Qarabağ qazisi Daşkəsən Rayon Polis Şöbəsində DÖYÜLDÜ

İlkin Həsənpur: "Rəis müavini Gündüz müəllim otaqda məni bir günə qoydular ki, hələ də özümə gələ bilmirəm"
"Polislərin ayağa durub "bəli, rəis" deyə müraciət etdiyi mülki geyimli şəxs məni ən alçaldıcı ifadələrlə təhqir etdi, olmazın söyüşlər söydü"
Bu gün redaksiyamıza telefon açan İkinci Qarabağ müharibəsi qazisi, Gəncə şəhər sakini İlkin Sarış oğlu Həsənpur Daşkəsən Rayon Polis Şöbəsində zorakılığa və təhqirə məruz qaldığını bildirdi.
Belə ki, hadisə ilə bağlı Hurriyyet.az-a danışan İkinci Qarabağ müharibəsində kəşfiyyatçı kimi xidmət edən şikayətçinin sözlərinə görə, Daşkəsən rayonu Xoşbulaq kəndində 3-4 nəfər naməlum şəxs tərəfindən döyülüb: "Müharibədə kəşfiyyatda olmuşam, əlil adamam. Qeyd edim ki, dünən Xoşbulaq kəndində çay içib, çörək yemişəm. Daha sonra Gəncə şəhərinə yola düşmüşəm. Yolda bir mağazanın qarşısında dayanmışam. Həmin vaxt 3-4 nəfər mağazanın qarşısında dayanmışdılar. Onlar idarə etdiyim avtomobilin satılıb-satılmadığı ilə maraqlandılar. Dedim ki, bu maşını bizə dövlət verib. Ardınca harda əlil olduğumu soruşdular. Gördüm ki, çox sorğu-suala tutur, dedim ki, sən kimsən. Bunun üstündə mübahisə yarandı və həmin şəxslər məni döydülər".
Aldığı zərbələrdən sonra huşunu itirdiyini deyən İkinci Qarabağ müharibəsi qazisi bir müddət sonra ətrafdakı insanların köməkliyi ilə ayıldığını dedi: "Bir də onu gördüm ki, camaat üzümü su vurur. Ayılanda baxdım ki, üzərimdə olan pulumu da aparıblar. Bu zaman Daxili İşlər Nazirliyinin "102" - Zəng Mərkəzinə telefon açdım. Ardınca məni Daşkəsən Rayon Polis Şöbəsinə dəvət etdilər. Gedib orada xəsarətlərimi göstərdim. Daşkəsən Rayon Polis Şöbəsinin rəisi, səhv etmirəmsə Seymur müəllim (söhbət polis polkovnik leytenantı Seymur Əfəndiyevdən gedir-red.) və rəis müavini Gündüz müəllim otaqda məni bir günə qoydular ki, hələ də özümə gələ bilmirəm. Müharibədə Vətən, dövlət üçün canımı qoymuşam. Axı, nə dedim ki, məni zorakılığa və təhqirə məruz qoydular?! Dövlətimizə qarşı çıxmamışam, heç kimi təhqir etməmişəm. Daşkəsən Rayon Polis Şöbəsinə çağırıblar, mən də səliqəli şəkildə hadisəni danışmışam, xəsarətlərimi göstərmişəm. And olsun Allaha, Gündüz müəllim məni bir günə qoydu, dedi ki, nə desəm onu da yazacaqsan. Dedim ki, narkozdan çıxmış adamam yazı yaza bilmirəm. Gördüm ki, öldürürlər, dedim siz yazın mən imzalayım. Bildirdilər ki, pulu hardasa itirdiyimi yazmalıyam. Vallah, onların bu işdə hansı maraqları olduğunu da bilmədim. Sonda mülki geyimdə bir nəfər içəri daxil oldu və otaqdakı polislər ayağa durub "bəli, rəis" deyə ona müraciət etdilər. Həmin mülki geyimli şəxs məni ən alçaldıcı ifadələrlə təhqir etdi, olmazın söyüşlər söydü. Dedi ki, dalınızı erməniyə veribsiz, indi gəl otur belimdə".
Daşkəsən Rayon Polis Şöbəsində məruz qaldığı zorakılıq və təhqirlə bağlı Hurriyyet.az vasitəsilə ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən daxili işlər naziri Vilayət Eyvazova müraciət edən İkinci Qarabağ müharibəsi qazisi ona qarşı bu cür iyrənc əmələ yol verən polis əməkdaşlarının cəzalandırılmalarını xahiş edir: "Hadisə ilə bağlı Gəncə Şəhər Prokurorluğunda da olmuşam. Onlar başıma gələn hadisəni qınasalar da, bildirdilər ki, işə Daşkəsən Rayon Prokurorluğu baxmalıdır. Daşkəsən rayon prokuroru Maarif Hüseynov isə məni heç qəbul etmədi. Odur ki, ölkə başçısından və daxili işlər nazirindən mənə qarşı zor tətbiq etmiş, təhqir etmiş polis əməkdaşlarının və döyüb pulumu oğurlayan şəxslərlə bağlı müvafiq tədbir görülməsini xahiş edirəm".
