“Prinsipcə, sakit insanam” - İlham Əliyev

“Prinsip etibarilə mən təmkinli, sakit insanam. Müsahibələrimdə dəfələrlə demişəm ki, hər bir dövlət xadimi, xüsusən dövlətdə birinci şəxs mövqeyini tutan insan emosiyalarını özünün gündəlik vəzifələrindən kənarda saxlamalıdır. Hər bir insanın emosiyaları var və təbii ki, biz onları göstəririk. Lakin görünür, uzun illər ərzində mən özümdə bu emosiyaları üstələməyə imkan verən müəyyən keyfiyyətlər yaratmışam”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Natsionalnaya oborona” (Milli müdafiə) jurnalına verdiyi müsahibədə deyib. Bununla yanaşı, dövlət başçısı ölkənin 44 günlük müharibə zamanı heç vaxt təxribatlara uymadığını da vurğulayıb: “Hərbi əməliyyatlar aparılan dövrdə biz bir dəfə də, provokasiyalara uymadıq. Hətta ermənilər şəhərlərimizi bombalayanda, uşaqlarımızı və qadınlarımızı öldürəndə də biz Ermənistana eyni şəkildə cavab vermədik, biz onların şəhərlərini bombalamadıq. Hərçənd, bizi coşduran emosiyaları başa düşmək olardı. Biz hərbi cinayətlər törətməmişik. Hərbi əməliyyatın elə ilk günündə mən hərbi qulluqçulara çox sərt göstərişlər vermişdim ki, hərbi cinayətlər törətməyi özünə rəva görənlər ciddi cəzalandırılacaqlar. Düşünürəm ki, sizin söylədiyinizi səciyyələndirən mənim dediyim bu amillər və bir də, əlbəttə, özümün haqlı olmağıma inamımdır. Bundan əlavə, bilirsiniz ki, hərbi komandanlıq Prezidentin sakit, təmkinli, özünə inamlı, qələbəyə inamlı olduğunu görəndə, - bu da cəmiyyət üçün və hərbi komandanlıq üçün çox vacibdir, - bu, onları ruhlandırır və onlar da bunu öz tabeliyində olanlara çatdırırlar, bu, sanki hərbi komandanlıqdan başlamış sıravilərə qədər bütün piramidanı əhatə edən elektrik yükü olur. Eyni əhval-ruhiyyə cəmiyyətə də keçir. Üstəlik, hərbi əməliyyatların elə ilk günlərindən biz uzun müddət gözlədiyimiz qələbə sevincini daddıq. Artıq dediyim kimi, elə ilk gün yaşayış məntəqələri azad edildi. Cəmiyyət praktiki olaraq hər gün mənim “Twitter” səhifəmdə yeni məlumatlar, yaxud xalqa müraciətlərimi gözləyirdi. Bir neçə gün bunlar olmayanda fikirləşirdilər ki, görəsən, nə olub? Artıq hamı adət etmişdi ki, biz irəliyə gedirik. Hərçənd, əlbəttə, çoxları başa düşürdü ki, müharibə - gedişi qabaqcadan bilinməyən məsələdir. Ərazinin relyefi, möhkəmləndirilmiş rayonlar, çoxsaylı müdafiə xətləri nəzərə alınmaqla bizim etdiyimiz kimi sürətlə irəliləmək çox çətin idi. Üstəlik, biz bütün əməliyyatları elə planlaşdırırdıq ki, onları minimal itki ilə həyata keçirək. Ona görə, bu da təəccüb doğurur ki, əks-hücum əməliyyatları aparan ölkə daim özlərinin dediyi kimi taktiki geri çəkilməkdə olan ölkə ilə müqayisədə qat-qat az itkiyə məruz qalır. Düşünürəm ki, bu amillərin belə palitrası mənə də, orduya da, xalqa da inam verirdi”.
- Xanlar Vəliyev təqaüdə göndərildi
8 aprel 2025 20:29
- Heydər Əliyev deyirdi, CİNАYƏTKАR cəzаsız qаlаndа, dövlət sаrsılır...
