4 dəfə ərə getdi, ona görə filmə yataq səhnəsi salındı... - FOTOLAR

NUH.az bir dövr Azərbaycan kinolarının ulduz aktrisası hesab olunan Leyla Sıxlinskaya haqqında maraqlı məlumatları təqdim edir.
Leyla Fərrux qızı Şıxlinskaya 12 iyun 1947-ci ildə Moskvada anadan olub. Atası Fərrux Sadıxov metallurq kimi fəaliyyət göstərib. Daşkəsəndəki mədən müəssisələrinin birində müdir işləyib. Daha sonra nazirlikdə çalışıb. Anası Aza Şıxlinskaya kosmetoloq olub. Leylanın beş yaşı olanda valideynləri ayrılıb. Anası ikinci dəfə kinorejissor Tofiq Tağızadə ilə ailə qurub. Atası da ikinci dəfə evlənib. Bu evlilikdən onun üç övladı doğulub.
***
Gənclik illərində baletlə məşğul olan aktrisa sonradan onurğasından çox ciddi zədə alaraq bu sahədən uzaqlaşır. Kino sahəsinə istiqamətlənən Şıxlinskaya Moskvaya gedərək GITIS-in Teatrşünaslıq fakültəsinə daxil olur. Davamlı balet haqqında məqalələr yazır. Azərbaycan baleti mövzusunda namizədlik dissertasiyası, 1996-cı ildə isə doktorluq dissertasiyasını müdafiə edir. O, Azərbaycan baleti haqqında iki kitabın müəllifidir. Bunlardan biri isə azərbaycanlı balerina Leyla Vəkilova haqqındadır.
Leyla xanım 1987-ci ildə sənətşünaslıq elmləri namizədi, daha sonra isə sənətşünaslıq elmləri doktoru elmi dərəcələrinə layiq görülüb. 1993-cü ildə Azərbaycanın Əməkdar artisti fəxri adına, daha sonra isə Xalq artisti fəxri adına layiq görülüb.
***
Aktrisa "Arşın mal alan”, "Bağ mövsümü”, "Cazibə qüvvəsi”, "Dantenin yubileyi”, "Dədə Qorqud”, "Gün keçdi”, "Qəm pəncərəsi”, "Qızıl qaz” filmlərinə çəkilib. Ona ən böyük məşhurluğu isə "Arşın mal alan” filmindəki Gülçöhrə və "Gün keçdi” filmindəki Əsmər obrazları gətirib.
"Gün keçdi” 1971-ci ildə "Gün keçdi" filminin çəkilişləri zamanı rejissor Arif Babayevlə Həsən Məmmədovun sözləri çəpləşir. A. Babayevin ssenariyə görə Əsmərlə (Leyla Şıxlinskaya) Oqtayın (Həsən Məmmədov) öpüşməsi səhnəsini çəkmək istəyi 33 yaşlı aktyor tərəfindən etirazla qarşılanır. Maraqlıdır ki, L. Şıxlinskaya bu epizoda razı olduğu halda, Məmmədov kəskin şəkildə etiraz edir və Arif Babayevə bildirir ki, bir daha belə bir təklif etsə, filmdən imtina edəcək. Həmkarlarının dediyinə görə, həmin vaxt H. Məmmədov ailəli imiş və həyat yoldaşını çox sevdiyindən, bu epizoda çəkilməyə razılıq vermir. Hətta bildirilir ki, həyat yoldaşı da H. Məmmədovun sözügedən epizoda çəkilməsinə heç nə demir. Amma aktyor xanımının razılığına baxmayaraq, yenə də fikrini dəyişmir.
Deyilənə görə, Leyla Şıxlinskayanın filmlərdə daha çox parlamasına səbəb atalığı rejissor Tofiq Tağızadənin əməyi olub. Aktrisa Zemfira Sadıqova müsahibələrindən birində qeyd edir ki, Tağızadə onu "Bağ mövsümü” filminə çəkmək istəmirmiş:
"Mənim oynadığım hissələrin çoxunu filmdən çıxartdı. Amma Leyla Şıxlinskayanın çox kiçik bir rolu olmasına baxmayaraq, rejissor onun üçün ssenaridə olmayan əlavə səhnələr yazdı. Leyla Şıxlinskayanın yarıçılpaq şəkildə yataqda uzanıb qadınlara məsləhət verdiyi səhnə ssenaridə yox idi. Onu ayrıca Leyla üçün yazmışdılar. Qızıl-zinət əşyaları taxdığı yer də sonradan artırılmışdı. Bir sözlə, film həm çox kəsilib, eyni zamanda çox da əlavə kadrlar var. Tağızadə filmi o qədər kəsdi ki, 90 dəqiqəlik nəzərdə tutulan film 75 dəqiqə oldu”.
