Özündən 6 yaş kiçik qaraçı ilə evlənən BƏY QIZI AĞAMİROVA
Günün sitatı3 sentyabr 2021 02:06
Kulis.az ötən gün dünyasını dəyişən Xalq artisti Tamilla Ağamirova haqqında maraqlı faktları təqdim edir.
Tamilla Mirsüca qızı Ağamirova 1928-ci il mayın 21-də Bakıda anadan olub. Ailədə iki qız, bir oğlan olublar. Onun atasi Sucay Ağamirov bəy nəslindən olduğu üçün hər üç uşağının oxuması üçün əlindən gələni edib.
***
Ancaq 1937-ci ildə başlayan repressiyalar Ağamirovlar ailəsindən yan keçmir. Sucay Ağamirov və xanımı “xalq düşməni” kimi sürgün edirlər. Xoşbəxtlikdən gələcək aktrisanın bibisi Suqra xanım Tamillanı və onun bacı ilə qardaşını öz himayəsinə götürür. Maraqlıdır ki, Suqra xanım dövrünün ən mükəmməl təhsil almış qadınlarından biri idi və qadınlara xas olmayan “mühəndis-neftçi” ixtisası üzrə Bakı buruqlarında çalışırdı.
Böyük Vətən Müharibəsinin davam etdiyi 4 il ərzində Bakıda ciddi maddi sıxıntılar içində yaşayan Tamilla Ağamirova müharibədən sonra aktrisa karyerası qurmaq və ümumittifaq məşhurluğu qazanmağın xəyalları ilə yaşayır. Bibisi qardaşı qızının bu istəyinə hərtərəfli dəstək olur. 18 yaşlı Tamilla ilk olaraq Bakı Teatr Məktəbinə daxil olur.
***
Burada təhsilini başa vurduqdan sonra 1951-ci ilin əvvəllərində Moskvaya gedir. Və elə ilk imtahandan münsiflər heyətinin diqqətini cəlb edir. O, birbaşa SSRİ Teatr İncəsənəti İnstitutunun 3-cü kursuna daxil olur. 2 il sonra təhsilini yekunlaşdırır və bu dəfə MXAT məktəb-studiyasına daxil olur.
SSRİ-nin aparıcı incəsənət ocaqlarında aldığı aktrisa təhsili Tamilla Ağamirovaya teatr qastrollarına getməyə imkan verir.
***
1952-ci ildə konsert vermək üçün yollandığı Sverdlovsk şəhərində Tamella Ağamirovanın taleyi dəyişir. O, Sverdlovskda tamaşa proqramı ilə çıxış edən və dünyada yeganə qaraçı teatrı sayılan Moskvanın “Romen” teatr truppasının üzvlərindən olan Lyalya Çernaya ilə rastlaşır. Uzun illər “Romen” teatrında çalışan Çernaya Tamillanı teatra işə dəvət edir. O, dərhal Çernayanın “Romen” teatrında işləmək barədə təklifini qəbul edir.
24 yaşlı Tamilla Ağamirova 1952-ci ildən etibarən qaraçıların “Romen” Musiqili Komediya teatrının aparıcı aktrisası olur. Bu zaman “Romen” teatrı “İnadkar ürəklər” tamaşasını səhnələşdirməyə hazırlaşır. Ona tamaşadakı ən çətin rollardan olan mühəndis Yelanina obrazı həvalə olunur. Tamaşanın premyerasına 1 aydan az vaxt qalmasına baxmayaraq aktrisa tamaşada Yelena obrazını müvəffəqiyyətlə canlandırır. Stalin mükafatına namizəd də göstərilir.
***
Teatr karyerası ilə yanaşı, Tamilla Ağamirova kino təklifləri də almağa başlayır. Onun ilk filmi 1957-ci ildə rejissor Qriqori Kozintsevin Miqel de Servantesin “Don Kixot” romanı əsasında ekranlaşdırdığı eyni adlı film olur. Tanınmış aktyorlar Nikolay Çerkasov, Yuri Tolubeyev və Serafima Birmanın yer aldığı filmdə Tamilla Ağamirova cazibədar qrafinya İltisidora obrazını yaradır. Film sovet tamaşaçıları tərəfindən böyük maraqla qarşılanır.
