“Azərbaycan teleməkanı İran casusları ilə doludur” -
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun “Qafqazinfo”ya müsahibəsi:
- Siz bu günlərdə Şuşaya səfər etdiniz. 30 ildən sonra Şuşanı görmək necə hiss idi, təəssüratlarınız necədir?
- Səfər uğurlu oldu. Həmin gün hava dumanlı idi. 5-10 addımlıq məsafəni görmək olurdu. Sanki tariximiz və yaşadıqlarımız özü dumana bürünmüşdü. Təəssüratlar barədə heç indi də danışa bilmirəm. Yolboyu həm xarabalıqlar, həm də bərpa işləri gördüm. Şəhidlərimizi anırdıq. Əsgərlərimizin Şuşaya gedərkən yol boyu yazdıqları ilə tanış olurduq. Hər kəs ya öz adını, ya da rayonun adını, yaxud rayonun maşın seriyasını yazmaqla imzasını qoyub. Beləliklə, hər yerdə Azərbaycan əsgərinin qələbəsi görünürdü. Ordumuzun qələbəsi ilə yanaşı, həm də tam azad olmağımızın şahidi olduq. Şuşanın girişindən bir neçə metr məsafədə rus sülhməramlıları var idi. Qarşımızda hələ torpaqların işğaldan tam azad olunması ilə bağlı çox vəzifələr var.
- Rusiya sülhməramlıların nəzarəti altında olan bölgələrdə tez-tez pozuntu halları baş verir, bir əsgərimiz də bu yaxınlarda şəhid oldu. Onlara qarşı cəmiyyətdə də münasibət birmənalı deyil. Sizcə, sülhməramlılar vəzifələrini necə yerinə yetirirlər?
- Onlar hakimiyyətdə olanlar üçün sülhməramlılardır. Münaqişəni nizamlamaq üçün bu günə kimi hansı addımları atıblar? Gələn kimi qaçıb gedən erməniləri, terrorçuları qaytarmağa başlayıblar. Onlara status veriblər. Muradov buradan razılaşma ilə dəyişdirdiyi adamları Xankəndidə baş terrorçuya təhvil verir. Axı Qarabağdakı ermənilər tərəf ola bilməz. Biz əslində Rusiya ilə müharibə aparırdıq. Sadəcə, erməni komandirlər var idi. 10 noyabr bəyanatı da Azərbaycanın əleyhinə idi. Biz ilk gündən bunu dedik. Üstündən 9 ay keçəndən sonra İlham Əliyev bunu diplomatik formada dedi. Görürsünüz də hər hansı görüşlər danışıqlar olandan sonra Qarabağda nələr baş verir, şəhid də olur, atəşkəs də pozulur. Bunlar o sülhməramlıların rəhbərliyi, planları ilə olur.
Müdafiə Nazirliyinin dili silah, avtomat dilidir. Əslində Müdafiə Nazirliyinin də adı dəyişdirilib Hərbi Nazirlik olmalıdır. Sənin konkret sərhədin var və həmin sərhədi də qorumalısan. Azərbaycan əsgəri Xankəndidə idi, nazirin nə ixtiyari var idi ki, onu əmr verib oradan çıxartsın. Əsgərimizi şəhid edən məkan darmadağın edilməlidir. Deputat deyir ki, bir şəhid olan əsgərimizin əvəzinə 10-15 erməni öldürülməlidir. Bunu deputat deməli deyil, Müdafiə Nazirliyi anında etməlidir. Biz elə edə bilərik ki, sülhməramlılar 5 günlük müddətə qalsın, nəinki 5 illiyə. Biz başlanan işi yarımçıq saxladıq.
- Qonşu İranla da bu günlərdə çoxsaylı problemlər yaşayırıq. Rəsmi şəkildə bu dəfələrlə bildirilib. Sizcə, İranın ölkəmizdə casus şəbəkəsi varmı?
- İranla bağlı hökumətin bir sıra addımları oldu. Avqust ayında XİN İrana nota verdi. Ancaq səhəri gün qonşu və dost ifadələri işləndi. İran nə qonşudur, nə dost. 30 ildir biz bunu deyirdik, indi də sağ olsun, hökumətimiz deyir. Bir azdan isə hamı susacaq.
