Qubanın axundu mənə dedi ki, mənimlə cinsi əlaqədə olsan, cənnətə...
Qafqaz Müsəlmanları İdarəsinin Quba üzrə keçmiş nümayəndəsi və rayonun axundu Elnur Əfəndiyevlə intim görüntüləri yayılan qadın L.S.-in və ona kömək etdiyi bildirilən İftixar Ağayevin cinayət işi üzrə maraqlı məqamlar üzə çıxıb.
“Kriminalqafqaz”ın istintaq materiallarından əldə etdiyi məlumata görə, L.S. Qubada işlədiyi mağazanın müdiri İftixar Ağayevin köməyi ilə evinə kamera quraşdırıb. Daha sonra axundu evə dəvət edərək, onunla intim əlaqədə olmasını videoya çəkib. Onlar E.Əfəndiyevi bu görüntüləri yaymaqla hədələyərək ondan pul tələb ediblər. L.S. və İftixar Ağayev axundun qarşısına şərt qoyublar ki, ya 75 min manat pul verməli, ya da qadına ev almalıdır. E.Əfəndiyev həmin tələbləri yerinə yetirmədiyinə görə həmin şəxslər görüntüləri internetdə yayıblar.
Qadın özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, 2008-ci ildən etibarən Elnur Əfəndiyevdən dini dərslər alıb. Əvvəllər Elnur ona Quran oxumağı öyrədib, daha sonra isə xüsusi münasibət göstərməyə və qrupdan ayrı fərdi dərslər keçməyə başlayıb. Vaxt keçdikcə qadın Elnurun təsiri altına düşüb və ona inanıb. Daha sonra axundun tövsiyyəsi ilə qadın məsciddə işləyən Seymurla evlənib:
“Seymurla nişanlandıqdan sonra Elnur məni inandırdı ki, mən ikinci bir şəxslə kəbin kəsdirməsəm, həyatımda faciələr baş verəcək. İkinci şəxsin isə özü olduğunu və xoşbəxt olmaq istəyirəmsə, onunla cinsi əlaqəyə girməli olduğumu dedi. Amma mən Seymurla toyuma hələ 1 ay qaldığını və toydan öncə onunla cinsi əlaqədə olmağın mümkün olmadığını dedim. Axund isə dedi ki, təbii yolla cinsi əlaqə vacib deyil, biz qeyri-təbii yolla, qucaqlamaq, öpmək və hətta oral sekslə məşğul ola bilərik. O, söz verdi ki, qızlıq bəkarətimə toxunmayacaq”.
İfadəyə əsasən, din xadimi qadını bu fikrə inandırıb və toyundan öncə Qubadakı Ağ məsciddə axundla intim əlaqədə olublar. Elnur Əfəndiyevlə L.S-in münasibətləri qadın Seymurla evləndikdən sonra da davam edib. Onlar mütəmadi cinsi əlaqədə olublar: “Axund dedi ki, mənimlə cinsi əlaqədə olsan, cənnətə sorğu-sualsız gedəcəksən”.
2015-ci ildə əri Seymurla münasibətləri korlanan L.S. boşanıb və 2016-cı ildə Qubada elektronika mağazasının sahibi İftixar Ağayevin yanında işə düzəlib. Bu müddətdə də qadının axundla münasibətləri davam edib. Amma bir gün L.S. müdiri İftixar Ağayevə 10 il ərzində Elnurun başına açdığı oyunları danışıb.
Qadın ifadəsində deyib ki, evdə tək qalan uşaqları izləmək məqsədi ilə İftixardan evinə kamera quraşdırmasını istəyib.
Digər təqsirləndirilən İftixar Ağayev isə ifadəsində bildirib ki, axund Elnur Əfəndiyevlə yaxın münasibətləri olub: “Bir müddət sonra öyrəndim ki, Elnur qadını cinsi istismara məruz qoyurmuş.Bunu sübut etmək üçün evə kamera yerləşdirməyi təklif etdim. Əldə etdiyim videonu tanışlarım Teymur, Məhəmməd, Rəsul və Elşada göstərdim. Həmin şəxslərlə birlikdə məsələni aydınlaşdırmaq üçün axundla görüşdük. Axund deyilənləri boynuna aldı və hər şeyi kəbin kəsdirərək etdiyini dedi. Elnur Qurana əl basdı ki, L.S. ilə ərindən ayrılandan sonra intim münasibətləri olub. Bizdən üzr istədi. Mən kameranı qadının axunda şər atmasından şübhələndiyim üçün quraşdırmışdım. Qadının axunddan pul və ev tələb etməsinin mənə heç bir aidiyyatı yoxdur. Mən Elnuru hədələməmişəm”.
