Mirələmovun XİN-də işləyən oğlu at oynadır...
Günün sitatı18 sentyabr 2021 17:09
"1001 gecə” restoranının yaxınlığında qanunsuz tikinti işlərinə görə Rauf Mirələmovdan polisə şikayət olunub
Sabiq deputat Hüseynbala Mirələmovun oğlu Rauf Mirələmov barədə polis orqanlarına şikayət edilib. Rauf Mirələmovun "1001 gecə” restoranının yaxınlığında qanunsuz tikinti işləri aparması ilə bağlı mediada yayılmış məlumatı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti təsdiq edib.
Bildirilib ki, məsələ ilə əlaqədar ərazidə monitorinq aparılıb, akt tərtib olunub və tədbir görülməsi üçün Daxili İşlər Nazirliyinə müraciət edilib.
Daha əvvəl məlumatda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ərazidə araşdırma apardıqdan sonra qeyri-qanuni olduğu müəyyənləşən tikinti işləri ilə bağlı Rauf Mirələmova xəbərdarlıq edilməsinə baxmayaraq, qarşı tərəfin buna məhəl qoymadığı qeyd edilib. Bununla əlaqədar Əmlak Məsələləri Dövlət Xidməti polisə müraciət edib.
Rauf Mirələmov Xarici İşlər Nazirliyində çalışır və adı ilk dəfə deyil ki, qalmaqalda hallanır. 2019-cu ilin iyununda Rauf Mirələmovun adı 119 min manatlıq borc məsələsində hallanmışdı. Məlum olmuşdu ki, Xarici İşlər Nazirliyinin diplomatı Rauf Mirələmov "Rabitəbank”dan götürülən 99 min manatlıq kreditin zamini olub. O zaman bankın qaldırdığı iddiada cavabdeh qismində Rauf Mirələmovla yanaşı, onun dayısı Elman Şiriyev, onun həyat yoldaşı və iki övladının da adı vardı. Yasamal Rayon Məhkəməsi bankın iddiası əsasında 119 min manatlıq tələbin 101 min manatını təmin edib.
Məhkəmənin qərarına əsasən, Rauf Mirələmov və qohumlarından 101 min manat tutulub banka ödənilməli idi. Bu borcun ödənilməsi məqsədilə Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən mənzilin və Lənkəranda şəhər mərkəzində yerləşən obyektin (səsyazma studiyası) açıq hərracda satılmasına da qərar verildi. Bankla deputatın qohumları arasında çəkişmənin səbəbinə gəlincə, Rauf Mirələmovun dayısı Elman Şiriyev bankdan vaxtilə 99 min manat kredit götürüb.
Həmin vaxt Rauf Mirələmov onun üçün zamin olub. Diplomatla bank arasında zaminlik müqaviləsi bağlanıb. Bu borcun cəmi 4200 manatı qaytarılıb. Kredit öhdəliyinin yerinə yetirilməməsi ilə əlaqədar əsas borc, faiz borcu, cərimə borcu və s. birlikdə toplanıb və bank vəsaitin ödənilməsi üçün məhkəməyə müraciət edib. Rauf Mirələmov və qohumları Yasamal Rayon Məhkəməsinin 101 min manat tutulması, əmlakların müsadirəsi ilə bağlı qərarından apelyasiya şikayəti verib. Amma qərar dəyişməyib. Sonradan məsələyə Ali Məhkəmə baxıb, bu instansiya da aşağı məhkəmələrin gəldiyi nəticəni doğru hesab edib.
Rauf Mirələmov
Mirələmovlara məxsus "1001 gecə” istirahət mərkəzi dəniz sahilində yerləşməklə qanlı "razborka”ların olduğu məkan kimi də tanınır.
2012-ci il iyulun 17-də, o zaman deputat olan Hüseynbala Mirələmovun istirahət mərkəzində qanlı olay baş vermişdi. Həmin gün Hüseynbala Mirələmovun qardaşı oğlu Rəşad Mirələmov Ramal Bayramovu odlu silahdan açdığı atəşlə qətlə yetirib, Səməd Mənsimovu isə yaralayıb. Bu qanlı olaydan bir neçə ay əvvəl isə Ramal Bayramova digər bir şəxs atəş açıb. Həmin vaxt Ramal Bayramov təsadüf nəticəsində sağ qalıb. Ramal Bayramovun əmisi Atlıxan Bayramov prezidentə müraciət edərək Hüseynbala Mirələmovun oğlu Fərid Mirələmovun, ondan başqa Paşa Paşayevin həbs olunmasını istəyib.
Müraciət müəllifi qardaşı oğlunun ölümündə günahkar şəxslərin istintaqdan yayındırıldığını açıqlayıb: "Paşa Paşayev qardaşım oğlunu öldürmək məqsədilə vurub qaçdıqdan sonra o, xəstəxanada xeyli müalicə olundu. Sağaldıqdan sonra Ukraynaya gedib bir müddət orada yaşadı. 6 iyul 2012-ci ildə oradan qayıtdı. 10 gün sonra Milli Məclisin deputatı Hüseynbala Mirələmovun oğlu, Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsinin rəisi Fərid Mirələmov və deputatın qardaşı oğlu Rəşad Mirələmov əvvəlcədən əlbir olaraq, silahlı dəstə yaradaraq mərhum Ramalı ”1001 gecə"yə çağırıblar. Orada isə məlum hadisə baş verib. Fərid Mirələmov cinayət baş verərkən, yuxarıda qeyd etdiyim kimi, polis bölməsinin rəisi olub. Fərid Mirələmov polisə işə götürülərkən dövlət tərəfindən üzərinə asayişin keşiyində durmaq vəzifəsi qoyulub və and içib ki, öhdəsində olan vəzifəni namusla yerinə yetirəcək. Hesab edirəm ki, Fərid Mirələmov əmisi oğlu ilə özlərinə məxsus olan "1001 Gecə” restoranına Ramalı çağıraraq öldürməklə sifariş yerinə yetiriblər. Fərid Mirələmov əvvəlcədən əmisi oğlu Rəşad Mirələmovda qanunsuz odlu silahın olduğunu da bilib. O, bir polis rəisi və polis zabiti kimi birmənalı olaraq vəzifəsindən istifadə edərək törədiləcək hadisənin qarşısına ala bilərdi".
Bu cinayətdən sonra Fərid Mirələmov sərəncama götürülmüş, Rəşad Mirələmov isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük həbsə məhkum edilmişdi.
"Yeni Müsavat”
Oxşar xəbərlər
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 2024 14:02
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 2024 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 2024 12:48
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 2024 11:58
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 2024 21:29
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 2024 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 2024 19:38
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 2024 17:26
- Qubada KABUSA çevrilən Rəsul Bayramovun ağlasığmaz əməlləri: ŞOK FAKTLAR
19 dekabr 2024 18:49
- TƏCİLİ! DTX-dən ƏMƏLİYYAT - Ekstremist qruplaşma İFŞA EDİLDİ FOTO
16 dekabr 2024 12:33
Xəbər lenti
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 14:29
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 12:37
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 12:23
- Milli Məclisin növbəti plenar iclası başladı
20 dekabr 11:54
Video & Fotoqalereya
Video
Fotoqalereya