5 yaşlı şəhid qızı: "Atama “samalyot”la salam göndərirəm"

Fatimə bu yazımı oxuyacaq, başa düşəcək yaşda deyil. Beş yaşı hələ bu gün tamam olur. O, ancaq şəkil çəkə, bir də atasına 3-4 sözdən ibarət məktub yaza bilir.
Yazır ki, ata, mən səni çox istəyirəm. Bundan əvvəlki məktubu da təyyarə ilə göndərib, amma yazılı yox, sözlə... Birdən göydə təyyarənin uçduğunu görüb. Yanındakı uşaqlara deyib ki, sakit dayanın, atama “samalyot”la salam göndərirəm.
Amma Fatimə reallıqdan xəbərsizdir. O, məktublarının nəyə görə cavabsız qaldığını bir neçə il sonra başa düşəcək. Atası Təbriz Qasımovun Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmasından hələ ki, xəbərsizdir.
Vətən müharibəsinə könüllü olaraq qatılan və ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunan 27 yaşlı Təbriz, sonuncu dəfə ötən il noyabrın 5-də səhər saatlarında ailəsi ilə danışıb, axşam isə şəhid olub.
Şəhidin xanımı Aysel Qasımovanın sözlərinə görə, mərmilərin səsindən telefonda düz-əməlli danışa da bilməyiblər:
“Elə vaxt olurdu ki, mərmilərin səsindən danışa bilmirdik, bir-birimizi eşitmirdik. Mənə deyirdi ki, hər an hər şeyə hazır olun. Hər dəfə deyirdi ki, dua elə, şəhid olum. Mən burada sağ-salamat qayıtması üçün dua edirdim, o da şəhid olması üçün... Onun duası üstün oldu, Allah arzusuna yetirdi. Deyirdi, sizə məktub yazmışam, onu oxuyarsınız. Amma məktub gəlib çatmadı bizə. Heç bilmədik, bizə son sözləri nə olub. Həmişə deyirdi ki, Fatiməyə yaxşı gələcək quracam. Amma düşünməzdim ki, bu gələcəyi canından keçib quracaq”.
Fatimə hələ nə baş verdiyini anlamır. Anasına cavabını ala bilmədiyi suallar verir. Sualların hamısı bir-birinin təkrarıdır: Atam niyə zəng etmir? Niyə gəlmir? Nə vaxt gələcək?
“Atamın hər yerdə, küçələrdə şəkilləri var. O gələndə şəkilləri yığışdıracaq?”, - bu da Fatoşun verdiyi çətin suallardan biridir, heç kim cavab tapmır...
“Mən necə deyim ki, atan bir də gəlməyəcək? Telefonu gətirir ki, atama zəng elə. Yığıram, zəng çatmır”, - deyən Fatimənin anası övladının qarşısında onun suallarına cavab verə bilmədiyi üçün çarəsiz qaldığını bildirir.
Təbrizin üzərində olan telefonu da ailəsinə çatmayıb. Şəhid olarkən üzərində sadəcə bir-iki əşya olub - minamyot mərmisinin düşməsi nəticəsində yanmış “poverbank”, içində ad-soyadının yazıldığı giliz, üzərinə “Ya Əli” yazılan balaca taxta...
Şəhidin xanımı və Fatimənin dayısı Nəriman Mahmudzadə ilə balaca qızcığaz heç nə bilməsin deyə, onun yanında söhbətləşmirik. Fatoşu ad günü hədiyyəsi olaraq ona alınan rəngli qələmlərlə şəkil çəkməyə göndəririk.
Anası deyir: “Atasının gəlməyəcəyini deyə bilmirəm, amma gələcək də demirəm. Özü yavaş-yavaş hiss edir. O gün Fatimə gəlib ki, qonşunun uşağı pis söz dedi. Dedi ki, sənin atan ölüb... Həmin sözdən o qədər təsirlənmişdi ki...”
Şəhid Təbrizin evindən çıxanda bayaqdan diqqətlə izlədiyim Fatoşla aramızda kiçik dialoq yaşanır:
- Fatoş, gəl şəkil çəkdirək...
- Gözümə buradan gün düşür axı...
- Yaxşı, gəl bu tərəfə keçək...
- Keçək...
Bu məqamda məlum olur ki, Fatimə dünən də atasına məktub göndərib. Babası göyə şar uçuranda yazdığı məktubu ona bağlayıb. Yazıb ki, ata, gəl gizlənpaç oynayaq.
4 sözdən ibarət müqəddəs məktubun cümləsi mənə təsir edir və qızcığazın önündə tutuluram, özümü saxlaya bilmirəm.
Dialoq davam edir:
- Atan səni görür, Fatimə, bilirsən?
- Hə, bilirəm. Bax, sənin də gözünə gün düşüb, su gəlir...
Fatoşun hələ gözyaşı anlayışı da yoxdur...
Emin Səfərov
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
2 aprel 2025 13:00
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 2025 12:28
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 2025 00:40
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Tаnınmış аlimin Аli Məhkəmənin sədrinə, Bаş prokurorа MÜRАCİƏTİ
30 mart 2025 14:44
- SON DƏQİQƏ! Polis Biləsuvarda əməliyyat keçirdi: saxlanılanlar var FOTO
30 mart 2025 12:34
- 91 yaşım var, gözləyirlər ki, ölüm, sonra həmin ordeni versinlər?! – Xalq artisti Ceyran Haşımova
29 mart 2025 19:17
- Ərdoğan öldürülən 15 yaşlı uşağın anasına zəng etdi
29 mart 2025 14:04
- Prezident Şəfiqə Məmmədovanı -İstiqlal- ordeni ilə təltif etdi - FOTOLAR
29 mart 2025 13:50
- Tələbə qız vəfat etdi- Atasının məzarı yanında məhlul içib
28 mart 2025 13:30
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45