Rusiyada QAİ-nin rəisi həbs olundu: Villa, qızıl unitaz...BƏS BİZDƏ ?
İdman21 iyul 2021 13:17

Rusiyada QAİ rəisi bütün əməkdaşları ilə birlikdə həbs olunub və onun dəbdəbəli malikanəsi, qızıl unitazı üzə çıxıb.
Qaynarinfo xəbər verir ki, ötən gün iyulun 20-də Rusiya Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn Stavrapol vilayəti üzrə Baş Yol Hərəkətinin Təhlükəsizliyi Müfəttişliyi (keçmiş QAİ) idarəsinin rəisi, polkovnik Aleksey Safonovun və tabeçiliyindəki bir neçə əməkdaşın həbs olunduğunu açıqlayıb. Onların hamısı cinayətkar qruplaşma yaratmaqda, rüşvət almaqda şübhəli bilinir.
Xinşteyninin bildirdiynə görə, şübhəlilərin yaxalanması üçün xüsusi əməliyyat qurulub. Bu əməliyyatda Rusiya DİN-in daxili təhlükəsizlik xidməti Baş idarəsinin əməkdaşları, Şimali Qafqaz federal dairəsi üzrə Baş istintaq idarəsinin əməliyyatçıları və "Rosqvardiya”nın döyüşçüləri iştirak ediblər. Xüsusi əməliyyat zamanı Safonovla yanaşı onun başçılıq etdiyi idarənin demək olar ki, bütün əməkdaşları -35 nəfərdən çox polis saxlanılıb.
Rusiya telegram-kanallarında yayılan məlumatlarda deyilir ki, saxlanılan Aleksey Safonovun kifayət qədər zəngin adam olduğu üzə çıxıb. Belə ki, onun dəbdəbəli malikanəsinin fotolarını deputat Xinşteyn özünün telegram-kanalında yerləşdirib. Fotolara əsasən polkovnikin ikimərtəbəli malikanəsinin darvazası, sütunları qızıl suyuna çəkilib. O cümlədən evin içərisində dəbdəbəli mebellər, bahalı lüstrlər gözə dəyir. Evin tualetində qızılı unitaz qoyulub, vanna otağının qapısı da qızıl suyuna çəkilib, kranların da hamısı qızıl suyu ilə işlənib. Evin pilləkənləri mərmərdəndir, qapılar əllə işlənib.

Deputat Xinşteyn bildirib ki, İstintaq Komitəsi Safonovun və onun tabeçiliyindəkilərin barəsində mütəşəkkil cinayətkar qruplaşma yaratmaq maddəsi ilə cinayət işi qaldırıb. Habelə saxlanılanlar xüsusilə iri məbləğdə rüşvət almaqda şübhəli bilinir.
"Baza” telegram-kanalının bildirdiyinə görə, istintaq Safonovun qruplaşmasının 2017-ci ildən fəaliyyət göstərdiyini müəyyən edib. Qruplaşmanın aldığı rüşvətin dəqiq məbləği müəyyən deyil, amma burası məlumdur ki, Stavrapol vilayətində taxıl daşıyan yük maşınlarının yollardan maneəsiz keçməsinin təmin olunması üçün Safonovun əməkdaşları üst-üstə 20 milyon rubldan çox rüşvət toplayıblar.
Məlum olub ki, Stavrapol vilayətinin QAİ əməkdaşları rəhbərliyin onları rüşvət almağa məcbur etdiyi haqda hələ 2017-ci ildə şikayət ediblər. İdarənin anonim əməkdaşı əmin il Prezident Administrasiyasına məktub göndərib. Polis əməkdaşı şikayətlənib ki, onları rüşvət almağa məcbur edirlər və pulları rəhbərliyə çatdırmağı tapşırırlar.

