını çıxarmasını tələb etsə də bu cavabsız qalır. Bolşevik Rusiyası Azərbaycan və Gürcüstandan sonra daşnakların idarə etdiyi Ermənistanı da sovetləşdirmək istəyirdi. Azərbaycan torpaqlarından pay verməklə Ermənistanı şirnikləndirməyə çalışırdılar. Mikoyan və digər erməni liderləri Lenini inandırmağa çalışırdılar ki, Zəngəzur eləcə də Naxçıvanın və Qarabağın Ermənistana verilməsi erməni xalqının sovet hakimiyyətinə inamını artıra bilər. 1920-ci ilin avqustunda Rusiya KP-nin Qafqaz Bürosu Azərbaycan bolşevik rəhbərliyinin xəbəri olmadan Naxçıvan, Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək barədə qərar verir. Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında mübahisəli ərazi elan edilir.
Nərimanovun Leninə məktubu
Azərbaycan müvəqəti inqilab komitəsinin sədri Nəriman Nərimanov Leninə məktub yazaraq bildirir ki, bütün bunlar Azərbaycan əhalisinin sovet kökumətinə olan inamını sarsıdır. Zənəgəzur və Qarabağın daşnaklara verilməsi xəyanət sayılacaq. Ancaq bu narazılıqlar heç bir nəticə vermir. 1920-ci ilin noyabrdın 30-da Zəngəzurun Ermənistana verilməsi ilə bağlı qərar qəbul edilir. Bu barədə bəyanat hazırlayıb elan etmək isə Nəriman Nərimanova tapşırılır. N.Nərimonov dekabrın 1-də Serqo Orconikidzenin təkidi ilə bəyanatı elan edir. Həmin bəyanatda deyilirdi ki, Zəngəzur və Naxçıvan qəzaları sovet Ermənistanının ərazisidir. Dağlıq Qarabağın əməkçi kəndlilərinə isə öz müqəddəratını təyin etmək hüququ verilir. Bununla da Zəngəzurun hüdudlarında bütün hərbi əməliyyatlar dayandırlır. Sovet Azərbaycanın qoşunları buradan çıxarılır.
Rəsulzadə Nərimanovun bu əməlindən yazır
Bu barədə Məhəmməd Əmin Rəsulzadə daha sonra yazırdı ki, rus siyasətli Nəriman bəy Zəngəzur və Naxçıvan qəzasını Ermənistana hədiyyə etdi. Amma bir müddət sonra N.Nərimanov da yanıldığını tarixi səhvə yol verdiyini anlayır. Lakin bu bəyanatın ağrısını Azərbaycan illərdir çəkməli olur. Hətta Zəngəzurun Ermənistana verilməsi rəsmən təsdiqlənsə də əhali arasındakı narazılıqlar prosesi ləngidir.
Şərqi və Qərbi Zəngəzur necə yarandı?
Azərbaycan KP MK və təşkilat bürolarının 1921-ci il 12 yanvar tarixli iclasında Zəngəzur bölgəsinin iki yerə Şərqi və Qərbi Zəngəzura bölünməsini təklif edilir. 1921-ci ilin 3 iyununda Stalinin iştirakı ilə keçirilən iclasda isə Zəngəzurunun Ermənistana birləşdirilməsi barədə qərar çıxarılır. Bu iclasda bir nəfər də olsun azərbaycanlı, müsalman iştirak etməyib. Əsas məqsəd isə Azərbaycanla Türkiyəni bir-birindən ayırmaq olub. Zəngəzurun Ermənistan verilən Qafan, Gorus, Qarakilsə hissəsində Mehri rayonu yaradılır. Nəticədə Naxçıvan Azərbaycan torpaqlarından ayrı salınır və blokadaya düşür. Zəngəzurun qalan hissəsində isə Zəngilan, Qubadlı və Laçın rayonları yaradılır. Tarixi Zəngəzur əhalisi isə bə xəyanətkar əməllərin əə böyük qurbanlarından olur. Minlərlə azərbaycanlı öz doğma torpağından didərgin düşür. Ermənilər Zəngəzuru "Sünik” adlandırıb özününküləşdimək istələr də Sünik toponimi sak tayfalarının adı ilə bağlıdır.
Şərqi Zəngəzurun azad edilməsi
1992-1993-cü illərdə Şərqi Zənəgəzur un hər üç rayonu ermənilər tərəfindən işğal edilir. Amma qəhrəman Azərbaycan Ordusu Vətən Müharibəsi ərzində Zəngilan, Qubadlı və Laçın rayonlarını işğaldan azad edib. Bununla da Şərqi Zəngəzur yenidən azad olundu.
2021-ci ilin iyul ayının 7-də Prezident İlham Əliyevin Fərmanı ilə Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb. İqtisadi rayona Cəbrayıl, Kəlbəcər, Laçın və Zəngilan rayonları daxildir. /Teleqraf.com
Oxşar xəbərlər
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 2024 16:48
- Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
24 noyabr 2024 15:18
- Bakıda tarixi qərar verildi
24 noyabr 2024 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 2024 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 2024 23:31
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 2024 19:57
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 2024 19:36
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 2024 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 2024 17:10
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 2024 15:03
Xəbər lenti
- Qədir Rüstəmovun həyat yoldaşı: - Ağdamdakı evimizin açarını atdı ora... - Müsahibə
24 noyabr 16:46
- Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
24 noyabr 15:18
- Rumıniyada seçki - 14 şəxs prezident olmaq istəyir
24 noyabr 13:16
- ABŞ kəşfiyyatı Kremlin xaricdə qətl etdiyi məşhurların adlarını açıqladı - ÖLÜM SİYAHISI
24 noyabr 11:17
- Bakıda tarixi qərar verildi
24 noyabr 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 16:30
- Qırğızıstan DTK parlamentin keçmiş spikerini saxladı
22 noyabr 16:07
- Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur
22 noyabr 15:21
- NAR-dan -Sərfəli cümə- təklifi – 50% endirimlə smartfon əldə et!
22 noyabr 15:00
- Məcburi köçkünlərə verilən - çörəkpulu - artırılır?
22 noyabr 14:46
Video & Fotoqalereya
Video
Fotoqalereya