29 yaşında böyük ekranda debüt edən aktrisa kino karyerasını ikinci planda saxlayır və daha çox teatr tamaşalarında iştirak edirdi. Təsadüfi deyil ki, uzun karyerası boyu Ağamirova cəmi 12 filmdə çəkilib. Yeri gəlmişkən azərbaycanlı kinematoqrafçılar da “Don Kixot” filminin uğurları fonunda aktrisanı Azərbaycan kinostudiyasındakı filmlərə çəkilməyə dəvət edir. Aktrisa xüsusən kinorejissor Əjdər İbrahimovla məhsuldar əməkdaşlıq edir və “Don Kixot” filmindən sonra növbəti filmi 1958-ci ildə ekranlaşdırılan “Onun böyük ürəyi” filmi olur.
***
Sonrakı karyerasında Tamilla Ağamirova "Əsl dost", "Koroğlu", "Matteo Falkone", "Zəncirlənmiş adam", "Yenilməz batalyon" filmlərində aparıcı rollarla iştirak edir.
***
1960-cı ildə 32 yaşlı Tamilla Ağamirova özündən altı yaş kiçik olan SSRİ Xalq artisti, tanınmış kinorejissor, aktyor, müğənni və rəqqas Nikolay Sliçenko ilə ailə həyatı qurur.
Nikolay Sliçenko həmin günləri belə xatırlayır:
“Açığı uzun əhvalatdır. Mən teatra 1951-ci ildə, Tamilla isə 52-ci ildə gəlmişdi. Məndən dərhal sonra. Sizə deyim ki, Tamilla füsunkar idi. Onunla küçədə getmək dözülməz idi. Sözlə ifadə edilməz gözəlliyi var idi. Bir sözlə, azərbaycanlı idi. Onun valideynləri müsəlman idi. Lakin razılığa gələ bildik. Bəlkə də onlar mənim qaraçı olmağımdan qorxmuşdular. Düşünüblər ki, birdən qızı oğurlayar. Mən ona sevgi etirafı edəndə sanki qanadlanıb uçurdum. Toy etməyə pulumuz yox idi, çünki teatrda qəpik-quruş verirdilər. Toydan sonra ilk vaxtlar 14 metrlik kommunal otaqda yaşayırdıq. Otağı təmir etməyə pulumuz da yox idi, amma əvəzində aramızda sevgi var idi”.
Onların bir-birinə bağlılığının 2010-cu ilin oktyabrında Tamilla Ağamirovanın başına gələn xoşagəlməz olay zamanı da görmək olardı. Həmin il oktyabrın 19-da Moskvanın Yuri Nikulin adına sirkində tamaşa izləyən zaman Tamara xanım müvazinətini itirərək yer yıxılmışdı. Başından xəsarət alan aktrisa xəstəxanaya çatdırılaraq əməliyyat olunmuşdu. Bütün bu müddət ərzində Nikolay Sliçenko sevimli həyat yoldaşını bir dəqiqə belə, tək qoymurdu. “Romen” teatrının qastrol turunu təxirə salan Sliçenko həyat yoldaşının buna etiraz etməsinə də məhəl qoymurdu.
“Mənim üçün əsas olan həyat yoldaşımın səhhətidir. Qalan hər şey gözləyə bilər”- deyə o, qətiyyətlə bildirmişdi. Bir aylıq müalicədən sonra Tamilla Ağamirova ərinin müşayiəti ilə xəstəxananı tərk etmişdi.
***
Bu evlilikdən onların 3 övladı - Mixail və Pyotr, qızları Tamilla dünyaya gəlib. Övladları valideynlərinə 7 nəvə, 1 nəticə və 1 kötükcə bəxş edib. Nikolay Sliçenko qız nəvələrindən birini də sevimli həyat yoldaşının şərəfinə Tamilla adlandırıb. Onların qızları Tamilla da valideynləri kimi “Romen” teatrında aktrisa kimi çalışır.
Tamilla Ağamirovanın doğma vətəni – Azərbacanla əlaqələrinə gəlincə, səhhətinə görə uzun illərdir Bakını ziyarət edə bilməsə də, valideynlərinin dəfn olunduğu bu şəhəri özü üçün müqəddəs hesab edib.
***
Tamilla Ağamirova 26 avqust 1960-cı ildə "Azərbaycan SSR əməkdar artisti", 1982-ci ildə "RSFSR əməkdar artisti", 1988-ci ildə isə "RSFSR xalq artisti" fəxri adlarına layiq görülüb. Bir sıra orden və mükafatlarla təltif olunub. O, 1 sentyabr 2021-ci ildə Moskvada vəfat edib.
***
Qeyd edək ki, Tamillanın həyat yoldaşı, məşhur rejissor Sliçenko 2021-ci il ilin 2 iyulunda dünyasını dəyişib. Ağamirova sevimli ərindən sonra cəmi 60 gün yaşayıb.
