- Türkiyədən 8 nəfərlik heyət Bakıdadır: Qazaxıstandakı təyyarə qəzasını araşdıracaqlar
- Qəzadan öncə qaydaları pozub başqa oturacağa keçmişdim
- Milli Məclisin deputatları tətilə çıxır
- Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni direktoru - Səkinə Sadıxova
- Məhərrəm Ömrümovun şirkətində bədbəxt hadisə: Usta yıxıldı, vəzifəli şəxs ittiham edildi
Sabah həyat daha çətin olacaq, ən əsası da işsizlər üçün...
Azərbaycanda benzin, mavi yanacaq, elektrik enerjisi və diğər kommunal xidmət qiymətlərinin artımı ilə bağlı əhali və rəsmi şəxslər arasında müxtəlif fikirlər səslənməkdədir. Əhali narahatdır...
Dövlətin ətəyindən bərk-bərk yapışan şəxslər, aidiyyatı qurumların rəhbərləri qiymət artımını müdafiə etməkdən yorulmur, əsaslandırmağa çalışırlar. Təbii ki, bu şəxslərin işi həm də budur, olduqları hakimiyyəti, onun addımlarını dəstəkləməli, müdafiə etməlidirlər. Bəlkə belə olmalı deyil, amma bizdə belədir, buna öyrəşmişik.
Çox hallarda baş verənlərə millət vəkillərinin, xəbər portallarının və bəzi müstəqil ekspertlərin açıq müdafiə mövqeyində, hətta əsaslandıra bilmək üçün savadları çatmadığı mövzularda görünməsi daha iyrənc mənzərə yaradır.
Təsəvvür edin xalqın, millətin seçdiyi (?), onun sözünü deməli olan, müdafiəsində dayanmalı olan (?) millət vəkili iqtidarın ən qatı müdafiəçisinə rəhmət oxutdurur. Yaxud müstəqil mətbuat dediyiniz portallarda, agentliklərdə qiymət artımını elə urvatsız adamların dili ilə biabırçı formada müdafiə edirlər ki, adam söz tapmır.
Hər şey ortada, göz qabağındadır.
İki gün əvvəl Tarif Şurasının mavi yanacağın, elektrik enerjisinin qiymətini qaldırması xəbərindən dərhal sonra mətbuatdakı vəziyyətə adamın yazığı gəlirdi. Dayanmadan açıqlamalar, şişirdilmiş fikirlər, pafoslu rəqəmlər və sairə...
Bu, lazımdırmı?
Ümumiyyətlə, qiymət artımının müdafiə olunmasına hansı lüzum var?
Bir neçə dəqiqə içərisində qiymət artımını əsaslandırmaq üçün millət vəkillərini danışdırmaq, aktyordan mövqey öyrənmək, müğənnini iqtisadçıya çevirmək kimə lazımdır? Məsələ burasındadır ki, açıqlamaların hər biri fərqli və daha biabırçı formadadır. Daha ciddi arqumentlərlə əsaslandırmaq, müdafiə etmək əvəzinə daha ciddi sualları ortaya çıxaran fikirlər səslənir. İnanın onları nə oxuyan var, nə qulaq asan, nə də inanan.
Dövlət hesab edir ki, qiymət artımının həyata keçirilməsi üçün konkret səbəblər var və bu səbəblərdən irəli gələrək qiymət artımı lazım bilinib. Bu qədər sadə və bəsit. Zatən ölkədə ciddi, sözünün, mövqeyinin kəsəri olmayan müxalifət yoxdur. Xalq da bir neçə gün danışacaq və yolrulacaq. Bunun üçün əlavə müdafiə hücumlarına, bezdirici mövqelərə nə ehtiyac var?
İqtisadiyyatın "i"sindən xəbəri olmayan adam nə danışa bilər? Onu niyə məcbur edirlər ki, mütləq danışmalısan?
Daha bir məsələ ölkə prezidenti İlham Əliyevin 2022-ci ilin büdcəsində sosial yardımların, əmək haqqlarının artılması ilə bağlı təkliflərin hazırlanması barədə sərəncamıdır. Bu sərəncamdan irəli gələn şərhləri oxuduqca adam az qalır özünü assın. Bu qədər irəli getməyə nə lüzum var?
Hələ heç bir ekspert, dövlət qurumu, heç İqtisadiyyat naziri Mikayıl Cabbarov belə artımın nə qədər olacağını, bunun xalqa hansı formada fayda verib-verməyəcəyini bilmir. İndidən bu sərəncamdan irəli gələcək uğurlu addımları sadalamaqla özlərini daha bərbad hala düşürürlər.
Sən adını yaza bilməyən, özünə politoloq, iqtisadçı deyən şəxs hardan bilirsən ki, sabah bu ölkədə çörək 1 manata olmayacaq, dünya bazarında nə, necə dəyişəcək? Havaya qaz püskürməklə bu işlər bitməz.