8 aprel 2025 14:26
- Ağdaban faciəsindən 33 il ötür
8 aprel 2025 00:39
- Prezident onların vəzifədə olma yaş həddini artırdı....
7 aprel 2025 23:17
- Prezident İlham Əliyev fərman imzaladı
7 aprel 2025 20:14
- Şavkat Mirziyoyev İlham Əliyevə zəng etdi
5 aprel 2025 20:30
- Ukrayna Rusiyanın başına OD ƏLƏYİR - strateji ZAVODLAR VURULDU, qırğın gedir
5 aprel 2025 15:23
- Ağdərənin Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
5 aprel 2025 13:06
- Bakıda Prezidentin iştirakı ilə iclaslar keçirildi
4 aprel 2025 19:41
- TDT Baş katibi prezident İlham Əliyevi təbrik etdi
3 aprel 2025 16:42
- Azərbaycan Banklar Assosiasiyasının yaranmasının 35 ili münasibətilə TƏBRİK
08 aprel 23:37
- Loğman Klinikası-nın KÜLLİ MİQDАRDА borcu vаr
08 aprel 21:51
- Xanlar Vəliyev təqaüdə göndərildi
08 aprel 20:29
- Vilayət Eyvazov rəislərə tapşırıq verdi - FOTOLAR/VİDEO
08 aprel 19:28
- DTX terroru maliyyələşdirən 3 nəfəri həbs edib- Məhkəmə başladı
08 aprel 19:12
- Ərdoğan Özgür Özeli məhkəməyə verdi
08 aprel 15:28
- Heydər Əliyev deyirdi, CİNАYƏTKАR cəzаsız qаlаndа, dövlət sаrsılır...
08 aprel 14:22
- SSRİ və ABŞ arasında ağlasığmaz rəqabət - Xruşov Ayda atom bombası partlatmaq istəyib
08 aprel 13:39
- 12 il Elm və Təhsil Nazirliyində işləyən TERRORÇU
08 aprel 12:19
- Netanyahu: Türkiyə ilə toqquşma istəmirik – Tramp: Ərdoğanla münasibətim əladır, problemi həll edə bilərəm
08 aprel 10:56
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar BU TARİXDƏ ödəniləcək
08 aprel 10:34
- Ağdaban faciəsindən 33 il ötür
08 aprel 00:39
- Xaçmazda MOLLА аrvаdını niyə ÖLDÜRDÜ - Qonşulаr dаnışdı - VİDEO
07 aprel 23:35
- Prezident onların vəzifədə olma yaş həddini artırdı....
07 aprel 23:17
- Keçmiş -kurort naziri- vəzifəsindən AZAD EDİLDİ
07 aprel 21:58
- 7 MİLYONU kənara qoyub 200 NƏFƏRİN pensiyasını müzakirə edirlər
07 aprel 20:59
- Prezident İlham Əliyev fərman imzaladı
07 aprel 20:14
- Ədalət Verdiyevə bəraət verildi
07 aprel 19:38
- Robot itlərə baxıcı axtarılır - İŞ RƏSMİDİR
07 aprel 18:06
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
07 aprel 15:59
- Almaniyada saxta -Türk viaqrası- qadağan edildi və İSTİNTАQ ...
07 aprel 15:35
- Sabah 31 dərəcə isti olacaq
07 aprel 15:17
- Bəxtiyar Vahabzadəni şantaj etdim - Flora Kərimova
07 aprel 14:45
- Türkiyə LİMON ixracını dayandırır
07 aprel 13:46
- Vahid Əhmədovun oğluna yeni vəzifə verilir
07 aprel 13:19
- Xaçmazda MOLLА аrvаdını boğaraq ÖLDÜRDÜ
07 aprel 12:43
- -Biz riskin tam ortasındayıq - Əkrəm İmamoğlu həbsxanadan daha bir MƏKTUB YAZDI
07 aprel 12:06
- Əmiraslanovdan -bu milli xəyanətdir- iddiası- ŞOK AÇIQLAMA
07 aprel 11:43
- Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 aprel 11:26
- Suriya Prezidenti Türkiyəyə səfər edəcək
07 aprel 11:16