"Bizi hər gün konkret məbləğə işləməyə məcbur edirlər. Deyəndə ki, adamlar qaydanı pozmur, bildirirlər ki, deməli biz pis işləyirik. Bundan sonra bizi sutkanın 24 saatı ayaq üstə dayanmaq üçün postlara göndərirlər, rəhbərliyə pul gətirənlər isə şəhərin mərkəzində növbəyə çıxırlar”,-həmin əməkdaş yazmışdı.
Xəbər verdiyimiz kimi, ötən gün Rusiyada daha bir polis zabitinin həbs edildiyi üzə çıxmışdı. Belə ki, Rusiya hüquq-mühafizə orqanları Voronej vilayəti üzrə Dövlət Yol Hərəkətinin Təhlükəsizliyi Müfəttişliyinin (keçmiş QAİ) keçmiş rəis müavini, polis podpolkovniki İqor Kaçkini həbs edib. Kaçkinin mülkiyyətində 22 mənzilin olduğu üzə çıxıb, mənzillərin ümumi dəyəri 50 milyon rubla yaxındır. Kaçkin Voronejdə iyulun 19-da saxlanılıb. Onun iqtisadi xarakterli cinayətlərdə şübhəli bilindiyi xəbər verilir.
Oxşar xəbərlər
- Pаrtiyа sədri, İdeal-ist Nazim Quliyev bu dəfə 8 il iş aldı
10 aprel 2025 14:06
- - QHT işi - üzrə daha 2 nəfər həbs olundu
10 aprel 2025 00:06
- Qutsul ev dustaqlığına buraxıldı
9 aprel 2025 20:16
- Prezident onu rektor təyin etdi - Sərəncam
9 aprel 2025 16:24
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
9 aprel 2025 14:24
- DTX terroru maliyyələşdirən 3 nəfəri həbs edib- Məhkəmə başladı
8 aprel 2025 19:12
- Heydər Əliyev deyirdi, CİNАYƏTKАR cəzаsız qаlаndа, dövlət sаrsılır...
8 aprel 2025 14:26
- Ədalət Verdiyevə bəraət verildi
7 aprel 2025 19:38
- Robot itlərə baxıcı axtarılır - İŞ RƏSMİDİR
7 aprel 2025 18:06
- Nasistlər italiyalı partizanlara görə 1830 nəfəri güllələyiblər
7 aprel 2025 15:59
Xəbər lenti
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 14:21
- Pаrtiyа sədri, İdeal-ist Nazim Quliyev bu dəfə 8 il iş aldı
10 aprel 14:06
- Danışıqlar 30 dəqiqə sonra başlayır...
10 aprel 10:45
- Mövqelərimiz Tovuzqala istiqamətində atəşə tutuldu
10 aprel 10:36
- Prezidentdən Rafael Qvaladze ilə bağlı SƏRƏNCAM
10 aprel 10:31
- - QHT işi - üzrə daha 2 nəfər həbs olundu
10 aprel 00:06
- Sumqayıtda bağçadan çıxan uşaqlara itlər hücum etdi: Çox sayda yaralı var
09 aprel 23:31
- Ersin Tatar: Prezident Əliyevin sözləri bizi çox sevindirdi
09 aprel 23:17
- Qırğızıstanda dövlət çevrilişinə cəhd etmək istəyənlər saxlanılıb
09 aprel 22:58
- Ərdoğan sabah Öcalanla görüşən DEM Partiyası heyətini qəbul edəcək
09 aprel 21:48
- Ölkədən çıxışa STOP qoyula bilər - Belə yoxlayın
09 aprel 20:27
- Qutsul ev dustaqlığına buraxıldı
09 aprel 20:16
- Ermənistan və İran birgə hərbi təlimlər keçirəcək
09 aprel 19:57
- Bu ölkələr mənə zəng edir, АRXАMI öpür, razılaşma üçün yalvarırlar
09 aprel 17:47
- Bakıda məktəbin həyətində yaşayış binası tikiblər - FOTO
09 aprel 17:39
- Prezident onu rektor təyin etdi - Sərəncam
09 aprel 16:24
- Erməni deputat: Ermənistanda Qarabağ ermənilərinə faşist münasibət var
09 aprel 15:28
- Xanlar Vəliyevin yeni vəzifəsi bəlli oldu
09 aprel 15:08
- Lənkəranskinin adamı Xırdalanda güllələndi - FOTO
09 aprel 14:24
- Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb
09 aprel 13:46
- Azərbaycan Banklar Assosiasiyasının yaranmasının 35 ili münasibətilə TƏBRİK
08 aprel 23:37
- Loğman Klinikası-nın KÜLLİ MİQDАRDА borcu vаr
08 aprel 21:51
- Xanlar Vəliyev təqaüdə göndərildi
08 aprel 20:29
- Vilayət Eyvazov rəislərə tapşırıq verdi - FOTOLAR/VİDEO
08 aprel 19:28
- DTX terroru maliyyələşdirən 3 nəfəri həbs edib- Məhkəmə başladı
08 aprel 19:12
- Ərdoğan Özgür Özeli məhkəməyə verdi
08 aprel 15:28
- Heydər Əliyev deyirdi, CİNАYƏTKАR cəzаsız qаlаndа, dövlət sаrsılır...
08 aprel 14:22
- SSRİ və ABŞ arasında ağlasığmaz rəqabət - Xruşov Ayda atom bombası partlatmaq istəyib
08 aprel 13:39
- 12 il Elm və Təhsil Nazirliyində işləyən TERRORÇU
08 aprel 12:19
- Netanyahu: Türkiyə ilə toqquşma istəmirik – Tramp: Ərdoğanla münasibətim əladır, problemi həll edə bilərəm
08 aprel 10:56
Video & Fotoqalereya
Video
Fotoqalereya