Beriyanı güllələyənlərin Qorbaçova müraciəti - Tarixi faktlar
Reportaj29 avqust 2021 23:12

SSRİ-nin tarixində Lavrenti Beriyanın fəaliyyəti “xüsusi” bir yer tutur. Öz dövründə birinci şəxsin ən yaxın adamı sayılan Beriya qəddarlığı, sərtliyi, siyasi konfliktlər yaratmaqda peşəkarlığı, böyük səlahiyyətlər sahibi olmağı ilə yadda qalıb.
Ölümündən illər keçsə də “hər şeyə qadir narkom” haqqında yazılar, yeni açıqlamalar ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Onun həbs olunması, məhkəməsi və güllələnməsi isə mütəmadi olaraq kütləvi informasiya vasitələrində müzakirə mövzusuna çevrilir...
Məlum olduğu kimi, 23 dekabr 1953-cü ildə SSRİ Ali Məhkəməsinin xüsusi məhkəmə iclasında Lavrenti Beriyaya güllələnmə hökmü oxunub. Hökm oxunduqdan sonra general-polkovnik Pavel Batitski (1968-ci ildən marşal) hökmün icrasının ona həvalə olunmasını xahiş edib. Həmin dövrdə Pavel Batitski Moskva Hərbi Dairəsi komandanının müavini vəzifəsində xidmət edib.
Güllələnmə prosesində məhkəmə üzvləri, Moskva vilayət Partiya Komitəsinin birinci katibi Nikolay Mixaylov, Ümumittifaq Həmkarlar İttifaqının sədri Nikolay Şvernik, SSRİ-nin baş prokuroru Roman Rudenko və daha bir neçə nəfər iştirak edib.

Beriyaya ilk atəşi Pavel Batitski açıb. Güllə onun burun sümüyünə dəyib. Sonra prosesi Moskva Hərbi Dairəsinin Hava Hücumundan Müdafiə qüvvələrinin qərargah rəisi, general-leytenant Aleksey Baksov, Moskva Hərbi Dairəsi komandanının siyasi işlər üzrə müavini, general-leytenant İvan Zub və polkovnik Viktor Yuferyev davam etdirib.
Hökmün icrasından dərhal sonra, 23 dekabr 1953-cü il, saat 19.50-də akt tərtib olunub. Hökmün icraçıları akta imza atıblar.
“Tarixi missiya”nı həyata keçirdiklərinə görə dörd zabitin hər biri Nikita Xruşşov, daha sonra isə Leonid Brejnev tərəfindən həm rütbə, həm də yeni vəzifələrlə “mükafatlandırılıblar”.
Pavel Batitski marşal rütbəsi daşıyıb, SSRİ müdafiə nazirinin müavini vəzifəsinə qədər yüksəlib.
Aleksey Baksov, İvan Zub, Viktor Yuferyev 1954-cü ildə Xruşşovun təşəbbüsü ilə “Qırmızı Bayraq” ordeni ilə təltif olunublar, daha yüksək ranqlı vəzifələrə təyinat alıblar.
Təltiflər və təyinatlar yüksək olsa da, onlar Beriyanı güllələyənləri tam qane etməyib. Yalnız Pavel Batitski istədiklərinə nail olub, marşal rütbəsi və Sovet İttifaqı qəhrəmanı adını alıb. Digər üç nəfər Baksov, Zub və Yuferyev isə bütün cəhdlərinə baxmayaraq, istədiklərinə nail ola bilməyiblər.
Üçlük hətta rütbə və mükafatla bağlı Beriyanın həbsində əsas rol oynayan marşal Georgi Jukova da müraciət edib. Jukov onları təmkinlə dinləyib, amma son cavabı ilə bu müraciətin mənasız olduğunu bildirib:
“Lavrenti Beriyanı güllələmək tarixi missiya deyil. Bu, hər bir sovet vətəndaşının vətəndaşlıq borcudur. Bu borcu yerinə yetirməyə görə isə mükafat gözləmək yersiz bir işdir...”
İllər ötsə də, Beriyaya atəş açanlar öz arzularından vaz keçməyiblər. Rəsmi və qeyri-rəsmi tədbirlərdə onlar bütün fəaliyyətləri, hərbi xidmətləri dövründə Beriyanın güllələnməsi prosesini daha qabarıq şəkildə ifadə ediblər.
Nəhayət, 1985-ci ildə Qələbənin 40 illik yubileyi ərəfəsində Baksov, Zub və Yuferyev yubiley münasibətilə çoxsaylı mükafatların verilməsini nəzərə alaraq Mixail Qorbaçova ətraflı məktub ünvanlayıblar. Məktubda Beriyanın güllələnməsi prosesi ən kiçik detalları ilə açıqlanıb. Sonda bu prosesdə iştirak edənlərə Sovet ittifaqı qəhrəmanı adının verilməsi xahiş olunub.
Mixail Qorbaçov məktubla şəxsən tanış olub və onun icrasını Mərkəzi Komitənin inzibati orqanlarla iş şöbəsinin müdiri Nikolay Savinkinə həvalə edib. Savinkin Qorbaçovdan məktuba mənfi, yaxud müsbət cavab verilməsi ilə bağlı soruşanda Qorbaçov hər üç şəxsin aldığı dövlət mükafatlarının siyahısını ona gətirməyi göstəriş verib.

Baksovun, Zubun, Yuferyevin təltiflərinin siyahısı çıxarılıb və Qorbaçova təqdim edilib. Qorbaçov uzun-uzadı siyahıya nəzər saldıqdan sonra fikrini bildirib: “Tək bir Beriyanı güllələməyə görə bu qədər orden və medal yetərlidir, cavab məktubunu da bu məzmunda yazın...”
Nikolay Savinkin “qəhrəman” olmaq istəyən Beriyanın “cəllad”larına aşağıdakı məzmunda cavab yazıb:
“Müraciət edən yoldaşların yüksək mükafatlarla təltif olunması nəzərə alınaraq, Mərkəzi Komitə növbəti mükafatlandırmanı məqsədəuyğun saymır...”
Beləliklə, ömürlərinin son ilini yaşayan Baksov, Zub və Yuferyev sonuncu şanslarını da itiriblər.(Musavat.com)
Oxşar xəbərlər
- 1 aprel -Gülüş günü- dür
1 aprel 2025 11:12
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 2025 12:46
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 2025 01:41
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 2025 00:30
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 2025 23:35
- Əhməd əl-Şaraanın təyin etdiyi qadın nazirlə bağlı ŞOK FAKTLAR - FOTO
30 mart 2025 15:53
- Boykot tarixi: 19-cu əsrdən bu günə qədər gələn müqavimət hekayəsi
28 mart 2025 14:57
- Moldovada saxlanılan qaqauz başkan Qutsul Putinə dəstək üçün müraciət etdi
27 mart 2025 21:25
- Lukaşenko and içdi və işə başladı
25 mart 2025 13:53
- Nasistlər Puşkinin məzarını elə minalayıblar ki... - Şairə görə 10-dan çox hərbçi ölüb
24 mart 2025 14:01
Xəbər lenti
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45
Video & Fotoqalereya
Video
Fotoqalereya