İranın casus şəbəkəsinin bu qədər çox olmasının səbəbi Azərbaycan hakimiyyətinin yanlış siyasətidir. Bizim keçmiş MTN nazirimiz DİN sistemindən gəlmiş, işini bilməyən, dövlətçilikdən xəbəri olmayan, anti-Azərbaycan mövqeyində olan bir adam idi. O, təhlükəsizlik orqanını darmadağın etdi. İranın casus şəbəkəsi niyə bu münbit şəraitdən istifadə etməsin?! Bu şəbəkə məktəblərimizə, dinimizə, siyasətimizə də sızdı. Azərbaycanda elə siyasətçilər var ki, bütövlükdən danışanda adamın dəngəsi pozulur, özünü itirir. Bu şəbəkə o qədər güclənib ki, indi hakimiyyət bunun çarəsini axtarır. Azərbaycan teleməkanı İran casusları ilə doludur. Mən bunu bütün məsuliyyətimlə ilk dəfədir sizə deyirəm. Mədəniyyət kanalında da, Yazıçılar Birliyində də bu şəbəkənin adamları var. Şəbəkəni məhv etmək üçün tarixi öyrənmək lazımdır.
- Sözügedən casus şəbəkəsindən sifariş əsasında hansısa təxribat gözləmək olarmı?
- Hər şeyə hazır olmaq lazımdır, təxribatlar da ola bilər. Amma millətini, dövlətini düşünən təbii ki, bunu etməz. Bunun qarşısını almaq üçün hər birimiz əsgər olmalıyıq. Siyasi sayıqlıq da lazımdır. Beyni yuyulmuş insanlar da var. Bunun qarşısını ala bilərik, bu istəyi də Azərbaycan hakimiyyəti ifadə edib.
- İranın ali dini lideri Xameneinin Azərbaycandakı nümayəndəsi Ocaqnecat ölkəmizdə 30 ildir eyni posta rəhbərlik edir, İranın siyasətini burada həyata keçirib. Daha sonra İran səfirliyi bir aydan çoxdur onun Azərbaycanda olmadığını, İrana döndüyünü açıqladı. Sizcə, o, bu baş verənlərdən əvvəlcədən xəbərdar ola bilərdimi?
- Ocaqnecat Azərbaycana gəldi. Onun fəaliyyəti zamanı dəfələrlə hakimiyyətin qarşısında konkret faktlarla məsələ qaldırmışıq. Bu adamlar “Xomeyni İmdad Xeyriyyə cəmiyyəti” adı ilə bir çox şeylər etdilər. Şəhid ailələrinin övladlarına toy etdilər. Ocaqnecatın rəhbərliyi ilə şəhid qızlarını gəlin köçürdülər. Casus şəbəkəsi insanların qəlbinə bu cür sızdı, qazi ailələrinə, şəhid ailələrinə dəstək verdilər. Ona görə dedim ki, bu ailələrə dövlət sahib durmalıdır. Cehizlərin verilməsi kampaniyasını dövlətin televiziyası olan AzTV reklam etdi. Bu yolla şəbəkə genişlənməyə başladı.
Ocaqnecat bura gələndə kiçik zabit idi, yəqin buradan gedəndə də general idi. Onun və onun kimilərin əlini öpən dindarlarımız var idi. Bunların hamısı bu hökumətin gözünün qabağında baş verib. Dövlət strukturları aldığı maaşa, oturduğu yerə görə cavab verməlidir. Onu Şuşaya apardılar. Arxasında namaz qıldılar. Biz etiraz etdik, daha sonra tez şəkilləri saytdan yığışdırdılar. Bütün bunların hamısı Azərbaycan hökumətinin gözünün qabağında baş vermir? Hüquq- mühafizə orqanları bu məsələni araşdırıb vətəndaşa məlumat verməlidir, vətəndaş da arxayın olmalıdır ki, onun dedikləri yerinə yetirildi, yaxud təhlükəsizliyimiz artıq təmin olunub. Bunlar bir dəfə papaq etsələr, minlərlə adamı küçələrə çıxararlar. Bunun qarşısı vaxtında alınmalı idi.
- Məlumdur ki, ötən həftə işığın və qazın qiymətində artım baş verib. Siz bu barədə nə düşünürsünüz?
- İşığın və qazın qiymətinin artmasında məntiq yoxdur deyə, onun şərhi də çox çətindir. Azərbaycanda sosial problemlərlə bağlı xüsusi bir hal var. Hökumət müharibədən uğurla çıxdığını deyir. Uğurların nəticəsi olaraq qiymətlər endirilməli idi. Sosial problemi yanlış siyasətin özü yaradır. Sanki hökumətdə bir qara əl var və bilə-bilə bunu edir, insanların səbri ilə oynayırlar. Vətəndaşı hansısa qurumun əsaslandırması yox, onun yaşayışı maraqlandırır. Bu əsaslandırma onun gündəlik təlabatını ödəmir, qarnını doyuzdurmur.
- Adətən elə kommunal xidmətlərin qiymət artımından sonra digər məhsulların, əsasən də ərzaqların qiyməti avtomatik qalxır...
