“İnsanların ürəyindən keçsə, mənə münasibət dəyişə bilər”
Müsahibə16 oktyabr 2021 11:07
NUH.az yenisabah.az-a istinadın yazıçı Əkrəm Əylisli ilə müsahibəsini təqdim edir:
– Konfliktoloq Tomas de Vaal Sizinlə bağlı məqalə yazıb, xəbəriniz var?
– Ona elektron poçla məktublaşmışdıq, yazmışdım ki, "Uzun illərdir ki, xarici dünyanın çirkinliyindən yeganə qurtuluşum ədəbiyyatdır. Ədəbiyyatda mənim üçün bütün Bakıdan daha çox hava var". Tomas de Vaal da sözlərimi olduğu kimi oxuculara çatdırıb.
O obyektiv baxışlı, beynəlxalq aləmdə tanınmış şəxsdir. Ədəbiyyatla bağlı dediklərimi qeyd etməsi məsələyə həssas yanaşdığının göstəricisidir. Doğurdan da ədəbiyyat elə geniş bir dünyadır ki, onu buraxıb siyasətlə məşğul olmaq mənə çox miskin bir dünyaya köçüb getməktək görünür. Ədəbiyyatın daşını atmaq miskin bir dünyada yaşamaqdır.
Mən heç vaxt siyasətlə məşğul olmamışam. Bəzən məni belə göstəriblər, halbuki belə deyil və hətta sıradan bir fikirlərimi belə siyasiləşdiriblər. Bu kiməsə sərf edir, yəni aranı qarışdırmaq istəyənlərə hava, su kimi lazım olur. Əslinə qalanda, öz aləmində yaşayan, öz mənəvi yaddaşını unutmayan insan üçün bu, ötüb-keçəndir, onun daxilində yaddaşı, gördüyü dünya qalır. Mənim bütün həyatım uşaqlıq dünyasının işığı ilə doludur. Mən o işıqdan heç vaxt əl çəkəsi deyiləm.
– Bəs hər şeydən uzaq olub, ədəbiyyata sığındığınız, sözün inzivasına çəkildiyiniz müddətdə nələr yazmısınız?
– Son vaxtlar mənim üçün əhəmiyyətli olan bir neçə yazı yazmışam. Hətta onlar balaca kitabça şəklində çap olunub. Mənə elə gəlir ki, son dövrlərdə yazdığım "Metro vaqonunda gün işığı” əvvəl yazdıqlarımdan da güclüdür. Bundan başqa, "Dağlar deyir ki, soyuqdur” povestini qələmə almışam. Bundan başqa, müxtəlif hekayələr yazmışam. "Ölmüş arvadların qayıtmağı” hekayəsi məni silkələyən yazılarımdandır. "Ömür kimi bir gecə” hekayəm və s. ədəbiyyatı təbliğ edən saytlarda dərc olunub. Bir müddət bundan əvvəl Salman Rüşdinin hekayələrindən ibarət "Peyğəmbərin tükü” adlı kitabı çap etdirdim. Bilirsiniz ki, Salman Rüşdi o qədər də sevdiyim yazıçı deyil, amma mənə elə gəldi ki, onun əsərlərini çap edib Azərbaycan oxucusuna çatdırmaq vacibdir.
Çox tərcümələr etmişəm və bu tərcümələrdə əsas məqsədim ondan ibarətdir ki, Azərbaycan oxucusu dünya ədəbiyyatında baş verənlərdən xəbərdar olsun. Ümumiyyətlə, ədəbiyyat geniş dünyadır, mən də belə demək olarsa, oranın pasportunu almışam. Həmişə demişəm ki, mənim ölkəmin paytaxtı Bakıdır, amma qəlbimin paytaxtı Əylisdir. Əylisdə gördüklərim, yaşadıqlarım mənə hələ bundan sonra da kifayət qədər yazmağa mövzu verəcək.
– Qarabağ müharibəsi bitib, işğaldan azad olunan torpaqlarda bərpa prosesi başlayıb, artıq Ermənistanla dinc qonşuluq haqda çağırışlar var. Sizcə, bundan sonra ölkələr arasında qarşılıqlı etimad mühiti necə yaradılmalır?