Hər sayt özü üçün 3-5 deputat, bir-iki iqtisadçı fason adam tapıb nə gəldi açıqlama alıb pülədir. Əsas məsələ odur ki, bu adamlar desin ki, prezidentin sərəncamı alqışlanmalıdır, döğru addımdır, xalq üçün atılan addımdır. Axı hələ bilmirik sərəncamdan irəli nə gələcək? Əcəba, siz bunu deməsəz xalq görmür ki, prezident xalq üçün hansı addımı atır?
Xalq prezidenti də yaxşı görür, ağzına gələni danışan deputatı da, eksperti də. Belə açıqlamalar əksinə xalqda qıcıq, ağıllı adamlarda, bu sahəni bilən peşəkarlarda əlavə suallar yaradır və daha böyük müzakirələr üçün suallar ortaya qoyur.
Deputatların 95 faizi qiymət artımını inkişafla əsaslandırır. Qiymət artımını inkişafla əsaslandıranlar iqtisadiyyatdan xəbəri olmayanlardır. Avropa dövlətlərində 5 min dollar əmək haqqı alan vətəndaş çörəyi 20 dollara almır, nə də kominal xərcə 1000 dollar ödəmir. Normal əməkhaqqı, yaşayış minimumu olan ölkələrdə kommunal qiymətlərin qalxması problemlər yaratmır, əksinə vətəndaş normal yaşadığını qəbul edir.
Bu gün ağızdolusu danışan şəxslərin, məmurların hansıdan soruşsan ki, ayda qaza nə qədər pul xərcləyirsən, ümumiyyətlə, qazın 1 kubm-nin qiyməti nə qədərdir, bilməyəcək. İnanın səmimiyyətimə bilmirlər. Onlar üçün o qəpik quruşdur və nə qədər qaz pulu ödədikləri maraqlı deyil. Gedin ani sual verin görün hansı deputat bu ölkədə qazın, suyun, işığın qiymətini bilir. 95 faiz məmur ölkədə bu qiymətlərdən xəbəri yoxdur.
Dövlətin məlum qiymət siyasətinin başında İqtisadiyyat naziri Mikayıl Cabbarov dayanır və daha dotasiya ilə işləmək mexanizmi aradan qaldırılır. Bu yaxınlarda ölkə rəhbəri SOCAR, AZAL və dotasiya ilə işləyən diğər qurumların rəhbərlərinə irad tutmuşdu. Ardından Mikayıl Cabbarov SOCAR-ın Müşahidə Şurasının sədri təyin olundu.
Dotasiya yoxdursa, deməli tənzimləmək üçün qiymət artımına getmək lazımdır ki, çıxış yolu kimi bunu görürlər. 2022-ci ildən əmək haqqları və sosial yardımların artımı ilə bağlı sərəncam və hələlik bizə göstərilən balanslaşdırımış bir forma.
Amma bu siyasət vətəndaşa yeni perespektiv vəd edirmi? Yəni, vətəndaş nə alacaq, nə verəcək? Vətəndaş üçün yaşayış modeli dəyişəcəkmi?
Bir neçə misal çəkməklə bunun təxmini sxemini yaratmaq olar. Əgər mavi yanacağın, benzinin, elektrik enerjisinin qiyməti qalxırsa, sistemli olaraq diğər məhsulların da qiyməti qalxacaq (kələm 1.80 manat, pomidor 3-4 manat) və bu labüddür.
Bu gün "iqtisadçı"lar, "deputat"lar əsaslandırmağa çalışır ki, qiymət artımları gələcəkdə qaldırılması planlaşdırılan əmək haqqları və diğər yardımlar üzündən vətəndaşın yaşamasına təsir etməyəcək. Yəni vətəndaş işıq, su, qaz pulunu yenə əvvəlki kimi ödəyəcək, çörək, kartof, yağ, makaron, soğan və sairə ala biləcək. Yəni aldım qoz, satdım qoz. Qaldırılmış maaşla da eyni işləri görə biləcək.
Axı vətəndaş ancaq gündəlik tələbatının ödənilməsi üçün işləməlidirmi? Əmək haqqı qaldırılır ki, vətəndaş qaz, su, işıq pulunu rahat ödəyə bilsin, yerdə qalanına da çörək, kartof, yağ alıb yesin? Əmək haqqı buna görəmi qaldırılır? Bu dünya modeli ilə ayaqlaşmaqdırmı? Budurmu bizim inkişafımız? Ac qalmayaq, yeməyə çörəyimiz olsun, vəssalam? Sabah bütün dünyaya bəyan edək ki, ölkəmizdə orta aylıq əmək haqqı 500 manatdır. Rəqəmlər göstərək, bəh-bəhlə hamı başlasın əmək haqqından danışmağa? Kartofla nə gözəl günlər, nə gözəl həyat. Çörəklə gələcəyə doğru və nələr nələr?
Yaxşı bəs işsiz, əmək haqqı, sosial yardım almayan vətəndaş nə edəcək? Bu gün qazın, işığın pulunu verə bilməyən vətəndaş (biri mən özüm) sabah bahalaşan kartofu, soğanı, unu necə alıb yeyəcək?
Amma və lakin biz dünya standartları ilə ayaqlaşmalıyıq.
