“İran sanki SSRİ-nin varisidir”

Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev
“İranın Azərbaycana qarşı son aylardakı ritorikası hər kəsə aydındır, rəsmi Tehran açıq-aşkar ölkəmizə qarşı heç bir əndazəyə sığmayan hərəkətlər edir, ikiüzlü siyasət yürüdərək sözdə özünün Azərbaycanla dost olduğunu deyir, əməli ilə qonşu kimi deyil, düşmən kimi davranır”.
“Prezident İlham Əliyev həmişə deyir ki, bizim bütün qonşulara xoş və dost münasibətimiz var, İrana qarşı münasibəti də hər zaman yaxın dostluq və qonşuluq prinsiplərinə əsaslanıb, qonşusuna zərər dəyməsin deyə sinəsini qabağa verib. 2005-ci ildə Yaxın Şərqdə “rəngli inqilab”lar zamanı Azərbaycan Prezidenti İlham Əliyev Qərbin İrana qarşı təzyiq və hücum planında Azərbaycanın yer almasına qəti şəkildə narazılıq edərək öz siyasi iradəsini ortaya qoydu. Əvəzində nə gördük və görürük?
İran Azərbaycanın öz ərazisindən işğal vaxtı özünə qarşı istifadə etdi, Ermənistana silah verdi, yanacaq və ərzaq payladı, Azərbaycan Ordusunun üzərinə göndərdi. 30 il Azərbaycan torpaqlarını İran şirkətləri altını-üstünə çeviriblər, Qarabağda şumladılar, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdamda minlərlə evin darvazası, pəncərəsi, qapısı, evlərin damı İran tərəfindən sökülüb aparılıb.
İranın Qarabağ üzərindən həyata keçirdiyi pulyuma əməliyyatlarından milyonlarla dollar qazanıb. İranın 25-dən artıq bankının, 400-dən çox şirkətinin Xankəndi üzərindən çirkli pulların yuyulması əməliyyatları həyata keçirib. İndi əməllərinin qarşısı alınıb. Bütün bunlar onlara ağır təsir edir.
İran İslam ölkəsi olmasını bayraq edir, ancaq müsəlmanların əziz dininin müqəddəs ənənələrinə xilaf çıxır. İslam barış və sülh dinidir, bəşəriyyət sülh və dostluğu, qardaşlığı İslamdan əxz edir, İranın din xadimləri, ayətullahları isə müsəlmanlığın ruhuna zidd olan müharibə və terrora çağırışlar ideologiyası yayırlar, müxtəlif radikal dini qruplaşmaları qızışdıraraq regionda kin və nifrət toxumu səpirlər. Sülh istəyən erməni xalqının arzu və iradəsinin əksinə gedərək bu zavallı xalqı da rahat yaşamağa qoymur. Ermənistan öz hava yollarını Azərbaycanın üzünə açır, İran isə qapadır.
İran ermənidən daha çox ermənilik edir, özünü Ermənistanın sahibi sayır, erməni faşizmini bəsləyir.
Azərbaycan bütün qonşuları əl-ələ verərək bölgədə yeni dostluq körpüsü qurmağa çalışır, dünyanın ən nəhəng ölkələrindən biri olan və keçmiş SSRİ-nin varisi Rusiya Azərbaycanı ən yaxın dostu hesab edərək daha yaxın əlaqələr qurur, xoşniyyətli davranır, bölgədə yaşayan xalqları barışdırmağa çalışır, Tehran isə özünü Rusiyadan böyük hesab edir, sanki SSRİ-nin varisi kimi Cənubi Qafqaz ölkələrini müstəmləkəsi sayır, öz məntiqsiz şərtlərini qəbul etdirməyə çalışır. Xəzər dənizinin bölünməsinə dair yekun sazişin imzalanmasına mane olduğu kimi indi də yol və kommunikasiyaların açılmasına əngəl törədir, bölgənin sabitliyini, xoşbəxt gələcəyini gözü götürməyəcək qədər pis və qaraniyyətli simasını göstərir.