– Müharibədə əzmlə qələbə qazanmışıq, amma bundan sonra gərək qonşuluq münasibətlərini bərpa etməkdə də böyük fəallıq göstərək. Qonşuluq münasibətləri hər zaman önəmlidir. Qonşuda vəziyyət pis olanda sənin də evində vəziyyət yaxşı olmayacaq. Yəni sən sevinə bilməzsən ki, qonşumda vəziyyət pisdir, bu, sevinməli hal deyil. Ona görə də artıq xalq diplomatiyasından istifadə etmək, xalqları yaxınlaşdırmaq üçün ziyalıları fəallaşdırmaq lazımdır. Bir tərəfdən digərinə, ordan da bura söyüşmək bizi heç də yaxşı yerə gətirib çıxarmayacaq, yalnız gərginlik, insanlar arasında etimadsızlıq yaradacaq. Bütün bunlar qonşular arasında münasibətlərin bərpa olunması üçün normal şərait yaranmasına imkan vermir. Xarici qüvvələr məsələyə qarışanda vəziyyət daha da gərginləşir. İki dövlət başçısı vasitəçi olmadan məsələləri həll etməlir. Ən əsası da bundan sonra necə yaşamalıyıq məsələsini. Müharibə oldu, bitdi, getdi, amma bu şəraitdə bundan sonra nələr edə bilərik, bax bunlar müzakirə edilməlidir. Mənə elə gəlir ki, mətbuatda da ab-havanı dəyişdirmək lazımdır.
Tomas de Vaalın yazılarından da ona görə xoşum gəlir ki, hər zaman obyektiv yazır. O vaxt hadisələrin qızğın vaxtında bir neçə dəfə haqqımda yazmışdı. Bildirmişdi ki, Əkrəm Əylislinin "Daş yuxular”ı millətlər arasında münasibətləri korlamır, əksinə, millətlər arasındakı münasibətləri yaxşılaşdırmağa cəhd göstərir.
- İllər əvvəl sizi Xalq yazıçısı adından məhrum olundunuz. Sizcə, cəmiyyət indi, Qarabağ müharibəsi bitəndən sonra Sizə bəraət verəcək?
- Fikrimcə, o vaxt bu məsələdə bəsit təsəvvürlə yaşayan insanların təbliğatı böyük rol oynamışdı. Digər tərəfdən, bunun obyektiv səbəbləri var idi. Onlardan biri bu idi ki, həmin vaxt Ermənistanla Azərbaycan arasında münasibətlər qısa vaxt içərisində kəskin şəkildə pisləşmişdi. İkinci səbəb Birinci Qarabağ müharibəsindəki inanılmaz və dəhşətli məğlubiyyətimiz idi. Mənə elə gəlir ki, ədəbiyyat, bədii söz öz qüdrəti ilə çox şeyi həll edə bilir. Bədii söz, əgər doğrudursa, mahiyyətcə xeyirxahdırsa, insanların təsəvvürünü dəyişir. İndi müharibə qələbəmizlə bitib, belə dövrdə mənə qarşı olan münasibət müsbət mənada dəyişə bilər. Əlbəttə, insanların ürəyindən keçsə...
Amma haradasa dəyişiklik var, bunu hiss edirəm. O vaxt bu məsələnin uzanması, söz-söhbətlərin çoxalmasına səbəb hava limanında saxlanmağım oldu. 2016-cı ildə mən Venesiyada böyük ədəbiyyat tədbirinə dəvət olunmuşdum, əgər onda mənə qarşı saxta ittiham irəli sürməsəydilər, bəlkə də bu məsələ çoxdan həll olunmuşdu. Amma bu məsələdən hamı xəbər tutdu, xarici mətbuat yazmağa başladı. Fikrimcə, bu, düzgün hərəkət olmadı. Mənə qarşı elə bir ittiham irəli sürdülər ki, heç özləri də ona inanmırdı, inanmaq mümkün deyildi. Gərək bunu etməyəydilər. Hərdən küyə gedib çox şey edirlər. Son vaxtlar Mirzə Ələkbər Sabirin "Çırmanarıq keçməyə çay gəlməmiş, Başlayırıq qızmağa yaygəlməmiş” sözləri tez-tez dilimə düşür. Kişi yaman deyib...