Kartof 2 manata olacaqsa olsun, kasıb alıb yeyə bilməyəcəksə almasın, yeməsin, amma əvəzində dünya bizim kağız üzərindəki rəqəmlərimizə baxsın? Yaxşı yuxuya oxşayır.
Sabah həyat daha çətin olacaq, ən əsası da işsizlər üçün...
Bizimxeber.az
Ədil Hüseynli
- Qəzadan öncə qaydaları pozub başqa oturacağa keçmişdim
28 dekabr 2024 13:06
- Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni direktoru - Səkinə Sadıxova
27 dekabr 2024 19:31
- Hökümə xanımla axıra kimi danışdıq...Göümü açdım AKTAU - Video
27 dekabr 2024 18:27
- Hərbi xidmətə çağırış yaşı 30-a endirildi
27 dekabr 2024 12:05
- Ter-Petrosyandan Köçəryana güllə kimi cavab
26 dekabr 2024 14:21
- Özünü təqsirli bilməsə də, 400 min manat ödəyib
25 dekabr 2024 20:46
- Ot öz kökü üstündə bitməyəndə... -Puşkin və Tolstoyun nəvələri Hitlərin əsgəri olublar
25 dekabr 2024 15:32
- 2024 bizim üçün böyük dəyişikliklər ili kimi yadda qaldı - Bakcell-in baş icraçı direktoru
25 dekabr 2024 13:56
- Qazaxıstan: Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub (YENİLƏNİB/VİDEO)
25 dekabr 2024 12:12
- Türk Dövlətləri Təşkilatında Turan xəritəsi qərarı
25 dekabr 2024 11:26
- Veysəloğlu - dan saxta məlumatla bağlı rəsmi açıqlama
28 dekabr 14:56
- Türkiyədən 8 nəfərlik heyət Bakıdadır: Qazaxıstandakı təyyarə qəzasını araşdıracaqlar
28 dekabr 13:48
- Qəzadan öncə qaydaları pozub başqa oturacağa keçmişdim
28 dekabr 13:06
- İlham Əliyev xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış oldu (FOTO)
28 dekabr 11:29
- Milli Məclisin deputatları tətilə çıxır
27 dekabr 21:42
- Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni direktoru - Səkinə Sadıxova
27 dekabr 19:31
- Hökümə xanımla axıra kimi danışdıq...Göümü açdım AKTAU - Video
27 dekabr 18:27
- Məhərrəm Ömrümovun şirkətində bədbəxt hadisə: Usta yıxıldı, vəzifəli şəxs ittiham edildi
27 dekabr 15:28
- Kadırovun təklifindən Bakı imtina etdi - TƏCİLİ
27 dekabr 14:00
- Hərbi xidmətə çağırış yaşı 30-a endirildi
27 dekabr 12:05
- Hökümənin SON MESAJI üzə çıxdı: Yazdığını TEZ SİLİB, bir bundan başqa - VİDEO
27 dekabr 11:43
- Üzünü tam örtən qadınlar 20 MİN cərimələnəcək
26 dekabr 18:06
- 13 yaşlı məktəbli də qəzada həlak olub - Foto
26 dekabr 16:00
- DGK Xəlil Göyüşovun qalmaqallı şirkətini nədə ittiham edir?
26 dekabr 15:11
- Ter-Petrosyandan Köçəryana güllə kimi cavab
26 dekabr 14:21
- Qəzada həlak olan Hökümənin anası DANIŞDI: Həmişə deyirdi ki, mənimlə fəxr edin
26 dekabr 13:36
- MİLLİ MATƏM - Sumqayıtda 105 000 abonent qazsız qalıb
26 dekabr 12:59
- Nazirlik 19 milyonluq təlim xidməti alır - Qalib şirkətin sahibi kimdir?
25 dekabr 21:54
- Özünü təqsirli bilməsə də, 400 min manat ödəyib
25 dekabr 20:46
- Təyyarə qəzasında xəsarət alanların siyahısı açıqlanıb
25 dekabr 18:38
- Eks-Deputat öldü
25 dekabr 18:17
- SON DƏQİQƏ: Azərbaycanda matəm ELAN OLUNDU
25 dekabr 16:01
- Ot öz kökü üstündə bitməyəndə... -Puşkin və Tolstoyun nəvələri Hitlərin əsgəri olublar
25 dekabr 15:32
- İlham Əliyevin təyyarəsi Bakıya eniş etdi
25 dekabr 14:40
- Mehriban Əliyeva başsağlığı verdi
25 dekabr 14:05
- 2024 bizim üçün böyük dəyişikliklər ili kimi yadda qaldı - Bakcell-in baş icraçı direktoru
25 dekabr 13:56
- Qazaxıstan: Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub (YENİLƏNİB/VİDEO)
25 dekabr 12:12
- Türk Dövlətləri Təşkilatında Turan xəritəsi qərarı
25 dekabr 11:26
- Pişiyə görə ərini məhkəməyə verdi
24 dekabr 23:55
- Prezidentin ad günündə ailə FOTOSU
24 dekabr 21:51