***
Leyla Şıxlinskaya Azərbaycan Xalq Cümhuriyyətinin Hərb nazirinin müavini general Əzizağa Şıxlinski ilə qohumluq əlaqələrinin olduğu da deyilir. Aktrisa özü bu barədə açıqlama verərkən bildirib ki, müəyyən qohumluq əlaqələri olması barədə məlumat doğrudur. Və o, həm də Məşədi Əzizbəyov adına doğum evinin qurucusu Mustafa bəy Hacıqasımovun nəvəsidir.
Valideynlərinin hər ikisi ilə yaxşı münasibətləri olan aktrisa onların mühafizəkarlığı barədə müsahibələrinin birində deyir:
"Anam uşaqlara qarşı sərt idi. O, ədəb, gözəl davranış qaydaları kimi anlayışlara çox diqqət yetirirdi. Atam çox mühafizəkar idi və bəzən onunla mübahisə edirdik. Belə mübahisələrin nəticəsi olaraq mən anamın soyadını daşımalı oldum. Atam qəti şəkildə mənim xoreoqrafiya məktəbində oxumağıma qarşı çıxırdı. O, həmişə deyirdi:
"İdmana həvəs göstərsən, yaxşı olar".
Kolleci bitirib rəqqasə ixtisası alanda atamla dalaşdıq. Atam deyirdi ki, mənə rəqqasə qız lazım deyil. Bu peşə onun soyadını rüsvay edəcək. Anam atamın mənə dediyi bu sözləri öyrənəndən sonra mənim soyadımı dəyişdirdi və mənə öz soyadını verməli oldu”.
Bir müddət Azərbaycan kinosunda ən tələb olunan aktrisa Leyla Şıxlinskaya kino yaradıcılığı haqqında belə deyir:
"Sonralar kinolara çəkilməməyim mənim ixtiyarımda olan məsələ deyildi. Bu məsələ rejissorların və ssenaristlərin istəyinə bağlı idi. Mənə rollar təklif etdilər, amma bir çox hallarda mənim prinsiplərimə və inanclarıma uyğun gəlmirdi. Və yaxud da bəyəndiyim rollar digər aktrisalara təklif olunurdu. O vaxtlar Bakıda da az olurdum, Moskvada yaşayırdım. Olimpiya komandasında bədii gimnastika üzrə xoreoqraf kimi, həmçinin Bolşoy Teatr Məktəbində xoreoqrafiyadan dərs deyirdim”.
***
Aktrisa 1988-ci ildə Bakıda Rusiya Dövlət Dumasında fəaliyyət göstərən Andrey Loginov ilə tanış olub ailə qurur. Aktrisanın əvvəlki evliliyindən iki övladı var. Qızı Jaila və oğlu Filip.
***
Leyla Şıxlinskaya Azərbaycanın ilk özəl klinikalarından birinə rəhbərlik edib. 2002-ci ildə "Humay" mükafatına layiq görülüb. Hazırda Qubadakı otellərin birinin rəhbəri kimi fəaliyyət göstərir.
Aktrisa dörd dəfə evli olub. O, həyat yoldaşları haqqında ona verilən suala verilişlərin birində belə cavab verib:
"Bəli. Mən Elizabet Teylora çata bilmərəm. Onun 9 xoşbəxt nikahı olub. Bəlkə verilişinizin ayağı yüngül oldu. Mən beşincini də tapdım. Əsas sevgidir. Onsuz həyat ağ-qara filmə bənzəyir”.
Xalq artisti müəyyən dövrlərdə Azərbaycan aktrisaları Amaliya Pənahova və Həmidə Ömərova ilə qalmaqal da yaşayıb. Müsahibələrinin birində "Həmidə Ömərovanı tanımıram. Şəfiqə Məmmədovanı isə ən yaxşı aktrisa hesab edirəm" fikrini səsləndirib. Daha sonra isə Amaliya Pənahovanın "Gün keçdi” filmində onun Əsmər obrazını səsləndirməsini bəyənmədiyini vurğulayıb:
"Amaliya xanım başqa aktrisalar kimi Əsmər obrazının sınaq çəkilişlərində iştirak edib. Məsələ yaşda deyil, kim kimdən böyükdür, kiçikdir... Filmdə səsləndirməni eşidəndə tüklərim biz-biz oldu. Axı orada hər şey daha zərif idi”.