- Elə ərzaqlar var ki, onların qiyməti işığın, qazın qiymətindən əvvəl qalxır. Bəzi hallarda qiymətlər bir neçə dəfə qalxıb. Bir müddət əvvəl də yanacağın və enerji daşıyıcılarının qiyməti artmışdı. İndi işıq və qazın qiymətinin artımından sonra deyirlər ki, əmək haqları, pensiyalar, təqaüdlər yanvarın 1-dən artırılacaq.
Başa düşmədim, yanvarın 1-nə kimi insanlar 2 ay yarım yaşamayacaqlar? Əvvəlcə, maaşlar qalxmalı idi. Yanvardan sonra maaşların qaldırılması da bu məsələləri kompensasiya edə bilməz. Çünki o vaxta qədər də qiymətlərin qalxmasından sığortalanmamışıq.
- Bir partiya sədri həmkarınız Tahir Kərimli bu günlərdə parlamentdə çıxışında qeyd etdi ki, Tarif Şurasının ünvanına nə deyirsə, əksini edirlər. Elə üstündən bir neçə gün keçəndən sonra işıq və qazın qiymətində artımlar oldu.
- Reallıq nədirsə Tahir bəy onu deyib. Tahir bəy nə deyibsə, deməli, ona da baxıb nəticə çıxarıblar. İstəməyiblər ki, o yalançı çıxsın və ardıyca növbəti addımı atıblar.
- Bu məqamda siyasi partiyalar nə etməlidirlər? Bir araya toplaşıb təkliflərinizi hökumətin diqqətinə çatdıra biləcəksiniz?
- Bu forma əvvəllər var idi, siyasi partiyalar bir yerə yığışıb məsələləri müzakirə edirdi. Ancaq indi bir partiyanın strukturu, diqqəti yoxdursa, nəyi onun diqqətinə çatdıraq? Onlar özləri də bunu yaşayıb görürlər.
- Bu günlərdə siz də şəhidlərin il mərasimində iştirak edirsiniz, qazilərlə görüşürsünüz. Həmin görüşlərdə ailələr daha çox hansı məsələləri qaldırır?
- Bizim hökumətimiz dövlətimizi tanımır. Məmur məvacib aldığı dövləti tanımır. Tanısa, özünün məvacib aldığı dövlətin dilində danışar. Dostun, düşmənin dilini bilirik, amma dövlətin dilini bilmirik. Dövlət özü şəhid ailəsinə, qazisinə sahib durmalıdır. Şəhidlər, qazilər medianın, ayrı-ayrı şəxslərin ümidinə qalmalı deyil. Bir də görürsən ki, hansısa qazi özünə sponsor tapdı və sonra gedib müalicə olundu. Ancaq bunu dövlət təmin etməlidir ki, qazinin sorağı qul bazarından gəlməsin. Axı o Vətəni qoruyub. 1 il qabaq onlarla necə fəxr edirdik. Bir qrup adamlar var ki, onlar həqiqətən də tam dövlət təminatı ilə əhatə olunublar. Amma bu yüzlərlə ailədir, minlərlə deyil.
- 18 Oktyabr Müstəqillik Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü adlandırıldı. Dövlət başçısı Füzuliyə səfəri zamanı çıxışında bildirdi ki, Azərbaycan digər MDB ölkələrindən gec olaraq müstəqilliyini bərpa edib, buna görə də həmin günü təmtəraqlı qeyd etməyə ehtiyac yoxdur. Sizin bu fikirlərə münasibətiniz necədir?
- Əvvəla qeyd edim ki, bu bayrama ikili münasibət var idi. İndi də münasibət üç oldu. 2006-cı ilə qədər rəsmi dövlət səviyyəsində qeyd olunurdu, qeyri-iş günü idi. Sonra bunu dəyişdirdilər. İndi də adını dəyişdirdilər. Cümhuriyyət adından qorxmaq lazım deyil. Gün gələcək, bu da bərpa olunacaq. İkincisi, Prezidentin fikirləri ilə qətiyyən razı deyiləm. 18 Oktyabrla bağlı bildirim ki, o zaman 43 nəfərdən biri də Heydər Əliyev idi. 43 millət vəkili SSRİ-nin saxlanılması ilə bağlı keçiriləcək referenduma etiraz edib. Bu, 1991-ci ilin martında baş verib. Hamı çalışırdı ki, referendum keçirib SSRİ-ni saxlasın. 43 istiqlalçı deputatdan biri də mən olmuşam. Mən orada səs verən dəqiqələrdə oğlumu şəhid ediblər, qətlə yetiriblər. 18 Oktyabra qədər bizim 30 avqust tarixli İstiqlal bəyannaməmiz var idi.