Oxşar xəbərlər
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 2024 17:10
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 2024 11:24
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 2024 16:30
- Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur
22 noyabr 2024 15:21
- Məcburi köçkünlərə verilən - çörəkpulu - artırılır?
22 noyabr 2024 14:46
- Kinomuzun KİŞİ ÜZÜ - Anım
22 noyabr 2024 13:34
- Zaman gələcək gənclərimiz Qərbi Azərbaycan Universitetində də təhsil alacaqlar...
21 noyabr 2024 15:41
- Azərbaycanda bu həkimlər qadınların lüt görüntülərini paylaşır
20 noyabr 2024 21:35
- QƏLƏBƏLƏR, QALİBLƏR PARTİYASI - YENİ AZƏRBAYCAN PARTİYASI
20 noyabr 2024 21:11
- Pezeşkiandan ŞOK QƏRAR - İranın paytaxtı...
20 noyabr 2024 18:46
Xəbər lenti
- Bakıda tarixi qərar verildi
24 noyabr 00:42
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
24 noyabr 00:10
- Qadın 9 UŞAĞA HAMİLƏ qaldı
23 noyabr 23:31
- Korpus komandiri Çingiz Şəfiyev vəfat etdi
23 noyabr 22:51
- Abid Şərifovun şirkətidən əmək haqqı və maddi ziyan edilir
23 noyabr 20:12
- Bakıda taksi Afrikalı qonağı hava limanından 139 MANATA gətirdi - DİN işə qarışdı
23 noyabr 19:57
- Sabiq deputat, keçmiş icra başçısı vəfat etdi - FOTO
23 noyabr 19:47
- Bu agentliyin funksiyaları -Azərenerji- və Azərişığ-a ötürüləcək - FƏRMAN
23 noyabr 19:36
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
23 noyabr 19:28
- Azərbaycanda qadınlar ona görə narkotikə qurşanıb ki... - Sabiq rəis - VİDEO
23 noyabr 19:16
- Hüququ pozulan Azərbaycan qadını Prezidentdən KÖMƏK istəyir
23 noyabr 17:10
- Azərbaycana casusluqda ittiham edilən erməni TÜRKOLOQA 18 il HƏBS..
23 noyabr 15:51
- Elektron siqaret qadağan edildi
23 noyabr 15:25
- Məktəblərdə dərslər bu tarixdən başlayacaq
23 noyabr 15:03
- Nümunə olacaq həkimlərimiz - Aynur Pənahova
23 noyabr 14:05
- Deputat Elşad Musayev: - Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin
23 noyabr 13:46
- Sülh müqaviləsinin ilin sonunadək imzalanması üçün hər şeyi edəcəm
23 noyabr 12:12
- BAKCEL-in təşkilatçılığı ilə Süni İntellektlə Dayanıqlılıq mövzusunda panel müzakirəsi keçirilib
23 noyabr 12:04
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir- Bakıya gətirildi
23 noyabr 11:45
- Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
23 noyabr 11:24
- Paşinyanın arvadı baş nazirliyə hazırlanır - SENSASİON İDDİA
22 noyabr 22:04
- Öncə Ənvər Əliyevə dəstək verən Elçibəy niyə sonradan ....?
22 noyabr 16:30
- Qırğızıstan DTK parlamentin keçmiş spikerini saxladı
22 noyabr 16:07
- Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur
22 noyabr 15:21
- NAR-dan -Sərfəli cümə- təklifi – 50% endirimlə smartfon əldə et!
22 noyabr 15:00
- Məcburi köçkünlərə verilən - çörəkpulu - artırılır?
22 noyabr 14:46
- Kinomuzun KİŞİ ÜZÜ - Anım
22 noyabr 13:34
- Rasim Balayevin səhhəti necədir?
22 noyabr 13:22
- Sahil Babayev Aqrar Tədqiqatlar Mərkəzinin sabiq direktoruna vəzifə verdi
22 noyabr 13:16
- Azad Rəhimovun oğlu istintaqa elə şeylər dedi ki... - 400 minlik yeyinti
22 noyabr 13:08
Video & Fotoqalereya
Video
Fotoqalereya