Zərərçəkmiş axund E.Əfəndiyev isə ifadəsində deyib ki, L.S hamı kimi məscidə gəlib, namaz qılıb, dini ayinləri yerinə yetirib. Hətta o, L.S. ilə məscidin işçisi Seymurun toylarında ağsaqqal kimi iştirak edib, onların kəbinini də özü kəsib:
“Evlilik dönəmində onlar arasında yaranan problemləri mən həll etmişəm. 2015-ci ildə Seymur arvadının məscidin imamı Anarla telefon danışıqlarına şahid olub və buna görə ondan boşanıb. Hətta boşandıqdan sonra mənim məsləhətimlə Seymur o qadına aliment ödəyib. O xanımı da mağazaya işə mən düzəltmişəm. Bir gün yanıma gələrək, müdirin ona sataşdığını və əxlaqsız təkliflər etdiyini dedi. Müdir isə mənə L.S.-nın başqa oğlanla münasibəti olmasından şübhələndiyini, ona görə də, işdən çıxardığını dedi. Daha sonra onun maddi çətinliyi və ailəyə ehtiyacı olduğunu görüb L.S. ilə qeyri-rəsmi (dini kəbinli) ailə qurdum”.
Axundun ifadəsinə görə, o L.S. ilə bir neçə dəfə onun evində cinsi əlaqəyə girib və aralarındakı münasibətlərin hamısında qadının öz razılığı olub. 2019-cu ilin avqustunda qadın evinə quraşdırdığı gizli kamera vasitəsi ilə onların intim görüntülərini qeydə alıb və hədə-qorxu gəlməyə başlayıb:
“L.S məndən ona ev almağımı, əks halda videonu yayacağını dedi. Avqustun sonlarında Dərbəndli din xadimi Hacı Adil, İftixar Ağayev, Teymur, Məmməd, Rəsul və Elşad mənimlə görüşərək videogörüntülərdən xəbərdar olduqlarını dedilər. Teymur dedi ki, İftixar Ağayev L.S.-nın icazəsi ilə onun evinə kamera quraşdırıb. Sonra qadın həmin görüntüləri Qafqaz Müsəlmanlar İdarəsinə göndərdiyindən məni işdən çıxardılar. Daha sonra video sosial şəbəkələrdə yayıldı”.
- Gülşən Qurbanovanın bacısı: Bəlkə də, mənə elə gəlirdi, ancaq canı üstündə idi... - Müsahibə
19 dekabr 2024 21:09
- Qubada KABUSA çevrilən Rəsul Bayramovun ağlasığmaz əməlləri: ŞOK FAKTLAR
19 dekabr 2024 18:49
- Prezident Ermənistandan qovulmuş azərbaycanlılardan danışdı
19 dekabr 2024 11:27
- Tramp: Suriyadakı güc Türkiyədir… Ərdoğanla çox yaxşı anlaşırıq, o çox ağıllı bir adamdır
17 dekabr 2024 11:01
- Bizi Şuşaya köçmək üçün qeydiyyata almayıblar, çünki... - Xan Şuşinskinin qızı
16 dekabr 2024 22:59
- Aşıq Zülfiyyə: Buna görə evdə qırğın düşürdü - VİDEO
16 dekabr 2024 20:15
- Gürcüstanın futbolçu prezidenti ilk dəfə müsahibə verdi: keçmiş prezidenti polislə hədələdi - FOTO
16 dekabr 2024 01:01
- Bizi cəbhəyə vuruşmağa göndərirsiniz, özünüz isə arvadlarımızı yoldan çıxarırsınız -Azərbaycanda Baş Nazirə deyilib...
12 dekabr 2024 16:13
- Müğənnilər QAPIMIZDA YATIRDILAR ...
8 dekabr 2024 12:53
- Qardaşımın şəhid xəbərindən 3-4 saat sonra atamın ölüm xəbərini aldım - şəhid Vadim Qocayevin qardaşı
8 dekabr 2024 01:40
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 14:29
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 12:37
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 12:23
- Milli Məclisin növbəti plenar iclası başladı
20 dekabr 11:54