Oxşar xəbərlər
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 2024 14:02
- Gülşən Qurbanovanın bacısı: Bəlkə də, mənə elə gəlirdi, ancaq canı üstündə idi... - Müsahibə
19 dekabr 2024 21:09
- Bizi Şuşaya köçmək üçün qeydiyyata almayıblar, çünki... - Xan Şuşinskinin qızı
16 dekabr 2024 22:59
- Rusiyanın müdafiə naziri Şoyqunun qızı Kseniya TURANA SALAM...BOZQURD...Rus millətçiləri qəzəbləndi
15 dekabr 2024 18:06
- Heydər Əliyev onun üçün göstəriş verdi, övladı olmadı, 29 yaşında... – Xeyransa Məmmədova
15 dekabr 2024 16:23
- Üç dəfə infarkt keçirən, diri-diri dəfn olunan, qəbri açılan, kəfənini cıran Xalq artisti - Gülşən Qurbanova- VİDEO
15 dekabr 2024 14:01
- Həbs edilən -Plazalar kralı- AYB sədri Anarın kürəkəni imiş...
14 dekabr 2024 23:30
- Eynşteynin sevgi məktubları satıldı - 535 min dollar...
12 dekabr 2024 23:14
- Bakıda 2 qadın dəm qazından öldü - Foto
12 dekabr 2024 10:15
- ŞOK! Bakıda 13 yaşlı qız bir kilo qızıl oğurlayıb sevdiyi oğlana verdi
11 dekabr 2024 21:00
Xəbər lenti
- Bələdiyyə seçkisində iştirak edəcək partiyaların adları açıqlandı
22 dekabr 00:17
- Azərbaycandan pambığın kiloqramı xaricə 2,5 manata satılır
21 dekabr 23:59
- Almaniyada MATƏM elan edildi
21 dekabr 23:38
- 10 MİNƏ ARVAD alan azərbaycanlı məhkəməlik oldu
21 dekabr 21:57
- Bakıda müəllim dərsdə şagirdlərin ağızını -skoçlayıb- Açıqlama - Video
21 dekabr 21:25
- İlham Rəhimov yenidən prezident seçildi -FOTO
21 dekabr 20:27
- Deputat Elşad Musayev vətəndaşları qəbul edib
21 dekabr 20:02
- Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı İspaniyada cinayət işi
21 dekabr 14:02
- Tayvanda DEPUTATLAR bir-birini QIRDI - Video
21 dekabr 13:17
- Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? - Anar danışdı
21 dekabr 12:56
- Nərimanov rayon prokuroru müavininin 1 MİLYONUNU kimlər ələ keçirdi
21 dekabr 12:48
- İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verdi
21 dekabr 12:05
- Həmin direktorun diplomu saxta imiş- 98 minlik dələduzluq
21 dekabr 11:58
- Bakıda bağçada qidalanma prosesində nöqsanlar aşkarlandı – Müdir işdən çıxarıldı
20 dekabr 21:56
- Əhməd Cavadın nəticəsinə yüksək vəzifə VERİLDİ
20 dekabr 21:41
- Prezident Bakı metrosunun sədrini işdən çıxardı - Yeni TƏYİNAT
20 dekabr 21:28
- BP-nin regional prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
20 dekabr 20:39
- Putin Simonyanı TƏLTİF ETDİ
20 dekabr 20:24
- Ağalı kənd məktəbinə yeni direktor TƏYİN OLUNDU
20 dekabr 20:07
- Oruc Zalovun oğlu işdən çıxarıldı - Foto
20 dekabr 19:38
- İşgəncə, təcavüz, alçaldılma - Suriyalı məhbus qadının dəhşətli xatirələri
20 dekabr 17:44
- Prezidentdən Qulu Məhərrəmli ilə bağlı SƏRƏNCAM
20 dekabr 17:37
- Həmkarlarından İlham Əliyevə TƏBRİK
20 dekabr 17:26
- Həbs olunan Ramiz Vəliyev vəkil Adəm Məmmədovun əmisidir
20 dekabr 16:35
- Dövlət əleyhinə kampaniya aparan -ÇAQQAL- ləqəbli şəxs kimdir?
20 dekabr 16:11
- İki övladı olan şəxslər əsgərliyə aparılmasın - TƏKLİF
20 dekabr 14:49
- Deputat bu şəxslərin də əfvə salınmasını təklif etdi
20 dekabr 14:29
- Veysəloğlu- nun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatdı
20 dekabr 12:37
- Bakının ilk baş rəssamı vəfat etdi
20 dekabr 12:23
- Milli Məclisin növbəti plenar iclası başladı
20 dekabr 11:54
Video & Fotoqalereya
Video
Fotoqalereya