Redaksiyadan: Sözün açığı, Daşkəsən Rayon Polis Şöbəsində, ümumiyyətlə daxili işlər orqanlarının əməkdaşları tərəfindən Qarabağ qazisinin döyülməsinə və ən alçaldıcı ifadələrlə təhqir olunmasına, adamın inanmağı gəlmir. Təbii ki, bununla şikayətçini yalanlamağa çalışmırıq. Sadəcə olaraq, əsas vəzifəsi dövlətin və xalqın keşiyində durmaq, onun marağını və asayişini qorumaq olar polis əməkdaşının bu cür iyrənc və alçaldıcı əmələ əl atması həm təəssüf, həm də utanc hissi oyadır. Ümid edirik ki, İkinci Qarabağ müharibəsi qazisi İlkin Sarış oğlu Həsənpurun dedikləri müvafiq qurumlar tərəfindən dərhal araşdırılacaq və hadisə ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
P.S. Bu arada, maraqlıdır, görəsən bir həftəyə yaxındır Xaçmaz rayonunun deputatı Eldəniz Səlimov tərəfindən döyülən polis əməkdaşına görə həyəcan təbili çalan Milli Məclis üzvləri, Daşkəsən Rayon Polis Şöbəsində zorakılığa və təhqirə məruz qaldığını iddia edən İkinci Qarabağ müharibəsi qazisi İlkin Həsənpur üçün də eyni təpkini verə biləcəklərmi?
Valeh, Hurriyyet.az
- Xaçmazda MOLLА аrvаdını boğaraq ÖLDÜRDÜ
7 aprel 2025 12:43
- Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR
7 aprel 2025 10:50
- ANAMA-nın minaya düşən əməkdaşı şəhid övladı imiş - Foto
6 aprel 2025 23:01
- Ağdamda ata, azyaşlı qızı və oğlu minaya düşüb - Yenilənib
6 aprel 2025 17:10
- Türkiyənin adından Qarabağ haqda pis xəbər yayıldı: səfirlik REAKSİYA VERDİ– FOTO
6 aprel 2025 09:53
- Ağdərənin Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
5 aprel 2025 13:06
- Xırdalanda məktəbli direktor tərəfindən döyülüb?
5 aprel 2025 12:46
- Bakıda Prezidentin iştirakı ilə iclaslar keçirildi
4 aprel 2025 19:41
- Fermasında dağ keçiləri saxlayan ovçu tutuldu - Foto
4 aprel 2025 19:04
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
2 aprel 2025 13:00
- Xaçmazda MOLLА аrvаdını boğaraq ÖLDÜRDÜ
07 aprel 12:43
- -Biz riskin tam ortasındayıq - Əkrəm İmamoğlu həbsxanadan daha bir MƏKTUB YAZDI
07 aprel 12:06
- Əmiraslanovdan -bu milli xəyanətdir- iddiası- ŞOK AÇIQLAMA
07 aprel 11:43
- Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 aprel 11:26
- Suriya Prezidenti Türkiyəyə səfər edəcək
07 aprel 11:16
- Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR
07 aprel 10:50
- ANAMA-nın minaya düşən əməkdaşı şəhid övladı imiş - Foto
06 aprel 23:01
- Halal Zəhmət-in 21 manatlıq kolbasasından görün nə çıxdı?- VİDEO -Fotofakt
06 aprel 22:05
- Paşinyan kiminlə evlənir?- TOY OLACAQ...
06 aprel 21:46
- Azərbaycanda atların sayı niyə AZALIR?
06 aprel 21:31
- Uşaqlıq hobbisini təsərrüfata çevirən Xudat sakini: 60 dovşanı var
06 aprel 21:12
- V kurs tələbəsi dəm qazından boğulub
06 aprel 20:47
- Əbülüfos Qarayev ötən il Rusiyada təkcə balıq biznesindən 147 milyon gəlir əldə edib..
06 aprel 20:16
- Kaliforniya müstəqilliyini elan etdi – qubernatordan Trampa ŞOK addım!
06 aprel 18:28
- Yenidən CHP sədri seçildi
06 aprel 17:45
- Milli rəqsə ilk monumental əsər Şamaxıda! - Fotolar
06 aprel 17:25
- Ağdamda ata, azyaşlı qızı və oğlu minaya düşüb - Yenilənib
06 aprel 17:10
- Bir ayda ölkəyə 69 kq insan SАÇI gətirilib - Qiymətlər
06 aprel 15:00
- AZƏRBAYCAN DİLİ DƏRSLİKLƏRİNİN MÜƏLLİFLƏRİNİN DİL BİLGİSİ ÇOX ZƏİFDİR
06 aprel 14:27
- Türkiyənin adından Qarabağ haqda pis xəbər yayıldı: səfirlik REAKSİYA VERDİ– FOTO
06 aprel 09:51
- Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı
06 aprel 00:18
- Həcisi olan silikonlu aparıcılar efirləri doldurub - Qulu Məhərrəmlidən OLAY kimi MÜSAHİBƏ - VİDEO
05 aprel 21:54
- Şavkat Mirziyoyev İlham Əliyevə zəng etdi
05 aprel 20:30
- Ukrayna Rusiyanın başına OD ƏLƏYİR - strateji ZAVODLAR VURULDU, qırğın gedir
05 aprel 15:23
- Şirvan Appelyasiya Məhkəməsi bizimxeber.az saytının fəaliyyətini dayandırıb
05 aprel 14:47
- Ağdərənin Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb
05 aprel 13:06
- Xırdalanda məktəbli direktor tərəfindən döyülüb?
05 aprel 12:46
- NАR müəllimlər üçün mobil rabitə təlimi keçib
05 aprel 12:31
- Eldar Əzizova müavin TƏYİN EDİLDİ
04 aprel 23:01
- Ata balasına kömək üçün yalvarır - FOTOLAR
04 aprel 22:11