Zeynəb Xanlarovanın mahnısındakı Esmira kim idi?

Elə mahnılar var ki, dillər əzbəridir, amma onun kimə həsr olunmasından xəbərsizik.
“Qafqazinfo” xəbər verir ki, bunlardan biri də sözləri Rüfət Əhmədzadəyə, musiqisi dahi bəstəkar Emin Sabitoğluna məxsus, Xalq artisti Zeynəb Xanlarovanın ifası ilə məşhurlaşan “Esmira” mahnısıdır.
Şən mahnı ötən əsr Qəbələnin Nic kəndində yaşamış, milliyyətcə udi olan Qanqalovlar ailəsinin üzvü Esmira Qanqalovaya həsr olunub.
Məlumat üçün bildirək ki, Esmira fiziki məhdudiyyətli olub və bu səbəbdən ömrünün 20 ildən çoxunu dəmir çarpayıda keçirib. O, 1974-cü ildə “Azərbaycan gəncləri” qəzetinə yazdığı həssas məktubla tanınıb.
Esmira 47 il əvvəl sözügedən qəzetdə dərc olunan məktubunda yazıb:
“Hörmətli redaksiya! 20 ilə yaxındır ki, dəmir çarpayının dustağıyam. Bəli, qıçım tutulub, xəstəyəm. Mən bunun üçün kimsədən şikayətlənmirəm. Xeyirxah, bacarıqlı həkimlər məni müalicə etmək üçün çox əziyyət çəkiblər, ancaq mümkün olmayıb, vəssalam!..
Mən bunları yazmaqla ruhdan düşdüyümü bildirmirəm, kimisə kövrəltmək, kimdənsə imdat diləmək fikrində deyiləm. Sadəcə olaraq, yazı vasitəsi ilə redaksiya ilə, oxucularla, necə deyərlər, dərdləşmək, söhbət etmək niyyətindəyəm. Axı, əsas həmdəmim kitabdır, mətbuatdır. Mən dəmir çarpayıda ancaq bunlar vasitəsi ilə qiyabi səyahətə çıxıram, müxtəlif xarakterli adamlarla görüşürəm, yeniliklərlə tanış oluram.
Bu yaxınlarda “Azərbaycan gəncləri” qəzetində dərc olunmuş “Mərdlik dərsi” adlı məqalə məni çox sevindirdi. Orada yazılmışdı ki, köməyə ehtiyacı olan adamlara qayğı göstərmək gənclərimizin borcudur. Deyirəm, bəlkə bunu nəzərə alıb qəzetdə ünvanımı verəsiniz. Gənclər mənə məktub yazalar, kitab göndərələr. Belə olsa, mən hamıya minnətdarlığımı bildirərəm”.
Əlil qadının təsirli məktubu həmin ilin noyabrın 14-də sözügedən qəzetdə “Dəmir çarpayıdan məktub” başlığı ilə dərc olunur. Bundan sonra, Esmiranın ünvanına respublikanın müxtəlif yerlərindən, o cümlədən Ağdam, Laçın, Xankəndi, Xocalıdan məktublar göndərilir, namələrdə qadına dəstəklərini ifadə edirlər.
Udi qadına dəstək olanlardan biri də mərhum Xalq artisti Arif Quliyev olub. Mərhum aktyor hələ o zaman Esmiraya imzalı kitabını göndərib.
Maraq üçün bildirək ki, Esmiranın da üzvü olduğu Qanqalovlar ailəsinə məxsus olan ev hazırda “Azərbaycan Udi Ocağı” tarixi etnoqrafik park muzeyinin həyətindədir.
Ev 17-ci əsrin sonlarında inşa edilib. Parka daxil olarkən Esmira ilə bağlı guşəyə də rast gəlmək mümkündür. Guşədə qadına 70-80-ci illərdə göndərilən məktublar da yer alıb.
Qısa arayış olaraq bildirək ki, “Azərbaycan Udi Ocağı” Qəbələ rayonunun Nic kəndinin Qocabəyli məhəlləsində yerləşir. Üç hektardan artıq ərazidə yerləşən açıq səma altında bu park muzey udi xalqının mədəniyyətini, ənənələrini, məişətini və yaşayış tərzini əks etdirən simvolik bir etnoqrafik kənddir. Park muzey ekspozisiya şəklində bir neçə etnoqrafik sahələrə bölünür.
Qanqalovlar ailəsinə məxsus evin quruluşu yataq otağı, tövbə və dualar otağı və sair otaqlardan ibarətdir. Burada yaşı 100-dən çox beşiyə də rast gəlmək mümkündür ki, məlumata görə, ailənin bütün körpələri məhz bu beşikdə böyüyüb. Udi dilində buna “lorets” deyilir. Bundan başqa, evin divarından yaşı 150-dən çox olan “Dayan doldurum” tüfəngi asılıb. 70-ci illərə məxsus “Start” televizoru da otağa əlavə rəng qatır və işlək vəziyyətdədir.