İranın İrəvandakı səfiri özünü Ermənistanın müdafiə və xarici işlər naziri kimi aparır, Azərbaycanla sərhədə gəlir və demarkasiya işlərinə qarışır. Hansı ölkənin səfiri təmsil olunduğu dövlətin münaqişə şəraitində olduğu digər ölkənin səngərində binoklla baxaraq “sərhəd xətti çəkir”, təhdidedici hərəkətlər edir.
İran başqa ölkələrin dövlətin müstəqilliyinə hörmət etmək istəmir. Azərbaycan torpaqlarını sanki özünün çirkin planları üçün poliqon hesab edir. Ancaq anlamır ki, başqasına hörmət etməyənə ən layiqli cavab verilir və veriləcək də. Cənab Prezident İlham Əliyevin bəyan etdiyi kimi biz canımızdan keçərik, müstəqilliyimizdən yox.
Azərbaycan Prezidenti MDB Hökumət Başçılarının samitində qeyd etdi ki, Ermənistan məhz İranla əlbir olub işğal altında olan ərazilərdə narkotika satışı həyata keçirib, terrorçu dəstələrin yetişməsində rol oynayıb.
Bildirdi ki, Qarabağ uzun illər narkotrafik marşrutu olmaqla İran üçün münbit qazanc yerinə çevrilmişdi. “Bu, o deməkdir ki, təqribən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib”. Yeri gəlmişkən, ABŞ Dövlət Departamentinin 2016-cı ildə beynəlxalq narkotika tranzitləri ilə bağlı hesabatında Azərbaycanın işğal altındakı ərazilərinin də adı yer almışdı və bu, bir daha İranın beynəlxalq narkomafiya şəbəkəsinin ən fəal üzvü olmasını təsdiqləyir.
Azərbaycan İranla sərhədin 130 kilometrlik hissəsində nəzarəti ötən bir ildə bərpa etdikdən sonra Tehranın Avropaya narkotrafik marşrutu qapısını da bağlayıb.
Prezident İlham Əliyevin “işğal olunmuş ərazilərdə beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilir” mesajı da İranın Yaxın Şərqdəki terror qruplarını Qarabağa gətirərək ermənilərə təlim keçməsinə, silah verməsinə və Azərbaycan əsgərinə qarşı vuruşmasına işarədir. Azərbaycan Prezidentinin bu mesajları həm də İranın mahiyyətini və xislətini ifşa etməkdir.
Cənab Prezident Cəbrayılda çox açıq bir bəyanat verdi, “Biz canımızdan keçərik, ərazi bütövlüyümüzdən, müstəqilliyimizdən yox”. Ona görə də heç kim Azərbaycanın ərazi və torpaq bütövlüyünə qarşı çirkin oyunlar oynaya bilməz.
Ali Baş Komandan bir mesaj da verdi, bizə regionda “Dördlük platforma”sı kifayət edir, yəni Rusiya, Azərbaycan, Türkiyə və Ermənistandan ibarət əməkdaşlıq formatı daha məqbuldur. İranın regional paltformada təmsil olunması bizə heç lazım da deyil.
Və İranın 13-cü hökuməti, Prezident İbrahim Rəisi Azərbaycanın dövlət başçısının bu bəyanatlarından nəticə çıxarmalıdır. İranda 13 nəhs rəqəm hesab edilir, düşər-düşməzi ola bilər. Tehran simvolik də olsa bu rəqəmin siyasi anlamını da düşünməlidir”.
- Prezident Pezeşkianla danışdı
31 mart 2025 15:23
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 2025 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 2025 22:45
- Ərdoğan Pezeşkianla DANIŞDI - Mühüm məsələlər MÜZAKİRƏ OLUNDU
29 mart 2025 19:50
- Türkün qanının su yerinə axdığı çay
28 mart 2025 15:24
- Pezeşkian Urmiya gölünə getdi
26 mart 2025 17:24
- Yararsız və bahalı: Ən pis diş pastaları BƏLLİ OLDU- ONLARI ENDİRİMLƏ DƏ ALMAYIN
26 mart 2025 15:14
- 80 ildən çox ərinin qayıtmasını gözləyirdi - ÖLDÜ
25 mart 2025 01:35
- Ermənistanda 13 gizli ABŞ biolaboratoriyası var - Türkiyə mediasından ŞOK ARAŞDIRMA
24 mart 2025 19:22
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45