Bizə minnətdar olmaq lazım deyil, borcumuzu yerinə yetirmişik. Biz nə üçün səfərlərə gedirik? 44 günlük müharibədə dövlətimizlə bir yerdə olduğumuzu göstərməkdən ötrü bunu edirik. Bu məsələdə iqtidarla bərabər olduğumuzu görüb düşmənlərimiz dərsini alsın. Bütün bunlardan sonra da bu cür qiymət vermək doğru yanaşma deyil.
- Son günlər qadınlara qarşı fiziki zorakılıq və onların qətlə yetirilməsi halı çoxalıb. Sizcə, bu məsələdə dövlət orqanlarının fəaliyyəti qaneedicidirmi?
- Qadın zorakılığı diqqət mərkəzindədir. Bu məsələ neqativ olan məsələdir. Məsələn, uşaqlara öyrədirlər ki, yalan danışmaq olmaz. Ancaq uşaq evə gəlir və görür ki, atası yalan danışır, o da başlayır yalan danışmağa. Qadına qarşı zorakılıq bütün hallarda məqbul sayılmayıb. Bizim cəmiyyətimiz üçün isə xüsusilə bu yad olmalıdır. Azərbaycan Xalq Cümhuriyyəti qadınlara bərabər hüquq verib. Avropanın bəzi ölkələrində bu yeni olsa da, bizdə 103 ildir ki var. Qədim türk törələrində də qadınların hüquqları qorunub. Döyüşüblər, at belində çapıblar. Ola bilər ki bu gün zorakılığın artması əvvəl toxunduğum sosial vəziyyət, ölkədəki mühitin insanları qane etməməsi ilə bağlıdır. Durduğu yerdə insan niyə belə bir psixoloji duruma düşsün? Necə olur ki, valideynlərin, ailə böyüklərinin iştirakı ilə məclislər qurulur, dost-tanış yığılır, cütlüklər sevib sevilirlər, ancaq sonradan necə olur ki, hamısının başı xarab olur?! Belə şey olmur axı.
İntiharların çoxu psixoloji durumla, uyuşmazlıqla bağlıdır. Hökumət onun siyasəti və vətəndaş arasında bir uyuşmazlıq var. Məni bir dəfə tanıdığımız gənclər mərkəzdə tədbirə dəvət etmişdilər. İçəri daxil oldum, biri pəncərədə oturub ayaqlarını sallayırdı, biri siqaret çəkir, biri saqqız çeynəyir, biri döşəmədə bardaş qurmuşdu. Mən belə şey görməmişəm, elə bildilər ki, bu vəziyyəti görüb çıxıb gedəcəyəm. Mövzu bəlli idi, danışdım, hər biri özünü yığışdırdı, səfərbər oldular, çıxanda da sağollaşıb çıxdıq.
- Sabiq səfir İsfəndiyar Vahabzadə bu günlərdə bir çıxışında sizi bilgisizlikdə və vəzifə hərisliyində ittiham etdi. Onun ittihamları ilə bağlı nə demək istərdiniz?
- Mən ona cavab vermək istəmirəm. Hesab edirəm ki, o çıxışların ikisini yan-yana qoyub baxsınlar. İki dəqiqəlik çıxışıma 12 dəqiqəlik cavab verib. O, ruhi həyəcan vəziyyətində danışıb. Mən ona belə cavab verirəm. Qurban olsun Bəxtiyar Vahabzadəyə, mən Bəxtiyar Vahabzadəyə ustad demişəm. Ancaq qurbanlıq da bütün əzaları yerində olandan olur. Vəssalam!
Günel Türksoy
Foto-Video: Müzəffər İsmayılov
- Bakıda tarixi qərar verildi
24 noyabr 2024 00:42
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 2024 19:28
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 2024 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 2024 15:51
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 2024 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 2024 13:46
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 2024 12:04
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 2024 11:24
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 2024 16:30
- Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur
22 noyabr 2024 15:21
- Bakıda tarixi qərar verildi
24 noyabr 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 16:30
- Qırğızıstan DTK parlamentin keçmiş spikerini saxladı
22 noyabr 16:07
- Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur
22 noyabr 15:21
- NAR-dan -Sərfəli cümə- təklifi – 50% endirimlə smartfon əldə et!
22 noyabr 15:00
- Məcburi köçkünlərə verilən - çörəkpulu - artırılır?
22 noyabr 14:46
- Kinomuzun KİŞİ ÜZÜ - Anım
22 noyabr 13:34
- Rasim Balayevin səhhəti necədir?
22 noyabr 13:22
- Sahil Babayev Aqrar Tədqiqatlar Mərkəzinin sabiq direktoruna vəzifə verdi
22 noyabr 13:16
- Azad Rəhimovun oğlu istintaqa elə şeylər dedi ki... - 400 minlik yeyinti
22 noyabr 13:08