Aktrisa hazırda 74 yaşındadır. Kifayət qədər baxımlı qadın olan Leyla xanım ona cavan qalması ilə bağlı verilən suallara belə cavab verib:
"Çox rəfiqəm olmayıb. Vaxtım olmayıb oturum, qeybət edim. Hər zaman çalışmışam. Mən də plastik əməliyyat etdirmişəm, bunu deməkdən çəkinmirəm də. Bir vaxt isə ağır əməliyyat keçirdim və çox çəki itirdim. Gözaltında sallanmalar yarandı, aradan qaldırdım. Nə olsun? Lazım gələcək, yenə əməliyyat edəcəm. Niyə çəkinirsiniz? Plastik əməliyyat etmisiz, yaxşı etmisiz!".
Mənbə: Kulis.az
- Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR
7 aprel 2025 10:50
- Əbülüfos Qarayev ötən il Rusiyada təkcə balıq biznesindən 147 milyon gəlir əldə edib..
6 aprel 2025 20:16
- Milli rəqsə ilk monumental əsər Şamaxıda! - Fotolar
6 aprel 2025 17:25
- Bir ayda ölkəyə 69 kq insan SАÇI gətirilib - Qiymətlər
6 aprel 2025 15:00
- Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı
6 aprel 2025 00:18
- Ata balasına kömək üçün yalvarır - FOTOLAR
4 aprel 2025 22:11
- Bakıda Prezidentin iştirakı ilə iclaslar keçirildi
4 aprel 2025 19:41
- Qonaqpərvərliyə görə təşəkkür etdi - Fotolar
3 aprel 2025 13:24
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
2 aprel 2025 12:28
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 2025 12:46
- Xaçmazda MOLLА аrvаdını boğaraq ÖLDÜRDÜ
07 aprel 12:43
- -Biz riskin tam ortasındayıq - Əkrəm İmamoğlu həbsxanadan daha bir MƏKTUB YAZDI
07 aprel 12:06
- Əmiraslanovdan -bu milli xəyanətdir- iddiası- ŞOK AÇIQLAMA
07 aprel 11:43
- Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 aprel 11:26
- Suriya Prezidenti Türkiyəyə səfər edəcək
07 aprel 11:16
- Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR
07 aprel 10:50
- ANAMA-nın minaya düşən əməkdaşı şəhid övladı imiş - Foto
06 aprel 23:01
- Halal Zəhmət-in 21 manatlıq kolbasasından görün nə çıxdı?- VİDEO -Fotofakt
06 aprel 22:05
- Paşinyan kiminlə evlənir?- TOY OLACAQ...
06 aprel 21:46
- Azərbaycanda atların sayı niyə AZALIR?
06 aprel 21:31
- Uşaqlıq hobbisini təsərrüfata çevirən Xudat sakini: 60 dovşanı var
06 aprel 21:12
- V kurs tələbəsi dəm qazından boğulub
06 aprel 20:47
- Əbülüfos Qarayev ötən il Rusiyada təkcə balıq biznesindən 147 milyon gəlir əldə edib..
06 aprel 20:16
- Kaliforniya müstəqilliyini elan etdi – qubernatordan Trampa ŞOK addım!
06 aprel 18:28
- Yenidən CHP sədri seçildi
06 aprel 17:45
- Milli rəqsə ilk monumental əsər Şamaxıda! - Fotolar
06 aprel 17:25
- Ağdamda ata, azyaşlı qızı və oğlu minaya düşüb - Yenilənib
06 aprel 17:10
- Bir ayda ölkəyə 69 kq insan SАÇI gətirilib - Qiymətlər
06 aprel 15:00
- AZƏRBAYCAN DİLİ DƏRSLİKLƏRİNİN MÜƏLLİFLƏRİNİN DİL BİLGİSİ ÇOX ZƏİFDİR
06 aprel 14:27
- Türkiyənin adından Qarabağ haqda pis xəbər yayıldı: səfirlik REAKSİYA VERDİ– FOTO
06 aprel 09:51
- Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı
06 aprel 00:18
- Həcisi olan silikonlu aparıcılar efirləri doldurub - Qulu Məhərrəmlidən OLAY kimi MÜSAHİBƏ - VİDEO
05 aprel 21:54
- Şavkat Mirziyoyev İlham Əliyevə zəng etdi
05 aprel 20:30
- Ukrayna Rusiyanın başına OD ƏLƏYİR - strateji ZAVODLAR VURULDU, qırğın gedir
05 aprel 15:23
- Şirvan Appelyasiya Məhkəməsi bizimxeber.az saytının fəaliyyətini dayandırıb
05 aprel 14:47
- Ağdərənin Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
05 aprel 13:06
- Xırdalanda məktəbli direktor tərəfindən döyülüb?
05 aprel 12:46
- NАR müəllimlər üçün mobil rabitə təlimi keçib
05 aprel 12:31
- Eldar Əzizova müavin TƏYİN EDİLDİ
04 aprel 23:01
- Ata balasına kömək üçün yalvarır - FOTOLAR
04 aprel 22:11