Ev muzeyində ailə üzvlərinin şəkillərinə baxılaraq onların mum fiqurları da hazırlanıb. Bərbərin adı Volodiya, tikiş maşını arxasında əyləşən nənənin adı isə Zoyadır. Hər iki şəxs keşiş David Qanqalovun nəticəsidir.
Keşiş Davidin evi, eyni zamanda udilərin erməni-qriqoryan kilsəsinə qarşı etirazının bariz nümunəsidir. Vaxtilə evdə yaradılan və indiyədək qorunub saxlanılan ibadət otağı da Keşiş David erməni kilsəsinə getməkdən imtina etməsiylə bağlıdır. Bundan sonra, Xristian Alban kilsəsinin qanuni varisi olan udilər Davidin evində ibadət etməyə başlayıblar.
Emin Səfərov









- Bu il uşaqlara ən çox verilən adlar - Siyahı
25 mart 2025 15:27
- Uzunömürlü SABİQLƏR
21 mart 2025 19:47
- Boksçumuz dünya çempionatında Ermənistan təmsilçisinə qalib gəldi
11 mart 2025 00:01
- Artur Rasizadə 27-ci oldu – =Heydər Əliyev= ordeni daha kimlərə verilib?
20 fevral 2025 15:15
- Dərsdə halı pisləşən 15 yaşlı məktəbli dünyasını dəyişdi
5 fevral 2025 18:41
- Şəhriyar və Teymur ilk turda qələbə qazandı - Fotolar
5 fevral 2025 12:30
- Qorbaçovun Nobel Sülh Mükafatından məhrum edilməsini xahiş edirik
18 yanvar 2025 11:54
- Veysəloğlu Şirkətlər Qrupunun 30 illik inkişaf yolunu əks etdirən imic VİDEO-su
14 yanvar 2025 15:48
- Bizi meşədə ağaca bağlayıb zorlayırdılar - Bakıdan Moskva gedən qadınların işinin TƏFƏRRÜATI
9 yanvar 2025 15:04
- Zeynəb Xanlarova 43 il əvvəl - FOTO
5 yanvar 2025 14:14
- Lalə Şövkətin infarktdan sonrakı durumu ....
02 aprel 15:29
- Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq –ETİBAR MƏMMƏDOV
02 aprel 15:01
- Prezidentlər təkbətək görüşdü - Yenilənir - Foto
02 aprel 13:26
- Vəkil Qаrаbаğ veterаnını TƏBRİK ETDİ
02 aprel 13:00
- Hakimlə prokurorun adından da pul alıbmış - İlknurun ikinci cinayəti
02 aprel 12:28
- Azərbaycanın 5 şahmatçısı Avropa çempionatına qələbə ilə başladı
02 aprel 12:15
- 1 aprel -Gülüş günü- dür
01 aprel 11:12
- Almaniya Azərbaycandan üzr istədi
01 aprel 09:22
- Xanım şahmatçılarımız AÇ-də mübarizə aparacaq
31 mart 21:05
- Sabahdan iş günləri başlayır
31 mart 19:39
- Prezident Pezeşkianla danışdı
31 mart 15:23
- 334 АTOM bombası gücündə idi… - ŞOK
31 mart 14:44
- Tacikistan, Qırğızıstan və Özbəkistan sərhəd sazişi imzaladı
31 mart 14:16
- Ramazan İnsanlığın bayramıdır - Millət vəkili Cavanşir Feyziyev
31 mart 13:09
- Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 mart 12:46
- Azərbaycanın ən yaşlı kişisi VƏFAT ETDİ
31 mart 12:28
- İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi (FOTO)
31 mart 11:35
- Keçmiş MTN rəhbərliyinin müflis etdiyi iş adamı ÖLDÜ
31 mart 11:22
- Xankəndinin mərkəzindəki -EDАM OTАĞI- ndan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO
31 mart 11:00
- Azərbaycanda KOLLECLƏR lazımdırmı ?
31 mart 01:41
- İmamoğlunun telefonu araşdırıldı- GÖRÜN NƏLƏR ORTAYA ÇIXDI
31 mart 01:31
- Bayramdan sonra ilk DƏRS GÜNÜ
31 mart 01:20
- Tramp üçüncü dəfə prezident olmaq istəyir
31 mart 00:58
- Hamı bu məktəblidən danışır VİDEO
31 mart 00:40
- 31 Mart soyqırımından 107 il ötür
31 mart 00:30
- Avropa və Afrika bizim, Hindistan, İran sizin - Hitler Molotovla bazarlaşmaq istəyib
31 mart 00:10
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 23:56
- Bakıda ERMƏNİ MÜĞƏNNİNİN konserti keçiriləcək
30 mart 23:35
- Ziyad Səmədzadə dedi ki, fabrikin 51 faizini mənim adıma keçir, razılaşmadım və məni MTN həbs etdi...VİDEO
30 mart 23:02
- Azərbaycan qadınları dünyanın ən sağlam qadınları sırasında - Qlobal araşdırma
30 mart 22:45